Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə10/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   6   7   8   9   10   11   12   13   ...   159

42

S O N U N C U   FAT E H

Nadir şah Kürdan sazişindən

1

  sonra Mirzə Meh-



di xanı yaxın dostu Mustafa xanla birlikdə Osman-

lı sarayına elçi göndərmişdi. Sədheyf, indi ondan 

uzaqlarda idi. Yəqin ki, Mirzə Mehdi xan şahın bu 

an hansı hisslər keçirdiyindən ömrünün sonuna-

can xəbərsiz olacaqdı. Bəlkə  də Mirzə Mehdi xan 

heç vaxt bilməyəcəkdi ki, yüzdən çox savaş aparan, 

zəfərlər qazanan «Qılınc oğlu» indi burada – Xabu-

şanın iki ağaclığında qurduğu düşərgədə  ən çətin 

sual qarşısında aciz qalıb?.. «Bəlkə də bu, mənim öz 

səltənətimdə qurduğum son düşərgə olacaq? Son 

düşərgə...»

O, qatı duman kimi içinə çökən hüznlü əndişədən 

canını qurtarmaq üçün var gücü ilə  nərə  çəkmək is-

təyirdi. «Hər nə baş verəcəksə, qoy bu nərədən sonra 

baş versin! Uğurum-qismətim xeyirdisə, xeyir, bəd-

dirsə, bəd olsun». Nadir şah ömründə  cəmi yeddi 

dəfə sövq-təbii nərə çəkmişdi. Hər dəfə də onu buna 

vadar edən ilahi qüvvənin  şah damarı  qədər yaxı-

nında olduğuna, hansısa möcüzənin baş verəcəyinə 

inanmışdı...

Döyüşün qızğın çağında onun ucadan eşidilən 

qey  ri-adi  səsi düşməni vahiməyə salardı. Bir dəfə Na-

dir  şahın çəkdiyi nərəyə görə öyündüyünü eşidən 

Osmanlı sultanı Mahmud paşa Məşhəd sarayına gur 

səsi olan bir hambalı elçi göndərir. Nadir şah elçini 

qəbul edən gün aralarında kiçik səs yarışması olur. 

Hambalın – elçinin səsi daha qayım çıxır, sarayın di-

varlarında əks-səda verir. Nadir şah gülümsünüb de-

1

 4 sentyabr 1746-cı ildə imzalanıb.




43

N A D İ R   Ş A H   Ə F Ş A R

yir: «Mahmud paşaya de ki, məmləkətində sənin kimi 

bir kişinin olduğuna ürəkdən sevindim…». 

Nadir  şah o zaman, doğrudan da, sevinmişdi. 

İndisə…


İndisə birdən-birə məyus oldu. Bəlkə Nadir şahın 

gücü ilə bərabər nüfuzunu da birə-on qat artıran səsi 

korşalmışdı?!. Korşalmış səsin də qınında pas atan qı-

lınc kimi kəsəri olmur. Məmləkətdə üsyana başçılıq 

edənləri ürəkləndirən də, görünür, elə bu idi. Nadir 

şah bu gün öz zabitəli səsinə, dağı-daşı lərzəyə salan 

nərəsinə keçmişdəkindən daha çox ehtiyac duyur-

du...


Boğazını bir neçə  dəfə arıtladı  və qeyri-ixtiyari 

ayağa qalxdı. İndi Nadir şah Aladağa baxa-baxa var 

gücü ilə nərə çəkmək istəyirdi; əgər yeniyetmə, ya da 

cavanlıq çağındakı kimi nərə çəkə bilsəydi, onda, hər 

şey qaydasında olacaqdı… Amma nərə çəkə bilmirdi: 

elə bil, o gur səsi içində qeyb olmuşdu. O, ağır qaya 

parçası kimi səndələ çökdü, bir anlıq gözlərini yu-

mub, qəlbinin dərinliyinə boylandı.

Nadir şah ilk dəfə yeniyetmə çılğınlığı ilə çəkdiyi 

nərənin dağa-daşa əks-səda saldığı günü xatırladı…




44

S O N U N C U   FAT E H



SÜNBÜLLÜ TAC

adir şahın yaddaşından silinməyən bu unu-

dulmaz hadisə düz qırx yeddi il əvvəl – yəni 

hicri təqvimiylə 1113-cü ildə

1

  olmuşdu. 



O vaxt on iki yaşlı Nadirin özündən böyüklə-

rin, yaşlıların – ən çox da ağbirçəklərin, ağsaqalla-

rın tez-tez qorabişirən ay dedikləri avqustun axır-

uxu ru  idi.  Günəş aran yerlərində ot-ələfi qovurğa 

kimi qovurmuşdu. Amma kənddən xeyli yuxa-

rıdakı yaylaqlarda yamyaşıl otlaqların otu bahar 

təravətini, dadını-şirəsini hələ də itirməmişdi. Ona 

görə  də  İmamqulu kişi ilxını bir neçə gün idi ki

oğlu Nadirlə  sərin, həm də otu bol olan yerə apa-

rırdı. Dərələrə sarıla-sarıla qıjıltı ilə axıb gedən dağ 

çayı dili ağzında kösöv kimi yanan atların yanğısını 

– su həsrətini söndürürdü. 

1

 1700-cü ildə.



BİRİNCİ HİSSƏ


45

N A D İ R   Ş A H   Ə F Ş A R

Quyruq doğmuşdu. İmamqulu kişinin, elə bil, əl-

ayağı üşüyürdü – yapıncısına bürünmüşdü...

On iki yaşlı Nadir göydə qara buludların çaxnaş-

dığını görüb atasına baxdı. Atasının gözləri yaxşı gör-

mürdü, amma havanın qoxusundan onun necə oldu-

ğunu, hətta necə olacağını da bildirirdi. 

İlxını kənd-kəsəkdən çox uzaq bir yerə gə tir miş-

dilər. Axşama xeyli qalırdı. İndidən ilxının başını ge -

riyə – kəndə sarı döndərmək olmazdı. Atasının üşü-

məsi, yarğanın qırağında qalın yapıncıya bürünüb 

rahatca mürgü vurması, balaca Nadiri qayğılandırsa 

da, o, vəfalı itlərinin – Pələnglə Bəbirin arasında daş 

üstə oturaraq, gözlərini Qaraçəmən otlağında sakit-

sakit otlayan ilxıya zilləmişdi.

Ətraf, elə bil, çöl otlarının – yonca və çobanyastı-

ğının, quşəppəyinin, zəncir otunun sərgisi idi. Balaca 

Nadir, burunlarını bu ətirli çöl çiçəklərinə sürtə-sürtə, 

gəzişib şirəli otları qoparan atlara həvəslə baxmaqdan 

zövq alırdı. Dərəgöz adlanan bu yaylaq Xorasanın 

ən səfalı guşələrindən idi. Buradan Qaraçəmənə – hər 

iki tərəfi sıldırım uçurum olan dar bir cığır gedirdi. 

Yayda burada havalar tez-tez dəyişirdi və ələlxü-

sus da Çənlibelə bənzəyən bu Qaraçəməndə. Göyün 

üzü bəzən gündə iki-üç dəfə tutulub-açılırdı. Burada 

nə yazda, nə  də yayda qəfil yağışlar  əskik olmurdu. 

Bu da Dərəgözdə ilboyu ətrafa  ətir saçan növbənöv 

yoncaların, çəmənlik çıçəklərinin cücərib, boy atma-

sına səbəb olurdu. Ətri  ətrafı başına götürən, qara 

yoncadan yeyib kökələn Dərəgöz atlarının bazarda 

müştərisi həmişə vardı... 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə