Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə4/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   ...   159

16

S O N U N C U   FAT E H

Əgər təbəələri onun şah olmağını istəyirlərsə 

bun   dan  sonra  Səfəvi nəslinin heç bir üzvünü, nü ma-

yəndəsini müdafiə etməməlidirlər.

Əgər xalq Nadirin şah olmağını istəyirsə şiə məz-

həbi ilə yanaşı sünni məzhəbinə də hörmət etməlidir. 

Ona görə ki, bu məzhəb ayrılığı Allahı, Peyğəmbəri 

və Quranı bir olan ümmətin arasında çox qanlara sə-

bəb olmuşdur...

Romanın fəsillərində dönə-dönə göstərildiyi 

ki mi, Nadir özünün türk oğlu türk olduğunu heç vaxt 

unutmurdu. O, vaxtilə Sədrəzəmə göndərdiyi xüsusi 

məktubda iftixar duyğusu ilə göstərməyi lazım bil-

mişdi ki, damarlarında türk qanı axdığı üçün Osman-

lı imperiyasının rəmzi, xilafətin baş  şəhəri, paytaxtı 

olan Bağdadı müharibə meydanına çevirmək, şəhəri 

tutmaq istəmir; açıqca yazırdı ki, onu bu sülh danışıq-

larına sövq edən əsas səbəb Osmanlıların da, Nadirin 

mənsub olduğu qədim Azərbaycan  əfşarlarının da 

«eyni kökdən», «türk soyundan» olmalarıdır.

Nadir şah romanda öz zəmanəsinin ən populyar 

dövlət xadimi və  sərkərdələrindən biri kimi canlan-

dırılmışdır. Həm də onu təkcə yuxarı dairələr və xa-

rici ölkələrin liderləri yüksək qiymətləndirmir. Na-

dir şah sadə insanlar, sıravi vətən övladları arasında 

məşhurdur, nüfuzlu, arzuedilən və sözü eşidilən bir 

qoşun başçısı, ictimai xadimdir. Burada mən roman-

dakı bu qəbildən olan çoxsaylı maraqlı hadisələrdən 

bircəciyini yada salmağa ehtiyac duyuram.

«İslam qalası» bölümündə yazıçı talançıların ikrah 

doğuran əməlləri fonunda belə təsirli bir epizod təsvir 




17

N A D İ R   Ş A H   Ə F Ş A R

etmişdir. «Pəzəvəng bir əfqan doğma evinin astanasın-

da diz üstə çökmüş bir qoca qarının yalvarışlarına məhəl 

qoymadan onun cavan gəlininin zərbaftalı qırçın donu-

nu cırıb döşlərini axtarırdı. Birdən o, yaxınlıqda eşitdiyi 

qə fil səsdən diksindi, əlləri sustaldı. Yerindən tərpən-

mə yə heyi qalmadı. Ona elə gəldi ki, Nadirin əsgərləri 

kəndin içində lap bir addımlı ğın dadır». Bu zaman qey-

rətli qayınananın dediyi bu sözlər insanlığa  şərəfsizlik 

gətirən o «pəzəvəng» əfqan əsgərinin belini qırır: «Allah-

dan qorxmursan, amma Nadir xanın qəzəbindən it kimi 

qorxursan. Özgənin namusuna sataşmağın cəzası nədir, 

o sənə göstərər! Bu el-obada burnunuzu soxmadığınız 

ba ca-buca  qalmayıb. Nə cavana rəhm edirsiniz, nə  də 

qocaya... Nadir xanın  əsgərləri yediyinizi burnunuzun 

deşiyindən tökəcəklər. Gizlənməyə siçan deşiyi axtara-

caqsınız!».

Bu sözlərin sahibi ağbirçək bir qarıdır. Çox yax-

şı bilir ki, həmin nataraz və nadan işğalçı belindəki 

qılıncın bircə  zərbəsi ilə onu həlak edəcək; amma 

buna baxmayaraq sözünü deyir və bununla da indi 

haradasa yadellilərlə vuruşan oğluna artıq qurumuş 

döşlərindən bir vaxt halal süd verdiyini bir daha sü-

but edir. Qəddar yadelli bu sarsıdıcı odlu-alovlu itti-

hamların qabağında qılıncını siyirib qarını vurmaq 

istəyəndə təhqirə məruz qalmış gəlin saman arasında 

gizlətdiyi dəryaz tiyəsini var gücü ilə onun başına en-

dirir və işğalçını qan aparır...

Bu bir neçə sətir, romanın xalqımızın qəhrəmanlıq 

ənənələrindən xəbər verən  ən təsirli epizodlarından 

biridir.



18

S O N U N C U   FAT E H

Ədib Nadiri yalnız qələbə eyforiyasında təqdim 

etməklə kifayətlənmir, onu çox mürəkkəb vəziyyətlər-

lə  də üzləşdirir. Məşhədin azad edilməsi  ərəfəsində 

olduğu kimi: «Artıq Nadir xanın qarşısında İsfahan-

dan qat-qat güclü olan Əşrəf xan Əfqan, Güneydəki 

Azərbaycan əyalətlərini işğal altında saxlayan osman-

lılar, daha sonra isə Quzeydə Xəzərsahili vilayətləri-

ni qəsb etmiş kafir ruslar vardı, bütün bu maneələri 

indi o, tamamilə öz iradəsi və sərkərdəlik dühası he-

sabına aradan qaldırmalı idi».

Problemlərin beləcə sağdan-soldan, yuxarıdan-

aşağıdan amansız surətdə üstünə hücum çəkdiyi çox 

məşəqqətli bir vaxtda da Nadir şah öz əsas qayələrin-

dən imtina etmir, islam aləminin rifahı haqqında qay-

ğıları onu tərk etmir: «Mənim qəsdim müsəlmanlar 

arasında dini təfriqəyə son qoymaqdır. İstəyim budur 

ki, böyük müsəlman dünyası qurub yaradaq. Bu şərtlə 

ki, sonra hərəmiz öz keçmiş  sərhədlərimizə  çəkilib 

Allahın nəsib etdiklərinə qane olaq».

Nadir xan Nadir şaha çevrilənə və Hindistanı qəhr 

edənə qədər çox döyüşlər udub, çox qalalar alıb, çox 

ölkələrə uğurlu yürüşlər edib... Romanın səhifələrin-

də öz təravətli əksini tapmış bu hadisələrin hamısını 

bir müxtəsər məqalədə  əhatə edib qiymətləndirmək 

mümkün deyil. Lakin qeyd etmək vacibdir ki, yazıçı 

böyük səriştə ilə, tarixi faktlara sədaqətlə, eyni zaman-

da öz bədii təxəyyülünün hesabına yaratdığı inandırı-

cı təfərrüatlarla bütün bu mühüm səfər, yürüş, kam-

paniya və vuruşların mükəmməl mənzərəsini lazımi 

səviyyədə  çəkə bilmiş, onları mərkəzi obrazın – Na-




19

N A D İ R   Ş A H   Ə F Ş A R

dir  şahın xarakterinin açılması üçün inandırıcı  bədii 

vasitələr kimi mənalandırmışdır.

Romandakı hadisələri  şərti olaraq iki yerə bölüb 

demək olar ki, onlardan biri yuxarıda da qeyd edil-

diyi kimi, Nadirin hərbi yürüşlərinin təfsilatlı, re-

alist təsvirlərindən ibarətdir. Bu yürüşlərin strateji 

zəruriliyinin müzakirəsi, hərbi  əməliyyatlara geniş 

hazırlıq, yeni canlı qüvvə toplayıb silahlandırmaq, 

digər təminat-təchizat məsələlərini yoluna qoymaq, 

nəhayət konkret döyüş,  şücaət, qəhrəmanlıq səh-

nə lərinin təsviri – Nadirin özünün həm qələbənin 

təşkilatçısı olması, həm də şəxsi qəhrəmanlıq nü mu-

nələri göstərməsi bu təsvirlərin  əsasını  təşkil edir. 

Bunlar bir orta əsr fatehinə  həsr olunmuş epik əsər 

üçün tamamilə təbii və çox da vacib məqamlardır.

Əsərdəki bu müstəqil təqdimatlardan heç də az 

əhəmiyyətli olmayan digər təsvirlər isə obrazların, 

birinci növbədə isə əlbəttə, Nadir şahın özünün daxi-

li aləminin, onun fikir və duyğular dünyasının açılıb 

göstərilməsi ilə bağlıdır. Yazıçı hər iki sahədə səriştə 

sahibi olduğunu nümayiş etdirir. Lakin etiraf edək ki, 

hökmdar psixologiyasının açılmasına yönəlmiş  təs-

virlər heç də vuruş səhnəsinin təsvirindən geri qalmır 

və oxucu bunların hamısını  məmnuniyyətlə izləyir. 

Burada artıq  ədibin irəliki roman və povestlərində 

dönə-dönə sınaqlardan çıxmış psixoloji təşrih ustalığı 

da öz səmərəsini göstərir.

Etibar etdiyi bir qisim vəzifə sahibinin dönüklü-

yü, bəzi yaxınlarının xəyanəti, tədriclə xəzinənin yox-

sullaşması, bir sıra  əyalətlərdə vergi ödənilməsində 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə