Bu kitabda haqqında danışılan düşüncənin hədsiz sadəliyi bəşəriyyət



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü1,9 Kb.
#22132



3



5
Bu kitabda haqqında danışılan düşüncənin hədsiz sadəliyi bəşəriyyət 
tarixinin müəyyən məqamlarında dünyanı dəyişməyi bacardı və 
sübut etdi ki, “mümkünsüz heç nə yoxdur.”


Sadəlik haqqında
Mümkünsüz nəyisə gerçəkləşdirmək istəsəniz, sizə bir şey kömək  edə bilər  - düşüncənin 
hədsiz sadəliyi. 
Məqsədlərə daha asan çatmaq üçün: sözçülükdən, çeynənmiş fikirlərdən və manipulyasiyadan 
imtina edin.
Ələk unu qalıqdan ayıran kimi sizin ağlınız da dəyərli fikirlərinizi lazımsız düşüncələrdən 
ayırır.
 
Uinston Çörçill bu cür fikirləşmə üsuluna çox inanırdı. O, Blez Paskalın məktubundan sitat 
gətirməyi sevirdi:
«Mənim qısa məktub yazmağa vaxtım yox idi, ona görə də ətraflı yazdım».


7
O bilirdi ki, sadəliyə çatmaq çətin məsələdir. Bu məqamda Bertran Rasselin dediyi
«əzablı mülahizələr zərurəti»
 məfhumundan istifadə etmək lazımdır.
Sadəlik təkcə əməl etməli olduğumuz intizam deyil, həm də sınaqdır. O, bizi dəqiq olmağa 
məcbur edir, əks halda məhv edir. Şansımız azdırsa, o bizi uğursuzluğa aparır, biz güclüyüksə 
- saflaşdırır və qüvvətləndirir.
Amerika prezidenti öz vətəndaşlarını inandırmaq istəyirdi ki, Britaniyanın ağır vəziyyətində 
ona kömək etsinlər. Bu məqsədlə o, “lend-liz”   adlı sadə ideyadan istifadə edir:
«Deyək ki, qonşumun evi yanır, məndə isə bağı suvarmaq üçün şlanqdan başqa heç nə yoxdur. 
Əgər o, şlanqı götürüb öz kranına qoşsa, deməli mən ona yanğının qarşısını almaqda kömək 
edəcəm. Belə vəziyyətdə ona “Nəzərə al ki, bu, mənim şlanqımdır. Qiyməti də 15 dollardır. Ona 
görə də sən mənə borclusan” deməyəcəm. Pul nəyimə lazımdır, bircə onu istəyirəm ki, yanğın 
söndürüləndən sonra şlanqımı mənə geri qaytarsınlar».


Hər şey belə də oldu. Amma olanlar adi bir misaldan başladı. Yerdə qalanlar isə sadəcə tarixdir.
Seçkiqabağı ən effektiv şüarlar sadə və anlaşılandır:
«Ölkənin  sizə ehtiyacı var!»,
«Deputat yoxdursa, vergi də yoxdur!»,
«Bizə siz və sizin səsiniz lazımdır»
«Qardaşlıq, bərabərlik, azadlıq» cifadəsində də çətin anlaşılan heç nə yoxdur.
 «Biz məşəli amerikalıların gələcək nəslinə ötürdük» ifadəsində Сon Kennedinin nəyi nəzərdə 
tutduğunu kiməsə izah etməyə ehtiyac da yox idi.
Eynilə Azadlıq heykəlinin üzərindəki yazı kimi:
«Sizin  qəddarlığınızın  təzyiqi  altında  qalan  və  ehtirasla  öz  azadlıqlarını  arzulayan 


9
dələduzları mənim öhdəliyimə buraxın».
İstənilən şəxs aşağıdakı ifadəni asanlıqla anlayar:
«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».
Və ya Martin Lüter Kinqin dedikləri:
«Mənim arzum var».
Deyiləcək ən doğru sözlər ən düzgün ardıcıllıqda verilib. Fikrin sadəliyi həyatın bütün 
sahələrində qalib gəlir.
Poeziyada  sadəlik.
  Bir  dəfə  Con  Kits  öz  dostu  Stivens  ilə  kafedə  əyləşib  yazı  yazırdı. 
Bir az keçmişdi ki, o, «Gözəllik - əbədi sevincin mənbəyidir. Bu haqda nə düşünürsən?», - 
deyə soruşdu. Stivens susdu. Kits isə öz işi ilə məşğul olmağa davam etdi. Yarım saatdan 
sonra o dilləndi: «Gözəllikdə sevincin sərhəddi və sonu yoxdur!».  «Bax, bu misralar səni 


məşhurlaşdıracaq», - dostu ona cavab verdi. Belə də oldu.
Rəssamlıqda sadəlik.
 Ejen Delakrua deyirdi:
«Əgər sizin beşinci mərtəbədəki pəncərədən düşən insanı yerə çatana qədər təsvir etmək 
bacarığınız yoxdursa, o zaman heç vaxt əhəmiyyətli bir əsər yaratmayacaqsınız».
Nəsrdə sadəlik.
 «Proses» romanının əvvəlini oxuyarkən, Kafka yaradıcılığının ölməzliyinə 
necə təəccüblənməyəsən?! Budur :
«Görünür, kimsə onu şərləyib, çünki heç bir pis əməl törətməmiş Yozef K. həbs olundu».
Dramaturgiyada sadəlik. 
 Şekspir  «Hamlet»in bəşəriyyət tarixdə ən məşhur faciə olacağını 
və hətta 400 il sonra dünyanın ayrı-ayrı yerlərində səhnələşdiriləcəyini təsəvvürünə belə 
gətirə bilməzdi. Bu da elə ona görə baş verdi ki, Hamlet ümumbəşəri problemi bir cümləylə 
izah etməyi bacarmışdı:


11
«Olum, ya ölüm — budur məsələ».
Siyasətdə sadəlik.
 İngiltərənin ağır günlərində Uinston Çörçillə təklif edirlər ki, faşistlərin 
təcavüzü olarsa, könüllü özünümüdafiə qüvvələri ölkənin məcburən sonuncu dayağı olsun. 
Bu fikir onun xoşuna gəlir, ancaq qüvvələrə verilən ad – «Local Defence Volunteers Force» 
(«Könüllü Yerli Özünümüdafiə Qüvvələri») Çörçillin ürəyinə yatmır. Əvəzində isə o, başqa bir 
ad təklif edir:
The Home Guard(«Ev  Qvardiyası»), elə bu ad da tarixə düşür.
Birinci Dünya müharibəsindən sonra Lloyd Corc «Ölkə qəhrəmanlar üçündür» şüarı altında 
1918-ci il seçkilərində qalib gəlir.
İkinci Dünya müharibəsindən sonra 1945 il seçkilərində Klement Ettli Çörçillə qalib gəldikdən 
sonra elan edir:
«Biz müharibədə qələbə qazandıq. İndi isə sülhə nail olacağıq».


«Leyborizm işləmir» ssözləri isə 1979-cu il seçkilərində mühafizəkarların uğur qazanmasına 
səbəb olur.
Bəzən deyirlər ki, sadəliyə bu cür meyl etmək təhqiramizdir və primitiv düşüncəliləri daha 
tez  üzə  çıxarır.  Bu,  əsla  belə  deyil.  Bu,  auditoriyaya  hörmət  əlamətidir.  Bəşəriyyətdə  vaxt 
çatışmazlığı var, ona görə də müxtəsərlik uzun zamandır ki, nəzakətin əsas təzahür formasıdır.
Yəqin siz fikirləşirsiniz ki, bütün bunların indiki zamanla nə əlaqəsi var? Ah, axı sözlər pulları 
maqnit kimi çəkir.
Biznesdə sadəlik.
 Kor qoca hər gün parkın lap kənarında, səkinin üstündə oturardı. Onun 
qarşısında sədəqə yığmaq üçün şlyapa, yanında isə “Mən koram” yazılmış lövhə olurdu.
Yoldan keçənlər ona fikir vermirdilər. Günlərin birində bir reklam işçisi qocaya yaxınlaşır və 
lövhənin üstündəki yazını dəyişir. Bundan sonra pullar qocanın şlyapasına sel kimi axmağa 
başlayır. Bəs, reklamçı nə yazmışdı?


13
«Çöldə bahar fəslidir, mən isə köram» .
Uilyam Prokter ilə Ceyms Gembl “Procter and Gamble” şirkətini təsis edəndə, satışda elə də 
diqqətçəkməyən yalnız bir məhsul vardı – kremli sabun. Elə onda ortaqlar reklam sloqanı 
yaradırlar: «99,44 % təmizlik». Beləcə, bu şirkət istehlak məhsulları ilə dünya bazarını sürətlə 
ələ keçirməyə başlayır.
Sadəlik dünyanı idarə edir.
 Gəlin, Qərb sivilizasiyası üçün əhəmiyyətli 3 əfsanəvi sənədi 
xatırlayaq. Doğrudan da, onların sayı üçdür, amma məhz öz inqilabi mahiyyətinə görə bu 
sənədlər  dünyanı  dəyişdi.  Onları  yenidən  oxuyun.  Sənədlərin  birinci  sətrindən  sonuncu 
sətrinə kimi siz sadəliyin bütün gücünü hiss edəcəksiniz. Bunun üçün xüsusi elmi dərəcəyə 
ehtiyac da yoxdur.
Söhbət bu sənədlərdən gedir:
İsa Məsihin Dağüstü xütbəsi;


ABŞ qurucularının Müstəqillik Bəyannaməsi;
Karl Marks və Fridrix Engelsin «Kommunist Partiyasının manifesti».
Birinci sənəd dünyanın ən böyük dinlərindən birinin əsasını qoydu.
Başlanğıc: «İsa izdihamı görəndə... bu sözlərlə onları öyrətməyə  başladı...»
Son: «İsa sözünü bitirəndə, insanlar onun dərsinə heyran qaldı.»
İkinci sənədin qəbulundan sonra ABŞ dünyanın nəhəng dövlətinə çevrildi.
Başlanğıc: «Biz bəlli həqiqətə istinad edirik»
Son:  «Biz  bu  bəyannaməni  heç  nəyimizi  əsirgəmədən,  həyatımız  bahasına  qorumağa  və 
təmiz ləyaqətimizlə daim uca tutmağa and içirik».


15
İngilis filosofu  İsayya Berlinin fikrincə, üçüncü sənəd böyük ictimai hərəkatın təməlini qoyub. 
Bəlkə də bu hərəkat xristianların bütpərəstlərə qarşı çıxmasından daha səs-küylü olub.
Başlanğıc:  «İndiyə  qədər  mövcud  olan  bütün  cəmiyyətlərin  tarixi  sinfi  mübarizə  tarixi 
olmuşdur».
Son: «Sizin bu inqilabda öz zəncirlərinizdən başqa itirəcək bir şeyiniz yoxdur. Bütün ölkələrin 
proletarları, birləşin!»
Belə sadəlik qarşısında səssiz qalmaq çox çətindir. Sadəlik istənilən insanın qəlbinə yol tapıb, 
orada məskən salır.
Məhz düşüncənin hədsiz sadəliyi dünyanı dəyişməyi bacardı.
O, sizinlədirsə, onda mümkünsüz heç nə yoxdur.


Happy-end. 
  Bu  təzahürün  məzəli  kənar  effekti  var:  o,  insanlara  xoşbəxtlik  gətirir.  Onun 
sayəsində insan ağılı inanılmaz həddə çatır.
Siz dünyanı dəyişə bilmək gücünüzə bütün səmimiyyətinizlə inana bilərsiniz. Mövcud olan 
adi qaydaları rədd etmək sizin haqqınızdır. Siz təkbaşına və ya nisbi təkliyinizlə ilk baxışda 
mümkünsüz olanı reallaşdıra bilərsiniz. 
Hətta ən səbrli canlının belə çətinliklərə qalib gəlmək şansı var.
Kim buna inanmır mərhəmətə  layiqdilər. Onlar  həyatın kefcilləridir və inamdan məhrum 
olunublar .
Digərləri isə, əksinə, həyatın bir formasının digər formaları ilə dəyişdirilməsində xoşbəxtlik 
tapırlar. Onlar bir çox insanın dəyərlərində daimi və qəti dönüş yaratmağa qadirdilər.
Onların gücü Con Kennedinin dediyi kimi:


17
«İnsana öz ağlı ilə verilən hakimiyyətdədir».
O cümlədən, sizin ağlınızla verilən hakimiyyətdə...
 Moris Saatçi 
sentyabr 2011-ci  il


Şirkətin 40-illiy günündə 
Saatchihistory üçün Moris Saatçinin nitqindən 
qaralama 9 oktybar 2010-cu il.


19


Final versiyası


21



23
Ölülərin səsini 
necə eşidə bilərik?
Doğulmayanlarla 
danışmaq mümkündür?
İnsanlar  yazmağı  bacarmasaydılar,  hər  nəsil  sıfırdan  başlamağa  məcbur  qalardı. 
Filosofların Platonu, riyaziyyatçıların Nyutonu, alimlərin Eynşteyni, aktyorların isə 
Şekspir  kimi  dahiləri  olmazdı.  Xələfləriniz  harada  dəfn  olduğunuzu  və  hətta  sizin 
Yer üzərində olub-olmadığınızı belə bilməzdilər. Ən əsası, siz heç vaxt bu səhifəni 
oxumazdınız.   



25
İnəyi cibimizdə 
necə daşımaq olar?
Deyək ki, hər hansı bir insandan nəsə əldə etmək istəyirsiniz, ona görə də həmin insan 
üçün nəsə yaradırsınız. Lakin bu insanın yaratdığınıza ehtiyacı olmur. Bununla belə, 
digər bir insan sizin hazırladığınız hər hansı əşyaya sahib olmaq istəyir. Lakin onun bu 
əşyaya tələbatı olmur. Məhz belə halda pul kömək edir. Pul vasitəsilə istənilən adamla 
və ya əşya ilə mübadilə əməliyyatını aparmaq olar. Məsələn, bu gözəl kitabın qiyməti 
ABŞ-da 10.75 litr südün dəyərindədir. Pul istənilən tərəqqinin əsasıdır.



27
Üç söz fransız zadəganlığını 
necə məhv etdi?
Fransa inqilabı Avropanın siyasi və intellektual həyatını çalxaladı. Məhz bu üç söz 
inqilabın mahiyyətini ifadə edir. Bu sözlər fəhlə sinfinin təxəyyülünü fəth etdi, eləcə 
də  Burbonlar  monarxiyasının  süqutuna,  həmçinin  XIV  Lyudovikin  edamına,  8  ay 
sonra isə «Terror Erası»nın başlanğıcına gətirib çıxardı.



29
İki təkər qadının emansipasiya rəmzinə 
necə çevrildi?
Baron  Karl  fon  Drays  «piyada  maşını»nı  icad  edəndə,  1817-ci  ildə  ilk  velosiped 
yaradıldı. 1880-ci illərin ortalarında isə ABŞ və Böyük Britaniyada ictimai fəal qadınlar 
üçün optimal nəqliyyat vasitəsi olan «təhlükəsiz velosiped» ixtira edildi. Onlar artıq 
nə atalarından, nə qardaşlarından, nə də ərlərindən asılı deyildilər. Velosiped «azadlıq 
arabası»na çevrildi.



31
Bütün məlumatları 
nəcə yazmalı?
Filadelfiya şəhərində Dreksel texnoloji institutunun müəllimi Cozef Vudlend Morze 
əlifbasından  ilham  alırdı.  O,  ilk  ştrix-kodu  dəniz  qumunun  üstündə  «nöqtələr  və 
tirelər arasından dar və geniş xətlər apararaq» çəkir. Beləcə Vudlend istənilən daşıyıcı 
üzərində  istənilən  məhsul  haqqında  informasiyanı  unikal,  universal  və  qənaətcil 
formada yazma üsulunu  tapır.



33
Ölkədə işə bir saat tez başlamaq
 üçün nə etmək olar?
Bunun üçün müəyyən olunmuş vaxtda saatları çəkmək lazımdır. 1895-ci ildə Yeni 
Zelandiyalı entomoloq Corc Vernon Hadson fikirləşir ki, yayda dəyərli vaxt və təbii 
gün enerjisi boş yerə axıb gedir. O, ölkə ərazisində eyni vaxtda saatları bir saat qabağa 
çəkməyi təklif edir.  Nəticədə gün «uzadılır», təbii işıqlandırma ilə daha uzun müddət 
işləmək mümkün olur və elektrik enerjisinə qənaət edilir.



35
Uşaq kimi necə şəkil çəkmək olar?
«Həyatım boyu uşaq kimi şəkil çəkməyi öyrənirdim». Pablo Pikasso – bəşəriyyətin  ən 
möhtəşəm  rəssamlardan biri idi. Onun yaradıcılığı bir meyar üstündə qurulmuşdu - 
sələflərinin ənənələrini  inkar etmək. O, uşaq rəsimləri tərzində çəkməyə  çalışırdı. 
Pikasso göstərdi ki, incəsənət yalnız xətt və formalardan ibarət olanda, primitivlik 
əsas tərkib hissələrinə qədər qısalır. 



37
Köpək yapışqan qayışın icadına 
necə kömək etdi?
İtini gəzdirərkən mühəndis Jorj de Mestralın ağlına yapışqan qayış yaratmaq ideyası 
gəlir. Belə ki, çöllükdə qaçan itin tüklərinə ayıpəncəsi yapışırdı. Bitkiyə baxan Mistral 
ayıpəncəsində xırda qarmaqların olduğunu görür. Beləcə, “yapışqan qayış” yaranır. 
Bu gün ondan uşaq idman çəkmələrindən tutmuş Ay üzərinə enən kosmonavtların 
çəkmələrinə qədər bir çox geyimlərdə istifadə edirlər. Əhsən, ağıllı itdir!  



39
Kağız sancağı ani hərəkətlə necə yarandı?
Bu  sancağın  saysız-hesabsız  dizayn  növlərı  var.  Amma  onlar  arasında  ən  əsası  və 
klassik  sayıla  biləcək  “Cem”  sancağı  1900-cü  ildə  ilk  dəfə  Britaniya  şirkəti  “Gem 
manufacturing” tərəfindən kütləvi istehsal olunmağa başlandı. Bu sancaq amerikanlı 
Uilyam Midlbrok tərəfindən patentləşdirilmişdi. Ondan əvvəl isə amerikalı Samuel 
Fey  patentləşdirdiyi  sancaq  növünü  “biletlər  üçün  çənbər”  adlandırmışdı.  İndi  isə 
bu  sancağa  “ilgək”  deyirlər.  Lakin  “ilgək”  sancaqdan  istifadə  çətin  idi,  çünki  onun 
arxa  tərəfi  qatlanmırdı.  Məhz  bu  qatlama  sancağın  klassik  formasının  dünyada 
məşhurlaşmasında həlledici rol oynadı.



41
Bir simvol və bir xətt ilə musiqini necə 
yaratmaq olar?
Musiqi notlarının mükəmməl yazılış sisteminin köməyi ilə biz kağız üzərində istənilən 
mahnı üslublarını: hip-hop, blyuz, rok, klassik musiqi və ya texnonu təsvir edə bilərik. 
Hisslərimizin incə çalarlarını əks etdirmək üçün bizə sadəcə eyni simvol və xətt dəsti 
kifayətdir.



43
Dağın arasıyla sürətli 
keçmək mümkündür?
İllər    boyu    səyahətçilər  Londonda    əhali  sıxlığından  əziyyət  çəkirdilər.  Britaniya 
paytaxtının  dar  küçələri  ilə  hərəkət  etmək  günü-gündən  çətinləşirdi.  Riyaziyyatçı 
Çarlz  Pirson  daha  geniş,  birtərəfli  avtomobil  yollarının  və  yeni  avtobus  xətlərinin 
inşası  haqda  düşünmürdü  də.  Günlərin  birində  onun  ağlına  belə  bir  fikir  gəlir: 
insanlar yerin altı ilə hərəkət edərsə, istədikləri məkana daha tez çata bilərlər. Son 
illərdə London metrosu bir milyarddan artıq adam daşıyıb.                   



45
Zorakılıq olmadan dünyanı 
fəth etmək olar?
Martin  Lüter  Kinq  irqi  bərabərlik  haqqında  düşünürdü.  O,  buna  nail  olmaq  üçün 
yalnız sülh yolunu təklif edirdi, çünki yalnız sülh “məqsədlərimizə çatmaqdan ötrü 
yeganə  vasitədir”.  Özündən  əvvəl  Mahatma  Qandi  kimi  sülhlə  silahlanmış  Martin 
Lüter məqsədlərinə çata bildi. 



47
Pişiyin gözləri tramvay xətlərini 
necə əvəzlədi?
Əvvəllər  avtomobil  sürücüləri  qaranlıq  yollarda  tramvay  xətlərindən  əks  olunan 
faraların işıqlarının köməyi ilə istiqaməti müəyyənləşdirə bilirdilər. Lakin 1930-сu 
illərin əvvəllərində ABŞ-da tramvayların sayı azalmağa başladı və relslər avtomobil 
yollarından “yoxa çıxdı”. Bir gün yol işçisi Persi Şou avtomobilin faralarının işığının 
pişiyin gözlərində əks olunduğunu görür və beləcə o, işıq saçan yol işarəsini icad edir.     


−•− • •−•• •• −− •   −•− ••− •−•• •−•• •− 
−• −− •− −•• •− −•   −− • −•− − ••− •−−•   
−•−− •− −−•• •• •−•• •− −••• •• •−•• •• 
•−•   −− •• ••−−••


49
Heç bir söz işlətmədən məktubu necə 
yazmalı?
XIX  əsrin əvvəllərinə qədər məktubları çapar və ya göyərçin poçt vasitəsi ilə yollayırdılar. 
Elektrik  enerji  erasının  başlanması  ilə  insanlar  yüksək  sürətli  elektrosiqnalları 
göndərməyi və qəbul etməyi öyrəndilər. O vaxtki texnologiyaların inkişaf səviyyəsi 
həmin siqnalların çap formasında istifadəsinə imkan vermirdi. 1836-cı ildə Morze və 
Veyl bu problemin öhdəsindən gəlməyi bacardı. Onlar bütün işarə, rəqəm və hərfləri 
uzun və qısa siqnallar sisteminə çevirməklə teleqraf əlifbasını ixtira etdilər. Elektrik 
cərəyanının  impulsları  teleqraf  xəttinin  sonunda  yerləşən  elektromaqnit  sahəsinə 
daxil oldu və beləliklə, şifahi forması olmayan dil - Morze əlifbası yaradıldı.


0


51
Heç nə əlavə etmədən 1-i 10-a 
necə çevirək?
Mən sizdən rəqəmlərin yazılış sistemini fikirləşməyinizi xahiş etsəm, çox güman ki, 
siz biri 1, ikini 2 kimi və i.a. yazacaqsınız. Bəs rəqəmin yox olma simvolundan istifadə 
edəcəkdinizmi? 0 rəqəminin unikallığı ondadır ki, o, boş olan kəmiyyətin yerini tutur: 
məsələn, 100 rəqəmi tərkibində təkliyin və onluğun olmamasından xəbər verir. Bu 
sistemi  biz  ərəblərdən  mənimsəmişik  və  ona  görə  də  «ərəb  sistemi»  adlandırırıq. 
Ərəblər isə bunu hindistanlılardan götürdükləri üçün ona «hind sistemi» deyirlər. 
Dahiyanədir!



53
Əhalisi sıx olan rayonlarda rahatlığı necə 
yaratmaq olar?
Əbəs yerə üçüncü minilliyi ayaqyolu və su kəmərlərinin sayəsində «təmizlik erası» 
adlandırmayıblar  ki?!  Müasir  Pakistanda  ən  mükəmməl  tualetlərdən  biri  qədim 
Mohendjo-Daroda  şəhərindədir.  Onlar  evlərin  fasadlarında  qurulub,  kərpicdən 
hörülüb,  kanalizasiya  sistemlərinə  qoşulublar.  Hətta  onlarda  taxta  oturacaqlar  da 
var.  Məhz  tualetin  yaranmasından  sonra  müasir  sivilizasiya  «mədəniyyətləşməyə» 
başladı.



55
Comment parlez-vous aux  `etrangers
Lüğətlər  yaranmazdan  əvvəl  biz  əcnəbilərin  danışdıqlarını  necə  anlayırdıq? 
Lüğətlər beynəlxalq səviyyədə danışıq alətinə çevrilməzdən əvvəl insanlar arasında 
ünsiyyət  yalnız  yerli  dialektlər  çərçivəsində  məhdudlaşırdı.  Hazırda  isə  istənilən 
dilin öyrənilməsi və bütün dünya xalqlarının nümayəndələri ilə ünsiyyət yaratmaq 
imkanımız var. Ən qədim məşhur ikidilli lüğət Suriyada tapılıb və eramızdan əvvəl 
2300-cü ilə aiddir.



57
Yarpaqsız çayı necə dəmləyək?
Kofe  taciri  Nyu-Yorklu  Tomas  Sallivan  maddi  vəziyyətini  nisbətən  yaxşılaşdırmaq 
üçün  çay  ticarəti  ilə  məşğul  olmağa  başlayır.  Bahalı  bərnilərdən  istifadə  etməmək 
üçün o, çay nümunələrini balaca ipək kisələrdə müştərilərə yollayır. Nəticədə alıcılar 
anlamırlar ki, kisələri açıb, içindəkini fincana tökmək lazımdır. Paketlərdə çay məhz 
belə yaranır.



59
Müştəri məhsulun hazırlanmasında necə 
iştirak etsin?
İstehsalçı  məhsulu  yaradır,  istehlakçı  isə  onu  hazır  əldə  edir.  Hər  halda,  ticarətin 
prinsipləri 1950-ci illərin ortalarına qədər belə idi. Bir gün dizayner Qilis Lundqren 
avtomobilin yük hissəsinə yeni stolunu yerləşdirməyə cəhd edərkən, onun ayaqlarını 
açır və sonradan evdə yerinə bərkitməyə qərara verir. Bunun belə rahat olduğunu 
görən dizayner ideyasını onu işəgötürən şirkətlə - İKEA ilə bölüşür. 1956-cı ildən bəri 
İKEA şirkəti yalnız rahat qablaşdırmadan istifadə edir.



61
Görmə qabiliyyəti zəif olanlar 
necə görürlər?
Eynəklərin ixtirası haqqında çox əfsanələr gəzir. İmperator Neronun vaxtlarında 
görmə qabiliyyətini yaxşılaşdırmaq üçün bahalı daş-qaşlardan və şüşədən istifadə 
edirdilər. İlk eynəyin ixtiraçısı italiyalı Salvino Armatidir (təqribən 1284-cü il). 
1684-cü ildə Leopoldo del Miliore Florensiya tarixində yazırdı ki, Santa-Mariya 
Madjore kilsəsində bir lövhə var və onun üzərindəki yazıda qeyd olunub: “Burada 
eynəyin ixtiraçısı Silvino Armati dəfn olunub. Tanrı onun günahlarını bağışlasın”. 
Maraqlıdır ki, ondan başqa heç kəs bu yazını görməyib.     



63
Göydələnləri göydələn edən 
nə oldu?
Yalnız 1850-ci illərdə amerikalı mühəndis Elişa Otis göyə yol tapır. Həmin illərdə 
liftlər quruluşuna görə təhlükəsiz deyildi, bununla belə ağır avadanlıqların və 
işçilərin yuxarı mərtəbələrə qaldırılmasında kömək olurdu. Bunu görən Otis qərar 
verir ki, «təhlükəsiz qaldırıcı mexanizm» icad etsin. Onun öz layihəsində təqdim 
etdiyi dişli əylənc mexanizmi kanatlar kəsiləndə istiqamətverici qurğudan tutmaq 
imkanı verirdi. Bu mexanizmin köməyi ilə insanlar «göyə ucaldılar».



65
Vint tikinti sahəsinə 
necə daxil oldu?
Suqaldıran  vintin  icadı  yunan  riyaziyyatçısı  Arximedə  aid  edilir.  Həmin  ideaya 
əsasında dəyirmi ox üzərində spiral yiv dayanır. Bu da iki detalın bir-biri ilə möhkəm 
birləşməsi üçün istifadə olunur. Eramızdan əvvəl I əsrdə vintlər Aralıq dənizi sahili 
boyu yağ və üzümün sıxılması üçün presləmə qurğularında geniş istifadə olunurdu. 
Ən sonda ondan bütün dünyada bərkidici kimi istifadə etməyə başladılar. Vintlərin 
hazırlanması elə də çətin deyil. Onlar həm də etibarlı birləşməni təmin edirlər. 



67
Hansı heyvanın sidik kisəsi  dünya 
əhalisini ayırır və birləşdirir?
Futbol - yer kürəsində ən məşhur idman növlərindən biridir. Dünyada bu oyunun 
3.5  milyard  azarkeşi  var.  Eramızdan  əvvəl  II  əsrdə  futbola  bənzər  oyun  Çində 
Xani  sülaləsinin  hakimiyyəti  dövründə  geniş  yayılmışdı:  bunun  üçün  topu  9  metr 
hündürlükdə olan ipək parçanın üzərində kəsilmiş dəliyə atmaq lazım idi. Orta əsrlərdə 
İngiltərədə isə donuzun sidik kisəsinə hava vurub, iki kənddən olan oyunçular «xalq 
topu» oynamaq üçün qarşı-qarşıya gəlirdilər. Beləcə, müasir futbol yarandı.



69
Bir şeyi daha asan 
necə tapmaq olar?
Sizin şirkət və ya məhsulunuz ümumişlək söz kimi istifadə olunursa, onu axtarmağa 
ehtiyac qalmayacaq. Fotoşop - şəkillər, fotolar üzərində düzəlişlər etmək deməkdir. 
Kseroks - surətin çıxardılmasıdır. “Quqllamaq” isə internetdə axtarış etmək deməkdir.



71
Müştərini apara biləcəyindən daha çox 
məhsul almaq üçün necə yola gətirək?
 
1912-ci ildə baqqaliyyə dükanının sahibi fikir verir ki, alıcılar ancaq öz çantalarına 
sığacaq qədər məhsul alırlar. Beləcə o, kağızdan hazırlanmış və qaytanla perimetr 
üzrə tikilmiş ucuz alış-veriş paketlərini icad edir. Məhz Uolter Dyubnerin əli düşərli 
olur və «şoppinq»in tərzi dəyişir.



73
Yer kürəsində ən qüdrətli milləti necə 
yaratmaq olar?
Kağız  üzərində  yazılan  yeganə  bir  mətn  bəşəriyyət  tarixində  ən  mühüm  millətin 
yaradılmasında həlledici rol oynadı. 56 insan «Amerika arzusu»nun sənədli ifadəsini 
həyata  keçirdi.  Onlar  bəyan  etdilər  ki,  «həyat,  azadlıq  və  xoşbəxtliyə  cəhd»  insan 
hüququnun  ayrılmaz  hissəsidir  və  bütün  insanlar  bərabər  doğulurlar.  Bu  sözlərin 
qığılcımı milyonlarla insanı «Amerika arzusu»nun ardınca apardı.



75
Məhrəmi necə gizlədək?
1851-ci ildə amerikalı sahibkar Elias Hou müasir zəncirbəndə oxşayan «avtomatik 
paltar  zəncirbəndi»  ixtirasını  patentləşdirdi.  Lakin  1930-cu  illərin  əvvələrinə 
qədər moda sənayesi onun geniş şəkildə istifadəsindən çəkinirdi. Əvvəlcə onu uşaq 
paltarlarında gördülər, bağlayıcı balacalara valideyinlərin köməyi olmadan sərbəst 
geyinməyə kömək edirdi. 1937-ci ildə isə demək olar ki, düymədən çox, ondan istifadə 
edirdilər. «Esquire» jurnalının da yazdığı kimi, zəncirbəndin əsas üstünlüklərdən biri 
«utandıran soyunma»dan insanı azad etməsidir. 



77
Gecəni gündüzə çevirmək olarmı?
Balina  piyindən  düzəldilmiş  ilk  şamlar  eramızdan  təqribən  200  il  əvvəl  Çində 
hazırlanıb. Onlardan yalnız işıqlandırma üçün deyil, hətta müntəzəm əriməsinə görə 
vaxtın  müəyyənləşdirilməsində  də  istifadə  edirdilər.  Bundan  başqa,  şam  dində  və 
elmdə mühüm simvola çevrilir: onun tənha işığı ilahi və mənəvi məfhumları təcəssüm 
edir.



79
Rənglər insan davranışına 
necə təsir göstərir?
Bilirik  ki,  rənglərin  psixologiyası  mövcuddur.  Hər  hansı  rəng  bizdə  qeyri-ixtiyari 
reaksiya yarada bilər. Məsələn, alimlər sübut edib ki, qırmızı rəng ürək döyüntüsünün 
tezliyini artırır. Bu səbəbdən də o, təhlükə siqnalı kimi istifadə olunur. İlk işıqfor 1868-
ci  ildə  İngiltərənin  Parlament  binasının  yanında  quraşdırılıb.  Onun  içində  rəngini 
dəyişən adi qırmızı və yaşıl qaz lampaları qoyulmuşdu. Bədbəxtlikdən 2 yanvar, 1869-
cu ildə həmin işıqfor partlayır və onu qoruyan polis işçisi vəfat edir



81
Böyük şəhərdə kiçik nöqtəni 
necə tapmaq olar?
Semiotika  –  işarələr  və  mədəniyyət  əlaqələri  sisteminə  deyilir.  Bu  əlaqələrin 
əhəmiyyəti  barədə  qədim  yunanlar  bir  çox  fikir  söyləyiblər.  Məsələn,  Platon  və 
Aristotel işarələrin qarşılıqlı əlaqəsi haqda fikir mübadiləsi aparıb. Daha gözəçarpan 
nişanlar hər kəs tərəfindən rahat başa düşülür.



83
Pulu olmayan insana 
necə etibar edək?
1887-ci ildə amerikalı yazıçı Edvard Bellami ilk dəfə utopik üslubda yazdığı «Geriyə 
baxış»  romanında  «kredit  kartı»  ifadəsini  işlədir.  Yalnız  1958-ci  ildə  bu  kartlar  iş 
prosesində  sınaqdan  keçirilir.  Kredit  kartın  yaranmasından  əvvəl  şirkətlər  ancaq 
öz müştərilərinin istifadə edə biləcəyi kartlar buraxırdılar. Hətta ayrı-ayrı şirkətlər 
bəzi kartlar vasitəsilə ödənişləri qəbul edirdi. Amma elektron kommersiyanın tərzini 
«Bank  of  America»nın  «BankAmericard»  kartı  birdəfəlik  dəyişdi.  Plastik  kartın 
köməyilə artıq nağd pul olmadan da bazarlıq edə bilirik. 



85
İki çubuq bütün qitəni 
necə yedirir?
Hesab  edilir  ki,  qida  üçün  çubuqların  3-4  minillik  tarixi  var.  Qədim  Asiya  əhalisi 
ocağın üstündə bişən yeməyi çubuq və ya ağac budaqlarının köməyilə çıxardırdılar. 
Konfutsiçilik ideyaları sayəsində çubuqlar bütün Asiyada əsas mətbəx alətinə çevrildi. 
Konfutsi vegeterian idi. O deyirdi: “Sallaqxana və mətbəx düzgün və ləyaqətli insanın 
yeri deyil. Onun masasında isə bıçaq olmamalıdır”.



87
Balaca tırtıl dünyanı necə dəyişdi?
Eramızdan  əvvəl  XXVII  əsrdə  yayılan  Konfutsi  mətnlərinə  əsasən,  insanlar 
baramalardan xammal-ipək hazırlayan barama qurdu yetişdirirdilər. Rəvayətə görə, 
ipək baraması gözəl imperatriça Si Linq Çinin fincanına düşür və açılmağa başlayır. 
Həmin an o anlayır ki, açılan bu sapdan möcüzəli lif üçün iplik əldə etmək olar. Bəşər 
tarixi boyu ipək və Böyük İpək Yolu daima tacirlərin diqqətini cəlb edib. Zərif ipək 
tədricən bütün dünyanı fəth edir.



89
Həcmi necə ölçmək olar?
Arximedə  yerli  zərgərin  monarxın  tacının  qızıl  hissələrini  saxtalaşdırıb-
saxtalaşdırmadığını  müəyyənləşdirmək  əmr  edilir.  Məhz  vannada  ona  fəhm  gəlir. 
Riyaziyyatçının cismi həcmində su vannadan daşır. O fikirləşir ki, tacın çəkisi daşan 
suyun  həcminə  bölünsə,  onda  sıxlığın  qiymətini  tapmaq  mümkündür.  Nəticədə 
Arximed zərgərin həqiqətən qızılı gümüşə dəyişdirdiyini sübut edir və fırıldaqçını 
aşkara çıxarır.



91
İşgəncə alətini sitayiş obyektinə çevirmək 
mümkündür?
Fədakarlıq - böyük qüvvədir. O, insanın başqalarının yolunda özünü qurban verməyə 
hazır olması ideyasına əsaslanır. Xristianlıq ideyasının bariz nümunəsi İsa Məsihdir. 
Onun insanlara olan sevgisi insan təbiətinə məxsus imkanları qat-qat üstələdi. Onun 
çarmıxa çəkildiyi taxta milyardlarla insanı birləşdirən inamın rəmzidir və xristian 
sevgisinin təmənnasız olduğunu bizə daima xatırladır.



93
Kiçik parça sosial statusu necə 
müəyyənləşdirir?
Ehtimal olunur ki, Avropada qalstuk 17 əsrdən istifadə edilir. XIII Lüdovik və kardinal 
Rişelye tərəfindən hərbi xidmətə çağrılmış xorvat əsgərləri boğazlarındakı qırmızı 
sarğı ilə Paris sakinlərinin diqqətini çəkirdilər. Təəccüblü deyil ki, o vaxtki «hərbi» 
nişan müasir dövrdə yüksək sosial statusu təsdiq edir. Adi əsgərlərin geyimi kobud 
və zövqsüz idi, zabit heyəti isə ipək qalstuklar taxırdı. Təbəqələr, ənənələr, siniflər... 
tezlikə qalstuk elita təbəqəsinə məxsusluğun simvoluna çevrildi.



95
Boşqabı yeməli etmək olarmı?
Dondurma üçün vaflili borucuq ilk dəfə XIX əsrdə yaranıb. Deyilənə görə, suriyalı 
Ernest Hamui dondurma üçün boşqabları qurtaran dondurma düzəldən qonşusuna 
onu vafliyə bükməyi məsləhət görür. Bəlkə də Qərbi Avropada dondurma satıcıları 
sadəcə  boşqabları  yumaqdan  yorulmuşdular.  Üstəlik,  boşqabla  müqayisədə 
borucuğun «iştahlı» görünüşü var.



97
Niyə təkcə quru ilə sərhədlənəsiniz ki?
Leonardo  da  Vinçinin  erkən  eskizlərindən  tutmuş  birinci  Jak  İv  Kusto  və  Emil 
Galyanın  ixtirası  olan  və  onlara  mənfəət  gətirən  akvalanqın  yaranmasına  qədərki 
dövrdə bəşəriyyət dəniz dərinliklərinin tədqiqatı üçün uzun yol keçib. Kusto daha 
əvvəllər naməlum və əlçatmaz olan inanılmaz sualtı dünyanı insanlar üçün kəşf edib. 
Sualtında nəfəs almaq imkanını dəryanın qaranlığını işıqlandıran çırağa bənzətmək 
olar.



99
Bir şəkil əsas küçələri necə dəyişə bilər?
Kosmonavtlar  kosmosun  sirrini  araşdırırlar.  Məhz  onların  sayəsində  biz  Aydakı 
insandan çox, Yerdəki insan haqda daha ətraflı öyrənmiş olduq. «Mən Yeri sərhəd 
şırımları  olmadan  gördüm»,  -  kosmosun  fatehlərindən  biri  yazırdı.  O  gündən  bəri 
Nike, McDonald`s, Gap, Benetton, Starbucks, Saatchi, Zara, Les Mis, Sony, Apple və 
yüzlərlə digər transmilli ticarət nişanı dünyada yayılmağa başladı.



101
Qısa zamanda sərhədləri necə çəkək? 
1867-ci ildə Ohayo ştatından olan Lüsyen Smit tikanlı məftili patentləşdirdi. Onun 
ixtirası torpaq sahələrində nişanın qoyulmasına çəkilən xərcləri dərhal azaltdı, eyni 
zamanda  külli  miqdarda  mal-qaranın  qırılmasına  səbəb  oldu.  1885-ci  ilin  sərt  qış 
aylarında ABŞ-da heyvanların şimaldan cənuba ənənəvi köçü zamanı onların qarşısına 
tikanlı məftil qurğuları çıxdı, nəticədə mal-qaranın ¾ hissəsi məhv oldu. Tikanlı məftil 
bəşər tarixində ən ziddiyyətli ixtiralardan biridir. Konslagerin çəpərləri, Quantanamo 
həbsxanasının hasarları, Fələstindəki ayırıcı xətlər - bunlar hamısı çəkilən sərhədlərə 
nümunədir.



103
1 piroq mindən çox insanı necə xilas etdi?
Florens Naytinqeyl tibb bacısı anlayışının təməlini qoyan insan kimi tanınır.  
Həmçinin o, statistik məlumatların təsviri üçün yeni yanaşma ortaya qoyub. Krım 
müharibəsi vaxtı, 1853-1856-cı illərdə o, hakimiyyət orqanlarına müraciət edərək 
bildirir ki, minlərlə əsgər ön cəbhədə yox,  hospitallarda tamamilə müalicə olunan 
xəstəliklərdən vəfat edir. O, araşdırmalarını sektor şəklində diaqramlarla təsdiqləyir. 
Beləcə, Florens hospitalların yenidən təchiz edilməsi zərurətini əsaslandıra bilir. Adi 
gigiyena qaydalarına riayət olunma minlərlə hərbçinin həyatını xilas edir.



105
Dəvəquşunu necə sakitləşdirmək olar?
Dəvəquşu  əsəbi  və  çılğın  quşdur.  Saatda  72  km  qaçış  sürətinə  malikdir.  «Küncə 
salınanda»  isə  qəzəblənir.  Lakin  başına  corab  keçirdsək,  o,  az  və  ya  çox  dərəcədə 
sakitləşir. Yəgin, dəvəquşu hesab edir ki, əgər o sizi görmürsə, onda sizdə onu görə 
bilmirsiniz. Lap insanlar kimi.



107
Nəhəng adamın gördüyünü bəstəboy insan 
necə görə bilər?
Kolizey  -  Qədim  Romanın  mühəndis  və  memar  əqlinin  görkəmli  nailiyyətlərindən 
biridir.  Orada  qladiator  döyüşləri,  edamlar,  hətta  dəniz  döyüşlərinin  təqlidi  belə 
keçirilirdi.  Tarixçi  Dion  Kassiya  əsasən,  imperatorun  tac  qoyma  mərasimi  zamanı 
9000-ə  qədər  vəhşi  heyvan  öldürülür.  Roma  vətəndaşları  isə  boylarının  uzunluğu 
və qısalığından asılı olmayaraq, oturduqları yerdən baş verənlərə rahatlıqla tamaşa 
edirlər.



109
İnsanların məhsula inamını 
necə artırmaq olar?
1869-cu  ildə  «Heinz»  şirkəti  «Heinz-dən  Sous-Qıtıqotu»  məhsulunu  ilk  dəfə  şəffaf 
qablaşdırmada satışa çıxarır. Beləcə, alıcılar məhsulun təzəliyini və əlavə maddələr 
(inqredientlər)  qatılmadığını  görə  bilirlər.  İnamın  artırılması  üçün  sözlərə  ehtiyac 
yoxdur, sadəcə məhsulu göstərin.



111
Bütün yollar niyə Bağdada aparır?
Heradot  (  təx.e.ə  484-425-ci  il)  yazırdı  ki,  Babilistanın  divarları  və  qalalarının 
inşasında  asfaltdan  istifadə  olunub.  Neft  məhsulları  hələ  qədim  zamanlardan  bizə 
tanışdır, ancaq “qara qızıl”ın bəşəriyyət üçün bu cür əhəmiyyətli olması kimin ağlına 
gələ  bilərdi?  Dünya  neft  ehtiyatlarının  80%-i  Yaxın  Şərqdə  cəmlənsə  də,  ilk  neft 
quyusu 1846-cı ildə Bakı yaxınlığında, Bibiheybətdə qazılıb.



113
Pəncərələri təmir edib, insanları təhlükədən 
necə qorumaq olar?
Corc Kellinq insanların kriminal davranışı ilə şəhərin görüntüsü arasında əlaqənin 
olduğunu  aşkarladı.  Sınmış  pəncərələrin  təmirindən,  fasadların  qraffitidən 
təmizləməsindən  və  zibilin  vaxtında  yığışdırılmasından  sonra  oğurluq,  quldurluq, 
eləcə  də  ölüm  hadisələrinin  sayı  azaldı.  1993-cü  ildə  Rudolf  Culiani  Nyu-Yorkun 
meri  olanda,  “sınmış  pəncərələr  nəzəriyyəsi”  ona  şəhərin  ümumi  vəziyyətini 
yaxşılaşdırmaq üçün kömək oldu.


Tanrını uydurun.


115
İnsanların davranışına necə təsir etmək olar?


Bu kitab əvvəlcə Saatchi agentliyinin işçiləri üçün məlumat kitabçası idi. Kitabda 
qeyd olunan sadəliyin prinsipləri 40 il ərzində şirkətin yaradıcılıq kredosuna 
çevrildi. Onun əsasında dünyanın ən tanınmış reklam agentliklərindən birinin 
korporativ mədəniyyəti, fəlsəfəsi və strukturu formalaşdırıldı


117
Kitabın hazırlanmasında əməyi keçənlərə 
təşəkkür edirik:
Con  Kanningem,  Brayoni  Dellou,  Saymon  Dikkets,  Grem  Finka,  Bil  Gallaxer,  Mark 
Gudvina, Monika Henri , Stefani İllingvort, Fil Cons, Reyçel Coys, Kamilla Nayt, İmocen 
Lendi,  Terri  Leppard,  Çoy  Lü,  Piter  Lü,  Mori  Mak-Lennan,  Qari  Monaqan,  Conatan 
Maddel, Endi Enq, Ksaviera Obon, Mark Petti, Brüs Peyvell, Moris Saatçi, Lienn Silman, 
Rupert Saymonds-Qudinq, Ceremi Sinklera, Darius Tenq, Stiv Trayb, Saymond Uorden, 
Orlando Uorner, Sofiyu Uezeril, Tim Uilks, Maykl Uilton, Coka Vonga, Dena Yangera.


Əgər siz yeni kitabın tərtibatında iştirak etmək istəyirsinizsə, 
saytımıza baş çəkin brutalsimpicityofthought.com
Rahat olun.
Brutal Simplicity of Thought – “M&C Saatchi” şirkətinin qeydiyyatdan keçmiş əmtəə 
nişanı


119



121



123



125

Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə