Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

Çalışma 13. Oxuyun, buraxılmış orfoqrafik, qrammatik və üslubi 
səhvləri düzəldərək mətni köçürün: 
Oğlan  qapıyı  aşdı.  İçəri  qarannix  idi.  Əvvəl  gözdəri  heç  nə 
görmədi, yavaş-yavaş qaraımıxa ahşannan sora inəylərini gördü. İnəy 
təzəcə  doğmuş  balasın  yalayırdı.  Oğlan  yaxın-yaxın  gəlif  bizoya 
diqqətnən  baxdı.  Yenicə-yenicə  dünyaya  gəlmiş  bizo  anasının 
nəfəsiynən  oxranırdı,  əyaxa  durmax  isdiyirdi,  angax,  hələm 
bajarmırdı. Oğlan tələm-tələsiy bayıra qaşdı. Nənəsin qışqırdı. Nənəsi 
başı  qanşix  olduğundan  eşitmədi.  Oğlan  bir  də  qışqırdı.  Nənə  səsi 
eşidip gəldi. Nənə və nəvə töylüyə girdilər. 
Çalışma  14. Şifahi xalq ədəbiyyatında nitq mədəniyyətinin əsas 
göstəricilərini müəyyənləşdirin: 
Koroğlu yaxın gəlib soruşdu: 
-
 
Ay əmi, niyə ağlayırsan? 
Qoca heç başını da qaldırmayıb dedi: 
-
 
Neynirsən? Səndən ki mənim dərdimə  dərman olmayacaq, çıx 
yolunla get! 
Qoca sözü nə qədər yayındırmaq istədisə. Koroğlu əl çəkmədi. 
Kişi gördü olmayacaq axırda dedi: 
-
 
İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm, sən kimsən? Bu 
başındakı dəstə-tifaq nədi? 
-
 
Mən Muradbəyli tərəflərdənəm. Buradan mal almağa gəlmişik. 
Yollar şulluqdu deyin, yaraqh-yasaqh gəlmişik. 
Qoca Muradbəyli sözünü eşidəndə bir fikrə cumdu. Dedi: 
-
 
Yaxşı,  deyirsən  ki.  Muradbəyli  tərəfdənsən.  De  görüm. 
Koroğlunu tanıyırsan, ya yox? 
Koroğlu gördü qocada söz var. Dedi: 
-
 
Tanıyıram. Niyə tanımıram! 
Qoca dedi: 
-
 
İndi ki tanıyırsan, mənə de görüm Koroğluya dost adamsan, ya 
düşmən? 
Koroğlu dedi: 
-
 
Dost olarıq. Nə var ki? Bu şeyləri məndən niyə soruşursan? 
30 


("Koroğlu" dastanının "Duma teli" qolundan) 
Çalışma  15.  Aşağıdakı  sözlərin  orfoqraflyasındakı  səhvləri 
müəyyənləşdirin və onları düzgün yazın: 
Vırmax,  tilvizor,  bağışda,  qarannix,  boşdux,  riyaziyat,  lahiyə, 
prakror, sürücməy, niyət, bulut, kaseta, məkəmə, həyət-baja. 
Çalışma 16. Verilmiş frazeoloji birləşmələri sözlə ifadə edin: 
dincini almaq, qəlbə dəymək, baş sındırmaq, göz qoymaq, yada 
salmaq,  bumunu  sallamaq,  ağzına  dil  atmaq,  bel  bağlamaq,  ailə 
qurmaq, dünyaya göz açmaq. 
Çalışma 17. Protokola verilən tələbləri qeyd edin. Qrup iclasının 
protokolunu yazın. 
Çalışma 18. Haradasa işləyirsiniz. Müəssisə rəhbəri ilə müqavilə 
bağlayın. 
NİTQ MƏDƏNİYYƏTİNİN 
BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ 
Nitq  mədəniyyəti  həm  tədris  fənni,  həm  də  elm  kimi  dilçiliyin 
fonetika, 
orfoepiya, 
orfoqrafiya, 
leksikologiya, 
qrammatika, 
üslubiyyat şöbələri ilə, həm də etika, estetika və incəsənətlə bağlıdır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ DİLÇİLİK 
Dilçilər  dili  nitqin  bazası,  nitqi  isə  dilin  ifadə  forması  hesab 
edirlər. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə özündə dili ehtiva 
etməklə  onu  canlandım  və  yaşadır.  Dil  nitqə  çevrilməklə  fəaliyyət 
göstərir.  Nitq  dil  bazasında  yarandığı  üçün  nitq  mədəniyyəti  də  dil 
normalan əsasında formalaşıb həyata vəsiqə qazanır. 
31 


Dil  normalarını  tənzimləyib  ümumiləşdirən  dilçilik  elminin  bir 
bölməsi olan nitq mədəniyyəti fonetik qanun və vasitələrə əsaslanaraq 
fikrin  eskpressivliyini  artırmağa  xidmət  edir.  Dilin  leksik  tərkibini 
mükəmməl  mənimsəmiş,  zəngin  söz  ehtiyatına  malik  olan, sözlərin 
işlədilmə məqamlarını, emosional - ekspressiv çalarlarmı yaxşı bilən 
insan  onlardan  məqamında  bacarıqla  istifadə  edə  bilir.  Sözlərin 
normativ və məcazi mənalarından yararlanan adamın nitqi mədəni və 
məntiqi  olur.  Ədəbi  dilin  leksik  normalanndan  kənara  çıxıb  loru, 
vulqar  sözlərə,  jarqonlara,  dialektizmlərə  müəyyən  qədər  yer  verən 
adamın  nitqi  dinləyicilərin  marağının  azalmasına  gətirib  çıxanr. 
Qrammatik  normalan,  morfoloji  və  sintaktik  formalan,  müxtəlif  dil 
xüsusiyyətlərini  nitqdə  yerli-yerində  bacanqla  işlətmək  sayəsində 
adamın düzgün, məntiqi, səlis danışığı başqalannda xoş ovqat yaradır, 
mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb olur. Deməli, əsas 
obyekti söz olan dilçiliyin nitq mədəniyyəti ilə bağlılığı qaçılmazdır. 
Məqsəd  və  vəzifələri  müxtəlif  olan  dilçiliklə  nitq  mədəniyyətini 
yaxınlaşdıran  cəhət  onlann  hər  ikisinin  obyektinin  söz  olmasıdır. 
Lakin nitq mədəniyyətini maraqlandıran əsas şərt sözlərin ədəbi dil 
normalarına  uyğun  seçilib  işlədilməsi,  cümlədə  sözlərin  sırasının 
üslubdan  asılı  olaraq  müəyyən  yerdəyişməsinə  uğraması 
maraqlandırır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ QRAMMATİKA 
Qrammatika dilçilik sahəsi olub söz formalarını, onların dəyişmə 
və  birləşmə  qaydalarını,  cümlə  tərtibi  məsələlərini  öyrənən  elmdir. 
Məlumdur ki, qrammatik quruluş hər hansı bir dilin varlığı üçün əsas 
şərtdir. Qrammatik quruluş dilin ümumi qanun- lan əsasında inkişaf 
edib formalaşır və təkmilləşir. Dilin qrammatik quruluşu sözlərin, söz 
birləşmələrinin  dəyişməsi  və  birləşməsi,  cümlələrin  tərtib  edilmə 
qanun-qaydalarının məcmusudur. 
Qrammatikanın morfologiya və sintaksis bölmələri birlikdə dilin 
qrammatik quruluşunu təşkil edir. "Bütün elmlərin qram- 
3Z 


matikaya  ehtiyacı  vardır.  Qrammatikasız  natiqlik  kütdür,  poeziya 
pəltəkdir"  -  deyən  M.Lomonosov  dil  materialına  münasibət 
məsələsində  qrammatikanın  rolunu  həddən  artıq  yüksək 
qiymətləndirirdi. 
Nitq  mədəniyyətinə  yiyələnməkdə  qrammatik  qayda-qanunların 
gözlənilməsi düzgün tələffüz, intonasiya, fasilə, vurğu, ritm, diksiya 
kimi vasitələrlə vəhdət təşkil etməlidir. Qrammatik qaydaları üsluba 
uyğun olaraq işlətmədən nitqin kommunikativ keyfiyyət dəqiqliyi və 
məntiqliyini  saxlamaq,  nitqin  anlaşıqlı  və  münasib  verilməsinə  nail 
olmaq çətindir. Beləliklə, aydın olur ki, nitq mədəniyyəti qrammatik 
qanunlar çərçivəsində öz həllini tapır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ ÜSLUBİYYAT 
Nitq  mədəniyyəti  ilə  üslubiyyat  arasında  qarşılıqlı  əlaqə  vardır. 
Üslubun  yaranması  dilin  özünün  inkişafı  ilə  bağlıdır.  Dil  üslubları 
dilin  inkişaf  səviyyəsindən  asılı  olaraq  meydana  gəlmişdir.  Böyük 
yunan alimi Aristotel hələ eramızdan çox-çox əvvəl üslub məsələsini 
nitq  mədəniyyəti  ilə  əlaqələndirirdi:  "Üslubun  qiyməti  onun 
aydmhğmdadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə 
nail ola bilməmişdir. Üslub nitqin mövzusuna uyğun gəlməlidir". 
Üslubiyyatın  tarixi  Azərbaycanda  bir elm  sahəsi  kimi XX  əsrin 
20-ci  illərindən  başlayır.  Bu  gün  dil  üslubları  çox  və  rəngarəngdir: 
akademik  üslub,  dialoq  üslubu,  monoloq  üslubu,  realist  üslub, 
romantik üslub, funksional üslublar, poetik üslub, şair və ya yazıçının 
fərdi üslubu və s. kimi çoxlu üslub növləri vardır. 
Nitq mədəniyyəti və üslubiyyat sözlərin və qrammatik formaların 
nitqdə  işlədilməsi  keyfiyyətini  və  imkanlarını  araşdırıb  tədqiq  edir. 
Dilin lüğət tərkibi, orfoqraflya və orfoepiya məsələləri, sözlərin məna 
çalarları üslubi rəngarənglik, sinonimlik və s. kimi məsələlər həm nitq 
mədəniyyəti, həm də üslubiyyəatm öyrəndiyi sahələrdir. 
33 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə