3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

36 
 
(ev  təsərrüfatı)  və  “nomos”  (qanun,  qayda)  söz  birləşmə-
sindən  əmələ  gələrək,  “ev  təsərrüfatı  qaydaları”,  yaxud 
“ev  təsərrüfatının  idarə  olunması  qayda-qanunları”  anla-
mını verir. Bu mənada qədim Yunanıstan iqtisadi biliklə-
rin  vətəni,  qədim  yunan  müəllifləri  isə  onun  yaradıcıları 
sayıla bilərlər. 
IV-XVIII əsrləri əhatə etmiş orta  əsrlərdə, qədim və 
antik  dövrlərə  nisbətən  iqtisadi  fikirlərin  ardıcıllıqla 
inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də 
Qərb ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi 
olmuşdu.  Doğrudur,  buddizm-xristian-islam  dininin  mü-
qəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, 
xüsusi mülkiyyət, ədalətli bölgü, əmək haqqı, vergilər, qə-
naət,  sadə  həyat  tərzi,  sələmçiliyin  pislənməsi  haqqında 
müəyyən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlimlər-
də zülmə qarşı səbirli olmaq, cəmiyyətdəki ictimai və iqti-
sadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının hök-
mü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir. 
Orta  əsrlərdə  ərəb  mütəfəkkiri  İbn  Xəldun  (1332-
1406)  dünya  iqtisadi  təlimlər  tarixində  xüsusilə  seçilmiş-
dir.  O,  bəşər  cəmiyyətinin  keçdiyi  inkişaf  yolunu  köçəri-
lik,  oturaq  həyat  və mədəniyyət  mərhələləri  kimi  səciy-
yələndirmiş,  eyni  zamanda  həmin  dövrlərin  tarixi  ardıcıl-
lıqla  bir-birini  əvəz  etməsini  əmək  bölgüsü,  habelə  məh-
suldar  qüvvələrin  ümumi  yüksəlişi  ilə  əlaqələndirmişdir. 
İnsanların tədricən cəmiyyət halında birləşməsinin zəruri-
liyini  irəli  sürmüş  müəllif  göstərmişdir  ki,  bəşəriyyətin 
yaşaması və təhlükəsizliyi üçün təbiətin bəxş etdiyi müx-
təlif təyinatlı nemətlərdən səmərəli faydalanmaq tələb olu-
nur.  Onun  sərbəst  bazar,  əmtəə,  dəyər,  qiymət,  rəqabət, 
tələb,  təklif,  ticarət,  pul,  sərvət,  dövlət  idarəçiliyi  haqqın-


37 
 
dakı elmi-nəzəri baxışları mühüm əhəmiyyətə malikdir. 
Qərbi  Avropa  ölkələrində  və  Rusiyada  orta  əsirlərin 
iqtisadi təlimləri müxtəlif mənbə, habelə müəlliflərin əsər-
lərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun 
ifadəsini  italiyalı  din  xadimi  Foma  Akvinskinin  (1225-
1274)  ziddiyyətli  iqtisadi  görüşlərində  tapmışdır.  O,  cə-
miyyətin  iqtisadi  problemlərini,  insanların  müxtəlif  təbə-
qələrə mənsub olmasını ilahi qanunlarla bağlamış, mülkiy-
yəti  insanın  ilk  günahının  cəzası  saymışdır.  Tacirlərin 
müəyyən  gəlir  əldə  etməsilə  razılaşan  müəllif,  ölkəyə 
onun  ehtiyaclarını  ödəmək  üçün  deyil,  yalnız  qazanc  na-
minə mal gətirənləri “nifrətə layiq olan alçaq peşə” sahib-
ləri  adlandırmışdı.  O,  Aristotelin  iqtisadi  təliminə  əsasla-
naraq “ədalətli qiymət” prinsipini irəli sürmüş, mübadiləni 
ekvivalentlik hesab etmiş, öz növbəsində ekvivalentliyi isə 
əmək məsrəfləri (xərcləri) ilə əlaqələndirmiş, lakin qiymə-
tin rəqabətdən asılı olmadığını göstərmişdir. 
Feodalizm cəmiyyətinin son dövrləri iqtisadi təlimlər 
tarixində  iki  görkəmli  şəxsiyyətin  və  utopik  sosialistin  – 
Tomos  Mor  (1478-1532)  və  Tommazo  Kampanellanın 
adı ilə bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı 
əsərlərində, yaşadıqları dövrün ictimai-siyasi, fəlsəfi-əxla-
qi  problemləri  ilə  yanaşı,  eyni  zamanda  iqtisadi  görüşləri 
də əks olunmuşdur. Bu mütəfəkkirlər mövcud cəmiyyətdə 
hökm  sürən  və  getdikcə  artan  bərabərsizlik  meyllərini, 
onun  kəskinləşən  ziddiyyətlərini  dərk  edərək,  həmin  icti-
mai  fəlakətlərin  səbəbləri  haqqında  öz  düşüncələrini,  nə-
zəri  baxışlarını  aydın  bir  formada  şərh  etmişlər.  Onların 
fikrincə,  bu  ədalətsizlik  və  haqsızlıqları  aradan  qaldırmaq 
üçün  hökmən  cəmiyyətin  ictimai  qaydalarını  daha  mü-
kəmməl təsisatlarla əvəz etmək lazımdır. 


38 
 
T.Mor və T.Kampanellanın əsərlərində, onların bü-
tün  bəlaların  başlıca  səbəbi  saydıqları  xüsusi  mülkiyyət,  
təsəvvür  etdikləri  yeni  ictimai  quruluşda  aradan  qaldırıl-
malı  idi.  T.Mor  yaşadığı  mühitin  pula  pərəstiş  üzərində 
qurulduğunu, ağıllı və zəhmətsevər insanların qul vəziyyə-
tinə salındığını qəzəblə tənqid edərək yazırdı ki, “öz əkin-
çiləri,  kömür  mədənləri  fəhlələri,  sadə  peşə  adamlarına 
qayğı  göstərməyən  bir  cəmiyyəti  ədalətli,  nəcib  adlandır-
maq olarmı?”. 
T.Kampanellanın  təsəvvür  etdiyi  utopik  “günəş 
dövlətinin”  iqtisadi  əsasını  “ümumi  əmlak  və  mülkiyyət” 
təşkil  etməli  idi.  Həmin  cəmiyyətdə  bütün  insanlar  kənd 
təsərrüfatında  çalışır,  sənətkarlıqla  məşğul  olurlar.  İnsan-
lar hər gün 6, hətta 4 saat işləyərək,  yalnız özlərinə lazım 
olan miqdarda məhsul istehsal edirlər. Bu məhsullar insan-
ların tələbatına uyğun bölünür və orada uşaqların, yeniyet-
mələrin təlim-tərbiyəsi ictimai nəzarət altında aparılır. 
Utopik  sosialistlərin  ideyaları,  şübhəsiz  bütövlükdə 
bəşəriyyətin ictimai fikrinin inkişafında  mühüm  rol oyna-
mışdır. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri 
öz düşüncələrini həyata keçirməyin konkret yollarını gös-
tərə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırılma-
ları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdır.  
b)  Dünya  təsərrüfat  və  ictimai-siyasi  həyatında  XVI 
əsrin sonu və XVII əsrin əvvəlləri yeni meylləri ilə böyük 
bir tarixi dövrün başlanğıcı kimi səciyyələnir. Orta əsrlərin 
və feodalizm  gerçəkliyinin ətalət, din, mövhumat pərdəsi-
nə bürünmüş sosial-iqtisadi həyatı tədricən oyanıb canlan-
mağa  yönəlmiş,  eyni  zamanda  cəmiyyətdə,  habelə  ətraf 
aləmdə baş verən mürəkkəb hadisələrin daha obyektiv su-
rətdə dərk olunub, qiymətləndirilməsi prosesi başlanmışdı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə