Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
  1   2   3   4   5   6   7   8   9   ...   70


 


 


ON söz 
Azərbaycan  xalqı  öz  dövlət  müstəqilliyini  qazandıqdan  sonra 
respublikamızın  iqtisadi,  ictimai  və  siyasi  həyatında  olduğu  kimi, 
mədəni, elmi və təhsil sahəsində də dünya standartlarına inteqrasiya 
etməyə  başlamışdır.  Dünya  birliyinin  iqtisadi  maraq  mərkəzinə 
çevrilmiş  respublikamız  iqtisadi  inkişaf  cəhətdən  lider  ölkə  kimi 
özünün  təhsil  prəblemlərini  də  analoji  qaydada  yeniləşdirməkdədir. 
Təhsil sistemində olan yeniləşmə tədrisdə təkcə uğurla tətbiq edilən 
kompüterdən, elektron maşınlar və müasir texnologiyadan istifadə ilə 
məhdudlaşmır,  bütövlükdə  Bələniya  təhsil  sistemini, kredit  üsulunu 
da əhatə edir. 
İnteraktiv  metodla tədris  olunan  müasir  dərslərdə  tələbələrin  də 
müəllimlərlə  birgə  daim  fəal  olması,  problem-situasiya  şəraitində 
mövzuların  elmi  araşdırma  kimi  şərhi  tələb  olunur.  Onlar  əqli 
proseslərdə mühakimə yürütməli, ümumiləşdirmələr aparmalı, nəticə 
çıxarmalı olurlar, dərs bütün qrupun fəallığı ilə keçir. 
Respublikamızda  uğurla  həyata  keçirilən  təhsil  islahatı  ali 
məktəblərin qarşısında geniş perspektivlər açmışdır və müəllimlərdən 
tədris  proqramlanna,  dərsliklərə,  dərs  vəsaitlərinə,  tədris  olunan 
fənlərin  istiqaməti  və  xarakterinə  yenidən  baxmağı  tələb  edir.  Bu 
tələbat  eyni  dərəcədə  nitq  mədəniyyəti  fənni  -  nə  də  aiddir. 
Azərbaycan dilini ərta ümumtəhsil məktəblərində öyrənmiş tələbələrə 
nitq  mədəniyyəti  fənnini  praktik  şəkildə  mənimsətmək,  ənlann  nitq 
vərdişlərini yüksəltmək üçün tapşı- nqlar sistemi daha ciddi şəkildə 
işlənməli, nümunəvi nitq mədəniyyətinə malik hərtərəfli inkişaf etmiş 
gənclərin yetişdirilməsi məsələsi qarşıda durmalıdır. 
XX  əsrin  ərtalanndan  diqqəti  cəlb  etməyə  başlamış  nitq 
mədəniyyəti  1980-ci  ildən  bəzi  ali  məktəblərin  tədris  planına 
salınmış, nitq mədəniyyəti məsələlərinə diqqət artmlmışdır. 
Nitq  mədəniyyəti  təhsil  sisteminin  aktual  prəblemlərindən  biri 
əlmaqla  xalqımızın  ümumi  milli  mədəniyyətinin  tərkib  hissəsidir. 
Ailədən, məktəbdən başlanan hərəkət, davranış mədə 


niyyəti  ünsiyyət,  danışıq  mədəniyyəti  ilə  paralel  getməli,  əxlaq 
normaları nitq normalarında öz ifadəsini tapmalıdır. Tələbələr rəsmi 
dövlət dili statusu almış Azərbaycan dilində - ictimai ünsiyyət vasitəsi 
olan öz ana dilində təkcə ailə-məişət üslubu daxilində deyil, həm də 
elmi,  publisistik  və  rəsmi-kargüzarlıq  üslublarında,  yeri  gələrsə, 
istedadlı  gənclər  hətta  bədii  üslubda  öz  fikirlərini  şifahi  və  yazılı 
şəkildə ifadə etməyi - danışmağı və yazmağı bacarmalıdırlar. Əlbəttə, 
bunun  üçün  zəmanəti  müəllimlər  verməlidirlər.  Onlar  elmi-nəzəri 
biliklərə yiyələnmiş, hərtərəfli nitq hazırlığı keçmiş, savadlı yazı və 
düzgün  oxu  vərdişləri  qazanmış  gənclərdə  ali  məktəbdə  gündəlik 
ünsiyyətin müxtəlif sahələrində öz fikirlərini nitq normalarına uyğun 
ifadə etmək bacarığını təkmilləşdirməlidrlər. 
Gənclərimiz  hər  cür  rəsmi-kargüzarlıq,  dəftərxana  sənədlərini 
hazırlamağı,  təhsil  prosesində,  ictimai  həyatda,  mətbuatda  çıxış 
etməyi, ekran və efir qarşısında öz mülahizələrini, arzu və istəklərini, 
təklif və tövsiyələrini, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı 
fikirlərini  sərbəst,  səlis  və  aydın  şəkildə,  məzmunlu  söyləməyi 
öyrənməlidirlər.  Məhz  bu  istəyi  reallaşdırmaq  məqsədilə  də  orta 
məktəbin  "Azərbaycan  dili"  proqramına  "Nitq  mədəniyyəti"  və 
"Rabitəli  nitqin  inkişafı"  bölmələri  daxil  edilmişdir.  Orta  məktəb 
kursunun  davamı  kimi  tələbələr  nitq  mədəniyyəti  və  düzgün  nitq 
anlayışlannm  mahiyyətini  anlamaqla  ədəbi  dilin  normalanm  nitqdə 
saxlamağı,  cümlə  üzvlərinin  düzgün  sıralanması  qaydasını,  yazılı 
nitqdə orfoqrafiya və durğu işarələri qaydalanm gözləməyi, sintaktik 
konstruksiyalardan  istifadə  etməyi,  sözlərin  məna  tutumuna  görə 
yerli-yerində  işlədilməsi  məsələlərini  mənimsəməlidirlər.  Onlar  adi 
danışıq və publisistik üslublarda yazılı və şifahi mətnlər tərtib etməyi, 
təsviri  və  nəqli  xarakterli  materiallann  ifadəliliyini  yüksəltməyi,  bu 
üslublara  uyğun  dil  vasitələrindən  bacarıqla  yararlanmağı 
öyrənməlidirlər.  Əlbəttə,  bunun  üçün  onlar  dərin  biliyə,  hərtərəfli 
məlumata sahib olmaqla bu bilik və məlumatları rəvan, aydın, dəqiq, 
düzgün danışmağı və yazmağı bacarmalıdırlar. 


Gənclərimiz gözəl danışıb-yazmaq qabiliyyətinə yiyələnməklə yüksək 
milli-mənəvi  keyfiyyətlər  nəticəsində  mədəni  nitqin  gözəlliyi, 
zənginliyi və düzgünlüyünü mənimsəyə bilərlər. 
2009-2010-cu dərs ilindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və 
İdman  Akademiyasında  seçmə  fənn  kimi  "Nitq  mədəniyyəti"  tədris 
olunur.  Fənnin  öyrənilməsinə  bir  semestr  ərzində  45  saat  vaxt 
ayrılmışdır.  Fənnin  tədrisində  məqsəd  tələbələrimizə  öz  fikirlərini 
yazılı  və  şifahi  formada  düzgün,  aydın,  səlis,  canlı  və  anlaşıqlı  bir 
şəkildə  çatdıra  bilmək  bacarığı  və  vərdişlərinin  yaradılmasına 
yardımçı olmaqdır. 
Hazırladığımız  "Nitq  mədəniyyəti"  adlı  bu  dərs  vəsaiti  indiyə 
qədər respublikamızda yazılmış dərslik və tədris vəsaitlərində istifadə 
edilmiş metod və üsullara əsaslanır. Həcminə görə böyük olmayan bu 
vəsait  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  tələbələri  üçün 
nəzərdə  tutulmuşdur.  Vəsaitdə  nitq  mədəniyyəti  anlayışı,  onun 
mövzusu,  məqsəd  və  vəzifələri,  başqa  elmlərlə  əlaqəsi,  nitqin 
səciyyəvi cəhətləri, nitqin növləri, mədəni və qeyri-mədəni formaları, 
nitqin  daxili  və  xarici  keyfiyyətləri,  ədəbi  dilin  normaları,  nitqin 
üslubları, danışıq etikası və nitq etiketləri kimi başlıqlar altında qısaca 
şərh  olunmuş,  hər  mövzudan  sonra  sual  və  tapşınqlar,  praktik 
çalışmalar  verilmişdir.  Fənnin  tədrisi  prosesində  tələbələrə  nitq 
mədəniyyətinin  ayrı-ayrı  məsələləri  haqqında  yığcam  məlumat 
verilməklə  mədəni  nitqə  yiyələnməyin  üsul  və  vasitələri  izaha  cəlb 
olunmuş, onların düzgün və səmərəli istifadə yolları işıqlandırılmışdır. 
Müallif 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə