Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə8/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   4   5   6   7   8   9   10   11   ...   159

34

S O N U N C U   FAT E H

meydanlarına atılan, möhtəşəm zəfərlərilə  İngiltərə, 

Rusiya kimi dövlətləri qorxuya salan, Osmanlı impe-

riyasını öz siyasəti ilə sülhə vadar edən, eyni zamanda 

iki müsəlman dövləti – Səfəvilərlə Osmanlılar arasın-

da uzun illərdən bəri davam edən məzhəb ixtilafına 

son qoymaq üçün cidd-cəhdlə çalışan bu dəmir iradəli 

hökmdarlar hökmdarının ürəyinə daman qorxu dolu 

fikirlər rahatlığını əlindən almışdı. Üç gün idi ki, Xa-

buşandan iki fərsəng aralıda – Fərəhabadda düşərgə 

salıb durmuşdu... 

…Hicri 1160-cı il

1

  girər-girməz Nadir şahın cidd-



cəhdlə qurduğu  Əfşarlar səltənətini üsyanlar dalğa-

sı bürümüşdü. Azərbaycanda, Xarəzmdə, Bəlxdə, 

İraqda, Kirmanşahda… baş verən iğtişaşlar get-gedə 

ölkənin hər tərəfinə yayılırdı.

Axır vaxtlar ruhdan düşmüş Nadir şah günü-

nün çoxunu hərəmxanasında keçirirdi. Bir də  hə-

rəm  xanasının yanında yəhərlənmiş at saxlayırdı, 

iş  di-şayəd, yaxın  ətrafı ona sui-qəsd etməyə  cəhd 

göstərsə, ya dara düşmək təhlükəsi yaransa, ürəyini 

sıxan bütün qara-qura şübhələrin pəncəsindən qur-

tarmaq üçün atının yəhərinə qalxıb, düz Kəlat qala-

sına çapacaqdı. Artıq  şahzadələri və sevimli nəvəsi 

Şahruhu ora yollamışdı. İndi «Deyəsən mənim üçün 

də vaxt yetişib» – deyə özü-özlüyündə ora getməyi 

qərara almışdı. O, sayılması heç vədə mümkün olma-

yan pulunu, ləl-cəvahiratını, başqa dəyərli  əşyaları-

nı Kəlat qalasında tikdirdiyi böyük xəzinə binasında 

saxlayırdı.  İstər ailəsi olsun, istər xəzinəsi – hər iki-

1

 Miladi 1747-ci il.




35

N A D İ R   Ş A H   Ə F Ş A R

si onun üçün çox qiymətli idi. Nadir şahın həyatının 

təhlükədə olması ailə üzvlərinin məhvi demək idi: 

«Dünya vəfasız dünyadır, hansı cahangirə vəfa qılıb 

ki, mənə də qılsın?.. Ən çox rəğbət bəslədiyim və hər 

dəfə qəzəllərindən fal kimi istixarə etdirdiyim Şirazlı 

Hafiz


1

  də dünyanı viranə bir yerə, insan həyatını xə-

ya li  bir  şeyə bənzədirmiş...» 

Novruz bayramından üzü bəri gah Əmir Tey-

murun, gah da Şah  İsmayıl Xətainin xəyalı tez-tez 

gözləri önündə canlanırdı. Hətta ona elə  gəlirdi ki, 

onların, uzaqdan da olsa, səslərini eşidir. Sanki onlar 

qərinələrin o üzündən süzülüb gələn mənalı baxış-

ları ilə onu qabaqdan gələn təhlükədən agah etmək 

istəyirdilər. Nadir şah düşünürdü: «Builki Novruz 

bayramı  mənim səltənətimə sevincdən çox qəm-

qüssə gətirdi… Yeddi il bundan əvvəl Əmir Teymu-

run qəbir daşını türbəsindən çıxartdırdım, Məşhədi-

müqəddəsə gətizdirdim ki, bu məkanda – qərib İmam 

Rza  əleyhissəlamın məqbərəsində  əhli-beyt övladı-

nın məzarı-şərifiylə yanbayan qoyulsun. Amma bir 

müddət sonra fikrimdən vaz keçdim. Axı, böyük ca-

hangirin vəsiyyətinə görə nəinki onun qəbrinə toxunan 

adamın özünün, hətta məmləkətinin də başına fəlakət 

gələ bilərdi... Xalqın başbilənləri, üləmalar,  şeyxlər 

üzdə olmasa da, arxada məni qınadılar... Deyirdilər ki, 

ölünü məzarından çıxarıb, yerini boş qoymaq, ya da 

başqa qəbiristanlığa aparmaq bədbəxtlik  əlamətidir. 

Mən də bu dildə-ağızda gəzən söhbətlərə inanmağa 

Hafiz Şirazi – Xoca Şəmsəd-Din Məhəmməd (1320 – 1390) İran şairi və 



sufisi.


36

S O N U N C U   FAT E H

məcbur idim... Odur ki, özümə ulu sələf sandığım o 

böyük sərkərdənin sinə daşını yenidən Səmərqəndə 

yolladım… Bəlkə buna görə  Əmir Teymurun xəyalı 

gözlərimin önündən getmir?! 

Bəs,  Şah  İsmayıl Xətainin xəyalı niyə  həmişə ba-

şını  aşağı dikir, üzümə heç baxmaq da istəmir. Son 

döyüşdə məğlubiyyət acısını dadmış yaralı aslan kimi 

şirin ləhcəylə deyir: «Ey Nadir şah Əfşar, sən mənim 

yaşım qədər döyüşlər gördün, qələbələr qazandın, 

öl kənin torpaqlarını iki dəfə genişləndirdin, amma 

nəfsinlə savaşa bilmədin. Sən qızılbaş tayfalarının bir-

liyi sayəsində yaradılmış Azərbaycan Səfəvi dövləti-

nin

1

 laxlayan dayaqları üstündə qurduğun  Əfşarlar 



səltənətini qoruyub saxlaya bilmədin… Türk sultanına 

yazdığın məktublarla  şiəliyi  əlimdə bayraq etdiyimə 

görə  məni qınadın! Tutaq ki, bu sənə iki müsəlman 

dövləti arasında məzhəb ixtilafına son qoymaq üçün 

lazımdı. Bəs, taxt-tacdan salandan sonra əsir həyatı ya-

şatdığın İkinci Şah Təhmasibin, Üçüncü Şah Abbasın 

nə günahı vardı? Bu azmış kimi, oğlun Rzaqulu Mirzə 

ulu babam Şeyx Səfəvinin müqəddəs ruhunu incitdi 

və gözünü qırpmadan İsmayıl peyğəmbərin adından 

nur alan və şah babasının adıyla dünyaya təzə qədəm 

qoyan kiçik İsmayılın başını kəsdi… Sən illər öncə oğ-

lun Rzaqulu Mirzəni şahlıq taxtına göz dikdiyinə görə 

cəzalandırsan da, indi çox peşmansan! Cilovsuz qəhr 

və qəzəbindən vicdanının gözü o qədər kor olub ki, öz 

başına və əfşarlar sülaləsinin üstunə gətirdiyin bəlanı 

görmürsən. Ona görə  də bu dərddən və  bədgüman-

1

 Azərbaycan Səfəvi dövləti 1501-1736-cı illərdə mövcud olmuşdur.




37

N A D İ R   Ş A H   Ə F Ş A R

lıq bəlasından xilas ola bilməyəcəksən… Sən təkcə 

səfəvilər nəslini deyil, əfşarları, qacarları, bayatları 

da özünə düşmən etdin! Dinlər, məzhəblər müxtəlif 

təriqətlər çox olsa da, şeytan birdir. Şah, istər adil ol-

sun, istərsə zalım, əgər şeytanın vəsvəsəsinə uyubsa, 

deməli, öz qətlinə fərman verib».

Nadir şah bu sözlərin qarşılığında mənalı-mənalı 

gülümsünüb deyirdi: «Ey böyük cahangir, söz və qılınc 

sərdarı, sən mənə bu dünyada şeytana uymayan bir 

şah göstərə bilərsənmi? Mən müsəlman dövlətlərinin 

birliyini qurmaq xatirinə  şiə-sünnü məzhəbləri ara-

sında acı bağırsaq kimi uzanan davalara son qoymaq 

istədim… Qorxuram ki, əsrlər ötüb keçəndən sonra 

da bu ixtilaf ucbatından biz müsəlmanlara çox ağır 

zərbələr dəysin... Böyük fəlakətlərin qabağında bö-

yük şahlar da acizdir!

Ən böyük arzularımdan biri Çini fəth etmək, 

Bö yük  İpək yolu boyunca uzanan məmləkətləri  ələ 

keçirməkdi. Özüm də bilmirəm məni buna vadar 

edən nədir? Bəlkə  də, uşaq vaxtımda ata-anamdan, 

gənclik çağımda Qədirqulu kişidən Çingiz xan haq-

qında eşitdiyim rəvayətlərdi?.. Bəlkə  məni bu yola 

çəkən hissin adı, fəth etmək istədiyim şöhrətin zir və-

sindən cahana boylanmaq arzuzudur?

Heyif ki, təbəələrimin və sülalə üzvlərinin bir 

his səsinin hakimiyyətə qarşı çıxmaq cəhdləri bir çox 

arzularımı gerçəkləşdirməyimə mane oldu. Kaş, nə 

ölkəmin daxilində tez-tez baş verən bu qiyamlar olay-

dı, nə  də  mən öz qılıncımla öz təbəələrimin qanını 

tökəydim...». 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə