Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə159/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

669

N A D İ R   Ş A H   Ə F Ş A R

Sui-qəsdin təşkilatçıları Nadir şahın özü ilə  gəz-

dirdiyi varidatını  zəbt edib, sonra hərəmlərinin ça -

dırlarına soxuldular, onların üst-başlarındakı,  bo    yun-

boğazlarındakı qiymətli əşyaları aldılar.  Son   ra  Nadir 

şaha yaxın olan üç nazirin çadır larını ələk-vələk elə-

dilər, yalnız Həsənəli bəy Müəy yir ül mə ma likə rəhm 

edib, digərlərini qəd dar  ca  sı  na  qətlə ye tirdilər. 

Çox çəkmədi ki, Nadir şahın  ən çox etibar etdi-

yi gözətçilərdən ibarət süvari alayının başçısı,  əfqan 

sərkərdəsi Əhməd xan Əbdal öz dəstəsilə sui-qəsdçi 

əfşarların üstünə hücum etdi. Düşərgədə olan özbək 

döyüşçüləri də əfqanlara qoşuldular. Qoçu bəy Əfşar 

əlinin işarəsilə onları saxladı. Və onunla Əhməd xan 

Əbdal arasında bir xeyli mübahisə oldu. Lakin bu 

mübahisə heç bir fayda vermədi, qızılbaşların sayca 

çox olmasına baxmayaraq, əfqanlar döyüşə-döyüşə 

Cukinin çadırına soxuldular. 

Nadir şahın başı kəsilmiş bədənini görəndə, əlləri 

yanlarına düşdü. Daha bundan sonra yanıb-yaxılmaq 

faydasız idi. Döyüşə-döyüşə geri çəkilən Əhməd xan 

Əbdal zabitlərinə:

– Qəndəhara dönürük! – deyə əmr etdi.

Yolda Nadir şahın düşərgəsinə sarı  Pəncabdan 

gələn xəzinə yüklü karvanın qabağını kəsdilər. 

Karvanbaşının Nadir şahın ölümündən xəbəri 

yox idi. 

Əhməd xan Əbdal xəzinəni ələ keçirib, öz alayı ilə 

Qəndəhara yollandı... 




670

S O N U N C U   FAT E H



EPİLOQ

adir şah Əfşarın həyatına son qoyan həmin 

dəhşətli gecə belə qəmli və acınacaqlı mən-

zərə ilə başa çatdı, amma ölkədə qanlı qır-

ğınlar, faciələr bitib-tükənmək bilmədi. 

Əliqulu xanın göndərdiyi qoşun Kəlat 

qalasını mü hasirəyə aldı. 

Nadir  şahın ölüm xəbərini eşidən kimi oğlanları 

Nəsurulla xan, İmamqulu xan, on dörd yaşlı  nəvəsi 

Şahruh Mirzə ata minib, Mərvə sarı getdilər. Amma 

çox çəkmədi ki, onların üçünü də tutub, Kəlat qalası-

na gətirdilər. 

Əliqulu xanın göstərişi ilə Şahruh Mirzə ana tə-

rəfdən Səfəvi sülaləsindən olduğu üçün sağ-sa lamat 

Məşhəddəki  Ərk qalasına aparıldı. Yerdə qalanları, 

Nadir şahın böyük oğlu Rzaqulu xan başda olmaq la, 

ailəlikcə  Kəlatda qətlə yetirildilər. Südəmər uşaqla-

ra, Nadir şahın hamilə arvadlarına belə rəhm olun-

madı. 



671

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir şahın nəşi Məşhəd şəhərinə gətirilib, sağlı-

ğında öz adına tikdirdiyi Bala-Xiyabandakı sərdabə-

də torpağa tapşırıldı. 

Qızılbaş tayfaları, hətta əfşarlar, az qala, tanrı de-

yib, səcdə etdikləri belə bir adamın qətlini çox sakit 

qarşıladılar. Çünki dildə-ağızda gəzən söhbətlərdə 

onun insan başlarından düzəltdirdiyi qalalardan 

bəhs olunurdu. 

Kəlatda olan ləl-cəvahiratı, milyonlarca nəqd 

pu lu  Məşhədə gətizdirən Əliqulu xan isə, Nadir şahın 

ölümündən on altı gün sonra Əli şah kimi taxta çıxıb, 

özünə Adil ləqəbini götürdü. 

Əli şah öz adına məsciddə xütbə oxutdurub, zərb-

xanada sikkə  kəsdirdi. Sikkənin üzərinə bu sözlər 

yazılmışdı: «Allahın  əmri ilə  Əlinin adına kəsilmiş 

şahlıq sikkəsi işə düşdü». Və  əslində, çökməkdə  və 

dağılmaqda olan böyük səltənətin hər yerində, istər-

istəməz, baş vermiş dəyişikliklə barışmalı oldular.

Nadir şahın əsas qatillərindən biri Saleh xan Qırx-

lı bir müddət sonra aldığı həmin xəncər yarasından 

öldü. Ancaq onun Kəlat xəzinəsindəki payı uşaqla-

rına çatdı. Sui-qəsddə iştirak etmiş Məhəmmədqulu 

xana Əli şah əvvəllər ehtiram göstərsə də, sonra onu 

gözdən düşmüş adam kimi Nadir şahın arvadları-

nın ixtiyarına verdi. Qadınlar bir göz qırpımında 

Şahənşahın intiqamını alıb, onu tikə-tikə doğradı-

lar.

Bundan sonra əsas vaxtını eyş-işrətdə keçirən 



Əli şah özündən kiçik qardaşı İbrahim xanı (Bu adı 

ona Nadir şah vermişdi), mərkəzi İsfahan olmaqla, 




672

S O N U N C U   FAT E H

Azərbaycanla  İraqa hakim təyin etdi. O, – yəni  Əli 

şah, Nadir şahın xəzinəsini ağılsızcasına dağıtdı, 

böyük varidatı, yerli-yersiz, istədiyi adamlara pay-

ladı. 


İstanbuldan dönəndən sonra məşhur «Tarixi-Na-

dir» əsərini tamamlayan Mirzə Mehdi şahid olduqla-

rını belə dilə gətirirdi: «O, xam gümüşü bişmiş şəl ğəm 

yerinə, cəvahiratı saxsı və daş yerinə xərc etdi». 

Əli  şahın hakimiyyəti on bir ay sürdü. Qarda-

şı  İbrahim xan özünü şah elan edəndən sonra onun 

gözlərini çıxartdırdı. 

Təbrizdə tam ixtiyar sahibi olan Əmiraslan xan 

Əfşarla əvvəllər xoş rəftar etdi, onu öz tərəfinə çəkdi, 

sonra da öldürtdü.

Bu zaman Xorasandakı tayfa başçıları  şahzadə 

Şahruh Mirzəni  Ərk qalasından çıxarıb,  şah elan et-

dilər. O həm Nadir şahın, həm də Şah Sultan Hüseyn 

Səfəvinin nəvəsi olsa da, əvvəlcə taxt-tac dan imtina 

etdi. Tə rəf darları  İmam Rza tür 

bə sinin  həyətində 

böyük məclis qurub, and içib, öz aralarında  əhd-

peyman bağladılar ki, çundan sonra Şahruh Mirzəyə 

biət edəcəklər 1161-ci il şəvval ayının 9-da

1

  Şahruh 



Mirzə  Məşhəddə taxt-tacın varisi kimi şahlığı  qəbul 

etdi. 


İki ay sonra İbrahim xan Təbrizdə Şahruh Mirzənin 

əleyhinə çıxdı və özü şahlıq taxtına oturdu. O da Adil 

şah ləqəbi götürmüş qardaşı Əliqulu xan kimi dövlət 

malını hərraca qoyub, istədiyi adamlara payladı, ya-

ramaz şəxslərə vəzifə verib irəli çəkdi. 

1

 2 oktyabr 1748-ci ildə.




673

N A D İ R   Ş A H   Ə F Ş A R

İbrahim xan, Mehdi xan Əfşarı Təbrizdə vali qo-

yub, kor qardaşı Əliqulu xanı da götürüb qoşunla Xo-

rasana yollandı. 

Nadir  şahın zamanında Məşhəd  şəhərində  vəqf 

əmlakının başçısı  təyin olunmuş Mir Seyid Mə həm-

məd Qumda təmir işləri gördürürdü. Qum sa 

kin-

lərinin köməyi ilə o, şəhərin darvazalarını İbrahim xa-



nın üzünə bağladı. Çox çəkmədi ki, Şahruhun adam-

ları  İbrahim xanın ölüsünü kor qardaşı ilə birlikdə 

Məşhədə gətirdilər. 

Kor  Əliqulu xanın aqibəti də bir vaxt Nadir şa-

hın arvadlarının əlinə keçmiş Məhəmmədqulu xanın 

aqibəti kimi oldu. Qadınlar ondan Kəlatda qətl etdir-

diyi uşaqlarının intiqamını aldılar. 

Şahruhun göstərişi ilə Əliqulu xanla İbrahim xa-

nın oğul övladları gələcəkdə şahlıq iddiası etməsinlər 

deyə dar ağacından asıldılar. Gənc şahın qəlbini rəh-

mə  gətirmək üçün keşikçibaşı  Səadətqulu xan Qırx-

lı, cəlladbaşı Qurbanəli xan, bir də  Şahruhun qohu-

mu Sə fiqulu xan Qırxlı xahiş-minnət etdilər.  Şahruh 

Kəlat qalasında Əliqulu xanın əmri ilə qardaşlarının, 

əmisi uşaqlarının körpə boğazına əski basıb boğdur-

duğu anları xatırladı. Amma yenə də ürəyi yumşaldı, 

qərarından daşınanda isə artıq gec idi: onlardan üçü 

boğulmuşdu, yalnız Həsən mirzə ilə Hüseyn mirzənin 

bəxti gətirmişdi, onla rı yarımcan halda ipdən xilas 

etmək mümkün olmuşdu. 

Çox çəkmədi ki, Xorasan əmirləri birləşib,  Şah-

ruhu taxtdan saldılar. Bundan sui-istifadə edən 

düşmənləri onun gözlərini çıxartdırıb, soyuq zindana 



674

S O N U N C U   FAT E H

saldılar. Yerinə Şah Süleyman Səfinin qız nəvəsi Mirzə 

Davud oğlu Mir Seyid Məhəmməd Sədrini gətirdilər. 

O 26 yanvar 1749-cu ildə taxta çıxıb, özünü İkinci Sü-

leyman şah adlandırdı. 

Beləcə, bir neçə ay ötüb-keçdi. Günlərin bir günü 

Şahruhun arvadı – Mirzə xan Sultan Cəlayirin qızı bü-

tün cəlayirlər tayfasından olan əmirlərə namə yazıb 

bildirdi ki, ərinin gözlərinin çıxarılması yalandır.

Məşhəd hakimi Yusufəli xan Cəlayir, qardaşı Ba-

zal xan başda olmaqla, iki min atlı ilə Süleyman şa-

hın sarayının qarşısında dayandı. Yusifəli xan bildirdi 

ki,  şahın fərmanı ilə  cəlayirlilərin atlı qoşunu hərbi 

keçidə hazırdır.

Vəkil Əmir Ələm xan Xəzimə Süleyman şahın hü-

zuruna gəlib ərz etdi:

– Yusifəli xanın bu bəyanatından xəyanət qoxu-

su gəlir! Bədbəxtçilikdən bütün əmirlər sizin tap-

şırığınızla  əmir Mehrab xanın cənazəsinin dəfnilə 

məşğuldurlar. 

Atlı dəstəsi Caharbağ darvazasından içəri soxulub, 

Süleyman şahın mühafizəçilərini darmadağın etdilər. 

Xeyli təlafatdan sonra Süleyman şahın tərəfdarları 

silahı yerə qoyub, təslim oldular. Seyid Məhəmmədi 

taxtdan salıb, gözlərini çıxartdılar.

Şahruh yenə taxta çıxdı. Tərəfdarları onun kor ol-

duğunu bilsələr də, daha iş-işdən keçmişdi…

Nadir  şahın ölümündən sonra Azərbaycan xan-

lıqlara parçalandı, Azərbaycanda və İranda şahlıq tacı 

uğrunda çoxlu savaşlar oldu, qanlar töküldü. Taxta 

çıxan da oldu, taxtdan enən də! Amma olanların heç 




675

N A D İ R   Ş A H   Ə F Ş A R

birinin hökmranlığını Nadir şahın hökmranlığı ilə 

müqayisə etmək olmazdı. 

Küləklər yüz il, bəlkə  də iki yüz il sonra azər-

baycanlı şairin qəmli səsini diyarbadiyar ellərə yaya-

caqdı:

«Dəxi görməz cahan əhli Nadir şah Əfşarı dünya-



da...» 

Nadir  şahın Kəlatda hind memarlarına tikdirdi-

yi xəzinədə saxladığı  zəngin ləl-cəvahirat, qızıl pul-

lar ucsuz-bucaqsız səltənəti kimi tezliklə dağıldı. 

Əfşarlar səltənətinin yerində gələcəkdə İran adlanan 

bir müsəlman dövləti qaldı.

Bir müddətdən sonra başqa bir türk mənşəli 

sərkərdə – Ağa Məhəmməd  şah Qacar, Nadir şahın 

nəşini Məşhəddəki sərdabədən çıxarıb, Tehrana apar-

dı – öz sarayının astanasında basdırdı ki, hər dəfə 

içəriyə girib çıxanda, ayaqları altında qalıb tapdan-

sın… Bununla o, babası Fətəli xan Qacarın intiqamı-

nı aldığını düşündü. Amma tale ona da öz əcəli ilə 

ölməyi nəsib etmədi. Nadir şahın ölümündən  əlli il 

sonra Şərq dünyasında öz qılıncı ilə ad-san qazanmış 

Ağa Məhəmməd  şah Qacarın da həyatına sui-qəsd 

olundu. 

Aradan bir neçə qərinə ötüb keçdi… 

Nadir şah Əfşar əbədi olaraq sevimli Məşhəd şə-

hərinə «qayıtdı», bu dəfə tunc atının belində – əzəmətli 

bir heykəl kimi… 

İndi Asiyanın sonuncu böyük fatehi bahar gü-

nəşinin al şəfəqləri altında bərq vuran həmin əzəmət li 

hey kəlindən həsrətlə keçmişə – ölkədən-ölkəyə yürüş 




676

S O N U N C U   FAT E H

etdiyi günlərə boylanır... Və  qərinələrin o üzündən 

gələn gur səsi sanki bahar rüzgarlarına qoşulur: 

«Mən xaqan deyiləm ki, xalqa himayədarlıq edim, 

Allah deyiləm ki, rəhmli, mərhəmətli olum, peyğəm-

bər deyiləm ki, xilas yolunu göstərim... Mən Böyük 

Qüdrət Sahibinin qəzəbli çağında yaratdığı adi ada-

mam ki, sağlığımda olduğu kimi, öləndən sonra da 

RUHUM özümə saray bildiyim atımın yəhərındə otu-

rub, yenə bu günahkar dünyanı gəzib dolaşır...». 

Bakı şəhəri, 

2007 – 2011



677

N A D İ R   Ş A H   Ə F Ş A R



MÜNDƏRİCAT

Birinci kitab

On söz ........................................................................................5

Proloq

 ............................................................................... 30



Birinci hissə

Sünbüllü tac ............................................................................44

Xəyallar qarşısında .................................................................58

Ana öyüdü ..............................................................................62

Əsirlik ......................................................................................69

Sevgi ilə nifrət arasında .........................................................89

Qaçış .......................................................................................100

İkinci hissə

İlk qələbənin sevinci ............................................................116

Taledən qaçmaq olmaz ........................................................122

Qara bulud ............................................................................136

Pyotrla görüş .........................................................................144

Böyük birliyə gedən yol ......................................................155

Köhlən kəhər yüyrək olar ...................................................174

Təhmasib Mirzənin məğlub sərdarı ..................................186

Şahın xidmətində .................................................................200

Təhmasibqulu xan Məşhədi azad edir ..............................213

Çuğulluq ................................................................................222



678

S O N U N C U   FAT E H



İkinci kitab

Birinci hissə

İslam qalası............................................................................252

Heratın alınması ...................................................................266

Hərəmxanada qətl ................................................................274

Paytaxt ...................................................................................310

Osmanlı qoşunu ilə ilk savaş ..............................................337

Qəndəhardan gələn bəla .....................................................355

Məğlub şah

 .................................................................... 363

İkinci hissə

Nadir xan qəzəblənir ...........................................................373

Təhmasib şahın devrilməsi .................................................376

Üçüncü şah Abbas ................................................................387

Nadirdən Osmanlı paşasına bayram sovqatı ...................397

Tapal Osman paşanın ölümü..............................................409

Bağdad müqaviləsi ..............................................................413

İlk donanma ..........................................................................418

Müjdə .....................................................................................420

Şirvan və Dağıstana yürüş ..................................................429

Gəncə müqaviləsi .................................................................434

Qarsın mühasirəsi ................................................................438

İstanbulda böyük çaxnaşma ...............................................442

Üç ay Tiflisdə ........................................................................446 



Üçüncü kitab

Birinci hissə

Muğan qurultayı ..................................................................456

Tacqoyma mərasimi .............................................................484 



679

N A D İ R   Ş A H   Ə F Ş A R

Vəliəhd ...................................................................................494

Hindistanın fəthi ..................................................................504

Sözümü Cahanabadda deyəcəyəm ...................................515

Qiyam .....................................................................................541

İki şah qohum olsa ...............................................................550

İkinci hissə

Nadir şahın ölüm xəbəri .....................................................555

Başın tacı ağıldı.....................................................................561

Türküstan yürüşü ................................................................568

Hiyləgər tacir ........................................................................584

Baş tutmayan sui-qəsd ........................................................588

“İran–Xərab” .........................................................................595

Nəcəfdə yeni məzhəbi-məclis ............................................613

Uydurma Sam Mirzə ...........................................................615

Daha bir sui-qəsd .................................................................622

Sülh naminə güzəşt ..............................................................626

Xəyanət ..................................................................................629

Qətl gecəsinə gedən yol.......................................................657

Başsız qalmış tac ...................................................................660



Epiloq .....................................................................................671

Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə