Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   ...   70

NİTQ MaoaNİYYaTİNİN 
Mövzusu, MUQsau va vaziFaıaui 
Nitq  mədəniyyəti  geniş  anlayış  əlub  insan  mədəniyyətinin  çəx 
mühüm tərkib hissəsi kimi başa düşülür. "Mədəniyyət" sözü dilimizə 
ərəb  dilindən  keçmişdir,  "şəhər"  mənasında  əlan  "mədinə" 
sözündəndir.  "Mədəni"  sözü  də  "şəhərli"  mənasındadır.  Əvvəllər 
"mədəni" anlayışı şəhərdən uzaqda yaşayan, hərəkəti, davranışı, eləcə 
də  danışığı,  nitq  qabiliyyəti  hələ  fərmala-  şıb  müəyyən  ölçüyə, 
əndazəyə  uyğun  əlmayan  insanlara  qarşı,  şəhərdə  yaşayanlann 
danışığı  bədəvilərin,  ucqarlarda  yaşayan-  lann  nitqinə  qarşı 
qəyulurdu.  Deməli,  uzun  əsrlərdən  bəri  birgə  yaşayış  nəticəsində 
şəhərdə yaşayanların - şəhər adamlannm hərəkəti, davranışı, danışığı 
həyat  şəraitinə  uyğun  olaraq  daha  sürətlə  formalaşıb  ucqarlarda 
yaşayanlara nisbətən mədəni hesab olunmuşdur. 
İndi  mədəniyyət  mədəniyyətsizliyə  qarşı  deyil,  daha  mədəni, 
xalqın  kişili,  qadınh,  böyüklü,  kiçikli,  savadlı,  savadsız  əlmasma 
baxmayaraq  hamıya  -  həm  şəhərdə,  həm  də  kənddə  yaşayan  bütün 
adamlara,  ictimai  və  mənəvi  həyatda,  birgə  yaşayışda  özünü 
nümunəvi göstərənlərin hamısına aiddir. Ona görə də "mədəni" sözü 
indi:  a)  mədəniyyətcə  çox  inkişaf  etmiş,  mədəniyyətin  yüksək 
pilləsində  olan;  b)  cəmiyyətdə  özünü  aparma  üsullarına,  ədəb 
qaydalarına  yaxşı  bələd  olan;  tərbiyəli;  c)  mədəniyyətlə  bağlı  olan 
mənalarında işlənir. "Mədəniyyət" sözü isə:  - 1) insan cəmiyyətinin 
istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin 
məcmusu;  2)  hər  hansı  xalqın  müəyyən  dövrdə  əldə  etdiyi  belə 
nailiyyətlərin  səviyyəsi;  təsərrüfat  və  ya  zehni  fəaliyyətin  hər  hansı 
birisinin  inkişaf  səviyyəsi;  3)  savadlılıq,  elmlilik,  biliklilik, 
cəmiyyətdə  özünü  apara  bilmə;  tərbiyə-  lilik;  mədəni  adamın 
tələbatına  uyğun  olan  həyat  şəraitinin  məcmusu  (3.  səh  282-283) 
mənalarını əhatə edir. 
İndi  təhsilin,  elmin,  mədəniyyətin  inkişafı,  mətbuatın,  radio- 
televiziyanın ölkəmizin aranlı, dağlı bütün kənd, qəsəbə və şə 



hərlərində  xalqın  gündəlik  həyatına,  məişətinə  daxil  olması 
nəticəsində  nəinki  ədəbi  dilimiz,  eləcə  də  danışıq  dilimiz  kütləvi- 
ləşmiş, bütün respublikamızda hamının eyni dərəcədə başa düşdüyü, 
anladığı rəvan, gözəl, səlis dilə çevrilmişdir. 
Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sözü ilə 
qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə, əsasən, təlim-tədris 
ocaqlarını, məktəb, klub, kitabxana, kino-teatrları, tamaşa salonlarını, 
tarix-ölkəşünashq  muzeylərini,  mədəni  sözünü  isə  təhsilli,  tərbiyəli 
anlamında başa düşürlər. 
Mədəniyyət  sözü  həyatımıza  dərindən  sirayət  etmiş,  insanın 
həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış 
olmuşdur:  müəllim  mədəniyyəti,  həkim  mədəniyyəti,  tələbə 
mədəniyyəti,  səhnə  mədəniyyəti,  oxu  mədəniyyəti,  qulaq  asma, 
dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti, kənd mədəniyyəti daha 
geniş mənada götürülərək konkret yerin - ölkə və ya qitənin adı ilə - 
Avropa  mədəniyyəti,  Amerika  mədəniyyəti,  Şərq  mədəniyyəti,  Çin 
mədəniyyəti  və  s.  deyilir,  millətlə  bağlı  olaraq  alman  mədəniyyəti, 
fransız mədəniyyəti, türk mədəniyyəti anlayışlan da mövcuddur. 
Bu söylədiyimiz anlayışlar arasında danışıq mədəniyyəti ifadəsi 
özünəməxsus yer tutur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı 
olduğu üçün yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, 
sürücü,  satıcı  və  başqa  peşə-sənət  sahələri  ilə  bağlı  insanların 
ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı nəzərdə 
tutulur, çünki hər bir insan kiçik yaşlarından başlamış dili söz tutana 
qədər  danışır,  yazır,  nitq  söyləyir,  çıxış  edir.  O  öz  danışıq  tərzini 
təkmilləşdirir, nitqini  həyatdan,  cəmiyyətdən  gələn  yeni-yeni  sözlər 
hesabına zənginləşdirir, başqalarından daha yaxşı danışmağa, nitqini 
eyni  dərəcədə  gözəl,  ifadəli,  rəvan  çatdırmağa  çalışır.  Danışıq 
vərdişləri formalaşıb təkmilləşdikcə insanın söz ehtiyatı, dilinin lüğət 
tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, 
özü  üçün  daha  rəvan,  səlis,  düzgün,  dəqiq  danışanları  nümunə 
götürərək, qəzetlərdən, jurnallardan, kitablar 


dan  oxuduğu  və  ya  eşitdiyi  nitq  nümunələri  ilə  tanış  olduqca, 
radio-televiziya  verilişlərinə  diqqətlə  və  maraqla  qulaq  asdıqca, 
dilimizin daxili quruluşuna, onun incəliklərinə bələdləşdikcə, o da öz 
fikirlərini daha gözəl ifadə etməli olur. Deməli, insan mədəniyyətinin 
ayrılmaz  hissəsi  olan  nitq  mədəniyyəti  dil  normalarının  məcmusu 
kimi təzahür tapır. Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır 
ki,  dinləyicilər  onu  nəinki  başa  düşməli,  həm  də  onun  danışığına 
həvəslə  qulaq  asmalı,  ondan  həzz  almalıdırlar.  O,  bu  hal  vərdişə 
çevriləndən,  danışığının  arzu  olunduğunu  eşidib  biləndən  sonra 
nitqinin  mənalı  və  məzmunlu  olmasına  daha  diqqətli  olacaqdır. 
Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun 
üçün  böyüklə  böyük,  kiçiklə  kiçik  dilində  danışmaq,  nə  barədə,  nə 
məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını 
bilmək  və  bunları  mütləq  nəzərə  almaq  vacibdir.  Bu,  nitq 
mədəniyyətinin əsas şərtidir. 
Nitq  mədəniyyətinə  yiyələnmək  üçün  dilin  lüğət  tərkibinə 
dərindən  bələdlik,  onun  fonetik,  leksik-semantik,  frazeoloji  və 
qrammatik  normalanna  yiyələnmək,  dil  qanunlanm  nitqdə  düzgün 
tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna 
çalarlanm nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı 
insan  öz  fikrini  çətinlik  çəkmədən  məntiqi  cəhətdən  ifadə  etmək 
qabiliyyətində olur. 
Sual və tapşırıqlar 
1.
 
Nitq mədəniyyəti fənninin məqsədi nədir? 
2.
 
"Mədəniyyət" sözü hansı dildən alınmışdır və mənası nədir? 
3.
 
Mədəniyyət və nitq mədəniyyəti terminlərini izah edin. 
4.
 
Nitq mədəniyyətinin əsas şərti nədir? 
5.
 
Düzgün nitq nədir? Hansı nitq forması düzgün hesab olunur? 
6.
 
Hansı şəxs öz fikrini elmi və məntiqi cəhətdən düzgün qura bilir? 
7.
 
Dəqiq  nitq  dedikdə  nə  başa  düşülür?  Hansı  adamın  nitqi  dəqiq 
olur? 
Çalışma  1.  Mətndə  mədəniyyət  sözünün  işlənmə  məqamlarına 
fikir verin: 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə