Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

lıb əzbərlənməmişdirsə) məzmunca eyni olsa da, nəql etmə formasına, 
quruluşuna görə bir-birindən fərqlənəcəkdir. Həyatda bir-birinin eyni 
iki adam olmadığı (lap ekiz doğulanlar da) kimi, bir-birinin eyni olan 
iki  nitq  parçası  da  yoxdur  (hətta  bir  şairin  eyni  mövzuda  müxtəlif 
vaxtlarda  yazılmış  iki  şeiri,  hansısa  bir  yazıçının  iki  variantda 
yazılmış əsərinin bir hissəsi və s.). İnsanlar ayrı-ayrı fərdlər olduğu 
üçün  onların  nitqi  də  fərdidir,  özünəməxsusdur.  Bəlkə  dünyanın, 
həyatın bənzərsizliyi elə bununla əlaqədardır. Xalqlar müxtəlif olduğu 
kimi, onların nitqi də, dili də bir-birindən fonetik, leksik, qrammatik 
cəhətdən  fərqlidir,  üslub  baxımından  rəngarəngdir.  Xalqların 
xarakteri dillərində də görünür. Dildəki milli fərq insanların nitqində 
öz təzahürünü tapır. 
XIX  əsrin  görkəmli  alman  dilçisi  V.Humboldtun  "Hər  xalq 
orijinal və təkrarolunmazdır. Dil xalqın zahirə meydana gəlməsidir, 
onun ruhu dildir" - kəlamına haqq qazandırmaq lazımdır. 
Nitq mədəniyyətinin elə xüsusiyyətləri var ki, fərdi səciyyəlidir, 
yəni  heç  də  hamı  bir  cür  danışmır,  yazmır,  nitq  söyləmir.  Nitq 
mədəniyyətinin  inkişafında,  ədəbi  dil  normalarına  düzgün  əməl 
olunmasında  məktəbin,  radio  və  televiziya  verilişlərinin,  dövrü 
mətbuatın,  kino  və  teatnn  rolu  əvəzsizdir.  Kütləvi  informasiya 
vasitələri və tədris müəssisələri dilin qayda-qanunlanm siyasi, sosial, 
mədəni və mənəvi məsələlər daxilində çatdmr, qrammatik qaydalan, 
dilin  quruluşunu  bir  fənn  kimi  yox,  praktik  şəkildə  nitq  prosesində 
nitq mədəniyyəti kimi verir. 
Müasir  dövrdə  hər  bir  şəxsin  ən  gözəl  keyfiyyətlərindən  biri, 
bəlkə də başlıcası onun  zəngin nitq mədəniyyətinə malik olmasıdır. 
Nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. İstər 
məzmun,  istərsə  də  forma  cəhətdən  gözəl  olan  nitq  fikrin  təsirli 
ifadəsinə xidmət edir. 
Sual və tapşırıqlar 
1.
 
Nitq mədəniyyəti dilçilik fənni kimi nə vaxtdan formalaşmağa 
başlamışdır? 
Z7 


2.
 
Nitq  mədəniyyəti  tədris  fənni  kimi  neçənci  ildən  ali 
məktəblərdə tədris olunur? 
3.
 
Nitqin əsas məqsədi nədir? 
4.
 
Maddi mədəniyyət deyiləndə nələr nəzərdə tutulur? 
5.
 
Xalqın milli mədəniyyəti nələrdə təzahür edir? 
6.
 
Mədəni nitqin əsas əlamətləri hansılardır? 
7.
 
Dilin vəzifəsi nədir? 
8.
 
Dil, yoxsa nitq dəyişikliyə çox uğrayır? 
9.
 
Nitqin milli səciyyəli olduğunu necə izah edərsiniz? 
10.
 
Nitq mədəniyyətinə verilən tələblər hansılardır? 
11.
 
Azərbaycan  dilinin  dövlət  dili  statusu  alması  haqqında  nə 
deyə bilərsiniz? 
12.
 
Dil ilə nitq arasında hansı fərqlər vardır? 
Çalışma 9. Mətni oxuyun, dilimizi xarakterizə edən fikirlərə daha 
nələri əlavə etməyin mümkün olduğunu araşdmn: 
Dil millətin canı və qanıdır. Vətən və ana dili  - bunlar sinonim 
anlayışlardır.  Vətəni  sevmək  doğma  dili  sevmək  deməkdir.  O, 
olmadan  xalqın  tarixini,  onun  keçmişini,  mədəniyyətini  öyrənmək 
olmaz.  Orta  əsrlərdə  əsgərlərimiz  dodaqlarında  "Doğma  vətəndən 
gözəl,  doğma  dildən  şirin  dünyada  yoxdur"  sözləri  ilə  döyüşlərə 
qalxmış və vətən uğrunda canlarından keçmişlər. 
XV-XVII  əsrlərdə  Azərbaycanın  dövlətçilik  mədəniyyətinə 
yiyələnmiş. Şərqdə böyük nüfuza malik Qaraqoyunlu, Ağqo- yunlu və 
Səfəvi dövlətlərinin başında Azərbaycan sülalələri dayanırdılar. Uzun 
Həsənin dövründə Ağqoyunlu Yaxın və Orta Şərqin qüdrətli dövlətinə 
çevrilmişdi.  Onun  nəvəsi  Şah  İsmayıl  Xətainin  yaratdığı  Səfəvi 
dövləti  bütün  Azərbaycan  torpaqlanm  birləşdirirdi.  Burada 
Azərbaycan  dili  dövlət  dili  səviyyəsinə  yüksəlmişdi,  ondan 
diplomatik yazışma, hərbi-təlim dili kimi istifadə olunmuşdur. 
Sonralar  Azərbaycan  dilinə  çox  təcavüzlər  olmuşdur.  Zaman- 
zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışan 
düşmənlərimiz ilk növbədə dilimizi məhv etməyə səy gös 
28 


tərmişlər. Fəqət buna nail ola bilməmişlər. Əcdadlarımız Azərbaycan 
dilini yad təsirlərdən qoruyub saxlamış və yaşatmışlar. 
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası neçə 
əsrdən  sonra  Azərbaycan  dilini  ikinci  dəfə  dövlət  dili  elan  etmişdi. 
1991-ci ildə respublikamız müstəqillik qazanandan sonra Azərbaycan 
dilinə  rəsmi  dövlət  dili  statusu  verilmişdir.  Bu  gün  dilimiz  zəngin 
ifadə  vasitələrinə,  mükəmməl  qrammatik  quruluşa,  kamil  əlifbaya, 
orfoqraflya və orfoepiya qaydalarına, üslubi normalara malik bir dil 
səviyyəsinə yüksəlmişdir. 
Çalışma 10. Ədəbi dil normalarına hansı şəraitdə (evdə, küçədə, 
yaxud məktəbdə) əməl edirsiniz? Səbəbini aydınlaşdırın. 
Çalışma 11. Cümlələrdə yerinə düşməyən, səhv hesab etdiyiniz 
sözləri  tapın,  altından  xətt  çəkin,  qarşısında  düzgün  qarşılığını 
mötərizədə yazın: 
1) Nənəm namaz üstə dua deyirdi; 2) Ona elə gəlirdi ki, bu gün 
sabah  yuxusu  mütləq  doğruya  çevriləcək;  3)  Uzaqda,  yolun  qalın 
meşəyə qovuşduğu yerdə toz dumana qalxırdı; 4) Qulağıma hardansa 
bir səs toxundu; 5) Onun addımlannda yaşma uyğun olmayan bir səbir 
və iradə səslənirdi; 6) Otağa bağ-bağça- nın güllərinin bihuşedici ətri 
gəlirdi. 
Çalışma  12.  Mətndəki  terminləri  tapın,  idman  sahəsi  üzrə 
ayn-ayn qruplarda birləşdirib yazın: 
İdmançılann  göstərdikləri  fəaliyyətlərdən  asılı  olaraq  idman 
növləri aşağıdakı beş qrupa ayrılır: 
Fiziki  və  iradi  keyfiyyətləri  nümayiş  etdirən  və  aktiv  hərəkət 
fəaliyyəti  olan  idman  növləri.  Bu  qrupa  bizim  tanıdığımız  idman 
növlərinin çoxu aid edilir. İdmançılar idman növlərindən asılı olaraq 
öz  qüvvə,  sürət,  dözümlülük,  elastiklik,  cəldlik  kimi  fiziki 
qabiliyyətlərini,  texniki  və  taktiki  hərəkətləri  nümayiş  etdirmək, 
qorxmazlıq, qələbəyə inam, mübarizə aparmaq ustalığını göstərirlər. 
Bura:  yeriş,  akrobatika,  futbol,  boks,  yunan-Roma;  qaçış,  aerobika, 
voleybol,  karate,  sambo;  tullanmalar,  batutda  hərəkətlər,  reqbi, 
taekvondo,  cüdo;  əşya  atmalar,  bədii  gimnastika,  otüstü  hokkey, 
kikboksinq, sərbəst güləşmə daxildir. 
29 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə