Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə15/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   11   12   13   14   15   16   17   18   ...   159

63

N A D İ R   Ş A H   Ə F Ş A R

gəlirdi. O gün ilxı kəndin lap yaxınlığındakı otlaqda 

otlayırdı.

Günorta cəmi Xorasan camaatı kimi dəstgirdlilər 

də nahar vaxtı Allahın verdiyindən yeyib, zöhr na-

mazını  qılmışdılar.  İndi də kimi məscidin böyründə 

ağacların kölgəsində oturmuşdu, kimi də yorğunlu-

ğunu ca nından çıxartmaq üçün evində rahat mütək-

kə  və balışlara dirsəklənib istirahət edirdı. Nadir də 

evə gəlib, əl-üzünü yudu, nahar edib, bir az dincəlmək 

istədi. 


Qardaşı İbrahim anasının bişirdiyi əvəlikli çilov dan 

doyunca yeyəndən sonra bardaş qurub kürəyini diva-

ra söykəmişdi. Nadir isə başını anasının dizinə qoyub, 

gözlərini hisli-paslı daxmanın tavanına zillə mişdi. 

İmamqulu kişi dünyasını dəyişəndən sonra Göv-

hərbəyim ana onlara tez-tez keçmişdən söhbət açır, 

baş larını qatırdı… Sanki bu söhbətlərlə özü də təsəlli 

tapırdı, hüzünlü qəlbini qəmli  fikirlərin cəngindən 

qurtarıb, eynini açırdı.

– Hər şeyi verən də Allahdı, alan da, elə gözəlliyi 

də, cavanlığı da, – deyə Gövhərbəyim ana növbəti 

dəfə elədiyi söhbətə aşıqsayağı xitam vermək istədi. 

– Hə, su sonası kimi o xanım-xatın qız da gözəl idi: 

ürəkaçan, işıqsaçan, gözün süzən, canlar üzən, düymə 

düzən, süzgün baxan, güllü-reyhan, qönçə dəhan, bir 

sözlə, gəl məni gör, dərdimdən öl!.. 

– Bu cür söhbətləri kimdən öyrənmisən, ana? – 

deyə İbrahim soruşanda, Gövhərbəyim ana nəvazişlə 

onun da, on beş yaşlı Nadirin də qıvrım saçlarına sı-

ğal çəkə-çəkə dedi:




64

S O N U N C U   FAT E H

– Ulu nənəniz  Şahbəyimin bilməcələri-gülmə cə-

ləri tayfanın bütün qız-gəlinlərinin dilində-ağzında 

əzbərdi. «Yusif-Züleyxa» dastanını nəql eləyəndə hət-

ta tayfa nın mərhəm kişiləri də gəlib ona qulaq asar-

dılar… 

– Ana, bə bizi el içində niyə  Qırxlı deyə nişan 



verirlər?..

– Bizim Əfşar tayfası  Qırxlı boyundan, bir də 

Qasımlı törəmələrindən bin tutub. Ulu babalarınız 

Qırxlıları Şah İsmayıl Xətai zamanında Azərbaycanın 

qədim  Əfşəran elindən bura – Xorasana köçürüblər. 

Bu yerlər  Əfşar tayfasına özbək basqınçılarının hü-

cumlarını dəf etdiyinə görə soyurqal

1

  kimi verilib. 



Xorasanın axarlı-baxarlı, sərin çeşməli Allahu-

Əkbər dağları  şahın yaylaq yerləri, həm də yay dü-

şərgəsi imiş. О vaxtdan qışda Dəstgirt, yayda Kəbkan 

yaylaqları oylağımız olub. Kəbkan yaylaqlarının 

bir adı da qədimdən Dərbəndi kimi tanınıb. Bizim 

əfşarlar  Şah  İsmayılın güvənib etibar etdiyi yeddi 

tayfadan biri – bəlkə də ən birincisi olub… Səfəvi şah-

larının sarayında  Əfşar qızılbaşları  məşhuru-cahan 

olublar. Deyilənlərə görə, əmir Sultanəli Mirzə Əfşar 

elə üzdən  Şah  İsmayılın özünə çox oxşayırmış, hə, 

Çaldıran savaşında osmanlılar şahı əsir götürmək is-

təyəndə, «Şah İsmayil mənəm» – deyib sinəsini qaba-

ğa verib, irəli çixib. Osmanlılar da onu əsir alıblar... 

Bu tayfa Əhməd Sultan, Şahruh bəy Əfşar, Xəlil bəy 

Əfşar kimi adlı-sanlı  sərkərdələri, neçə-neçə  mərd 

1

 Soyurqal – hərbi və ya mülki xidmətə görə bağışlanan və irsən keçə 



bilən torpaq.


65

N A D İ R   Ş A H   Ə F Ş A R

oğulları ilə ad-san qazanıb. Şah İsmayıl, Qəndəhar vi-

layətində Səfəvi xənadanına qarşı baş vermiş üsya nı 

yatırmağı  Şahruh bəy  Əfşara həvalə etmişdi. Ondan 

sonra  Şah Birinci Təhmasibin zamanında Sevindik 

bəy Əfşar səltənətin ən hörmətli Qorçubaşısı olub...

– Qorçubaşı nədir, ay ana?

– Qorçubaşı səltənətin ləşgərində nə qədər əli si-

lahlı adam varsa, onların başında duran adama de-

yirlər... 

– Ana, bəs, Şahbəyim nənə demirdi ki, bizim tay-

faya nəyə görə Əfşar deyiblər?

Gövhərbəyim ana bu dəfə  İbrahimin başını tu-

marladı: 

– Belə söhbətləri elbəyi Qədirqulu kişi məndən də 

yaxşı, yerli-yataqlı bilir, başına dönüm. Mənim yadım-

da qalan budur ki, lap qədim-qayımdan əfşar – öz işini 

yaxşı bilib, həm də cəld görən adama deyərmişlər. Bu 

tayfa da öz başçısının – Əfşarın adı ilə tanınıb. Oğuz 

xaqanın oğlu Ulduz xanın dörd oğlundan  ən böyü-

yü olan Əfşar yadellilərlə müharibə zamanı  Oğuz 

dədənin həmişə sağ cinahında döyüşərmiş. Oğuz 

tayfaları arasında  əfşarlar cəld olduqlarına görə  ən 

çox vəhşi heyvan ovuna həvəsli imişlər. Bəzən buna 

görə  əfşara ovşar da deyirlər. Türk oğlu türklərin 

yurd yeri olan ucsuz-bucaqsız torpaqlarda əfşarlar 

şa nına  şayan olan əfsanəvi ad-san qazanmışdılar. 

Oğuz türkləri Türküstandan Aralıq dənizinəcən, 

Qafqazdan Kəngər

1

  körfəzinəcən böyük ərazidə 



döv lət qurmuşlar. Səlcuqilər əyyamında Əfşar elinin 

1

 Kəngər – indiki Fars körfəzi.




66

S O N U N C U   FAT E H

şöhrəti aləmi bürümüşdü. «Əfşar» sözü yağıların ara-

sında elə vahimə yaratmışdı ki, onlar öz uşaqlarını 

«Ov…şar gəldi», ya da «Av .. şar gəldi» deyə qorxu-

zurdular. Amma ulu olmuşların dediyinə görə, Çin-

giz xanın yürüşü zamanı Azərbaycanda yurd salmış 

əfşarlar itaətsizlik etdiklərinə görə ora-bura sürgün 

ediliblər. Əvvəllər elə Asiya məmləkətlərindən Çingiz 

xanın zülmündən baş götürüb buralara köçüb gələn 

əfşarlar da az olmayıb. Burada kök atıb şaxələnsələr 

də, bəla arxalarınca düşüb, onlardan əl çəkməyib. 

Çin giz  xanın oğlu Cücü xan hökmdar olanda mon-

qol-tatarlar ən gözəl qızlarımızı əsir kimi aparıblar…

Şahbəyim nənəmiz söz düşəndə özündən böyük 

ağbirçəklərin dilindən belə bir kövrək bayatı çağırardı:



Apardı tatar məni, 

Qul edib, satar məni.

Yarım vəfalı olsa,

Axtarıb tapar məni…

Gövhərbəyim ana riqqətə gəlib kövrəldi. Gözləri 

nəmləndi. Sonra özünü ələ alıb, sözünə davam etdi: 

– Hə, Kəbkan Şah İsmayıldan sonralar da, elə Şah 

Abbas cənnətməkanın zamanında da yaylaq yeri kimi 

qaldı. Bizim Qırxlı camaatı  hər payız Allahu-Əkbər 

dağından qışlağa enərdi. O zaman rəhmətlik ata-

nız çarvadarlıq edərdi. El arasında çodar İmamqulu 

deyərdilər ona. Köçün yükünü dəvələrlə yaylaqdan 

qışlağa, qışlaqdan yaylağa aparardı. Çarvadarın bir 

işi-gücü də ata minib, əvvəlcədən dağlarda yaxşı yay-

laq yeri manşırlamaq – tapmaq idi.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə