3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

26 
 
sındakı yeniliklər, nisyə (kreditə) mal satışında daha əlve-
rişli şərtlərin tətbiqi, ilk vaxtlar əhalinin ayrı-ayrı təbəqə-
ləri tərəflərindən birmənalı qarşılanmayıb,  müxtəlif rəylər 
doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onla-
rın  mənafeyinə,  maraqlarına  uyğun  saydıqları  stimullara 
münasibətlərini yaxşılığa doğru dəyişirlər. 
Beşinci prinsip, iqtisadi ticarət əlaqələrinin müxtəlif 
ölkələr və xalqlar üçün faydalı ola bilməsi fikrini əsaslan-
dırır.  Doğrudur,  ölkələr  və  insanlar  arasında  fasiləsiz  su-
rətdə davam edən iqtisadi-ticarət münasibətləri, habelə bu 
əlaqələrin müxtəlif formaları bazarda kəskin, rəqabət mü-
barizəsi  şəklində  getsə  də,  bir  sıra  ziddiyyətli  çətinliklər 
yaransa da, lakin son nəticə etibarilə bu alış-verişlərin istər 
dövlətlər, istər hər birimiz üçün faydalı  olduğu, hamılıqla 
qəbul  edilir.  Ticarət  əlaqələrinin  xalqlar  arasında  etimad 
körpüsü  olması,  onları  yaxınlaşdırılması  meyli,  qədim 
Şərq müdriklərinin hikmətini təsdiqləyir: “Hakim siyasət-
siz, elm mübahisəsiz, ölkə ticarətsiz yaşaya bilməz”. Belə 
bir faktı qeyd etmək zəruridir ki, XXI əsrin birinci onilli-
yində dünyada istehsal olunmuş məhsul-xidmətlərin 40%-
ə  qədəri  dünya  ölkələrinin  müxtəlif  təyinatlı  tələbatlarını 
ödəmək  üçün,  beynəlxalq  bazara  (ixrac  və  idxal  malları  - 
xidmətləri şəklində) çıxarılaraq satılıb-alınmışdır.  
Altıncı prinsip, buna əsaslanır ki, bazarlar cəmiyyə-
tin  iqtisadi  fəaliyyətinin,  təşkili  üçün  yaxşı,  əlverişli  bir 
üsuldur.  Tarixi  təcrübədə  özünü  doğrultmayaraq,  iflasa 
uğramış sosialist planlı təsərrüfat sisteminin əksi olan ba-
zar  iqtisadiyyatı  şəraitində  mərkəzi  planlaşdırıcı  orqanla-
rın əmr xarakterli göstərişləri, sərbəst bazar münasibətləri 
reallığında milyonlarla ailənin və istehsal-xidmət təyinatlı 
şirkətlərinin  tələb-təklif  qanunu  əsasında  formalaşan  qə-


27 
 
rarları  (arzu,  hökmü)  ilə  əvəz  olunur.  Müəyyən  qanunlar 
və bazar rəqabəti şəraitində fəaliyyət göstərən çoxsaylı ev 
təsərrüfatları, şirkətlər, korporasiyalar nə istehsal etməkdə, 
kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəst-
dirlər.  Bu  mənada  bazar  münasibətləri  iqtisadi  sistemində 
mürəkkəb  qarşılıqlı  əlaqələrdə  olan  ev  təsərrüfatları  və 
şirkətlər sanki A.Simitin adı ilə  bağlı “gözəgörünməz  əl” 
tərəfindən  idarə  olunaraq,  tədricən  onların  fəaliyyətini 
arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə 
qiymət  amili  çox  mühüm  bir  rol  oynadığından,  dövlətin 
müxtəlif  iqtisadi,  inzibati  yollarla  bu  işə  müdaxiləsi,  şüb-
həsiz  bazar  iqtisadiyyatının  normal  fəaliyyətinə  müəyyən 
əngəllər  törədir.  Çünki  bazar  iqtisadiyyatı  çoxsaylı  ailə 
təsərrüfatları  və  şirkətlərin  verdikləri  müstəqil  qərar  əsa-
sında fəaliyyət göstərən, eyni zamanda  mövcud sərvətləri 
(iqtisadi resursları) bölüşdürən bir sistemdir. Lakin müasir 
daxili-xarici  əlaqələr  sisteminin  mürəkkəbləşdiyi,  iqtisadi 
inteqrasiya  proseslərinin  genişlənib-dərinləşdiyi,  qlobal-
laşma istiqamətində vahid dünya təsərrüfat sisteminin  for-
malaşdığı bir şəraitdə hakimiyyət orqanlarının dövlət tən-
zimlənməsinin  müxtəlif  formalarından  müəyyən  hüdudlar 
çərçivəsində  istifadə  etməsi,  tamamilə  təbii  və  məqsədə-
uyğundur.  
Yeddinci prinsip,  müəyyən hallarda dövlətlərin ba-
zar fəaliyyətinin nəticələrini yaxşılaşdıra biləcəyini nəzər-
də  tutur.  Sərbəst  bazar  münasibətlərinin  inkişafı  üçün  əl-
verişli  imkanlar  yaradan  “gözəgörünməz  əl”  prinsipinin 
fəaliyyəti şəraitində də dövlətə müəyyən ehtiyac olduğunu 
irəli sürənlər vardır. Onların fikrincə, bazarda alıcıların və 
satıcıların  təhlükəsizliyini  qorumaq,  sahibkarların  və  fer-
merlərin  rahatlığı  naminə  dövlət  orqanlarının,  polisin, 


28 
 
məhkəmələrin  olması  zəruridir.  Eyni  zamanda  dövlət  or-
qanlarının  iqtisadiyyata  müdaxilə  etməsi,  cəmiyyətin  tə-
sərrüfat  həyatında  səmərəliliyin,  ictimai-siyasi  həyatında 
isə  sosial  ədalətin  təmin  olunması  ilə  bağlıdır.  Dünya  öl-
kələrinin  təcrübəsi  göstərir  ki,  dövlətin  simasında  bazarın 
və  iqtisadiyyatın  fəaliyyətinə  kənar  müdaxilə  olmadan, 
bazar gücü öz təsirini  qiymətlərin artmasında, inhisarçılıq 
meyllərində, elm və incəsənət sahələrinə biganəlikdə, ətraf 
mühitin  çirkləndirilməsi,  ekologiya  problemlərində  hök-
mən  göstərəcəkdir.  Ona  görə  də  dövlətin  həyata  keçirdiyi 
gəlir  vergisi,  gömrük  rüsumları,  əhalinin  sosial  müdafiə 
tədbirləri, iqtisadi resursların və maddi-mənəvi nemətlərin 
daha  ədalətli  bölüşdürülməsinə  yönəldilməlidir.  Əlbəttə, 
ayrı-ayrı  müəlliflərin  haqlı  olaraq  qeyd  etdikləri  kimi 
dövlətin  bu  sahədəki  fəaliyyəti,  heç  də  həmişə  gözlənilən 
nəticələri vermir. Çünki “dövlət siyasətini həyata keçirən-
lər  mələklər  deyildir,  əslində  mükəmməl  olmayan  siyasi 
prosesin iştirakçılarıdırlar”. Belə vəziyyətdə isə obyektiv--
subyektiv xarakterli nöqsanlara, “güclü olanların mükafat-
landırılmasına”,  tam  məlumata  malik  olmayan  liderlərin 
iradi “xoş niyyətlərinə” rast gəlinir ki, yalnız bunların qə-
tiyyətlə aradan qaldırılması, cəmiyyətin gələcək demokra-
tik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat 
verir. 
Səkkizinci  prinsip,  ölkə  əhalisinin  həyat  səviyyəsi-
nin orada məhsullar istehsalı və xidmətlər göstərilməsi qa-
bıliyyəti  ilə  qarşılıqlı  əlaqəsini  aydınlaşdırır.  Bu  məsələ 
hər hansı  bir ölkədə ümumi daxili  məhsulun (ÜDM) həc-
mi,  əhalinin  gəlir  səviyyəsi,  onun  artım  templəri,  ölkədə 
demoqrafik vəziyyət, məşğulluq və inflyasiya səviyyəsi ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə