Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə7/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   10   ...   159

28

S O N U N C U   FAT E H




BИRИNCИ KИTAB 

“Sяrkяrdяnin sarayы – atыnыn yяhяridir”

Nadir Шah Яfшar


30

S O N U N C U   FAT E H



PROLOQ

ecənin bir aləmində – süd kimi ay işığında 

sükuta qərq olmuş çöllü-biyabanda əvvəlcə 

at kişnərtisi, sonra da araba təkərlərinin 

cırıltısı  eşidildi.  Ətəyində seyrək ağaclar görünən 

təpənin başında bayquş aram-aram ulamağa başla-

dı.

Nadir şahın keşiyini çəkən mühafizəçilərdən biri 



yaşlı, digəri cavan iki qızılbaş döyüşçüsü yaxınlıqda 

bir ins-cins görünməsə də, hər ehtimala qarşı, gözətçi 

məntəqəsindən üzüaşağı endilər, əllərində tutduqları 

məşəlin gur işığında ətrafı ələk-vələk etdilər.

Təpənin  ətəyinə çatanda, yaşlı döyüşçü yerə 

uza   nıb, qulaqlarını yay günəşinin həniri hələ  də  çə-

kilməmiş torpağın sinəsinə söykədi. Sonra nəsə du-

yubmuş kimi tez ayağa qalxıb, cavan döyüşçüyə 

de  di: 



31

N A D İ R   Ş A H   Ə F Ş A R

– Təpənin başına qalxaq!..

Təpənin o üzündə at ayaqlarının tappıltısı, araba 

təkərlərinin cırıltısı get-gedə uzaqlaşıb, aylı-ulduzlu 

gecənin qaranlığına qarışırdı. 

Yaşlı döyüşçü ilə cavan döyüşçü rahatca nəfəs al-

dılar.


Geri qayıdanda cavan döyüşçü yaşlıya dedi: 

– Görünür, bunlar qiyamçıların yaxın adamlarıdı.

– Hə, hə... Yəqin ölülərini basdırmaq üçün elə bir-

başa qəbiristanlığa aparırlar...

– Düz eləyirlər. Meyitləri səhərəcən saxlasalar, 

iylənər...

Məşəlin işığında şəvə kimi qapqara saqqalına as-

ta-asta tumar verən cavan döyüşçü yaşlı döyüşçüyə 

dedi: 

– Özü də qiyamçıların cəsədlərini aparmağa gə-



lənlər lap münasib vaxt seçiblər. Çünki Nadir şahın 

qorxusundan gündüz bu həndəvərə gəlməyə heç kəs 

cürət etməz.

– Bu təpənin adı, əlbəttə ki, indən belə, Nadirtəpə 

olacaq.  Əgər dünən öz qanlarına susamış Xabuşan 

kürdləri Aladağa qaçmasaydılar, Nadir şah onları da 

cəhənnəmə vasil edəcəkdi… 

– Sən elə bilirsən qiyamçılara qoşulan təkcə Xabu-

şan kürdləridir? İndi Əfşarlar səltənətinin hər tərəfini 

iğtişaşlar bürüyüb... 

Yaşlı döyüşçü nə düşündüsə, birdən səsini yavaşı-

dıb, pıçıltıyla dedi:

– Deyilənlərə görə, Sistanda qiyamçılara başçılıq 

edən  lərdən biri elə şahımızın doğmaca qardaşı oğludur.




32

S O N U N C U   FAT E H

– Əliqulu mirzə... Allah xəta-bəlasını bizdən uzaq 

eləsin! Şahənşah ona güvəndi, ora göndərdi ki, qiyamı 

yatırsın. Bəs, o nə etdi? Qiyamçıların başında dayanıb, 

şan-şövkətli əmisi Nadir şaha qarşı çıxdı...

Yaşlı döyüşçü halını pozmadan, bayaqdan bəri 

necə danışırdısa, elə o tərzdə də sözünə davam etdi:

– Hə, şahımızı qəzəbləndirən də elə budur. Dost-

doğmasına arxa çevirən özünə düşmən tapar. Fərmanı 

pozulmuş hökmdar əlacı asıb-kəsməkdə, qırıb-çat-

maqda görür. Axı bu dünyada ən qorxmaz adamın da 

bir qorxusu var... 

– Dünya yaman xarablaşıb, ay baba, – deyə cavan 

döyüşçü təəssüflə köks ötürdü, – dünən adam bi-

lib, çörək verdiyi dost-doğmaca  əqrəbası da bu gün 

ona – böyük şahları dizi üstə çökdürən, Hindistan 

kimi, Türküstan kimi böyük məmləkətləri fəth edən 

İsgəndər Zülqərineyn qədər qüdrətli Nadir şaha asi 

çıxıb! Dağılasan, a dünya...

– Eh, sən hələ cavansan, bala, mən ömrümdə çox 

şahlar görmüşəm. Kənardan baxanda elə bilirsən ki, 

onlar bu dünyanın ən bəxtəvər adamlarıdı. Amma bu, 

belə deyil. Şahlar həyatın kefini çəksələr də  həmişə 

bikef olurlar. Qaşqabaqları yer süpürür. Qəzəbləri 

göylərdə çaxan şimşəyə  bənzəyir. Həmişə vahimə 

içində olurlar, ölüm qorxusuyla yatıb-dururlar. Ona 

görə  də gecə-gündüz  fikirləri-zikrləri taxt-taclarını, 

başlarını qorumaqdı... Taxt-tacı  əlindən gedən  şahın 

isə nəsibi ya qaranlıq zindandı, ya da soyuq məzar... 

Gözətçi məntəqəsinə çatar-çatmaz döyüşçülər su-

sub yan-yörələrinə baxdılar... 




33

N A D İ R   Ş A H   Ə F Ş A R

İçəridə yuxusu çoxdan qaçmış Nadir şah dərin 

düşüncələrə qərq olmuşdu. O, şan-şöhrətin zirvəsinə 

çatsa da, özünü dibi görünməyən uçurumun qarşı-

sında dayanmış kimi hiss edirdi. Xüsusilə də əziz-xə-

ləf qardaşı  oğlunun xəyanəti onun əsəblərini hədsiz 

dərəcədə korlamışdı... 

Nadir  şah Dehlini fəth edəndən bir qədər sonra 

saraya Baş  əttar təyin etdiyi bacarıqlı hind loğma-

nı Ələvi xanı xatırladı. O, izn alıb, Məkkə ziyarətinə 

getmişdi. Amma uzun müddət idi ki, bir səs-sorağı 

yox idi. Ələvi xan, qəzəbinin cilovunu yığa bilməyən 

Nadir  şahı  təkcə dava-dərmanla, pəhriz saxlamaqla 

müalicə etmirdi. «Söz də müalicə vasitəsidir» – deyən 

Ələvi xan bəzən öz açıq-saçıq  fikirlərilə sanki Nadir 

şahı ovsunlaya bilirdi. Onun müalicəsindən sonra 

Nadir  şah bir dəfə  də olsun əbəs yerə  əsəbləşib ki-

minsə qətlinə fərman verməmişdi. Ələvi xandan son-

ra bir çox avropalı həkim onu müalicə etsə də, səhhəti 

düzəlməmişdi... 

Ötən ilin dekabrından bu günə kimi Nadir şa-

hın müalicəsi ilə  məşğul olan fransız həkimi Pyer 

Bazenin çadırı qarşı  tərəfdə – onunla lap üzbəüzdə 

qurulmuşdu. Nadir şah bütün gecəni yuxusuzluq-

dan əziyyət çəksə də, həkimi çağırtdırmaq istəmirdi. 

Ona elə gəlirdi ki, indiki əhvalının xəstəliklə heç bir 

əlaqəsi yoxdur. Yatağının yanında qıraqları  qızıl su-

yuna çəkilmiş, iki il əvvəl rus imperatriçəsi tərəfindən 

hədiyyə edilmiş böyük aynada özünə baxdı. Üzünün 

cizgiləri dəyişmişdi. Sanki birdən-birə xeyli qocalmış-

dı; özünə «Qılınc oğlu» deyərək qələbə əzmi ilə döyüş 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə