3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

20 
 
lən,  enerji  daşıyıcılarının  və  taxıl  məmulatlarının  qiymət-
lərinin  artırılması,  həmin  məhsulların  ölkəyə  idxalına 
qoyulmuş  gömrük  vergiləri  dərəcələrinin  azaldılması 
tədbirləri ilə əlaqəli aparılmalıdır. Belə bir iqtisadi siyasət 
xətti isə cəmiyyət  miqyasında iqtisadi səmərəliliklə sosial 
ədalətliliyin  düzgün  nisbətinin  müəyyənləşdirilməsinin 
optimal variantı kimi qiymətləndirilə bilər. 
Bu  mənada  məşhur  ingilis  iqtisadçısı  Ç.K.Keynsin 
belə bir fikri olduqca aktual səslənir ki, iqtisadi nəzəriyyə 
və onun tərkib hissəsi sayılan mikroiqtisadi təhlil insanla-
rın iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsəd-
yönlü təsərrüfat fəaliyyətlərinə, habelə konkret iqtisadi qə-
rarlar qəbul etmələri ilə davranışlarına, şübhəsiz fəal təsir 
göstərir. 
Lakin  unutmaq  olmaz  ki,  iqtisadi  nəzəriyyənin  istər 
mikro, istərsə də makro bölmələri istehsalın, xidmət dairə-
sinin,  tələb-təklifin  cari  məsələlərinin  həlli  üçün  hazır 
tövsiyələr vermir. İqtisadi nəzəriyyə bu proseslərin ümumi 
inkişafının və  səmərəliliyinin nəzəri əsaslarını işləyib  ha-
zırlayır.  Deməli,  “iqtisadi  nəzəriyyə  bilavasitə  təsərrüfat 
siyasətində  tətbiq  olunmaq  üçün  hazır  tövsiyələr  toplusu 
deyil,  metodoloji  bir  elmdir,  intellektual  alətdir,  təfəkkü-
rün texnikasıdır”. Yalnız bu elmə mükəmməl yiyələnənlər
mürəkkəb iqtisadi-sosial problemlərə düzgün yanaşıb, on-
ları həll edə bilərlər. 
Mikroiqtisadiyyat, cəmiyyətin təsərrüfat həyatının və 
insan  fəaliyyətinin  əməklə  bağlı  ilk  tətbiq,  habelə  çıxış 
nöqtəsi  sayılan  ev  təsərrüfatlarını,  şirkətləri,  müəssisələri 
korporasiyaları  hərtərəfli  öyrənib  təhlil  edərkən,  əsasən 
aşağıdakı vəzifələri yerinə yetirir. 
Birincisi,  mikroiqtisadiyyat  iqtisadi  sistemin  ayrı- 
ayrı obyektlərinin, konkret  təsərrüfat vahidlərinin iqtisadi 


21 
 
fəaliyyətini öyrənir. 
İkincisi, cəmiyyətin və insanların tələbatlarının son-
suzluğu, iqtisadi resursların isə nisbi məhdudluğu şəraitin-
də, istehsal amillərindən (torpaq, əmək kapital, sahibkarlıq 
fəaliyyəti) daha səmərəli istifadə olunması yollarını müəy-
yənləşdirir. 
Üçüncüsü, mikroiqtisadi təhlil insanların konkret şə-
rait  və  vəziyyətdən,  habelə  onların  maddi  imkanlarından, 
gəlirlərindən  asılı  olaraq,  hansı  iqtisadi  qərarlar  qəbul  et-
mələrinin səbəb-nəticə əlaqələrini aydınlaşdırır. 
Dördüncü,  bazarlarda  qiymət  enib-qalxmaları  əsa-
sında,  tələb-təklifin  dəyişkənliyi  və  qiymətlə  bağlı  həm 
tələbdə,  həm  də  təklifdə  baş  verən  elastiklik  proseslərini 
tədqiq edir. 
Beşincisi,  istehsal xərclərinin  minimum hədd səviy-
yəsində  (məhsulun-xidmətin  keyfiyyətinə  xələl  gətirmə-
dən)  saxlamaqla,  təsərrüfat  vahidinin  fəaliyyətindən  son 
məqsəd  kimi  maksimum  (ən  yüksək)  mənfəət  əldə  olun-
masının müxtəlif variantlarını araşdırır. 
Altıncısı,  bazarın  quruluşu  və  orada  gedən  rəqabət 
mübarizəsinin  strategiyası,  habelə  taktikasının  müxtəlif 
formalarını,  qısamüddətli  və  uzunmüddətli  rəqabət  müba-
rizəsinin  özünəməxsus  cəhətlərini,    perspektivlərini  izah 
edir. 
Yeddincisi,  ümumi  tarazlıq  modelinin  müasir  inhi-
sarçı  rəqabət,  alıcı  psixologiyası  və  davranışı,  beynəlxalq 
iqtisadi-ticarət  əlaqələri,  iqtisadi  inteqrasiya,  habelə  qlo-
ballaşma  proseslərinin  tədricən  gücləndiyi  bir  şəraitdə, 
dəyişkən meyllərinin təhlili ilə məşğul olur.
 
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən vəzifələrin 
həyata  keçirilməsi  gedişində  bir  sıra  problemlərin  meydana 


22 
 
çıxması,  mikroiqtisadi  nəzəriyyənin  hüdudlarını  müəyyən 
qədər  məhdudlaşdırır.  Həmin  məhdudiyyətlər  sırasında: 
məlumat-informasiya  bazasının  fərqliliyini  (asimmetrik 
informasiya),  dövlətin  iqtisadi  siyasətinin  nə  dərəcədə  sə-
mərəli  olmasını,  obyektiv-subyektiv  səbəblərlə  bağlı  in-
sanların əvvəlki iqtisadi qərarlarını dəyişməsini, habelə öz 
alıcı davranışlarında  ziddiyyətlərə  yol vermələrini göstər-
mək olar. 
Makroiqtisadiyyat  isə  ölkənin  milli  iqtisadiyyatını 
bütövlükdə  təhlil  etmək  və  bunun  əsasında  ümumiləşdirici 
iqtisadi göstəricilərin müəyyənləşdirilməsidir. Makroiqtisa-
di  səviyyədə  ölkənin  ümumi  daxili  məhsulunun  (ÜDM) 
həcmi, onun artım tempi, məcmu tələb və məcmu tək-
lif, yığım və investisiya, məşğulluq və işsizlik, inflyasiya 
və  pul-kredit  siyasəti,  iqtisadiyyatın  dövlət  tənzimlən-
məsi  və  xarici  iqtisadi  ticarət  münasibətləri,  əhalinin 
həyat  səviyyəsi  və  sosial  müdafiəsi,  müasir  inteqrasiya 
və qloballaşmanın yaratdığı problemlər öyrənilir.  
İqtisadi  nəzəriyyənin  mikroiqtisadiyyat  və  makro-
iqtisadiyyat bölmələri arasında sədd çəkmək düzgün deyil-
dir. Vahid iqtisadi nəzəriyyənin tərkib hissələri sayılan bu 
bölmələrin arasında daxili bir rabitə, qarşılıqlı məntiqi ası-
lılıq və dialektik səbəb-nəticə əlaqəsi vardır. Obrazlı ifadə 
etsək,  mikroiqtisadiyyat  dəniz  sahilindəki  qum  dənələrini 
və çınqılları, meşədəki ağac və bitkiləri, şəhərdəki küçə və 
evləri  öyrəndiyi  halda,  makroiqtisadiyyat  bütövlükdə  də-
niz sahilini, meşəni, şəhəri tədqiq edir. 
ç)  Müasir  iqtisadi  inteqrasiya,  qloballaşma  meylləri 
və  tədricən  dünya  təsərrüfat  sisteminin  formalaşdığı  bir 
şəraitdə, cəmiyyətin iqtisadi resurslarının məhdudluğu, tə-
ləbatların isə sonsuzluğu reallığında, son iqtisadi-sosial sə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə