8 İstehsal xərclərinin təhlili



Yüklə 445 b.
tarix13.11.2017
ölçüsü445 b.
#10150



8



Təklif və tələbin bazar gücləri

  • Təklif tələb iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür.

  • Təkliftələb bazar iqtisadiyyatını çalışdıran güclərdir.

  • Müasir mikroiqtisadiyyat təklif, tələb və bazar tarazlığından bəhs edir.



XƏRCLƏR NƏDİR?

  • Təklif Qanununa uyğun olaraq:

    • Məhsulun qiyməti yüksək olanda firmalar həmin məhsuldan daha çox istehsal etməyi və daha çox satmağı arzu edirlər.
    • Bu yuxarı doğru meylli olan təklif əyrisi ilə özünü göstərir.


XƏRCLƏR NƏDİR?

  • Firmanın hədəfi

    • Firmanın iqtisadi hədəfi mənfəətini maksimumlaşdırmaqdır.


Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət

  • Məcmu Gəlir

    • Fimanın məhsul satışından əldə etdiyi miqdardır.
  • Məcmu Xərc

    • Firmanın istehsalda istifadə etdiyi resursların bazar dəyəridir.


Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət

  • Mənfəət firmanın məmcmu gəlirindən məcmu xərclərini çıxmaqla əldə edilir.

  • Mənfəət = Məcmu gəlir – Məcmu xərc



Xərclər alternativ xərclər kimi

  • Firmanın istehsal xərci onun əmtəə və xidmətlərinin istehsalına çəkilən bütün alternativ xərcləri əhatə edir.

  • Birbaşa və dolayı xərclər

    • Firmanın istehsal xərci birbaşa və dolayı xərclərdən ibarətdir.
      • Birbaşa xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf edirlər.
      • Dolayı xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf etmirlər.


Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət

  • İqtisadçılar firmanın iqtisadi mənfəətini məcmu gəlirdən məcmu xərci (birbaşa və dolayı xərclərin məcmusu) çıxmaqla hesablayırlar.

  • Mühasiblər mühasibat mənfəətini firmanın məcmu gəlirindən yalnız birbaşa xərclərini çıxmaqla hesablayırlar.



Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət

  • Nə vaxt məcmu gəlir birbaşa və dolayı xərclərdən çox olur, firma iqtisadi mənfəət əldə edir.

    • İqtisadi mənfəət mühasibat mənfəətindən kiçik olur.


Diaqram 1: Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət



Cədvəl 1: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki



İSTEHSAL VƏ XƏRCLƏR

  • Istehsal funksiyası

    • İstehsal funksiyası məhsul istehsalında istifadə olunan istehsal faktorlarının miqdarı ilə istehsal olunan məhsulun miqdarı arasındakı əlaqəni göstərir.


İstehsal Funksiyası

  • Marjinal verimlilik

    • Hər hansı istehsal faktorunun marjinal verimliliyi onun hər əlavə vahid artımının məhsul istehsalında yaratdığı artımdır.


İstehsal Funksiyası

  • Azalan marjinal verimlilik

    • Azalan marjinal verimlilik istehsal faktorunun marjinal verimliliyinin elə bir xüsusiyyətini ifadə edir ki, istehsal faktoru artıqca bu verimlilik azalır.
      • Məsələn: Firmada işçilərin sayı artırıldıqca hər əlavə işçinin məhsul istehsalındakı rolu getdikcə azalır. Çünkü firmada maşın və avadanlıqların miqdarı məhduddur.


Qrafik 1: Ac Helenin İstehsal Funksiyası



İstehsal funksiya

  • Azalan marjinal verimlilik

    • İstehsal funksiyasının mailliliyi məsələn, işçi kimi istehsal faktorunun marjinal istehsal verimliliyini ifadə edir.
    • Nə vaxt marjinal istehsal verimliliyi azalır, istehsal funksiyası daha düz olur.


İstehsal Funksiyasından Məcmu Xərc Əyrisinə

  • Firmanın istehsal miqdarı ilə xərcləri arasındakı əlaqə qiymətqoyma qərarlarını müəyyən edir.

  • Məcmu xərc əyrisi bu əlaqəni qrafik olaraq göstərir.



Cədvəl 1A: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki



Qrafik 2: Ac Helenin Məcmu Xərc Əyrisi



XƏRCİN MÜXTƏLİF YOLLARLA HESABLANMASI

  • İstehsal xərcləri sabit xərclər dəyişən xərclər olmaqla iki yerə bölünür.



Sabit və Dəyişən Xərclər

  • Sabit xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olmayaraq onların səviyyəsi dəyişmir.

  • Dəyişən xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olaraq onların səviyyəsi dəyişir.



Sabit və Dəyişən Xərclər

  • Məcmu xərclər

    • Məcmu sabit xərclər (TFC)
    • Məcmu dəyişən xərclər (TVC)
    • Məcmu xərclər (TC)
    • TC = TFC + TVC


Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı



Sabit və Dəyişən Xərclər

  • Orta xərclər

    • Orta xərclər firmanın xərclərini məhsul buraxılışına bölməklə hesablanır.
    • Orta xərc hər tipik məhsulun xərcidir.


Sabit və Dəyişən Xərclər

  • Orta Xərclər

    • Orta sabit xərclər (AFC)
    • Orta dəyişən xərclər (AVC)
    • Orta məcmu xərclər (ATC)
    • ATC = AFC + AVC


Orta xərclər



Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı



Sabit və Dəyişən Xərclər

  • Marjinal xərc

    • Marjinal xərc (MC) hər vahid əlavə istehsal artımı üçün məcmu xərcdəki artımı ölçür.
    • Marjinal xərc aşağıdakı suala cavab imkanı verir:
      • Hər əlavə vahid məhsul istehsalı üçün nə qədər xərc lazımdır.


Marjinal xərc



Marjinal Xərc Susuz Telamnın Limonad Dükanı



Qrafik 3: Susuz Telmanın Məcmu Xərc Əyrisi



Qrafik 4: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri



Xərc əyriləri və onların formaları

  • Marjinal xərc məhsul buraxılışının artması ilə yüksəlir.

    • Bu azalan marjinal verimlilik xüsusiyyəti iləbağlıdır.


Qrafik 5: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri



Xərc Əyriləri və Onların Formaları

  • Orta məcmu xərc əyrisi U formalıdır.

  • Məhsul buraxılışının çox aşağı həcmlərində orta məcmu xərc yüksəkdir. Çünkü sabit xərc yalnız az sayda məhsul vahidi arasında bölüşdürülür.

  • Məhsul buraxılışı artdıqca orta məcmu xərc də azalır.

  • Orta dəyişən xərc yetərli qədər yüksəldikdə orta məcmu xərc də artmaya başlayır.



Xərc Əyriləri və Onların Formaları

  • U formalı ATC əyrisinin aşağısı orta məcmu xərci minimumlaşdıran miqdarda yerləşir. Bu miqdar bəzən səmərəlilik miqyası da adlandırılır.



Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri



Xərc Əyriləri və Onların Formaları

  • Orta Məcmu Xərc və Marjinal Xərc arasındakı əlaqə

    • Nə vaxt marjinal xərc orta məcmu xərcdən az olur, onda orta məcmu xərc azalır.
    • Nə vaxt marjinal xərc orta məcmu xərcdən yüksək olur, orta məcmu xərc artır.


Xərc Əyriləri və Onların Formaları

  • Marjinal Xərc və Orta Məcmu Xərc arasındakı əlaqə

    • Səmərəlilik miqyasında marjinal xərc əyrisi orta məcmu xərc əyrisi ilə kəsişir.
      • Səmərəlilik miqyası elə bir miqdardır ki, burada orta məcmu xərc minimumdur.


Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri



Tipik Xərc Əyriləri

  • İndi də müxtəlif xərc ölçmələri arasındakı əlaqəni öyrənmək vaxtı gəlmişdir.



Biq Bobun Xərc Əyriləri



Qrafik 7: Biq Boqun Xərc Əyriləri



Qrafik 8: Biq Boqun Xərc Əyriləri



Tipik Xərc Əyriləri

  • Xərc Əyrilərinin Üç Vacib Xüsusiyyəti

    • Məhsul buraxılışının artması ilə marjinal xərc də nəhayət artacaqdır.
    • Orta məcmu xərc əyrisi U formalıdır.
    • Marjinal xərc əyrisi ilə orta məcmu xərc əyrisi orta məcmu xərcin minimum olduğu noqtədə kəsişir.


QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR

  • Əksər firmalar üçün məcmu xərclərin sabit və dəyişən xərclər arasında bölüşdürülməsi zaman kəsiyindən asılı olur.

    • Qısa müddətli dövrdə bəzi xərclər sabit olur.
    • Uzun müddətli dövrdə sabit xərclər dəyişən olur.


QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR

  • Bir çox xərclərin qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olması, firmanın uzunmüddətli xərc əyrilərini qısamüddətli xərc əyrilərindən fərqləndirir.



Qrafik 9: Qısa və Uzunmüddətli Dövrdə Məcmu Xərc



Miqyas iqtisadiyyatları və qeyri-iqtisadiyyatları

  • Miqyas iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin azalmasını ifadə edir.

  • Miqyas qeyri-iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin artmasını ifadə edir.

  • Miqyasa görə sabit gəlir uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin eyni qaldığını ifadə edir.



Qrafik 10: Qısa və Uzun müddətli dövrdə orta məcmu xərc



Xülasə

  • Firmanın məqsədi mənfəəti maksimumlaşdırmaqdır. Mənfəət də məcmuu gəlirdən məcmu xərci çıxmaqla hesablanır.

  • Firma davranışı təhlil olunduğu zaman istehsalın bütün alternativ xərclərini nəzərə almaq vacibdir.

  • Bəzi alternativ xərclər birbaşa, bəziləri isə dolayıdır.



Xülasə

  • Firmanın xərcləri onun istehsal prosesini əks etdirir.

  • Tipik firmanın istehsal funksiyası azalan marjinal verimlilik səbəbindən aşağıya doğru əyilir.

  • Firmanın məcmu xərcləri sabit və dəyişən xərclər olmaqla iki yerə bölünür. Sabit xərclər, firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişməyən xərclərdir; dəyişən xərclər isə firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişən xərclərdir.



Xülasə

  • Orta məcmu xərc məcmu xərcin məhsul buraxılışına bölünməsi ilə əldə edilir.

  • Marjinal xərc hər əlavə vahid məhsul buraxılışının məcmu xərcdə yaratdığı artımdır.

  • Marjinal xərc məhsul buraxılışı davam etdikcə yüksəlir.

  • Orta xərc məhsul biraxılışı artan kimi əvvəlcə azalır, sonra isə artır.



Xülasə

  • Orta məcmu xərc əyrisi U şəkilində olur.

  • Marjinal xəərc əyrisi həmişə orta məcmu xərc əyrisi ilə ATC-nin minimum nöqtəsində kəsişir.

  • Firmanın xərcləri zaman kəsiyindən asılı olaraq da dəyişir.

  • Əksər xərclər qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olur.



TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

  • Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

  • Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011

  • Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

  • Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

  • İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

  • Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə