Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

3)
 
Nitq mədəniyyəti və üslubiyyatın bir-birinə yaxınlığını nədən 
bilmək olar? 
4)
 
Nitq  mədəniyyətinin  qrammatika  ilə  əlaqəsini  nədə 
görürsünüz? 
5)
 
Nitq  mədəniyyətini  üslubların  düzgünlüyünü  öyrənən  fənn 
kimi xarakterizə etmək olarmı? 
Çalışma  19.  Şeiri  oxuyun,  dilin  gözəlliyini  xarakterizə  edən, 
estetik  duyğular  oyadan  məzmunun  forma  ilə  vəhdətdə  olduğu 
məqamları tapıb göstərin: 
Sübh çağının şehi olub. 
Saçlarına qonaydım kaş. 
Süzüləydim damla-damla. 
Ürəyinə hopaydım kaş. 
Bəxtimizin yazısını 
Ürəyində tapaydım kaş. 
O axşamlar ay olaydım. 
Düşəydim mən yanağına 
Dan yerinin qızartısm. 
Çəkəydim gül dodağına 
Bəxtimizin yazısını 
Dodağında tapaydım kaş. 
Ətirli bir yaz olaydım. 
Səni orda görəydim mən. 
İylədikcə gül-çiçəyi. 
Nəfəsinə girəydim mən 
Bəxtimizin yazısını 
Nəfəsində tapaydım kaş. 
Dağ döşünün mehi olub. 
Həzin-həzin əsəydim mən. 
Uzatmamış əllərimi. 
Tellərində gəzəydim mən 
Bəxtimizin yazısını 
Tellərində tapaydım kaş 
(Ssrxan Şirin. Ssni görmək üçün, Bakı, 2007, səh.l9) 
37 


Çalışma  20.  Verilmiş  sözlərin  yazılışını  tələffüzündən 
fərqləndirin, orfəepiyası verilmiş sözləri transkripsiyada yazın; 
gözlər, qəymullar, ayilə, tərpaq, ağacla, unudulmayıb, sonra, 
atasından, adlamaq, gülmək, gözdər, qoymurlar, ailə, torpax, ağacnan, 
unudulmuyub, səra, atasınnan, addamax, gülməy Çalışma 21. 
Tələffüz fərmasmda verilmiş aşağıdakı sözləri ərfəqrafiya nərmasma 
uyğun şəkildə yazın; 
(mayili), (feyil), (işdəx), (uşaxlıx), (qəun), (çəx-çəvir), (kənt- ti), 
(arfayepa). 
Çalışma  22.  Mətndə  fənetik  nərmamn  pəzulduğu  sözlərin 
altından xətt çəkin, düzgün variantını qarşısında mötərizədə yazın; 
Dilimizdə işlənən "ədəbiyat" ərəb dilindəki "ədəb" sözün- dəndi. 
Mənası  "zərifliy",  "gözəlliy",  "tərbiyyə",  "elim"  və  s.  de-  məkdi, 
"hərif, "yazı", yəni həriflərdən ibarət yazı mənasmdadı. 
"Ədəbiyat" sözünün ayid əlduğu sahələr çəxdu. Bədiyi ədəbiyat 
bədiyi söz sənəti də adlanır və incə sənədin bir növü sayılır. Bədiyi 
ədəbiyat öz varlığında sözə, həm də bədiyi sözə əsaslanır. Yəni bədiyi 
ədəbyat  həyətda,  cəmiyyətdə  rastlaşdığımız,  şəhidi  olduğumuz 
hadisələri, əhvalatları necə varsa, elənçik də təqdim etmir. O, hadisə 
və  əhvalatlan  bədiyi  sözlərin  vasitəsi  ilə  bədiyi  dünən,  bədiyi 
lövhələmən əbrazlı şəkildə təsvir eləyir. 
Bədiyi  söz  sənədi  olan  ədəbyat  incəsənətin  digər  növləriy-  çün 
həm də siyasi müraciyət mənbəsidir. 
Çalışma  23.  Sözlərin  çoxmənah,  yoxsa  omonim  olduğunu  izah 
edin, omonimlərin mənalanm göstərin
ayağ, ağıl, boy, qarı, don, ətək, ləpə, göz, baş, qəl, biz Çalışma 24. 
Bir məsələdən ötrü dərslərdən icazə almaq məqsədilə dekana ərizə ilə 
müraciət edin. 
38 


NİTQ MaDONİYYaTİ Milli 
MaoaNiYYaTiN TaRKis Hissasi KiMi  
Dil  və  mədəniyyət  arasında  qarşılıqlı  əlaqə  vardır.  Bu  bağlılıq 
hesabına dil mədəniyyətə, mədəniyyət də  dilin inkişafına öz təsirini 
göstərir.  Dil  olmadan  mədəniyyəti,  mədəniyyət  əl-  madan  da  dilin 
varlığını  təsəvvür  etmək  çətindir.  Maddi  mədəniyyət  abidələri, 
ədəbiyyat  və  incəsənət  əsərləri,  cəmiyyət,  din,  dövlət  quruculuğu, 
sosial münasibətlər ümumbəşəri mədəniyyətin əlamətləridir. Odur ki, 
mədəniyyəti insanların əsrlər boyu ictimai əmək prosesində yaratmış 
əlduğu  maddi  və  mənəvi  sərvətlərin  təplusu  hesab  etmək  əlar. 
Bütövlükdə  götürdükdə  mədəniyyət  insanların  maddi  və  mənəvi 
fəaliyyətinin nəticəsi kimi təzahür edir. Bu təkamülün nəticəsi olaraq 
insan həm özü, həm də onun əqli, zehni fəaliyyəti fiziki bacarığı və iş 
qabiliyyəti  ilə  qovuşmuş,  inkişaf  etmiş  yaratdığı  maddi  və  mənəvi 
sərvətlər  də  təkmilləşmiş,  özündən  sonra  gələn  nəsillərə 
ötürülmüşdür.  Təsadüfi  deyildir  ki,  əcdadlarımızın  ovçuluq, 
dənizçilik, maldarlıq və s. sahələrində yaratdıqları ibtidai, elementar, 
sadə  əmək  alətləri  və  onların  divarlara,  qəbirüstü  daşlara,  görünən 
böyük  qaya-daş  üzərinə  (məs;  Qobustan  təsvirləri)  nəqş  edilmiş 
yazıları indi müasir dövrün müxtəlif ölçülü, tutumlu gəmiləri, balıq, 
quş  və  ya  heyvan  ovlamaq  üçün  hazırlanmış  alətlər,  silahlar, 
maşınlarla, neft və qaz sahəsində bütün dünyaya nümayiş etdirdiyimiz 
layihə,  təklif  və  əməli  işlərimizlə,  Bazardüzü  zirvəsində,  Arktika, 
Antarktikada  ümummilli  liderimiz  Heydər  Əliyevin  şərəfinə 
sancılmış  vımpellərlə,  qoyulmuş  barelyeflərlə,  öz  süni  peykimizə 
qədər əsrimizin tələb etdiyi elmi araşdırmalarla əvəzlənir. Bütün bu 
tətbiqi işlər, elm və texnika sahəsindəki yeniliklərlə birgə Azərbaycan 
xalqı da, onun oğul-qız övladlarının mənəvi-əxlaqi həyatı da dəyişir. 
Azərbaycan  vətəndaşı  maddi  və  mənəvi  sərvətlər  yaratdığı  kimi, 
ümumbəşəri qanunauyğunluqlar əsasında özünü də dəyişdirir. 
39 


Mədəniyyətdə  xalq  yaddaşı,  xalqın  özü  yaşayır,  yaratdığı 
mədəniyyətlə  özünü  soydaşlanna,  dünyanın  bugünkü  və  gələcək 
nəsillərinə təqdim edir, sanki özünün pasportunu bəşəriyyətə nümayiş 
etdirir.  İnsan  zəkası  və  əli  ilə  yaradılmış  mədəniyyət  onun  yaradıcı 
əməyinin  məhsuludur.  Lakin  mədəniyyət  bir  şəxsin  deyil,  bir  neçə 
nəslin təcrübəsinin toplanması, onlann maddi və mənəvi fəaliyyətinin 
nəticəsi  kimi  formalaşır.  Deməli,  mədəniyyət  insanın  (insanlann) 
təbiətə,  cəmiyyətə  və  eyni  zamanda  özünə,  öz  təfəkkürünə 
münasibətdə yaranır. 
Nəzakətli  və  ədəbli  olmağı,  gözəl  davranış  normalanna  əməl 
etməyi,  savadlanmağı,  ədəbiyyat  və  incəsənət  əsərlərini  başa  düşüb 
anlamağı və onlan təhlil etməyi, öz ixtisasına dərindən yiyələnməyi də 
mədəniyyət  adlandırırlar.  Bu  mənada  deyirlər  ki,  mədəniyyət 
insanlann  maddi  və  mənəvi  tələbatını  ödəmək  üçün  fiziki  və  zehni 
əmək  prosesində  yaradılmış  nailiyyətlərin  (sərvətlərin)  toplusudur. 
Mədəniyyət sözü insan fəaliyyətinin müxtəlif sahələrini özündə ehtiva 
edir;  xalq  mədəniyyəti,  milli  mədəniyyət,  nitq  mədəniyyəti,  yazı 
mədəniyyəti,  ziyalı  mədəniyyəti,  müəllim  mədəniyyəti,  idmançı 
mədəniyyəti,  həkim  mədəniyyəti,  yazıçı  (şair)  mədəniyyəti,  musiqi 
mədəniyyəti,  ticarət  mədəniyyəti,  ailə  mədəniyyəti.  Qərb 
mədəniyyəti.  Şərq  mədəniyyəti,  əmək  mədəniyyəti,  iş  mədəniyyəti, 
istirahət mədəniyyəti, məişət mədəniyyəti, tələbə mədəniyyəti, siyasi 
mədəniyyət,  dövlətçilik  mədəniyyəti,  teatr  mədəniyyəti,  idman 
mədəniyyəti,  demokratik  mədəniyyət,  müraciət  mədəniyyəti,  dil 
mədəniyyəti və s. və ilaxır. 
Dil  mədəniyyətin  tərkib  hissəsidir.  Mədəniyyət  kimi  dil  də 
millətin, milli mədəniyyətin ən mühüm əlaməti, həm də xalqın milli 
mədəniyyətinin,  eləcə  də  nitq  mədəniyyətinin  ifadəçisidir.  Dil  və 
mədəniyyət  xalqın  etnik  birliyinin  fərqləndirilməsində  əsas  ölçü 
vahididir. Elə buna görə də biz qədim Yunanıstan mədəniyyəti, qədim 
Roma  mədəniyyəti,  Fransa  mədəniyyəti,  Amerika  mədəniyyəti, 
Azərbaycan mədəniyyəti və s. ifadələrini işlədirik. 
40 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə