Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

Mədəniyyət  cəmiyyətlə,  təsərrüfatla,  ictimai,  siyasi,  iqtisadi  və 
ideoloji  həyatla  sıx  bağlı  əlduğundan  insanlann  ictimai  şüurunda, 
onların əxlaq və hərəkətlərində, fiziki və zehni fəaliyyətində öz əksini 
tapır. Mədəniyyət maddi və mənəvi formada özünü göstərir, yəni həm 
zehni, həm də fiziki əmək nəticəsində yaradıldığından biz ənlan gözlə 
görüb, müşahidə edirik. Onlar insanların həm mənəvi ehtiyaclannm, 
həm  də  gündəlik  qayğıla-  nnm  ödənilməsinə  xildmət  edir.  Buraya 
əmək  alətləri,  ev  əşyaları,  geyim,  bəzək  əşyalan,  döyüş  silahlan, 
idman  ləvazimatı,  incəsənət  əsərləri,  ədəbiyyat  nümunələri,  yazılı 
sənədlər, din, etik və estetik qayda-qanunlar daxildir. 
Mənəvi  mədəniyyətin  tərkib  hissəsi  əlan  nitq  mədəniyyəti 
təfəkkür  mədəniyyətidir.  Hər  bir  xalqın  yaratdığı  maddi  və  mənəvi 
sərvətlər ə xalqın milli mədəniyyəti sayılır. Milli mədəniyyətdə hər 
bir  xalqın  özünəməxsus  təfəkkür  tərzi,  mənəvi  dəyərləri,  özünü  və 
həyatı dərketmə - anlama şüuru, bədii-estetik duyumu, dünyagörüşü 
öz əksini tapır. Bu silsilədə dilin özünəməxsus yeri vardır. Dil mədəni, 
əxlaqi,  dini,  estetik  normaların  saxlanılması  və  gələcək  nəsillərə 
ötürülməsində yeganə olmasa da, aparıcı və əsas vasitələrdəndir. 
Azərbaycan  mədəniyyəti  ümumbəşəri  mədəniyyətin  tərkib 
hissəsidir.  O,  milli  çərçivədə  məhdudlaşıb  qalmır,  başqa  millətlərin 
mədəniyyətindən  bəhrələnir  və  başqa  xalqların  mədəniyyətinə  təsir 
edərək  onların  formalaşması  və  inkişafına  əvəzsiz  xidmət  göstərir. 
Dahi  Azərbaycan  bəstəkarı  Üzeyir  bəy  Hacıbəyovun  musiqisinin 
bütün Şərq xalqlarına örnək olması, Azərbaycan dilinin ətrafımızda 
yaşayan  xalqların  -  erməni,  gürcü,  çeçen,  avar, ləzgi,  kürd,  talış  və 
s-lərin  dilinə  təsiri  danılmazdır.  Qarşılıqlı  mədəni  əlaqələr  milli 
mədəniyyətimizin inkişafına da öz müsbət təsirini hiss etdirir. Qərb və 
rus  simfonik  və  balet  musiqisinin,  rəssamlıq,  boyakarlıq, 
heykəltəraşlıq  nümunələrinin  Azərbaycan  incəsənətinə  təsiri  çox 
böyükdür. Belə münasibətlərin nəticəsidir ki. Qara Qarayevin, Fikrət 
Əmirovun, Arif Məlikovun musiqisi. Tahir Salahovun 
41 


rəsm  əsərləri  dünya  incəsənətinə  dəyərli  töhfədir.  Bİz  dünya 
sivilizasiyasına  inteqrasiya  etməklə  mədəniyyətlərarası  əlaqələri 
genişləndiririk. 
Milli mədəniyyətin göstəricilərindən biri olan gözəl nitq (şifahi və 
yazılı) dilin səlisliyini, ifadə imkanlarını bütün məziyyətləri ilə çatdıra 
bilən  yazıçılardan,  söz  ustalarından,  natiqlərdən  çox  asılıdır.  "Dədə 
Qorqud 
kitabı"nı, 
Nəsimini, 
Füzulini, 
M.F.Axundovu, 
C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Ü.Hacıbə- yovu və onlarla digər 
söz-sənət korifeylərini dünyaya bəxş etmiş Azərbaycan xalqı bu dahi 
sənətkarların  söz  incilərində  zəngin  nitq  mədəniyyətinin  varlığını 
nümayiş etdirmişdir. 
Hər  bir  azərbaycanlı  -  müəllim,  həkim,  nazir,  tələbə,  şəhərli, 
kəndli  nitq  mədəniyyətinə  dərindən  yiyələnməli,  ana  dilimizdə 
düzgün, gözəl danışmağa, savadlı, dəqiq, aydın yazmağa borcludur. 
Öz  dilini  yaxşı  bilməyəni,  onun  incəliklərini  dərindən 
mənimsəməyəm yüksək mədəniyyətli adam hesab etmək olmaz. 
Sual və tapşırıqlar 
1.
 
Azərbaycan dilinin dövlət dili olması haqqında Azərbaycan 
Respublikasının  ümummilli  lideri  Heydər  Əliyevin  fərman  və 
sərəncamlarının əhəmiyyətini izah edin. 
2.
 
Mədəniyyətin  inkişaf  mənbəyi  nədir  və  onu  necə  başa 
düşürsünüz? 
3.
 
Xalq mədəniyyətinin tərkib hissələri hansılardır? 
4.
 
Mədəni nitq hansı cəhətləri ilə fərqlənir? 
5.
 
Nitq mədəniyyətinin qoruyucusu və daşıyıcısı anlayışını necə 
başa düşürsünüz? 
6.
 
Nitqin funksiyaları və əsas cəhətlərini deyin. 
7.
 
Nitq fəaliyyəti nədir? 
Çalışma  25.  Mətni  oxuyun,  linqvistik  təhlil  aparın,  ədəbi 
dilimizin hansı normalarının pozulduğunu qeyd edin: 
Nağaraçı İsabah ortada heykəl kimi dinməz-söyləməz dayanmış 
Cəbodan  gözlərini  çəkmədən  var  gücü  ilə  qışqırdı:  Sağ  olsun 
müəllimlər! Sağ olsun Cəbo qağa! 
4Z 


Bu  vaxt  Bahəddin  vizqanı  başının  üstünə  qaldmb  havada  çalır, 
Vəli zurnasını zilə qaldmb sifətinin qarşısında sağa-sola lirladır- dı... 
Toybəyi yerdəki pullan yığıb toyçulann qarşısındakı çantaya atdı. Elə 
bu an həyət qapısından içəri girən Pısı Ələkbər dili topuq vura-vura: 
ə...ə...ə... nə d...d...d... durubsuz, yanır! K.. k.. .k... köməyə gəlin! T... 
ənbəki anban y.. .y.. .y... yanır ey! 
Pısı Ələkbər pəltək olduğundan sözləri deyəndə zıqqına-zıq- qına 
deyir və hərdən elə gücə düşürdü ki... Başını fırladaraq öz orbitində 
dairə cızır, yalnız bundan sonra deyəcəyi sözü tələffüz edirdi... sözü 
deyəndə  isə  sifəti  qıpqırmızı  qızanrdı  Pısı  Ələkbərin...  Toyçular 
dayandı, camaatın bir qismi toyxanadan çıxdı. 
Cəbo yerindəcə dayanıb durmuşdu... O, indiki vəziyyətində 
uçurulan və sağ çiyni üstündə əyilmiş heykələ oxşayırdı... (Şamil 
Zaman. Qarabağlan tərənnüm edirəm. Bakı, 2007, səh.88) Çabşma 
26. Sizin adınıza gəlmiş bağlamanı poçtdan almaq üçün bir nəfərə 
etibarnamə yazın. 
NİTQİN NÖVLƏRİ 
Dilin mövcudluq forması olan nitq fəaliyyəti danışma, dinləmə, 
yazı və oxu proseslərini birləşdirir. Buna görə də nitq daha çox şifahi 
və yazılı, monoloji və dialoji, zahiri və daxili (lal) növlərinə bölünür. 
ŞİFAHİ NİTQ 
Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil ciddi 
fonetik,  leksik,  morfoloji  və  sintaktik  normalar  əsasında  fəaliyyət 
göstərir.  Bu  normalarla  dialektlərə  qarşı  duran  ədəbi  dilin  şifahi 
forması  qədim  dövrlərdən,  yəni  eramızdan  çox-çox  əvvəllər,  hələ 
əlifba  və  yazı  meydana  gəlməmişdən  xalq  yaradıcılığı  dili  kimi 
insanlar arasında holavarlar, sayaçı sözləri, ağılar, atalar 
43 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə