Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

Nitq mədəniyyəti ilə üslubiyyatı eyniləşdinnək və ya üslu- biyyatı 
nitq  mədəniyyəti  predmetinin  içərisində  əritmək  düzgün  deyildir, 
amma  nitq  mədəniyyəti  üslubiyyatm  bir  sıra  məsələlərini  də  əhatə 
edir, üslubun düzgünlü}dinə qiymət verir. Deməli, nitq mədəniyyətini 
üslubi  normalardan  məqsədəuyğun  istifadə  olunması  və  ifadəlilik 
məsələləri 
maraqlandırırsa, 
üslubiyyatı 
dil 
vahidlərinin 
leksik-semantik  əlaqələri,  üslubi  imkanları,  söz-  yaratma  və  söz 
işlətmənin  normativliyi,  funksional  üslubları  nəzərdə  saxlayır. 
Deməli, üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir 
ədəbi dil çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə 
imkanlarını,  onların  əlverişliyini,  uyğunluq,  düzgünlük,  səlislik, 
ifadəlilik  kimi  keyfiyyətlərini,  dil  sisteminin  emosional-ekspressiv 
çalarlarını,  bədii  ifadə  və  təsvir  vasitələrinin  formalaşması  və 
təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir. 
Bədii-üslubi  mahiyyət  daşıyan  obrazlı  ifadələri,  sözlərin  məna 
qruplarını və üslubi laylarını əhatə edən dil vasitələri  - çox-  mənah 
sözlər, sinonim, omonim və antonimlər, cinas və ya təzad yaratmağa, 
mənanı qüvvətləndirməyə, təkrardan qaçmağa xidmət edən və s. kimi 
məsələlər ən çəx leksik üslubiyyatla bağlıdır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ ETİKA, 
ESTETİKA, İNCƏSƏNƏT 
Ümumxalq  mədəniyyətinin  ayrılmaz  tərkib  hissələri  olan  etika, 
estetika və incəsənətin nitq mədəniyyəti ilə qarşılıqlı əlaqəsi vardır. 
Mədəniyyət  xalqın  formalaşdığı  dövrlərdə  etika,  estetika  və 
incəsənətlə  birgə  əmək  prosesində,  insanların  praktik  fəaliyyətində 
meydana gəlir. 
Etika yunan mənşəli latın sözüdür, mənası əxlaq, xarakter, adət 
deməkdir. İctimai şüur formalarından biri kimi etika əxlaq, tərbiyə və 
mənəviyyat  haqqında  fəlsəfi  nəzəriyyə  əlub  hər  hansı  sinfin, 
cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydalarını özündə 
34 


əks etdirir. Natiq mühazirə, məruzə oxuyarkən, çıxış edərkən bütün 
etik normalara riayət etməli, geyiminə, xarici görkəminə xüsusi diqqət 
yetirməli, mimika və jestlərdən mənalı istifadə etməlidir. Vulqar və 
jarqən  sözlər  işlətməkdən  çəkinməli,  ədəbsiz  sözlər  işlətməməlidir. 
Üzü tüklü, yaxalığı əzik, qalstuku modaya uyğun olmayan, rəngarəng 
paltar  və  ayaqqabılarda  auditoriya  qarşısına  çıxmaq  da  müəllim, 
mühazirəçi və ya məruzəçi üçün etik normalar xaricindədir. O, heykəl 
kimi  dayanıb  özünü  "qurutmamalı",  yeknəsəq  səslə,  sürətlə  və  ya 
ləng, cır danışığı ilə dinləyicilərə mənfi təsir göstərməməlidir. 
Estetika  mənşəcə  yunan  dilindən  alınmış  sözdür,  mənası  hiss 
edilən,  həssas  deməkdir.  Estetika  incəsənət  haqqında,  bədii 
yaradıcılıqda,  təbiətdə  və  həyatda  gözəl  formalar  haqqında  fəlsəfi 
nəzəriyyə olub gözəllik və bədiiliyi ehtiva edir. Hazırda bu söz zövq, 
gözəllik aləmi, səliqəlilik anlamında işlənir. İnsanın estetik tərbiyəsi 
onun  xarici  formasından  tutmuş  daxili  aləminə  qədər  hər  şeyin 
ölçülü-biçili  əlmasmı  nəzərdə  tutur.  Nitq  mədəniyyətində  estetika 
dilin gözəlliklərini məharətlə dinləyicilərə çatdırmağı qarşıya məqsəd 
qoyur. 
İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual  - əxla- qi 
gözəllik nitq gözəlliyi ilə vəhdətdə olanda ahəngdarlıq yaradır. Gözəl 
əxlaqi  keyfiyyətlər  mədəni,  gözəl,  cəlbedici  nitqlə  uyarhq  təşkil 
edəndə  insanda  gözəllik  hissi,  estetik  duyğular  oyadır.  Estetik 
mədəniyyət  gözəllik  qanunlarına  əsaslanır.  Nitq  mədəniyyətinin 
gözəlliyi  isə  əsasən  fitri  əlmur.  O,  həyatda,  zəhmətdə,  təcrübədə 
püxtələşir, təkmilləşir. Gözəl nitq o nitqdir ki, o, məzmun və fərma 
gözəlliyi cəhətdən vəhdət təşkil edir. 
İncəsənət  əbyektiv  varlığın  bədii  surətlərlə  yaradıcı şəkildə  əks 
etdirilməsi,  bədii  yaradıcılıq  fəaliyyəti,  gözəl,  nəfis  sənətlər 
sahələrindən  biridir.  İncəsənət  gerçəkliyin,  əbyektiv  aləmin  insan 
şüumnda  bədii  əbrazlar  şəklində  əks  əlunma  formasıdır.  Özünü 
incəsənətdə əks etdirən nitq mədəniyyəti insanın inkişaf səviyyəsini, 
ənun  fəaliyyətinin  keyfiyyət  dərəcəsinin  göstəricisidir.  Bədii  əbraz, 
tipiklik, bədii metod və ustalıq incəsənətlə bağ- 
 


İl  olsa  da,  nitq  mədəniyyəti  də  gözəlliyə,  ülviliyə,  estetik  ölçüyə 
biganə qalmır, onları insanların dərk etməsinə yardımçı olur. 
İncəsənətdə  məzmun  və  forma  vəhdəti  eyni  dərəcədə  nitq 
mədəniyyətinə də aiddir. Məzmun və forma yaradıcılıq prosesində və 
onun  nəticəsi  olan  hər  hansı  bir  nitqdən,  mühazirə  və  ya  çıxışdan 
ayrılmazdır.  Forma  və  məzmun  arasında  uyğunluq  olanda  fikir 
dinləyicilərə daha tez, asan və düzgün çatır. 
Nitq  mədəniyyəti  ədəbiyyatla  sıx  bağlıdır.  Ədəbi  janrların  - 
mənzum,  epik  və  dramatik  əsərlərin  əsas  xüsusiyyətlərini  nəzərə 
almadan 
onları  dinləyicilərə  yüksək  səviyyədə  çatdırmaq 
qeyri-mümkündür.  Əruz  vəznində  yazılmış  qəzəli,  qəsidə  və  ya 
məsnəvini,  heca  vəznində  qələmə  alınmış  qoşma,  təcnis,  gəray-  h, 
bayatını, sərbəst vəzndə yazılmış nəzm əsərlərini oxumaq və ya əzbər 
söyləmək natiqdən bu sahələri yaxşı bilməyi tələb edir. Belə əsərlərin 
ifadəli  oxunması  onların  bədii  dəyərini  artırmaqla,  belə  şeir 
formalanm  dinləyicilərə  sevdirməyə  xidmət  göstərməlidir.  Eləcə  də 
nəsrlə dramı, faciə ilə komik əsəri, yaxud nağıl ilə oçerki, hekayə ilə 
esseni,  təmsillə  əfsanəni,  məzhəkə  ilə  novellanı  eyni  ahənglə,  eyni 
tonda, eyni intonasiya ilə oxumaq əsərin bədiiliyinə, ahəngdarlığına, 
ifadəliliyinə, 
emosionallığına 
xələl 
gətirməklə, 
onlann 
xüsusiyyətlərini  də  dinləyicilərə  çatdırmaq  natiqə  müyəssər  ola 
bilməz. 
Nitq  mədəniyyəti  tarixlə,  psixologiya  (İnsan  nitqi,  bilavasitə, 
təfəkkürlə bağlı olduğu üçün),  pedaqogika  (təlim prosesi olduğuna 
görə),  fiziologiya  (danışıq  səslərinin  düzgün  tələffüzü,  orfoepiya 
qaydalarına  riayət  etmək  üçün),  məntiqlə  (nitqin  effekti  onun 
məntiqliyindən  asılı  olduğuna  görə)  və  s.  başqa  elm  sahələri  ilə  də 
əlaqədardır. 
Sual və tapşırıqlar 
1.  Nitq  mədəniyyəti  tədris  fənni  və  elm  kimi  dilçiliyin  hansı 
sahələri ilə bağlıdır? 
2)
 
Nitq mədəniyyətinin leksikologiya ilə əlaqəsi nəyə əsaslanır? 
36 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə