Pediatriya



Yüklə 1,38 Mb.
səhifə1/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
  1   2   3   4   5   6   7   8   9   ...   14

Pediatriya ixtisası üzrə nümunəvi test suallarının toplusu

Bölmə 1. Uşaqlarda sağlamlıq vəziyyətində erkən pozuntuların diaqnostikası və profilaktikası.

1) Uşağın orqanizminin müqavimət səviyyəsi aşağıdakılardan hansı ilə müəyyənləşdirilir?

A) Müayinədən əvvəl bir il ərzində uşağın keçirdiyi ağır respirator xəstəliklərin təkrarlanması ilə

B) Xəstəliklərin uzun çəkməsı və ağırlığı ilə

C) Xroniki xəstəliklərin kəskinləşmə sayı ilə

D) Müayinədən əvvəl bir il ərzində uşağın keçirdiyi ağır xəstəliklərin təkrarlanması ilə

E) Kəskin xəstəliklərin ağırlığı ilə


Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. Москва, 2001.
2) Hansı halda 2 yaşında uşağı tez-tez xəstələnən hesab etmək olar?
A) KRX 6 dəfə müşahidə olunubsa

B) Raxitin bərpa dövrundə həyatın ikinci ilində 3 dəfə kəskin xəstələnmə

C) Uşaqda ildə 3 dəfə ilə xroniki otitin ağırlaşması olubsa

D) İldə iki dəfə bronxial astmanın kəskinləşməsi və ildə iki dəfə kəskin xəstələnmə olarsa

E) Həyatının ikinci ilində 7 dəfə kəskin xəstələnmə müşahidə olunursa
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
3) Sağlam uşağa massaj və xüsusi gimnastika məşğələlərini nə vaxtdan aparmaq olar?
A) Uşağın bir ay yarımlığından

B) Uşağın iki aylığından

C) Uşaq anadan olandan

D) Lazım deyil

E) Uşağın 6 aylığından
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
4) KRX keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?
A) 3 aydan sonra

B) 3,5 aydan tez olmayaraq icazə verilir

C) 2 həftədən sonra

D) 2 aydan sonra

E) 1 aydan sonra
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
5) İnfeksion hepatit keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?
A) 12 aydan tez olmayaraq icazə verilir

B) 1 aydan

C) 6 aydan

D) 3 aydan

E) 2 aydan
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
6) Məhdud neyrodermitli uşağa remissiyanın əvvəlindən nə qədər sonra profilaktik peyvənd etmək olar?
A) 1 il

B) 6 ay


C) 2 ay

D) 3 ay


E) 1 ay
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
7) Sidik çıxarıcı yolların infeksiyasını keçirmiş uşağa profilaktik peyvəndləri klinik-laborator normallaşmadan nə qədər sonra vurmaq olar?
A) 12 ay

B) 3 ay


C) 1 ay

D) 6 ay


E) 18 ay keçəndən sonra peyvənd vurmaq olar
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
8) Ev şəraitində kəskin pnevmoniya xəstəliyinin müalicəsinə hansı hallarda icazə verilir?
A) 1 yaşına çatmamış uşaqda pnevmoniyanın ağırlaşmamış forması

B) 7 yaşlı uşaqda bir seqmentin atelektazı ilə gedən pnevmoniyanın uzun sürməsi

C) 4 yaşdan yuxarı uşaqda pnevmoniyanın ağırlaşmamış forması

D) Kardiovaskulyar sindrom ilə ağırlaşmış pnevmoniya

E) Sosial firavanlığı olmayan ailədən çıxmış uşaqda pnevmoniya
Ədəbiyyat: В.К.Таточенко. Практическая пульмонология детского возраста. «Солвей Фарма» Москва, 2001.
9) Davamlı remissiya fazasında xroniki qastritli uşaqlarda residiv əleyhinə təkrar müalicə necə aparılmalıdır?
A) İldə 2 dəfə

B) Ayda 1 dəfə

C) Hər ay

D) İldə 1 dəfə

E) Hər rüb (3 ayda 1 dəfə)
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
10) Fenilketonuriyanın laborator diaqnostikasına hansı aiddir?
A) Seruloplazminə görə qanın müayinəsi

B) Üçxlorlu dəmirlə sınaq

C) Zülal fraksiyalarının təyini

D) Asetona görə sınaq

E) Qan və sidikdə kreatinfosfokinazanın təyini
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
11) Sadalanan simptomlardan kəllədaxili təzyiqin artmasını göstərən rentgenoloji əlamət hansıdır?
A) Kəllə tikişlərinin aralanması

B) Göz dibində durğunluq əlamətləri

C) Kalsiumun oqranizmdən xarıc olması əlaməti

D) Beyin qabığı neyrodinamikasının pozulması

E) Exoensefaloskopiyada M-exonun yerinin dəyişməsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
12) İlkin vərəm kompleksinin əsas komponentləri hansıdır?
A) Limfanqit, limfadenit

B) İlkin ciyər affekti, limfadenit

C) İlkin ciyər affekti, limfadenit, limfanqit

D) İlkin ciyər affekti

E) Limfanqit
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı, 2004
13) Vərəmin hansı formalarında ana öz körpəsini döşlə əmizdirə bilər?
A) Vərəmin doğuşdan sonra aşkar edilən ağırlaşması

B) Bədənə yayılmış vərəm

C) Kalsinasiya fazasında ağ ciyər vərəmi

D) Süd vəzilərinin vərəmi

E) Bakteriya ifrazatı təsdiqlənən ağ ciyərlərin aktiv vərəmi
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı, 2004
14) Böyük yaşlı uşaqlarda dəmir çatmamazlığı anemiyasının ən çox rast gəlinən səbəbləri hansıdır?
A) Qurd invaziyası

B) Dəmirin sorulmasının pozulması

C) Qida ilə dəmirin kifayət qədər daxil olmaması

D) Avitaminoz

E) Xroniki qan itirmə
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
15) Suçiçəyi zamanı hansı halda antibiotiklər təyin olunur?
A) Ağırlaşmaların profilaktikası məqsədilə

B) Ensefalit zamanı

C) Ağır forma zamanı

D) İrinli ağırlaşmalar zamanı

E) Təyin edilmir
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004

Bölmə 2. Tibbi genetika, immunologiya, reaktivlik, allergiya.

16) Genin mutasiyasının əsas səbəbi nədir?
A) Radiasiya

B) Sinir-psixi amil

C) İnfusion amil

D) Siqaret çəkmə

E) Alkoqolizm
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
17) Delesiya nədir?
A) Bütün xromosomun itirilməsi

B) Xromosomun bir hissəsinin itirilməsi

C) Bir xromosomun digər cütlüyə yerdəyişməsi

D) Əlavə xromosomun olması

E) Xromosomun çiyinlərinin birləşməsi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
18) İrsi xəstəliklərin təsnifatı zamanı istifadə edilmir?
A) Bətndaxili inkişafın dövrləri

B) Xromosomun morfologiyası

C) İrsi ötürülmənin tipləri

D) Meyillilik amili

E) Sindromal
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
19) İrsi xəstəliklər daha çox hansı halda rast gəlir?
A) Resessiv tipli irsi ötürülmə

B) İrsi meyilli xəstəliklər

C) Xromosom

D) Dominant tipli irsi xəstəliklər

E) Qeyri-müəyyən tipli irsi ötürülmə
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
20) Xromosom xəstəlikləri qrupuna hansı aid deyil?
A) Alport sindromu

B) Patan sindromu

C) Şerşevski-Terner sindromu

D) Edvars sindromu

E) Daun xəstəliyi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
21) “Pişik çığırtısı” sindromu üçün nə xarakterdir?
A) 5-ci cüt xromosomun çiyinciyinin delesiyası

B) 21-ci xromosomun translokasiyası

C) Əlavə X-xromosom

D) 18-ci cüt xromosomun dairəvi olması

E) X- xromosomun olmaması
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
22) Vitamin B6 – asılı bronxial astma hansı metabolizm pozğunluğu ilə əlaqədardır?
A) Qlisin

B) Fenilalanin

C) Tirozin

D) Triptofan

E) Metionin
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
23) Fellinq sınağının köməyi ilə hansı patologiya diaqnozlaşdırılır?
A) Homisistinuriya

B) Qlükogenez

C) Elers-Danlos sindromu

D) Histidinemiya

E) Fenilketonuriya
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
24) İrsi bilirubin mübadiləsi pozğunluğuna hansı aid deyil?
A) Alfa 1-antitripsin defisiti zamanı olan sarılıq

B) Kriqler-Najar xəstəliyi

C) Preqnan sarılığı

D) Roter xəstəliyi

E) Jilber xəstəliyi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
25) Qohumlar arasında nigah nə ilə təhlükəlidir?
A) Uşağın vaxtından əvvəl doğulması ilə

B) İrsi resessiv genin yüksək rastgəlmə ehtimalı ilə

C) İnfeksion embriopatiyanın formalaşması ilə

D) Sonsuzluqla

E) Mutasiyanın əmələ gəlməsi ilə
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
26) Adrenogenital sindromun viril forması zamanı cinsin müəyyənləşdirilməsi hansı yolla mümkündür?
A) Cinsi xromatinin təyini

B) Kariotipin təyini

C) 17-oksikortikosteroidlərin təyini

D) Yumurtaların əllənməsi

E) Qonadın histoloji müayinəsi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
27) Atanın dominant geni X-xromosomda yerləşmişdir. Övladlardan hansı xəstələnə bilər?
A) Bütün uşaqlar sağlam olacaqlar

B) Təkyumurta ekiz oğlan uşaqlarının hər ikisi

C) Oğlan

D) Qız


E) Həm oğlan, həm də qızlar xəstələnə bilərlər
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
28) Hipotireoz üçün nə xarakterik deyil?
A) Uzun sürən sarılıq

B) Qəbzlik

C) Əmgəyin vaxtından əvvəl bağlanması

D) Hipotermiyaya meyllik

E) Makroqlossiya
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
29) Fenilketonuriya zamanı hansı əlamət dominantlıq təşkil edir?
A) Hemopoezin depressiyası

B) Ekzema və albinizm

C) Nefropatiya

D) Bağırsağın zədələnməsi və hipotrofiyanın artması

E) Nevroloji simptomlar
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
30) Şerşevski-Terner sindromu üçün nə xarakter deyil?
A) Boynun qanadabənzər büküşü

B) Amenoreya

C) Hündürboyluluq

D) Ürək-damar sisteminin inkişaf qüsuru

E) Xromatinin müayinəsinə görə kişi kariotipi
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
31) Bir yaşa qədər oğlan uşaqlarında adrenogenital sindrom üçün nə xarakterikdir?
A) Psixi inkişafın qüsurları

B) Sümükləşmənin gecikməsi (sümük yaşının pasport yaşından geri qalması)

C) Cinsiyyət üzvünün böyüməsi

D) Boyun ləngiməsi

E) Xorioretinit
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
32) Qız uşaqlarında adrenogenital sindromun viril formasına nə xarakterik deyil?
A) Sümük yaşı pasport yaşını qabaqlayır

B) Sidikdə 17-ketosteroidlərin miqdarının artması

C) Hepatosplenomeqaliya

D) Hipertrixoz

E) Cinsiyyət dodaqlarının və klitorun böyüməsi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
33) Fakomatoz üçün nə xarakterik deyil?
A) Sinir sisteminin zədələnməsi

B) Dəridə piqment ləkələri

C) Neyrofibromatoz

D) İmmunodefisit vəziyyət

E) Sümük sisteminin inkişaf qüsuru
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
34) Aşağıdakılardan hansı anticismlərə aiddir?
A) Komplement sistemi

B) Kəskin dövrün zülalları

C) C-reaktiv zülal

D) İmmunoqlobulin A

E) Qlikozaminoqlikanlar
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
35) İmmun sistemin hüceyrələrinə aid olmayan hansıdır?
A) T-limfositlər

B) B-limfositlər

C) Dendrit hüceyrələr

D) Eritrositlər

E) Plazmatik hüceyrələr
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
36) Bilavasitə anticism sintez edən plazmatik hüceyrələr hansılardan formalaşır?
A) Bazofillərdən

B) Makrofaqlardan

C) T-limfositlərdən

D) B-limfositlərdən

E) Neytrofillərdən
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
37) Faqosit hüceyrələrə hansılar aiddir?
A) Tosqun hüceyrələr

B) Monositlər

C) Plazmositlər

D) T-limfositlər

E) Normal killerlər
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
38) Atopik xəstəliklər üçün hansı immunoqlobulinin artması xarakterikdir?
A) IgE

B) IgG


C) İgM

D) IgA


E) sekretor IgA
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
39) Humoral immunitet göstəricilərinə hansılar aiddir?
A) A, M, G, E immunoqlobulinlərin vəziyyəti

B) leykositlərin blasttransformasiya reaksiyası

C) normal killer hüceyrələrin miqdarı (CD 16)

D) faqositozun parametrləri

E) rozetka əmələgəlmə reaksiyası
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
40) Hüceyrə immuniteti göstəricilərinə hansı aiddir?
A) B-limfositlərin miqdarı

B) Leykositlərin blasttransformasiya reaksiyası

C) A,M,G immunoqlobulinlərinin səviyyəsi

D) interferonun sintez məhsulları

E) Qan serumunun qamma-qlobulin səviyyəsi
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
41) A sinfi immunoqlobulinlərini əsasən harada selikli qişanın limfoid toxuması sintez edir?
A) Soxulcanabənzər çıxıntı

B) Piroqovun udlaq həlqəsi

C) Bronxlar

D) Sidik-cinsiyyət sistemi

E) Nazik bağırsaq
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
42) İlkin humoral cavab hansı immunoqlobulinlərin bilavasitə sintez məhsulları ilə müşayiət olunur?
A) M

B) E


C) Sekretor A

D) G


E) A
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
43) 2-ci tip helper hüceyrələrinin (Th-2 ) funksiyası nədən ibarətdir?
A) Bilavasitə Ig E və Ig A sintez məhsullarının güclənməsi

B) Bilavasitə Ig M və Ig G sintez məhsullarının güclənməsi

C) Allergik tip reaksiyaların əmələ gəlməsi

D) Hüceyrə immunitetinin fəallaşması

E) İltihab prosesinin təşkili
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
44) Antigen haqqında məlumat limfositlərə hansı reseptorlarla ötürülür?
A) Trombositlərin

B) Makrofaqların

C) Bazofillərin

D) Eritrositlərin

E) Plazmatik hüceyrələrin
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
45) Hüceyrə immunitetinin defisiti üçün nə xarakterdir?
A) Proqnostik xoşagəlməyən xəstəliklər

B) Tez-tez virus infeksiyaları

C) Tez-tez bakterial infeksiyalar

D) BSJ vaksinasiyasına reaksiyanın olmaması

E) Göbələk xəstəlikləri
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
46) Humoral immunitetin defisiti ən çox nə ilə xarakterizə olunur?
A) Çox vaxt mikrob etiologiyalı xəstəliklər

B) Göbələk xəstəlikləri

C) T-supressorların səviyyəsinin azalması

D) Tez-tez virus xəstəlikləri

E) Blasttransformasiyanın mənfi reaksiyası
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
47) Antigenin ilk dəfə daxil olmasından nə qədər sonra anticisim sintez olunur?
A) 24 saatdan sonra

B) 14 gündən sonra

C) 5-7 –ci- günlərdə

D) 48-96 saatdan sonra

E) 2 sutkadan sonra
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
48) Qeyri-spesifik mühafizə faktorlarına nə aid deyil?
A) İnterferon

B) Faqositoz

C) Limfositlər

D) Lizosim

E) Komplement
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
49) Spesifik mühafizə faktorlarına nə aiddir?
A) Şişlərin nekroz faktoru

B) C-reaktiv zülalı

C) Anticisimlər

D) Prostoqlandinlər

E) Komplement sistemi
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
50) Hansı sindrom immundefisit hallarına aiddir?
A) Elers-Danlos sindromu

B) Marfan sindromu

C) De Toni-Debre-Fankoni sindromu

D) Alport sindromu

E) Lui-Bar sindromu (ataksiya-teleangioektaziya)
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
51) İkincili immun çatışmamazlıq nə zaman tez-tez müşahidə olunur?
A) Revmatizmdə

B) Pielonefrit zamanı

C) Nefrotik sindromda

D) Hemvaskulitdə

E) Kəskin nefritdə
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
52) Yenidoğulmuşların 5-ci günü bətndaxili infeksiyanı hansı göstərir?
A) Ig G azalması

B) Ig M artması

C) Limfositlərin miqdarının 50 %

D) Leykositlərin miqdarı 15 x 10 9 /l

E) Neytrofillərin miqdarı 7 x 109 /l
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
53) Aşağıdakılardan hansının strukturunda anticisimlər formalaşmır?
A) İmmunoqlobulin A

B) İmmunoqlobulin G

C) Qaptoqlobin

D) İmmunoqlobulin M

E) İmmunoqlobulin E
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
54) Orqanizmin adaptasiya reaksiyalarında ən çox hansı orqan iştirak edir?
A) Böyrəküstü vəzilər

B) Hipofiz

C) Cinsiyyət vəziləri

D) Vegetativ sinir sistemi

E) Qalxanabənzər vəzi
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
55) Böyrəküstü vəzlər nə ifraz etmir?
A) Noradrenalin

B) AKTH


C) Aldosteron

D) Androgenlər

E) Kortizon
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
56) Aşağıdakı əlamətlərdən hansı yayılmış iltihabi reaksiyaya uyğun gəlmir?
A) Mənfi parakoaqulyasion testlər

B) Kreatininin yüksəlməsi

C) Hiperqlikemiya

D) Trombositopeniya

E) Hiperbilirubinemiya
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
57) İltihabın ilk mərhələsi üçün nə xarakter deyil?
A) Ödem, toxumaların şişkinliyi

B) Diapedez

C) Hüceyrələrin kəskin distrofiyası

D) Fibroz, skleroz, apoptoz

E) Alterasiya
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
58) İltihabın inkişafında hansının əhəmiyyəti azdır?
A) Serotoninin

B) Prostoqlandinlərin

C) Histaminin

D) Heparinin

E) Reninin
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
59) Həqiqi allergik reaksiyanın mexanizminə nə daxil deyildir?
A) Limfositlərin sensibilizasiyası

B) İmmunoqlobilin E –nin artıq hasil olması

C) Qanda dövr edən immun komplekslərin miqdarının artması

D) Killer effekti

E) Anticisim olmadan histaminin artıq ifrazı
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
60) Sadalanan faktorlardan hansı psevdoallergik reaksiyalarda iştirak etmir?
A) Dərman maddələri

B) Anafilatoksinlər C5a , C3a

C) Substansiya P

D) Atopik anticisim

E) Fiziki faktorlar
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
61) Allergik reaksiyanın I tipinin diaqnozu üçün daha əhəmiyyətli göstərici hansıdır?
A) T-supressorların yüksək səviyyəsi

B) Dövr edən immun komplekslərin yüksək səviyyəsi

C) Qan serumunda immunoqlobulin E –nin yüksək səviyyəsi

D) Sidikdə artıq miqdarda histaminin olması

E) Qanın eozinofiliyası
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
62) Psevdoallergik reaksiya üçün daha xarakter olan göstərici hansıdır?
A) Antigenlə təkrar kontakt zamanı reaksiyanın güclənməsi

B) “Günahkar” antigenlə müsbət dəri sınağı

C) Ig E yüksək səviyyəsi

D) Orqanizmə daxil olan maddənin miqdarından reaksiyanın düz mütənasibliyi

E) Yerli eozinofiliya
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
63) Qida allergiyasının inkişafına səbəb əsas faktor hansıdır?
A) Mədə-bağırsaq traktı orqanlarının xəstəlikləri

B) İgE-nin səviyyəsinin artması

C) S Ig A aşağı səviyyəsi

D) Süni qidalanma

E) Ana və atada atopik xəstəliklərin olması
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
64) Erkən yaşlı uşaqlarda qida allergiyasının daha çox rast gələn klinik variantı hansıdır?
A) Nefrotik sindrom

B) Atopik dermatit

C) Bronxoobstruktiv sindrom

D) Məxmərək və Kvinke ödemi

E) Qastrointestinal sindrom
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
65) Qida allergiyasını daha tez-tez nə törədir?
A) Çiyələk

B) Böyürtkən

C) Qarağat

D) Qaragilə

E) Rus alçası (motmotu)
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
66) Daha çox qida allergiyasını törədən tərəvəz hansıdır?
A) Kabaklar

B) Gül kələmi

C) Pomidor

D) Kök


E) Xıyar
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
67) Daha çox qida allergiyasını törədən meyvə hansıdır?
A) Şaftalı

B) Yaşıl alma

C) Portağal

D) Qara gavalı

E) Yaşıl armud
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
68) Hansı un məhsulu nadir halda qida allergiyasını törədir?
A) Düyü

B) Qarabaşaq

C) Mannı

D) Yulaf


E) Soya
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г
69) Qida allergiyasının müalicəsində bazis hesab oluna bilən hansıdır?
A) Suprastin

B) Tavegil

C) Nalkrom

D) Stuqeron

E) Eufillin
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
70) Qida allergiyası olan uşaqlara əlavə yemək nə vaxt vermək məsləhətdir?
A) 1 yaşından

B) 4-cü ayından

C) 6 ayından

D) 2 - ci ayından

E) 10 aylığından
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
71) Qida allergiyasının müalicəsində daha uzunmüddətli və stabil effekt nədən alınır?
A) Enterosorbentlərdən

B) Spesifik hiposensibilizasiyadan

C) 2 nəsil antihistaminlərdən

D) Membranı stabilizə edən dərmanların tətbiqindən

E) Eliminasiya pəhrizlərindən
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г
72) Ağır formalı atopik dermatiti olan uşaqların həyatlarının birinci ilində süni

qidalanmanı nə ilə aparmaq məqsədəuyğundur?
A) Soya qarışıqları ilə

B) Serumun hissəvi hidroliz olunmuş olan zülalı əsasında qarışıqlarla

C) Turş-süd qarışıqları ilə

D) İnək südü əsasında adaptasiyalaşdırılmış

E) Yüksək hidroliz olunmuş olan qarışıqlarla
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
73) Qida allergiyasının diaqnostikası üçün daha informativ metod hansıdır?
A) Ig E-də spesifik anticisimlərin səviyyəsinin təyini

B) Qida gündəliyinin qiymətləndirilməsi

C) Provakasiya sınağının nəticələrinin qiymətləndirilməsi

D) Blasttransformasiya reaksiyası

E) Şübhəli olan allergenlə dəri sınağı
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə