Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə5/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   ...   159

20

S O N U N C U   FAT E H

təzahür edən problemlər Nadiri tez-tez haldan çı-

xarır, onun psixikasına pozucu təsir göstərir. Yazıçı 

bunları  məntiqi ardıcıllıqla təsvir edir, oxucusunu 

şahənşahın xarakterində  əmələ  gələn neqativ halla-

rı obyektiv qiymətləndirməyə çağırır. Doğrudan da 

məsələn, Sistan hakiminə  məktub göndərən  şah on-

dan tələb edir ki, əyalətdəki vergiləri tezliklə toplayıb 

xəzinəyə təhvil versin. Hakim çox müxtəsər bir cavab 

göndərir ki, indiki halda bu mümkün deyil, çünki 

xalq «lüt-üryandır». Vəziyyəti olduğu kimi obyektiv 

əks etdirən bu cavab şahı özündən çıxarır, qəzəbi so-

yumadan qasid vasitəsilə Sistana ağlabatmaz dəhşətli 

bir hökm göndərir: «Ey nadürüst! Sən indi o həddə 

çatmısan ki, mənim sözümün üstünə söz qoyursan? 

İndi ki, belə oldu, xəzinəmə 50 min tümən də şəxsən 

sən özün ödəyəcəksən!  Əks təqdirdə dar ağacından 

asdıracağam!»

Göründüyü kimi, bu əmrdə Nadir şaha məxsus 

müdriklikdən əsər-əlamət yoxdur. Əmrin hər kəlməsi 

ölüm, fəlakət saçır. Qaradan tünd rəng yoxdur de-

yiblər. Belə  təhlükə saçan bir əmr alan məmur indi 

neyləməlidir?

Romandakı digər obrazların səciyyəsini açmaq 

məqamı gələndə adam istər-istəməz onları bir az əvvəl 

haqqında söhbət açdığı baş  qəhrəmanla müqayisə 

etməli olur. Bu mənada Nadir şah «Sonuncu fateh»-

də ki  digər obrazların bədii dəyərini müəyyən etmək 

üçün bir növ mötəbər məhək daşı rolunu oynayır. 

Onunla ilgili səhifələri oxuduqca dərin təəssüf duy-

ğuları yaşadım ki, bir zaman azərbaycanlıların qu-




21

N A D İ R   Ş A H   Ə F Ş A R

rub yaratdıqları, əsrlər boyu inkişaf etdirib möh kəm-

ləndirdikləri Səfəvilər dövlətinin başında Nadirin 

gənc lik  çağlarında Şah Təhmasib kimi vecsiz bir adam 

durmuş, xeyli vaxt, ta Nadir ona layiq olduğu yeri-

ni göstərənə qədər dövləti fəlakətlərə sürükləmişdir. 

Şah Təhmasib əyyaş və içki düşkünüdür. Sərxoşluq-

dan başı ayıldığı vaxtlarda da o, normal bir dövlət xa-

dimi kimi özünə bəslənən ümidləri doğrultmaq əvə-

zinə  səltənətin mənafeyinə zidd olan müqavilələrə 

qol çəkməklə ölkəni uçuruma sürükləyir. O cümlə dən 

Çar Rusiyası və Osmanlı sultanı ilə bağlanmış bu cür 

iki müqaviləyə görə on minlərlə azərbaycanlının qanı 

bahasına, Nadir xanın istedadı, cəfakeşliyi, strateji 

bilikləri sayəsində azad olunmuş torpaqlar yenidən 

xaricilərin nəzarətinə keçir.

Nadir xanın əmrilə paytaxt İsfahanda sarayın qar-

şısındakı böyük meydanda toplanan izdiham, onun 

iştirakçılarının  əhval-ruhiyyəsi, qətiyyəti «Sonuncu 

fateh»in yadda qalan çox maraqlı epizodlarındandır. 

Elin gözü tərəzidir, – deyiblər. Sərxoşluqdan atının 

üstündə düz-əməlli otura bilməyən  Şah Təhmasib 

nadirçilər tərəfindən taxtdan salınır və onun körpə 

oğlu III Abbas Mirzənin tacqoyma mərasimi olur. 

Nadir xan varis-qəyyum kimi ölkəni idarə etməyin 

bütün problemlərini öz üzərinə götürür. Təhmasib 

hərəmxanası və mühafizəsi ilə paytaxtdan uzaqlaşdı-

rılır.

Ədib bizi inandırır ki, xarici siyasətdə burnun-



dan uzağı görməyən, daxili siyasətdə bir-bi 

rin-


dən kobud səhvlər buraxan, hakimiyyətin möh-


22

S O N U N C U   FAT E H

kəmlənməsində  əsaslı rol oynamış Nadir xanın 

haqlı  şöhrətinə  qısqanan, ona xəyanət edib bir is-

lam mücahidinə, bir azərbaycanlıya, onun əxlaqına 

yaraşmaz hərəkətə yol verən (sərkərdəsinin yaxın 

günlərdə evinə gətirməyi nəzərdə tutduğu gəlini ilə 

əylənmək üçün qəfildən at minərək Məşhəddən Qa-

rana yola düşən), dövlətçilik təfəkküründən uzaq, 

dostuna xain bir məişət pozğununun aqibəti məhz 

bu cür biabırçılıqla qurtarmalı idi... Yazıçı onun 

simasızlığını yerli-yataqlı  təsvir etməklə  tərəf-

müqabili olan Nadir xanı Nadir şahı oxucusunun 

gözündə bir daha ücaltmış olur. Nadirin bu sözləri 

çox yerinə düşərək eks-şah Təhmasibi oxucunun 

gözündən salır: «Yəni doğrudanmı taxt-tac yiyələri 

hamısı bunun kimi dəmdəməki olur?»

Əla xarakteristikadır!

Romanda  əlvan obrazlar qalereyası var. Onlar-

dan elin-obanın dərdini-odunu yaxşı bilən, gəncləri 

vətənpərvərlik ruhunda tərbiyə edən, yeri gəldikcə 

Nadir xana da ərklə öyüd-nəsihət verən el ağsaqqalı 

Qədirqulunun, şahın ilk məhəbbəti, sədaqətli, qeyrətli 

Zöhrənin, Nadirin müdrik və cəsur anasının mübarək 

adlarını çəkmək vacibdir.

«Sonuncu fateh»in strukturunda hərəsi özlüyün-

də müstəqil bədii əsərə mövzu və material verən bir 

sıra ibrətamiz hadisə  və  əhvalatlar özünə yer almış-

dır. Onlardan biri «İlk qələbənin sevinci» bölməsində 

ibrətamiz dərəcədə  mənalı  təsvirini tapmışdır.  İlk 

uğurlarından sonra imkan tapan kimi Nadir Buxaraya 

gedib əsirlikdə ölmüş anasının qəbrini ziyarət edəndə 




23

N A D İ R   Ş A H   Ə F Ş A R

üzüörtülü bir qadının qəbrin üstündə dua oxuduğu-

nu görür. Bu, buxaralı  Qəmbərin qızı Zöhrədir. Sən 

demə, Zöhrə Nadirə məhəbbət, onun mərhum anası-

nın ruhuna hörmət əlaməti olaraq dörd ildir ki, cümə 

axşamlarında öz «qayınanasının» qəbrini ziyarət edir-

miş... Onlar qovuşurlar, Nadir Zöhrə ilə evlənir, oxu-

cu da bu izdivacı rəğbətlə qarşılayır.

* * *


N.Nərimanovun pyesindən təqribən 35 il son-

ra S.Vurğun özünün «ellər atası»na həsr edilmiş bir 

şeirində Stalini dünyanın İskəndər, Neron, Çingiz xan, 

Teymurləng, Napoleon kimi fatehləri ilə müqayisə 

edərək bu misralarla da Nadir şahı, «Sonuncu fateh»in 

baş qəhrəmanını yada salmışdır:



Nadirin qəlbini kin yedi qat-qat, 

Dilindən qoymadı şöhrət sözünü. 

Taxtından-tacından qorxan o cəllad 

Doğma balasının tökdü gözünü.

Tarix kitablarında Nadirə güllə atılmasında 

oğlu vəliəhd Rzaqulu xanın  əli, tapşırığı olduğunu 

göstərənlər də var, onun bu işdən xəbərsiz olduğunu 

təsdiq edənlər də. Əlbəttə, insanı dünya işığına həsrət 

qoymaq, özəlliklə  də  oğlunun gözlərini çıxartdırmaq 

heç nə ilə müqayisəyə  gəlməyən ağır bir cinayətdir. 

Cəzalanandan sonra Rzaqulunun atasına dediyi 

yeganə cümlə mənbələrdə yazılanlara görə bu olub ki, 

«Sən tək mənim gözümü çıxartmadın, bütün səltənəti 

kor qoydun».



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə