3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79


 
əsası olan iqtisadi nəzəriyyənin müxtəlif problemlərini bil-
mək,  qarşıya  çıxan  gündəlik,  habelə  gələcək  qayğıları  sə-
riştəli həll etmək  yolunda dövlət xadimlərinə, siyasətçilə-
rə, diplomatlara, işgüzar bizneslə məşğul olanlara, gələcək 
mütəxəssislərə sadə peşə sahibi insanlara da, şübhəsiz fay-
dalıdır. Tanınmış iqtisadçı Q.Mənkyü (ABŞ) qeyd edir ki, 
sadə  işlərdən  başlamış  ən  yüksək  məsuliyyətli  vəzifələri 
yerinə  yetirərkən  “iqtisad  elminin  sərt  qayda-qanunlarına 
bələd olmaq” həmişə yardımçı və köməkçi rolunu oynaya-
caqdır. 
Mütəxəssislərin  fikrincə,  iqtisad  elmi  mütləq  hökm-
lər  vermək  və  uzunömürlülüyü  ilə  öyünə  bilməz.  Çünki, 
həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdik-
cə,  elm-texnika  sahəsində  yeni  nailiyyətlər  qazanıldıqca, 
daha mükəmməl materiallar və resurslar meydana çıxdıqca, 
istehsalın  və  insanların  tələbatları,  zövqləri  dəyişdikcə, 
şübhəsiz  iqtisad  elminin  (nəzəriyyənin)  qarşısında  duran 
problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi - 
insanların  müxtəlif  təyinatlı  tələbatlarını  ödəmək  üçün 
maddi (mənəvi) nemətlər istehsal etmək və  müxtəlif təyi-
natlı xidmətlər (servis dairəsi) göstərməkdir. 
Bu iqtisadi vəzifə isə təbii resursların müəyyən məh-
dudluğu  və  insanların  maddi,  habelə  mənəvi  tələblərinin 
artması, hətta sonsuzluğu ilə bağlıdır. Müasir anlamda iq-
tisad  elmi  mövcud  resursların  məhdudluğu  və  tələblərin 
sonsuzluğu  şəraitində,  maddi  nemətlərin  (xidmətlərin) 
istehsalı,  bölgüsü,  mübadiləsi,  istehlakı  prosesində  in-
sanların iqtisadi fəaliyyətinin təhlilidir. 
Cəmiyyətdə  baş  verən  geniş  əhatəli  iqtisadi  proseslər 
təbiidir ki, ümumi tələblə təklifin qarşılıqlı əlaqəsi, qiymət-
lər mexanizmi vasitəsilə, bazar rəqabəti şəraitində müəyyən 



 
enib-qalxmalarla  həyata  keçirilir.  Ona  görə  də,  müxtəlif 
istiqamətli  iqtisadi  nəzəriyyələrin  qarşısında    cəmiyyət 
üçün  son  dərəcədə  vacib  əhəmiyyətə  malik  olan  belə  bir 
suala ən səmərəli cavab tapmaq durur: “nə istehsal etməli, 
necə  istehsal  etməli,  kim  üçün  istehsal  etməli?”  Deməli, 
iqtisad  elmi  və  nəzəriyyəsi  qısa  şəkildə  “kim,  nə,  necə?” 
sualına cəmiyyət miqyasında optimal cavab axtarır. Bu isə 
o qədər də asan bir məsələ deyildir. 
Müxtəlif  istehsalçılardan,  çoxsaylı  alıcılardan,  ümu-
mi  və  fərdi  maraqlardan,  daxili  və  xarici  amillərdən  asılı 
olaraq,  iqtisadi  nəzəriyyə  öz  qarşısında  duran  vəzifələri 
uğurla həll etmək üçün, şübhəsiz bir sıra şərtlərlə, subyek-
tiv-obyektiv  maneələrlə,  ciddi  əngəllərlə  rastlaşır.  Lakin 
iqtisad  elmi,  bəşəriyyətin  inkişafının  müxtəlif  mərhələlə-
rində həmişə bu problemlərə cavab axtarmışdır. 
Cəmiyyətin  təsərrüfat  həyatı  problemlərinə  yanaşıb, 
onları  konkret  şəraitə  uyğun  həll  etmək  yolunda  iqtisad 
elminin rolunu yüksək qiymətləndirən Amerika iqtisadçısı 
P.Samuelson,  iqtisadi  nəzəriyyəni  elmlərin  şahı  adlandır-
mışdı. Nobel mükafatı laureatı M.Fridmen (ABŞ) iqtisadi 
nəzəriyyəni insanı heyran edən maraqlı elm kimi səciyyə-
ləndirmişdir. 
Riyazi məntiqin banilərindən biri B.Rassel (İngiltərə) 
iqtisad  elmini  xeyli  asan  hesab  edərək,  bu  sahədə  məşğul 
olmaq  istəməmişdi.  Əksinə,  alman  fiziki  M.Plank  iqtisad 
elminin çətin olduğunu söyləyərək, fizika-riyaziyyat sahə-
sinə keçmişdi. İqtisadçı A.Heylbronner bu peşə üçün “də-
və  dözümü  və  müqəddəs  adamlara  xas  səbr”  lazım  oldu-
ğunu  qeyd  etmişdi.  Təbiidir  ki,  iqtisadçı  daim  öyrənməli 
və  öz  üzərində  çalışmalıdır,  çünki  belə  olmasa,  iqtisadçı 
musiqi əsərini qiymətləndirən kar adama oxşayacaqdır. 
 


10 
 
Müasir mərhələdə, planlı sosialist inzibati amirlik iq-
tisadi sisteminin dağılıb, bazar münasibətlərinin formalaş-
dığı postsosialist və postsovet ölkələrində, o cümlədən də 
Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ay-
rı-ayrı sahələri qarşısında mühüm vəzifələr durur. 
Bütövlükdə  bir  sistem  halında  iqtisad  elminin  həm 
nəzəri, həm də əməli (təcrübi) istiqamətləri vardır. Bu mə-
nada iqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissələ-
rə ayrılır. 
İqtisadi  nəzəriyyə  əksər  hallarda  cəmiyyətin  başlıca 
iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət 
göstərildiyi  ilə  məşğul  olub,  izah  edir.  İqtisadi  nəzəriyyə 
bir  elm  kimi  ilk  növbədə  cəmiyyət  həyatında  gedən  pro-
sesləri  hərtərəfli  təhlil  edir,  faktları  izah  edir  və  yaranmış 
vəziyyətin  dolğun  mənzərəsini  yaradır.  Lakin  obyektiv 
yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında 
öz  məsləhət  və  tövsiyələrini  vermir.  Cəmiyyət  həyatında 
baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv 
mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edi-
lir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkənin 
timsalında istehsalın azalması, işsizlik səviyyəsinin artma-
sını  göstərə  bilər,  lakin  bu  mənfi  proseslərin  necə  aradan 
qaldırılması yolları haqqında öz tövsiyələrini vermir. 
Pozitiv  nəzəriyyədən  fərqli  olaraq,  normativ  iqtisadi 
nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan 
çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi ha-
disə  və  proseslərin  gələcək  meyllərini,  inkişaf  istiqamət-
lərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini ve-
rir.  Təbiidir  ki,  normativ  iqtisadi  nəzəriyyə  pozitiv  iqtisadi 
nəzəriyyəyə nisbətən iqtisadçılar və  mütəxəssislər arasında 
daha  çox  mübahisələrə  səbəb  olur.  Çünki  həmin  proseslər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə