Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

sözləri,  zərb-məsəllər,  qaravəlli,  tapmaca,  nağıllar,  bayatılar, 
mahmlar, xalq əyım-tamaşalan şəklində işlənmişdir. Bugünkü şifahi 
ədəbi dil ali və ərta məktəb müəllimlərinin, səhnədə aktyor- lann, söz 
ustalannm,  radiə  və  televiziya  verilişlərində  diktorların  və  başqa 
sahələrdə  ziyahlann  hesabına  səlisləşir  və  zənginləşir.  Şifahi  nitqi 
xarakterizə edən başlıca cəhət ənun eşidilməsidir. Bu nitq danışılan, 
söylənilən, səslənən nitqdir. O, əl-qəl, bədən hərəkətləri, üz, göz, qaş, 
dədaq (mimika) hərəkətləri və səsin ahəngi ilə müşayiət əlunur, başqa 
cür  desək,  şifahi  nitqdə  danışan  in-  tənasiyadan,  mimika  və 
jestikulyasiyadan istifadə edə bilir. Şifahi nitqin aynimaz hissəsi əlan 
səsin  ahəngi  və  bədən  üzvlərinin  hərəkətləri  sözlərlə  verilən  fikri 
müxtəlif çalarda çatdırmağa əlavə imkan yaradır. Məsələn: "Bu oğlan 
əla tələbədir"  - cümləsini biz hiss, həyəcanla, ahəngdar səs tonu ilə 
səsləndirib  sağ  əlimizi  azacıq  qaldıraraq  və  baş  barmağımızı  yuxan 
tutmaqla  bu  tələbənin  əla,  başqalanndan  çox  seçilən  bir  oğlan 
olmasına öz rəyimizi bildirmiş oluruq. Əgər həmin cümləni biz sual 
intonasiyası  ilə  deyərək  üst  dodağımızı  bumumuza  tərəf  qaldmb, 
yaxud  üz-  gözümüzü  turşudub  əl  barmaqlarımızı  azca  qaldmb  ani 
tərzdə aşağı salmaqla həmin tələbəyə mənfi münasibətimizi bildirmiş 
olarıq, həm də onun yaxşı tələbə olmasını şübhə altına alarıq. Biz bu 
cümləni adi, nəql edilən intonasiya ilə deyib fikri təsdiqləyiriksə, onda 
başımızı  hörmətlə  endirib  qaldırırıq.  Əgər  bu  fikirlə  (oğlanın  əla 
tələbə  olması  ilə)  razılaşmınqsa,  başımızı  qismən  arxaya  aparıb 
gətiririk,  bəzən  də  dilimizdə  mənfi  münasibət  bildirən  və  "yox" 
anlamında işlədilən "çık" vokativ səs-sözdən istifadə edirik. 
Şifahi nitq eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan səsli 
nitqdir.  Şifahi  nitqin  baş  vermə  səbəbi  insanın  beyin  fəaliyyəti, 
düşünmə qabiliyyəti ilə idarə olunur, danışıq üzvləri fəallıq göstərir, 
danışan  dinləyicilərinə təsir  mexanizmi  kimi  intonasiya,  mimika  və 
jestlərdən istifadə edir. Əgər səsin ahəngində elə bir ciddi dəyişiklik 
yoxdursa,  nitq  adi  nəqli  cümlə  intonasiyasından  kənara  çıxmırsa, 
danışan öz nitqini ünvanladığı şəxsə 
44 


(şəxslərə)  yox,  baş  aşağı,  yerə  və  ya  hər  hansı  naməlum  nöqtəyə 
dikirsə, mimika və jestlərdən yararlanmırsa, belə nitq onun özünə də
onu dinləyənə də sönük və lazımsız görünəcək. İntonasiyanın tərkib 
hissəsi olan avazlanma, vurğu, fasilə, temp şifahi nitqin xüsusiyyəti 
kimi çox əhəmiyyətlidir. 
Nitq  zamanı  dinləyici  danışana  baxıb  onun  üz  və  bədən 
hərəkətlərini  görmürsə,  səsinin  ahəngini  hiss  etmirsə,  təkcə  nitqin 
məzmununu  tutursa,  bu  artıq  canlı  danışıq  və  dinləmə  deyil,  yazılı 
nitqi gözlə oxuma, baxma prosesidir. Oxucu yazıda müəllifin və ya 
personajın monoloqunu oxuyub keçirdiyi hissləri, edəcəyi hər hansı 
hərəkətini özünün qavrayacağı, anlayacağı şəkildə qiymətləndirir. 
Şifahi  nitqin  xüsusiyyətlərini  belə  qruplaşdırmaq  olar:  1)  Şifahi 
nitq söylənilir və eşidilir; 2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə 
alınaraq  aydın,  ümumişlək  sözlərə  üstünlük  verilir;  Ailə-məişət 
üslubunda isə əlavə izaha ehtiyac qalmır; 3) Qısa və sadə cümlələr, 
yarımçıq və elliptik, yaxud söz-cümlələr, replikalar əsas yer tutur; 4) 
Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir; 5) İntonasiya, fasilə, vurğu 
və  s.  kimi  vasitələrdən istifadəyə  geniş  yer  ayrılır;  6)  Tələb  olunan 
məqamlarda  mimika  və  ya  jestlərə  yol  verilir;  7)  Şifahi  nitq  axını 
yazılı  nitqə  nisbətən  sürətlidir.  Lakin  mövzudan,  şəraitdən,  nitqin 
məqsədindən, danışanın yaşından, danışığın məcburi yaxud məsləhət 
xarakterli  olması  hesabına  sürət,  temp,  sözlərin  intensivliyi,  fasilə 
gözlənilir.  Şifahi  nitqin  ən  ümdə  xüsusiyyəti,  ailə-məişət  sferası 
istisna  olmaqla,  müəyyən  məsələ  haqqında  xüsusi  hazırlaşmadan, 
bədahətən,  sinə-dəftər  danışmaqdır.  Əlbəttə,  qeydsiz-filansız  nitq 
söyləmək,  çıxış  etmək  adamdan,  sözün  həqiqi  mənasında,  böyük 
hünər, istedad tələb edən işdir. 
YAZILI NİTQ 
Nitqin  ikinci  əsas  forması  yazılı  nitqdir.  Yazılı  nitq  hərflər  və 
durğu işarələri ilə (nöqtə, vergül, nida və sual işarələri, iki 
4S 


nöqtə, nöqtəli vergül və s.) düzəlir. Yazılı nitq şifahi nitqin əsasında 
əlifbanın  meydana  gəlməsindən  sonra  yaranmışdır.  Nitqin  yazılı  və 
şifahi  formalarının  inkişafı,  dürüst  formalaşması  ümumxalq  danışıq 
dili normalarına uyğun gedir. Gözəl nitqdə sözlərin düzgün tələffüzü
vurğunun  dəqiq  müəyyənləşməsi  əsasdırsa,  yazılı  nitqdə  leksik  və 
qrammatik normalara ciddi əməl olunma başlıca şərtdir. Yazılı nitqdə 
elmi,  texniki,  siyasi  və  s.  sahələrə  aid  terminlərə  geniş  yer  verilir; 
Yazılı nitq ədəbi dilin əsasında formalaşdığından orfoqrafik, leksik və 
qrammatik normalara uyğun əks olunur. Yazılan bütün məlumatlar, 
fikirlər saxlanılır və gələcək nəsillərə ötürülür. 
Yazılı ədəbi dilimizin ilk nümunələri bədii əsərlərlə həyata vəsiqə 
almışdır.  Yazılı  nitq  bilavasitə,  əlifbamızın  meydana  gəlməsindən 
sonrakı dövrə  aiddir,  yazı  mədəniyyəti ilə  bağlıdır.  Nəzm  və  nəsrlə 
yazılmış  bədii  əsərlər,  dövlət  sənədləri,  dövlət  başçılarının 
məktubları,  qəzet  və  jurnallar,  elmi  və  publisistik  yazılar,  kitablar, 
müxtəlif  məzmunlu  elan,  reklam  və  plakatlar  yazılı  ədəbi  dil 
nümunələridir.  Savadlı  və  mədəni  yazı  yazılı  nitq  mədəniyyətinin 
təməlidir. Yazı mədəniyyəti nitq mədəniyyəti və ədəbi dil normalan 
ilə sıx bağlıdır. Burada ədəbi dilimizin bütün üslublan təmsil olunur. 
Yazılı  ədəbi  dil,  əsasən,  orfoqrafik  normalar  əsasında  səlisləşir, 
rəvanlaşır. Şifahi ədəbi dil isə orfoepüc normalarla tənzimlənir. 
Şifahi nitqlə yazılı nitqin fərqli cəhətlərini belə xarakterizə etmək 
olar: 1) Şifahi nitq səslənmə üçün olduğundan ani şəkildə söylənilir və 
bitir, yazılı nitq isə müəyyən vaxt (saat, gün və ya ay, ola bilsin ki, bir 
neçə il ( məsələn, Firdövsi "Şahnamə" əsərinin üzərində bütün ömrü 
boyu  işləmişdir;  S.Vurğun  "Komsomol"  poemasını  iki  mərhələdə  - 
keçən əsrin 30-cu və 40-cı illərində yazmış, lakin fikrində tutduğunu 
tamamlaya bilməmişdir və s.) ərzində düşünülərək yazı sürəti ilə icra 
edilir, yəni sonralar oxunmaq üçün yazılır və saxlanılır; 2) Şifahi nitq 
üzərində düzəliş aparmaq olmur, təsadüfi hallarda səhv deyilmiş 
46 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə