Hindistan Respublikası
Giriş
Ə
razisi və İCM-yi. Hindistan dünyanın ən qədim dövlətlərindən biridirş.
Hindistan,ərazisinin formasına görə üçbucağı xatırladır. Ərazisi qərbdə,cənubda
və şərqdə Hind okeanının Ərəbistan dənizi və Benqal körfəzi ilə, şimalda isə
dünyanın ən hündürdağ sistemi Himalay ilə əhatə olunmuşdur.
Ölkənin İCM təsərrüfatın inkişafına əlverişli təsir göstərir. Quru sərhədləri
çətin keçilən dağlıq ərazilərdən keçdiyindən ölkənin iqtisadiəlaqələrində mühüm
rol oynamır. Sahil xətti həm qərb, həmdə şərq ölkələri ilə iqtisadi əlaqələrin
genişləndirilməsi üçün əlverişli imkanlar yaradır və ölkənin həyatında mühüm rol
oynayır.
Hindistan 25 ştat və 7 müttəfiq ərazidən ibarətdir.
Ə
halisi; milli tərkibi, təbii artımı və yerləşməsi. Hindistan dünyanın ən
çoxmillətli dövlətidir. “Hindli” anlayışı müxtəlif dildə danışan bir neçə yüz xalq və
www.behruzmelikov.com
tayfaların birliyi kimi başa düşülməlidir. Ölkədə elə bir dil yoxdur ki,əhalinin
böyük əksəriyyəti bu dildə danışsın.
Dövlət dili ölkıdı ən çox saylı hinduların dilidir. Ikinci dövlət dili
kiminingilis dilindın istifadə olunur. Bununla yanaşı hır bir ştatda yerli xalqların
dilində yerli hökümətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir.
Ə
halinin 4/5 hissəsi hinduizim 1/10-i isə islam dininə etiqad edir. Əhalinin
etnik və dini tərkibinin müxtəlifliyi tez-tez millətlərarası və kastalar arası
toqquşmalara səbəb olur.
Əhali ölkə ərazisi üzrə olduqca qeyri-bərabər yerləşmişdir. Dənizsahili
ə
razilər,məhsuldar ovalıqlar xüsusilə Hind-Qanq ovalığı, çayların vadiləri və
deltaları daha çox məskunlaşmışdır. Indi ölkənin daxili hissələri Dekan yaylası
sürətlə mənimsənilir. Ölkınin şimalında ucqar dağlıq ərazilər seyrək
məskunlaşmışdır.
Şə
hərlilərin sayına görə dünyada Çindən sonra ikinci yeri tutmasına
baxmayaraq şəhər əhalisinin xüsusi çəkisinə görə (30%-ə) Hindistan
urbanizasiyalaşmış ölkələr sırasına aiddir. Bununla yanaşı urbanizasiya prosesi
sürətlidir. Iri və milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistan ən iri şəhərləri
ölkə ərazisi üzrə dördbucaq şəklində yerləşən Kəlkətə, Bombey, Dehli, Mədrəs,
Ə
hmədabad və Heydərabaddır.
1.Hindistan iq-nın Ümumi xarakteristikası
1. Hindistanın iqtisadi inkişafının əsas cəhətləri.
Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın
qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il
siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir.
Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor,
Heydərabad və s. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən
ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
www.behruzmelikov.com
Konstitutsiyaya görə dövlət dili hindi dilidir. Lakin ingilis dilidə geniş istifadə
edilir. Hindistan qədim,tarixi,mədəni keçmişə,ənənələrə malik olan ölkədir.
İ
lk dövlət kimi bizim eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb. İlk
dəfə hindlilər düyü,pambıq,şəkər qamışı becərməyi,ev quşları saxlamağı
öyrənmişlər. Qədim və orta əsrlər Hindistanın elm,ədəbiyyat,incəsənət sahəsindəki
nailiyyətləri müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına
müsbət təsir göstərmişdir.
XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən
Hindistan müstəmləkəyə çevrilmiş və iki yüz il Böyük Britaniyanın tabeliyində
olmuşdur. 1857-1859-cu illərdən Milli Azadlıq Hərəkatları,1918-1922;1928-1933-
cü illərdə tabe olmamaq,1946-cı illərdə hərbi dənizçilərin tətili,üsyanı nəticəsində
1947-ci ildə hindistan dominion statusu almış,1950-ci ildə isə respublika elan
edilmişdir. Tarixən müstəmləkəçilikdə olması ölkənin sosial-iqtisadi inkişafina
güclü təsir etmiş,uzun müddət köhnə,ənənəvi sosial-iqtisadi quruluşun qalmasına
səbəb olmuşdur. Ölkə Britaniyanın kənd təsərrüfatı əlavəsinə çevrilmişdir.
İ
qtisadiyyatda Britaniya kapitalı əsas rol oynamışdır. Natural təsərrüfat ukladı
üstünlük təşkil edirdi. Təsərrüfatın müasir quruluşu ilə ancaq işçilərin 5%-i məşğul
olurdu ki,onlar da milli gəlirlərin ancaq 10-15%-ni istehsal edə bilirdilər.
İ
kinci dünya müharibəsinin əvvəllərində Hindistan hər nəfər hesabilə
Britaniyadan 36 dəfə.Yaponiyadan isə 7 dəfə az çuğun istehsal edirdi. Sənaye
birtərəfli aparılırdı. Yüngül sənaye daha üstün idi. Maşınqayirma yox idi,kənd
təsərrüfatı tənəzzülə ugramışdı.
Savadlıların xüsusi çəkisi 18%,orta ömür müddəti 32 il təşkil edirdi. 1947-ci
ildə ölkə iki hissəyə bölünmüşdür-Hindistan və Pakistan. Hindistan siyasi
müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadiyyatını sənaye əsasları üzərində
qurmağa imkan yaranmışdır.
Lakin 1957,1972,1985-ci illərdə istehsalın artmasında ləngimələr mövcud
olmuşdur.
İ
qtisadiyyatın ləngartımı bir çox hallarda milli kapitalın zəifliyi ilə izah edilir.
İ
qtisadiyyatın sahəvi quruluşu. 2005-ci ildə Hindistanın Ümumi daxili məhsulu
www.behruzmelikov.com
772,0 mlrd. Dollar,hər nəfərə düşən məhsul isə 700 dollara bərabər olmuşdur
(müqayisə üçün qeyd etməliyik ki.bu göstəricilər 1995-ci ildə müvafiq olaraq 340
mlrd. Dollar və 387 dollar təşkil etmişdir).
ÜDM-in ortaillik artım sürəti ilk 35-40 ildə 3,5%-dən artıq olmamışdır. Lakin
son illərdə bu göstərici artaraq1999-2000-ci illərdə 6,2%,2003-2005-ci illərdə isə
8,4% təşkil etmişdir.
Ümumi daxili məhsulun 25%-i kənd təsərrüfatının,27%-i sənayenin,47%-i
xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 67%-i kənd təsərrüfatında
çalışırlar. Hindistan aqrar-sənaye ölkəsi hesab edilir.
Kənd təsərrüfatı nisbətən sabit və dinamik inkişaf edir. Kənd təsərrüfatının
ə
sasını əkinçilik təşkil edir. Kənd təsərrüfatından əldə olunan gəlirin 75%-
ibitkiçiliyin payına düşür.
Becərilən torpaq sahəsi 141 mln. hektardır. Bununda 15 mln. hektarı ildə 2
dəfə əkilir. 84 mln. hektar süni suvarma ilə becərilir.
Hindistan çay yer fındığı,şəkər qamışı istehsalına görə birinci, düyü və
pambıq istehsalına görə ikinci, tütün istehsalına görə üçüncü yeri tutur.
2003-cü ildə əsas kənd təsərrüfatı məhsulları istehsalı-taxıl 225 mln. ton(o
cümlədən buğda 76mln. ton,düyü 132 mln. ton),çay 770 mln. ton,qəhvə 200 min
ton,pambıq 2,1 mln. ton,şəkər qamışı 272 mln. ton tütün 660 min ton,kartof 21
mln. ton olmuşdur.
Yer fındığı və küncüt istehsalına görə dünya ölkələri üzrə məhsulun 30%-nə
malikdir. Kətan toxumu və gənəgərçək yağı istehsalına görə birinci yeri tutur.
Ə
dviyyat məhsulları istehsalı çox yayılmışdır – bibər, darçın, raps, zəncəfil,
sarıkök, hil və s. Bütün tərəvəz və meyvə növləri vardır.
İ
ribuynuzlu mal-qaranın sayına görə də Hindistan dünyada birinci yeri tutur.
Dünya üzrə cəmi camışların 57%-i, inəklərin 16%-i Hindistanın payin düşür. 75
mln. ton süd istehsal edir. 13 mln. donuzları var.
Ə
razisinin 19,3%-i meşəlikdir.
Hindistan sənizdən tutulan balığa görə 6-cı,içməli sudan tutulan balığa görə 2-
ci yeri tutur. Cəmi tututlan balığın həcmi-5,3 mln. tondur. Bu sahə məşğulluğun
www.behruzmelikov.com
artmasında və xarici ticarətdə böyük rol oynayır. 400 min ton dəniz məhsulu ixrac
edir.
Hasilat sənayesi baxımından Hindistan iqtisadiyyatın inkişafı üçün kifayət
qədər mineral ehtiyatlara malikdir. Belə ki, dünya dəmir filizi ehtiyatının 25%-ə
qədəri, marqans filizi çıxarılmasının 15%-i,slyudanın 60%-i bu ölkənin payına
düşür. 2003-cü ildə ölkədə 315 mln. ton kömür,33 mln. ton neft, 448 mlrd. Kvt.
Saat elektrik enerjisi istehsal edilmişdir. Kömür ehtiyyatı 148 mlrd. ton
qiymətləndirilir. 7,3 mln. ton dəmir filizi, 6,8 mln.ton boksidlər, 3,1 mln. ton mis
filizi, 1,7 mln. ton marqans filizi, 2,4 min ton qızıl, 53 min ton gümüş, 40,6 min
karat almaz,63 min ton qurğuşun istehsal edilir. Bu sahələrin cəmi məhsulu 10,3
mlrd. dollara bərabərdir. Ölkə üzrə cəmi ixracın 16%-i bu sahənin payına düşür.
Ümumi daxili məhsulun 18%-i emal sənayesini payına düşür. Parça sənayesi
daha böyük üstünlüyə malikdir. 90 mln. nəfər adam işləyir. İstehsalın 19%-i xırda
ə
l işlərinə əsaslanır. İxracdan olan gəlirin 30-33%-i toxuculuq sənayesi
məhsullarındandır. Hind kəndiri istehsalına görə dünyada birinci, bu sahədən olan
hazır məmulatlar ixracına görə ikinci yeri tutur. Ölkədə 144 mln. ton gübrə istehsal
edilir. Tələbayı 70% ödəyir. Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib.
Bu sahədə 250 min böyük müəssisə işləyir. Hazırda cəmi sənayenin 17,2%-i parça
sənayesinin, 16,5%-i neft və kömür sənayesinin,14%-i yeyinti sənayesinin, 7%-i
sellüoz-kağız sənayesinin, 5%-i elektrotexnika sənayesinin payına düşür.
1950-2005-ci illərdə sənaye istehsalı 15 dəfə artmışdır. Ümumi daxili məhsul
da emal sənayesinin xüsusi çəkisi 1950-ci ildəki 1,4%-dən 20%-ə çatmışdır. Emal
sənayesi məhsulunun ümumi həcmində ağır sənaye 32%-dən 64%-dək artmışdır.
İ
stehsalın quruluşunda dəyişiklik yaranmışdır. Uzun müddət üçün nəzərdə tutulan
istehlak şeylərinin xüsusi çəkisi artmışdır. Emal sənayesinin sahəvi quruluşunda da
dəyişiklik yaranmışdır. Ərzaq malları,pambıq parça, hind kəndiri və toxuculuq
məmulatları istehsalının xüsusi çəkisi 1,5-2 dəfə azaldılmılşdır. 1950-ci illərdə
sənaye məhsullarının 60%-i yeyinti və toxuculuq mallarından ibarət olduğu halda,
2005-ci ildə bu 25%-dən az olmuşdur. Neft məhsullarının və maşınqayırmanın
xüsusi çəkisi 2-3 dəfə artmışdır.
www.behruzmelikov.com
Ölkədə sənayeləşmənin inkişafı çox sahəli təsərrüfat kompleksinin
yaranmasına imkan verir. Milli təsərrüfatın öz-özünə inkişaf edən bərqərar ola
bilən bir sistemə çevrilməsi özünü göstərir. Müəyyən mənada iqtisadiyyatda ikili
bazar mövcuddur. Bir tərəfdən əhalinin çox hisssəsi üçün zəruri istehlak şeylərinə
olan tədiyyə qabiliyyətli tələbdə tələbdə durğunluq yaranır, digər tərəfdən isə uzun
müddətə istifadə edilən istehlak şeylərinə olan tədiyyə qabiliyyətli tələb artır.
Bütünlüklə milli iqtisadiyyatın inkişaf etdirilməsində xüsusi bölmənin daha böyük
rolu vardır. Belə ki, ÜDM-in 75%-i xüsusi bölmədə formalaşır. Kənd təsərrüfatı,
yüngül maşınqayırma, yüngül yeyinti və tibb sənayesi, inşaat, ticarət, avtomaşın
nəqliyyatı və digər sahələrdə xüsusi bölmə daha geniş yayılmışdır.
ÜDM-in təqribən 25%-i dövlət bölməsində yaradılır. Ölkənin müdafiə
sənayesində, energetika, dəmiryolu, aviasiya, nəqliyyat, rabitə, metallurgiya və s.
kimi baza sahələrində dövlət bölməsinin xüsusi çəkisi artıqdır.
Bir çox sahələrdə dövlət bölməsinin xüsusi çəkisi daha çoxdur. Bunlardan neft
çıxarılması və emalı, kömür, mis, qurğuşun, sink istehsalı, polad əridilməsinin
60%-dən çoxu, ağır maşınqayırma məhsulları, gəmiqayırma, təyyarə və dəzgah
qayırma və s. göstərmək olar. 200-dən çox elmi-tədqiqat instutu və labaratoriya
dövlət bölməsində mərkəzləşdirilibdir. ETTKİ-nə ayrılan xərclər 0,73% təşkil edir.
Hazırda Hindistan yüksək elektron texnologiyasına və kosmik sənayesinə malik
olan ölkələr sırasına daxildir. Hindistan dünya bazrına telekommunikasiya və
meterologiya, rabitə vasitələri göndərir. Müvəfəqiyyətlə özünün milli atom enerjisi
üzrə inkişaf proqramını həyata keçirir.
Hindistanda elektron sənayesi və informasiya texnologiyası sahəsində 250
min nəfər adam işləyir. Bu sahənin məhsulunun həcmi 13 mlrd. dillar, ixrac isə 8
mlrd. dollara bərabərdir. Bu göstəricilərə görə Hindistanın 2-ci yeri tutur.
Hindistanda avtomobil sənayesi ildə 642 min müxtəlif növdə avtomobil
buraxır. Qara metallurgiyada 7 böyük zavod tam gücü ilə işləyir. İldə 10,1 mln. ton
polad istehsal edilir. Hindistanda nəqliyyat sistemi də geniş vüsət tapmışdır. Belə
ki, dəmir yolunun ümumi uzunluğu 107 min km-rə bərabərdir. Bunun da 29%-i
elektrikləşdirmişdir. Hindistan İEOÖ-də ən böyük ticarət donanmasına malikdir.
www.behruzmelikov.com
Donanma 490 dəniz gəmisi vardır. Ölkədə 11 böyük və 139 kiçik liman fəaliyyət
göstərir. Hindistan dünyada qabaqcıl avtomobil yolları şəbəkəsinə malikdir.
Hindistanda poçt şəbəkəsi sistemi də yüksək səviyyədədir. Cəmisi 154 min poçt
şə
bəkəsi fəaliyyət göstərir.
260-300 mln. nəfər kasıbçılıq şəraitində yaşayır.
2.Hindistanın iqtisadi inkişaf mərhələləri
Hindistanın iqtisadi inkişafı ayrı-ayrı dövrlərdə müəyyən xüsusiyyətləri ilə
bir-birindən fərqlənir. Belə ki, Hindistanın müstəqillik əldə etdiyi ilk 10 illik
sabitləşmə dövrü adlanır. Bu mərhələdə ölkədə təsərrüfat mexanizminin əsasları
formalaşırdı. Müstəqillik əldə edilməsilə qeyri-iqtisadi məcburiyyət və ticarət
vasitəsilə ayrı-ayrı sahələrə qoyulan kapital vasitəsilə Britaniyanın siyasi nüfuz
dairəsinin genişlənməsinə son qoyulmuşdur. Bu mərhələdə mərkəzləşdirilmiş
planlaşdırılma ilə bazar əlaqələrinin genişləndirilməsi siyasəti əsas götürülmüşdür.
Milli iqtisadiyyatın inkişafının ilkin şərtlərindən biri kimi sənayeyə qoyulmuş iri
kapitala maraq yaratmaq, idxalda himayədarlıq siyasəti və valyuta nəzarəti həyata
keçirmək nəzərdə tutulurdu.
İ
kinci dövr 50-ci illərin ortalarından 60-cı illərin ortalarınadək olan vaxtı
ə
hatə edir. Bu dövr itensiv sənayeləşdirilmə dövrü kimi səciyyələnir. Burada
mövcud
istehsal
münasibətlərinin
yenidənqurulması,
sərbəst
bazar
münasibətlərinin yenidən qurulması, sərbəst bazar münasibətlərinin və xarici
kapitalın məhdudlaşdırılması sahəsində müəyyən tədbirlər sistemi nəzərdə
tutulurdu. İdealoji cəhətdən bütün bunlar “Sosialist cəmiyyəti” qurulması şüarı
altında həyata keçirilirdi.
Dövlət mülkiyyəti yaradılması aşağıdakı istiqamətlərdə həyata keçirilirdi;
müstəmləkəçilərin hakim dairəsində olan mülkiyyətin milli dövlətin ixtiyarına
keçməsi; milli kapitala məxsus olan bəzi xüsusi şirkətlərin milliləşdirilməsi; dövlət
vəsaiti hesabına yeni müəssələr yaradılması. Sənayeləşdirilmə idxalın əvəzlənməsi
formasında həyata keçirilirdi. “Öz gücünə arxalanmaq” , “özü özünü təmin etmək”
kursunun əsas götürülməsinə,xarici borcların rolunun azaldılması və yerli
məhsulların çeşidinin genişləndirilməsinə üstünlük verilirdi. Həmin dövrdə
www.behruzmelikov.com
metallurgiya,maşınqayırma və kimya sənayesinin xüsusi çəkisi xeyli artmışdır.
Sənaye sahələrinə ayrılan xalis kapital qoyuluşu 50-ci illərdəki 26,4%-dən 60-cı
illərdə 41,1%-ə çatmışdır. Ağır sənayenin inkişafı kursunun həyata keçirilməsində
bir çox vətənpərvər qüvvələr müstəqilliyin möhkəmlənməsi xatirinə şəhər
burjuaziyasına köməklik göstərirdilər. Sahibkarlıq fəaıiyyəti sahəsində dövlətin
rolu xeyli artmışdı. Bütün bunların nəticəsində çoxsahəli kompleks yaradılması
üçün zəmin formalaşmışdır. Eyni zamanda sənaye ilə kənd təsərrüfatı arasında
qeyri-mütənasiblik də artırdı.
Üçüncü mərhələ 60-cı illərin ortalarından başlamışdır. Bu mərhələ ağır sənaye
ilə kənd təsərrüfatı və xırda istehsal arasındakı qeyri mütənasibliyin ləğv edilməsi
də problem kimi qarşıda qoyulmuşdu. Həmin illərdə “yaşıl inqilab” strategiyasını
başlanğıcı qoyulmuşdur. Yoxsul kəndə-kənd təsərrüfatına,xırda istehsala köməklik
edilməsi barədə proqram qəbul edilmişdir. Bu mərhələdəki iqtisadi siyasətdə əsas
mərhələlərdən
biri
də
1969-cu
ildə
bankların
milliləşdirilməsi
oldu.Beləliklə,sənayenin və xırda sahibkarlığın müdafiə edilməsi siyasəti və dövlət
köməkliyi sahibkarlıq bölməsində sabitliyin təmin edilməsinə səbəb olmuşdur.
Dini vəziyyət
Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün
ş
tatlarında, cammu, Kaşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din
hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-
hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları
arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin
ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal
induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın
müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün
hənəfi məzhəbinə etiqad edir. Malabar sahilində şafiilik yayılıb, Uttar-Pradeş və
Qərbi Benqaliyada sünnülük özünün vahhabi tendensiyası ilə müşahidə olunur.
Burada Əhmədiyyə təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr isə
www.behruzmelikov.com
ə
sasən şəhərlərdə yaşayırlar. Onlar arasında ismaililər də vardır, amma onlar say
etibarilə ortodoksal şiələrdən azdırlar. Hind ismaililəri nizarilər (xoca) və
mustarilərə (boxra) bölünürlər. Hindistanda az sayda bəhailərdə yaşayırlar.
Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %). cənubi Hindistana
ilk xraitianlar hələ birinci minilliyin I əsrində gəlmişlər. Hal-hazırda Hindistan
xristianlarının yarıdan çoxu ölkənin cənubunda (əsasən Kerala ştatında və mədrəsə
rayonunda) məskunlaşıb. Naqelend ştatında da xeyli sayda xristian yaşayır. Ölkə
xristianlarını iki qrupa bölmək olar. Birinci qrupa Hindistanın qədim xristian
ə
halisinin sonrakı nəsilləri aiddir. Portuqaliyalıların ölkəyə müdaxiləsindən sonra
xristianlara məcburi şəkildə katolikliyi qəbul etdirmişlər. Onları Roma ilə uniyaya
daxil olmağa məcbur etmiş, bunun nəticəsində də Hindistanda Silomalabar kilsəsi
yaradılmışdır. Müəyyən zaman keçdikdən sonra bir qrup Roma ilə münasibətləri
pozaraq kilsədən uzaqlaşmış, lakin öz əvvəlki nesterian ənənələrinə qayıtmamışlar.
Onlar yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. Beləliklə, hal-hazırda cənubi
Hindistanda qədim xristian kilsələri mövcuddur: Siro –malabar kilsəsi (xaldo-
katolik, 2178min nəfər), Siro-malankar kilsəsi (siro-katoliklər, 213 min nəfər),
yakobit Malankar pravoslav kilsəsi (1,5 mln. nəfər), müqəddəs Foma Malabar
kilsəsi (550 min nəfər), neonestorian Xaldey kilsəsi (5 min nəfər). Xristianların
ikinci qrupunun formalaşması avropalı missionerlərin fəaliyyəti ilə bağlıdır. Onlar
ə
sasən XIX-XX əsrlərdə öz fəaliyyətlərini daha da aktivləşdirmişlər. Hal-hazırda
məhz bu qrup xristianlar say etibarilə üstünlük təşkil edirlər. Roma katolik kilsəsi
daha çox nüfuza malikdir (9704 min nəfər ardıcılları var). Katoliklər daha çox
ölkənin cənubunda, eləcə də bəzi Qərb rayonlarında məskunlaşıblar. Protestant
kilsələri (4,3 mln nəfər) içərisində daha çox ardıcılları olanlar cənubi Hindistan
kilsəsi (700 min nəfər) və Şimali Hindistan kilsəsidir (1530 min nəfər). cənubi
Hindistan kilsəsi 1947-ci ildə ölkənin cənub hissəsində yaşayan protestant
təşkilatlar tərəfindən yaradılıb. Bundan başqa, Hindistanda baptistlər (2,1 mln.
nəfər), lüteranlar (1,1mln. nəfər), mennonitlər, qurtuluş ordusu (227 min nəfər)
ardıcılları da vardır. İnduizmdən aralanmış siqxizm indiki zamanda Hindistanda
müstəqil din kimi tanınır. Ölkə əhalisinin 2 faizini təşkil edir. Əsasən Pəncab
www.behruzmelikov.com
ə
yalətində yaşayırlar. Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Onların
ə
ksəriyyəti Maxaraştrda məskunlaşıblar. Hindistanda çox kiçik dini qrup halında
zərdüştilər-farslar (İrandan VII- XII əsrlərdə islam tərəfdarlarının təzyiqindən
qaçıb gələnlərin nəsilləri) da vardır. Farsların sayı 120 min nəfər, digər
məlumatlara görə 200 min nəfərdir. Bütün Hindistan zərdüştilərinin yarıdan çoxu
Bombeydə yaşayır. Hindistanda iudaistlər 8 min nəfərdirlər. Onların əksəriyyəti
maxaraştra və keralda məskunlaşıblar.
Sənayenin coğrafiyası, təbii resurs amilləri, başlıca sahələri və rayonları.
Hindistan sənayenin inkişafı üçün zəngin təbii resurslara malikdir.
Müstəmləkə
dövründə
nahaq
yerə
onu
“Britaniya
tacının
mirvarisi”
adlandırmırdılar. Bir çox mineral resurslar (kömür, dəmir və manqan filizləri, neft,
ə
lvan metallar) milli sənayenin inkişafı üşün əsas bazadır. Faydalı qazıntı
ehtiyyatları başlıca olaraq Dekan yaylasının şimal-şərqində yerləşir. Şimal və Şərqi
Qat ilə Qərbi qat dağlarının birləşdiyi yerdən axan çayların xüsusilə böyük
hidroenerji əhəmiyyəti var. Ölkənin resurslarından biridə müxtəlif ağaclardan
(səndəl ağacı, hind palıdı və.s) ibarət olan meşələrdir (ölkə ərazisinin 1/5-ni tutur).
Hindistanda daha güclü sənaye kompleksi Dekan yaylasının şimal-şərqində ,
Kəlkətədən Damador çayı vadisi boyunca uzanır. Ölkənin başlıca kömür-
metallurqiya bazsı olan bu rayon adətən Hind Ruru adlandırırlar. Dekan yaylasının
mərkəzi hissəsində ən iri Bhilai metallurqiya kombinatı tikilmişdir. Bombey,
Mədrəs, Əhmədabad, Dehli, Heydərabad və.s şəhərlərdə iri sənaye mərkəzləridir.
Hindistanda formalaşan sənayenin ərazi strukturu digər İOÖ-lərdən fərqli
olaraq çoxmərkəzli tipə malikdir.Ölkənin bütün hissələrində iri sənaya mərkəzləri
yerləşir. Bunlar da nisbətən geri qalmış daxili ərazilərin inkişafına təsir edir.
Kənd təsərrüfatının coğrafiası, təbii resurs amilləri, başlıca sahələri və
rayonları. Hindistanın əksər hissələrində təbii şərait kənd təsərrüfatının inkişafı
üçün əlverişlidir. Ölkə geniş torpaq sahələrinə malikdir. Onun ərazisinin yarısı
ş
umluq üçün yararlıdır. Daha məhsuldar torpaqlar Qanq,Brahmaputra və digər
çayların geniş vadilərində yerləşir. Bütün əkin sahələrinin 2/5-dən çoxu suvarılır.
www.behruzmelikov.com
Hindistanda iki başlıca kınd təsərrüfatı mövsümü-yay və qış mövsümləri
mövcuddur. Yay mövsümü (xarif) mayın axırından sentyabr-oktyabr aylarınadək
uzanır. Qış mövsümü (rabi) sentyabr aylarından mart-aprelədək davam edir. Bu,
günləri, quru mövsümdür və suvarma tələb edir.
Ə
kinsahələrinin 4/5-dən çoxunda ərzaq bitkiləri becərilir. Çəltik Qanq və
Brahmaputra çaylarının aşağı və orta axarlarınd, buğda isə Qanq çayının yuxarı
axarında, quraqlığı ilə fərqlənən Pəncab ştatında becərilir. Suvarılan torpaqlardan
yuksək məhsul yığılır.
Texniki bitkilər hər yerdə, şəkər qamışı Qanq vadisində, pambıq əsas etibarilə
Dekan yaylasında, cüt Qanq deltasının və Brahmaputra vadisinin daha rütubətli
rayonlarında (Qərbi Benqalda) , çay Şərqi Himalay dağətəyində becərilir. Ölkənin
kənd təsərrüfatında heyvandarlıqikinci dərəcəli yer tutur. Qaramalda kənd
təsərrüfatında işlək qüvvə kimi istifadə olunur. Yalnız bəzi rayonlarda əmtəəlik
heyvandarlıq inkişaf etmişdir. Hinduizim qaydalarına riayət edərək, kəndlilər heç
ə
ldən düşmüş qaramalıda ətlik üçün kəsmirlər, yalnız həyətdən qovmaqla
kifayətlənirlər. “Müqəddəs” inəklər” yollarda və şəhərin küçələrində gəzib
dolaşırlar.
Hindistanın nəqliyyatı nisbətən yüksək inkişaf etmişdir. Dəmir yolunun
uzunluğuna görə Hindistan dünyanın beş başlıca ölkəsindən biridir. Lakin ensiz
dəmir yolu xətləri üstünlük təşkil edir. Yük və sərnişin daşımasında dəmir yolları
başlıca rol oynayır. Çox yerlərdə bərk örtüklü avtomobil yolları yoxdur. Dəniz
donan masının tonnajı getdikcə artır. Çay nəqliyyatının əhəmiyyəti artır.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |