Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə2/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   ...   159

8

S O N U N C U   FAT E H

nunla da zəhmətkeş əhalinin geniş narazılığına səbəb 

olmuşdu...

Bu məlumatı bir qədər təfərrüatı ilə verməkdə 

məqsədim var. Dünya şöhrətli hökmdar Nadir şah 

barədə bizim ilk ensiklopediyamızda verilmiş bu 

arayış o zamanın ideoloji yasaqları  şəraitində ya-

zıldığı üçün iki mühüm faktın üstündən bilmərrə 

keçilmişdir. Məsələn, bircə  kəlmə ilə  də olsa qeyd 

edilməmişdir ki, Nadir şah ulu babalarından üzü bəri 

azərbaycanlıdır, soydaşlarımızın bu gün şimalda-

kından da sıx yaşadıqları Cənubi Azərbaycandandır. 

İndi də İranın bu yerlərində Azərbaycan əsilli əhali 

böyük  əksəriyyəti təşkil edir. Görünür, məqaləni 

hazırlayan və buraxan yoldaşlar yanlış olaraq belə 

hesab ediblər ki, feodal-patriarxal orta əsr hökmda-

rının sovet Azərbaycanı sakinlərinin də ulu babala-

rından olması faktını ağartmaq bizə əskiklik gətirər. 

Çox qəribədir ki, sözü gedən ensiklopediyanın 

elə  həmin VII cildində XVIII əsrin sonu, XIX əsrin 

əvvəllərinin fransız imperatoru Napoleon dövlət xa-

dimi və sərkərdə kimi gen-bol təriflənmiş, «düşmən 

qüvvələrini darmadağın etməyi özünün başlıca 

vəzifəsi» hesab etməsi, strateji təşəbbüsü həmişə 

əlində saxlaması, bir sərkərdə olaraq onun digər 

şəxsi keyfiyyətləri sadalanmışdır. Deməli, prinsip-

siz prinsip beləymiş ki, özgə millətlərin, o cümlədən 

rus və avropalıların tarixi simalarını istədiyin qədər 

təriflə, sovet respublikasının, özəlliklə  də türk-

müsəlman xalqlarının tarixini isə saxtalaşdırmaq 

olar...



9

N A D İ R   Ş A H   Ə F Ş A R

Bunu bəlkə də regional bir hadisə, əyalət faktı kimi 

qiymətləndirmək istəyənlər tapıla. Lakin Azərbaycan 

sovet ensiklopediyasında üstündən sükutla keçilən 

digər çox mühüm bir fakt isə  mənə elə  gəlir ki, qlo-

bal mahiyyət daşıyır. Hamı bilir ki, Nadir şah islam 

dininə  rəxnə salan, əsrlərcə onu zəiflədən, bu gün 

də  bədxahlarımızın dəyirmanına su tökən məzhəb 

ayrılığına, sünni-şiə ixtilafına qarşı ardıcıl mübarizə 

aparmış, bu sahədə çox böyük məhrumiyyətlər yaşa-

yıb ciddi maneələrlə qarşılaşmış, lakin öz imkanları 

dairəsində mübarizəsini ardıcıl olaraq davam etdir-

mişdir. Bəlkə də bu problem məhz dinlə bağlı oldu-

ğu üçün dini bəşəriyyətin tiryəki adlandıran Leninin 

ardıcılları Nadir şaha və onun nəsillərinə baş ucalığı 

gətirən həmin məsələdən də sərf-nəzər etməyi üstün 

tutmuşlar. Halbuki Qədim Şərq, özəlliklə də İran və 

Türkiyə müsəlmanlarının, tarixin müxtəlif çağların-

da bu iki imperiyanın tərkibində olmuş bir sıra di-

gər xalqların inkişafına ciddi surətdə mane olan bu 

islamdaxili problemin aradan qaldırılması məqsədilə 

dövlət səviyyəsində təşəbbüs göstərib bu yolda ardı-

cıl mübarizə apardığı üçün Nadir şahı  rəhmətlərlə 

yad edib ona heykəl qoymaq lazımdır. H.Mirələmov 

öz romanında baş  qəhrəmanın bu yolda ardıcıl fəa-

liyyətinə haqlı olaraq geniş yer vermiş, bu sahədəki 

əndişələrini rəğbətlə təsvir etmişdir.

* * *

«Sonuncu fateh» tarixi romandır, roman-xro 



ni-

kadır. Bu əsərdə böyük sərkərdənin həyatının  əsas 




10

S O N U N C U   FAT E H

məqamları, doğulub boya-başa çatdığı mühit, ailəsi, 

yeniyetməlik və gənclik zamanları, Buxaradakı əsirlik 

illəri, hərbi qulluq çağları, hakimiyyətə yetişməsi, 

ölkəsinin yadelli işğalçılardan təmizlənməsi uğrunda 

qətiyyətli mübarizəsi, mühüm hərbi yürüşləri, ölkənin 

ərazisini genişləndirmək, dövlətin təhlükəsizliyini və 

qüvvətini təmin etmək məqsədilə apardığı irimiqyaslı 

müharibələr özünün ardıcıl bədii təsvirini tapmışdır. 

Bu münasibətlə yazıçı çox geniş araşdırmalar apar-

mış, tarixi mənbələri ətraflı öyrənmişdir. Bu mənbələr 

arasında məşhur  İran tarixçisi Məhəmməd Hüseyn 

Qüddusinin «Nadir şah» monoqrafiyası da var. Hə-

min monoqrafiya tanınmış  şərqşünas Məmmədəli 

Mü  səddiq tərəfindən Azərbaycan dilinə tərcümə olu-

nub, 1999-cu ildə Bakıda nəşr edilmişdir. Qüddusinin 

əsəri də öz növbəsində sərkərdənin həyatına və hərbi 

yürüşlərinə dair müxtəlif dillərdə yazılmış bir neçə 

tədqiqatda, o cümlədən də Nadir şahın  şəxsi mün-

şisi (mirzəsi) Mirzə Mehdi Xəzaninin öz hökmdarı 

barədə  tərtib etdiyi «Nadirin tarixi» kitabında yazı-

lanlara əsaslanmışdır. Beləliklə də öz əsərini yazmaq 

üçün H.Mirələmovun əlində yetərincə tarixi material 

olmuşdur. Bununla belə «Sonuncu fateh» tarix kitabı 

yox, özünə məxsus süjet və kompozisiyası, obraz və 

xarakterləri olan, təcrübəli ədibin təravətli bədii təsvir 

vasitələri ilə süslənən maraqlı bir tarixi romandır.

Roman lap ilk səhifələrindən oxucunu gərgin ha-

disələr burulğanına salır. Biz ekspozisiyada Nadirin 

uşaqlıq çağlarında otardığı ilxını xilas etdiyi zaman 

təbiətin  şahə qalxdığını görür, 12-13 yaşlı Nadirin 




11

N A D İ R   Ş A H   Ə F Ş A R

qorx mazlığının, böyük igidlik və  fərasətinin  şahi-

di oluruq. Hakimiyyətinin sonlarına doğru səltənəti 

bü rümüş separatizmin hökmdarın daxili aləmində 

yaratdığı böyük həyəcanları, bir-birini təqib edən, 

bəzən də biri-digərinə zidd olan fıkir və duyğular 

se li,  təlatümlü hallar canlı  təhkiyə  əsasında lövhə-

lövhə gözlərimiz qarşısından keçir.

Epik janrda yazıçı sənətkarlığının özünü göstər di-

yi ən universal müstəvi, əlbəttə, bədii obrazlar, xarak-

terlərdir. H.Mirələmovun romanındakı  əsas obrazlar 

arasında  ən çox yer verilib yadda qalanı, təbiidir ki, 

Nadir şahın özüdür. Elə buradaca yada salıram ki, Na-

dir şahın taleyi Azərbaycan ədəbiyyatını XIX əsrin lap 

sonlarından başlayaraq maraqlandırmışdır. Bu obrazı 

Azərbaycan dramaturgiyasına ilk dəfə görkəmli yazı-

çı  və ictimai xadim Nəriman Nərimanov (1870–1925) 

gətirmişdir. Bu əsərin əvvəlində Nadir vaxtaşırı uzaq-

yaxın obalara hücum edib qətl-qarətlə məşğul olan bir 

quldur kimi təqdim olunur. Əsərdə işarə var ki, guya 

onun atası da quldur olmuşdur. Dayısı Cavad növbəti 

qarətdən təzə qayıtmış Nadiri danlayır, ona öyüd verib 

deyir ki, quldurluqdan, bu «yaman peşədən» əl çəkib 

öz gücünü, istedadını vətən və millət yolunda sərf etsin, 

yad əllərdə qalmış ata-baba torpaqlarını düşmənlərdən 

azad etsin. Guya bu nəsihət Nadiri ayıldır və o, öz 

qüvvət və  məharətini elin-obanın azadlığı  və rifahı 

işinə yönəldir.  Əsərin növbəti, doqquzuncu gəlişində 

Nadir də öz yeniyetmə  oğlu Rzaquluya nəsihət edir 

ki, quldurluq pis işdir, öz gələcək fəaliyyətini xalqın 

rifahına həsr etsin, qılıncını  vətənin istiqlalı  uğrun-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə