Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə9/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   5   6   7   8   9   10   11   12   ...   159

38

S O N U N C U   FAT E H

Yuxu... Yuxuda bəzən susuz səhralardan keçirsən

bəzən su əvəzinə insan qanı axan çaydan. Bəzən dağ-

daş üstünə  gəlir, yer ayağının altından qaçır, bəzən 

quş kimi göylərdə qanad açırsan, bəzən də yuxularda 

yüz ilin ölüsü ilə görüşürsən... 

Nəhayət, səhər açıldı... 

Bəli, 1160 -cı ilin füsunkar yazının çox səfalı – insa-

nın xəyallarını, düşüncələrini oxşayan, ruhuna həzin 

mehlə sığal çəkən günəşli bir səhəri idi. Elə bil, gözləri 

önündə uzanan bu yamyaşıl vadi qərinələr boyu heç 

qanlı-qadalı müharibələrə şahid olmamışdı... 

Dünən yaşıl otların üstünə yüzlərlə insanın al qanı 

axmışdı. Qafqazın böyük hissəsini, İraqı-Əcəmi, Hin-

distanı, Orta Asiyanı,  Əfqanıstanı  zəbt etmiş  Şahən-

şah – fatehlər fatehi Nadir şah  Əfşar on altı minlik 

qoşunu ilə qiyamçıları  pərən-pərən salsa da, taleyin 

acı istehzasına tuş gəlmişdi. Dünyanı fəth etmək uğ-

runda başladığı savaşı indi o öz məmləkətində şahlıq 

səltənətini qorumaq üçün aparırdı... 

Bu yaz yorulduğunu, qocaldığını ilk dəfə hiss et-

mişdi. Müharibələr aparmaqdan, qiyam yatırmaqdan, 

insan qanı tökməkdən usanmışdı. Bir də qəlbini sıxan 

şübhələr, qəribə yuxular onu çox narahat edirdi. Ona 

görə də, bu gün o öz qəlbində Xorasandakı Kəlat qa-

lasına getməyi qərara almışdı. 

* * *


Yazın son günləri idi. Elə bil, yamyaşıl otlar ucsuz-

bucaqsız çöllərə xalı kimi döşənmişdi. Bu zamanlar 

vadi çox gözəl,  əsrarəngiz olurdu. Düz otuz yeddi 



39

N A D İ R   Ş A H   Ə F Ş A R

il sərasər Nadir şahla birlikdə at belində olan Əfşar 

döyüşçüləri bir anlıq nəfəs dərib təbiətin seyrinə dal-

mışdılar; indi bu an onlara elə gəlirdi ki, göz oxşayan 

çöl çiçəkləri dünyanın ən ətirli, ən əlvan çiçəkləridir. 

Çöl-bayırdan bal ətri gəlirdi. Keşikçilər  əl-qolunu 

uzadıb çəmənlikdə uzanmışdılar. Saysız-hesabsız in-

san cəsədləri təpənin o üzündə qalmışdı. Bəri tərəfdə 

isə, hətta ağır yaralanmış döyüşçülər də zarımaqları-

na ara verib, torağayların səsinə qulaq asırdılar. 

Nadir şah isə, gecə gördüyü dəhşətli yuxunu yoz-

maq üçün fikrə getmişdi. Çadırdakı böyük yatağın-

da oturub, gah yarıaçıq pərdədən vadinin sübh çağı-

nın hüsnünə, gah da hələ də yanında yatan Sitarənin 

gözəl çöhrəsinə baxırdı. Amma bunların heç biri gör-

düyü yuxunun narahatlığını qovub apara bilmirdi. 

Şahənşahın gözlərindən yorğunluq yağırdı,  əhval-

ruhiyyəsi çox bərbad, könül xanimanı viran idi. 

«Görəsən, bu nə yuxudu? Mələklər məni nədən xə-

bərdar etmək istəyirlər? Taxt-tacımla, həyatımla bağlı 

təh lükəmi var? Əmir Teymur mənə  nə demək istəyir-

di, Şah İsmayıl niyə pəjmürdə idi? Yoxsa, həyatıma sui-

qəsd hazırlanır?» Nadir şah düşünürdü ki, axı, bu heç 

vaxt mümkün ola bilməz. Onu ən etibarlı adamları – 

əfşar mühafizəçiləri qoruyurdular və onların hamısı 

onun yolunda hər an canlarından keçməyə hazır idilər. 

Nadir  şah hər gecə gözətçilərini dəyişdirirdi. 

Növ bəti axşam kimlərin ona keşik çəkəcəyini heç 

kim bilmirdi. Nadir şah fikirləşirdi ki, məgər elə bu 

– ehtiyatın özü təhlükənin gözlənildiyinə dəlalət et-

mirmi? Görünür, yuxumda gördüklərim ayıq-sayıq 




40

S O N U N C U   FAT E H

olmağıma bir işarədir. Yuxuda qılıncını  əlindən al-

mışdılar…

Yaxşı ki, Sitarə yuxudan oyandı. O, Nadir şahın 

fikirli halda oturduğunu görüb, tələsik zər-zibalı pal-

tarını geyindi, saçlarını arxaya yığaraq, örpəyini ba-

şına bağladı, sonra üz-gözünə gülab vurub yerindən 

qalxdı:

– Sabahınız xeyir, qibleyi-aləm, – dedi. 



Nadir şah susqun baxışlarla gənc qadını sakitcə 

salamladı. Başını  yırğalayıb, qəlbində: «Sabahınız 

xeyir... Təzə gün başlayır demək... Allah üzümüzə 

açılan hər sabahımızı qoy xeyrə calasın! Bəndəyə 

qalsa, bu işıqlı sabahları zülmətə döndərər, gen 

dün yanı da başımıza dar edər… Əgər o bəndə sənin 

doğma  əqrəbandırsa, onu öz əllərinlə  bəsləyib

boya-başa,  şan-şövkətə çatdırıbsansa, onda, daha 

pis…» – deyə düşündü və qalxıb ağır addımlarla 

çadırdan çıxdı. 

Gözətçilər onu görən kimi əmrə müntəzir dayan-

dılar. Gözətçilər və onlara başçılıq edən Qoçu bəy 

Əfşar yenicə özlərindən  əvvəlki mühafizəçiləri  əvəz 

etmişdilər. Nadir şah onlarla salamlaşıb dayandı  və 

istər-istəməz, vadidə yazın son növrağına tamaşa 

etməyə başladı. Çobanlar sürüləri düzəngaha – yaşıl 

otlaqlara yaymışdılar. Vadinin kənarında balaca bir 

çoban heybəsini çiyninə  aşırıb, böyük adamlar kimi 

çomağına söykənmişdi. Nadir şahın uşaq vaxtı at ilxı-

sı güddüyü günlər yadına düşdü... 

İstər şah olsun, istər çoban – insan oğlu heç vaxt 

öz keçmişini yaddan çıxara bilmir. Xatirələr qarşı-




41

N A D İ R   Ş A H   Ə F Ş A R

sıalınmaz hisslər kimi oyanıb adamı çulğalayır, onu 

məsumanə yaşadığı çağlara aparır... Hə, axı, bir vaxt-

lar o da eynilə bu balaca çoban kimi otlaqda beləcə 

dayanıb yerə-göyə, dağa-daşa, ota, suya maraqla ta-

maşa etmişdi... 

Atası İmamqulu kişi cavanlığında kürktikən kimi 

ad çıxarmışdı, canı sulu olan vaxtlarında çarvadar-

lıq da eləmişdi. Nadir atasının gözlərinin nuru azal-

mağa başlayan gündən ailəsinin ruzisini qazanmaq 

üçün ilxı saxlamağa başladığı  vədələrı xatırlayırdı. 

Bu, o vədələr idi ki, ara-sıra balaca Nadir də ilxını ot-

lağa aparan atasına qoşulardı. 

Bir dəfə dağların qoynunda isti yay günü qəfildən 

şimşək çaxdı... 

Nadir  şah həmin günü xəyalında canlandırmağa 

macal tapmamış, qulluqçular dərhal səndəl gətirdilər. 

Nadir  şah  əyləşdi. O, fikirlərin-xəyalların qoynunda 

ar tıq ötən çağlara dönmüşdü… Nə barədə düşünməsi 

keşikçilərin başçısı Qoçu bəy  Əfşarı  əməlli-başlı xof-

landırmışdı. Alaçığın kənarında dayanıb, saqqalına tu-

mar çəkə-çəkə Nadir şahı altdan-altdan xeyli süzdü... 

Nadir  şahın isə yaddaşında bu günəcən unuda 

bilmədiyi xatirələr dil açmışdı. Ona güc verən, cə-

sarətini artıran  əhvalatlar gözlərinin önündə bir-bir 

canlanırdı. O günlər Nadir şahı əbədi şan-şöhrət pil-

ləsinə qaldıran tarixi günlər idi! Buna görə də Mün-

şi  əl-Məmalikə

1

    və eyni zamanda şəxsi səlnaməçisi 



Mirzə Mehdi xan Astarabadiyə göstəriş vermişdi ki, 

«Tarixi-Nadir» yazsın. 

1

 Yəni dövlət katibinə.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə