Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə6/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   ...   159

24

S O N U N C U   FAT E H

«Stalin»  şeirindən təqribən 75 il sonra Azər-

bay      canda  sözü  gedən mövzuda ilk roman yazan 

H.Mirələmov indi artıq çoxlarına məlum olan tarix 

kitablarını araşdırıb və öz variantının məntiqi bədii 

əsaslandırmasını verib. Biz onun romanında Nadirin 

dəfələrlə öz yaxınlarına,  ən çox da vəliəhd Rzaqulu-

ya etdiyi nəsihətlərinin  şahidi oluruq. Maraqlı  cəhət 

budur ki, Nadir şah hakimiyyəti nəsillikcə bir-birinə 

ötürən sülalədən çıxmamışdır. Buna görə  də onun 

hökmdarlıq təcrübəsində ailə ənənəsi yoxdur. Roman-

çı xüsusi olaraq nəzərə çatdırır ki, Nadir şahın öz oğlu-

na təlqin etdiyi keyfiyyətlər, verdiyi nəsihət və təlimat 

onun özünün on illər boyu müxtəlif dərəcəli vəzifələ-

ri daşıyanda, naibüssəltənənin hakimiyyət çağlarında 

min bir məşəqqətlə qazandığı acılı-şirinli təcrübədən 

nəşət etmişdir. Odur ki, şahın öz oğluna dedikləri 

daha həyati və daha mötəbər təlimat və nəsihətlərdir. 

Təəs süf ki, Xorasanda hökmranlıq edən Rzaqulu xan 

gənclik ehtiraslarının güc gəlməsi, bir tərəfdən də sa-

rayındakı yaltaq əyanların bədxah təsirləri ucbatın-

dan atasının təlimlərini tez unudur... O özü üçün çox 

dəbdəbəli saray məişəti qurur, eyş-işrətinin təhlü-

kə sizliyini qorumaq üçün 13 min (!) nəfərdən ibarət 

xüsusi qoşun hissəsi saxlayır. Özu də gizlin-gizlin xə-

yallar bəsləyir ki, tezliklə atasının başına bir iş gələcək 

və onun taxt-taca gedən yolu çox uzanmayacaq.

Karın könlündəki, deyiblər. Romanda inandı-

rıcı  təqdimatlarda göstərildiyi kimi, Rzaqulu xan 

atasının ölümü barədə  bədniyyətlərin yaydığı bir 

şayiəyə dərhal inanır, taxt-taca halalca namizəd olan 




25

N A D İ R   Ş A H   Ə F Ş A R

Təhmasib Mirzəni və onun oğlanları Abbas Mirzə ilə 

İsmayıl Mirzəni Səbzəvarda öldürtdürür. Rzaqulu 

xanın namərdliyi, rəyasətpərəstliyi o həddə çatır ki, 

atasını öldürmək üçün tətikçi (snayper, killer) tutur. 

Birinci cəhd elə başlanğıcdan pozulur, ikinci cəhd 

zamanı isə snayperin gülləsi şahın əl barmağını yara-

layır... Elə buna görə də hakimiyyət ehtirası gündən-

günə  şiddətlənən Rzaqulu xanın öz atası ilə son gö-

rüş zamanı qorxudan nitqi tutulur. Nadir şah onu 

vəliəhdlikdən çıxarıb yerinə digər oğlu Nəsrulla xanı 

təyin edir.

Yazıçı öz qəhrəmanının şan-şöhrətinin az qala bü-

tün dünyaya yayıldığı, artıq təkcə yaxın ölkələrin de-

yil, bir çox Avropa dövlətlərinin də onunla hesablaş -

dığı bir vaxtda şahın həyatının ən mühüm mərhələ lə   -

ri, taleyüklü hadisələri haqqında düşüncələr axarı nı, 

özünün özü ilə həsb-halını, özünün-özünə bir növ he-

sabat verməsini canlandırır. «Sünbüllü tac», «Başsız 

qal mış tac», «Qətl gecəsinə gedən yol», «Baş tutma-

yan sui-qəsd», «Sülh naminə güzəşt» və s. başlıqlar 

al tında verilmiş bu düşüncələr axarı öz növbəsində 

üstündən uzun illər keçmiş vacib hadisə və əhvalatların 

üzərindən məchulluq pərdəsini götürməklə ibrətamiz 

səciyyə daşıyır, Nadirin özünün və onu əhatə edən 

digər obrazların xarakterinin mühüm cəhətlərinin 

açılmasına kömək edir.

Əsərin dili aydın, təbii, axıcıdır. Ayrı-ayrı mə qam-

larda Azərbaycan xalq yaradıcılığından, məlum və az 

məlum rəvayətlərdən istifadə olunması, yeri gəldikcə 

təhkiyəyə  bəzi  şeir nümunələrinin daxil edilməsi, 




26

S O N U N C U   FAT E H

Dədə Qorqudun hansısa bir kəlamının yada salınma-

sı, nəhayət, bu deyilənlərin kompozisiyada əsas yer 

tutan müharibə səhnələri ilə müəyyən ölçu daxilində 

növbələşdirilməsi və tarazlaşdırılması təsvirlərə oxu-

cu marağını daha da artırır.  Əsərdəki çoxsaylı tarixi 

hadisələri bir-biri ilə vahid bir xəttə bağlamaq, bütün 

bunlar haqqında oxucu təsəvvürünün tamlığına nail 

olmaq üçün H.Mirələmov bir neçə yerdə uyarlı bir 

vasitədən istifadə etmişdir. O, təhkiyənin «ardıcıllığı-

nı pozaraq» kiçik bir xülasədə bir neçə il irəlinin bəzi 

mühüm olaylarını yada salmaqla, yenə də təsvirlərinə 

bir canlanma aşılaya bilir. «İlk donanma» bölümü-

nün  əvvəlində  məğlubiyyətə  uğramış osmanlılarla 

sülh danışıqları və bu sülhün mühüm şərtləri barədə 

söz açan, burada müəyyən təfərrüatlara gedən yazı-

çı birdən-birə mövzuya təzə bir vaxt ahəngi gətirir, 

imperiyanın hərbi dəniz qüvvələrini, özünə  məxsus 

donanmasını  təsis etməyin vacibliyini açıqlayır və 

felin keçmiş zamanına məxsus xəbərlərə son verib 

felin gələcək zamanına məxsus xəbərlərdən istifadə 

etməyə keçir:

...Ölkənin dənizdən təhlükəsizliyini donanmasız 

təmin etməyin çətinliyini Birinci Pyotrun yürüşləri za-

manı anlamısdı. ...Ona görə də Nadir xanın göstərişi 

ilə  Lətif xan Buşəhri yeni yaradılacaq donanmadan 

ötrü limana çevirməklə  məşğul oldu. Az sonra bu 

liman Nadiriyyə adlandırılacaqdı, 1735-ci ilin ba-

harında  Əlvənd çayına 30 böyük, 50 orta gəmi və 

bir neçə qayıqdan ibarət donanma gətiriləcəkdi.  İki 

il sonra Lətif xan Bəhreyn limanının açarını Nadir 




27

N A D İ R   Ş A H   Ə F Ş A R

xana göndərəcəkdi, bu da Ommanı Səfəvi səltənətinə 

birləşdirmək, Kəngər körfəzini öz ağalığı altına sal-

maq üçün Nadir xan Əfşara tarixi imkan yaradacaq, 

üzərində qırmızı qılınc şəkli olan ağ bayraq dalğala-

nan donanmaya təkan verəcəkdi... və i.a.

* * *


Hörmətli oxucu! Bu məqalə romanın nəşrinə ön 

söz kimi yazılmışdır.  Ən yaxşı ön söz, müqəddimə, 

yaxud giriş onun ardınca gələn romanın mahiyyəti

obrazları, dili və  bədii təsvir vasitələri, üslub xü su-

siyyətləri haqqında olsa-olsa bir ümumi təsəvvür 

oya da  bilər, nisbətən təcrübəsiz oxucuya əsərdəki ay-

rı-ayrı məqamları şərh edə bilər. Hər bir kamil bədii 

əsər, özəlliklə də tarixi roman isə, el arasında deyildi-

yi kimi, qiymətli incilərlə dolu ağzı bağlı bir sandıq-

dır. Bu ön sözü bir açar sanıb onunla sandığı açın və 

tarixi romanın geniş imkanlarını özündə əks etdirən 

«Sonuncu fateh»i oxuyun. Əsərin səhifələrindəki inci-

lərdən faydalanın.  Əgər sizi romanı mütaliə etməyə 

meyilləndirə, həvəsləndirə bildimsə, deməli ön söz 

müəllifı kimi mən öz mütəvaze məqsədimə nail ol-

muşam. Səbr və təmkin göstərib bu bir neçə səhifəni 

nəzərdən keçirdiyiniz üçün sağ olun!

 

 

 

 

 

 

 

 

 

 

 

Bəkir Nəbiyev

 

 



 

 

 



 

     2010 

 

 

 



 

 

 



 

 

 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə