Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə3/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   2   3   4   5   6   7   8   9   ...   159

12

S O N U N C U   FAT E H

da mübarizə üçün qınından çıxartsın. Pyesin sonra-

kı  məclis və  gəlişlərində Nadirin, qulluğunda olduğu 

Şah Təhmasib sarayındakı intriqalara sinə  gərməsi və 

əfqanlarla dava epizodları barədə informasiya səslənir, 

bu döyüşlər hardasa, əsasən səhnə arxasında cərəyan 

edir. Beşinci, sonuncu məclisdəki gəlişlərdə meşədə ov 

edərkən Nadir şaha qarşı sui-qəsd edilməsi və onun bu 

işdə  əli olduğunu güman etdiyi şahzadə Rzaqulunun 

gözlərini çıxartdırması faciəsi yer alır. Son iki gəlişdə isə 

əsas yeri bu dəhşətli hökmü verməkdə yanıldığını başa 

düşən Nadirin yaşadığı ağır peşmanlıq həyəcanları tu-

tur. Finalda Nadir şah saraya yaxın olan bir neçə  bəy 

tərəfindən xaincəsinə öldürülür...

Beləliklə Nadir kimi ötkəm bir zor sahibinin, 

qarət etdiyi mallardan qürrələnən, yaxın bir qohu-

muna onun ailəsinin bir illik xərcini ödəməyə yetəcək 

qədər qarət malı  təklif edən quldurun öz dayısının 

təqribən yarım səhifəlik məsləhətinə qulaq asandan 

sonra nümunəvi bir sərkərdəyə, vətənpərvər və müd-

rik bir şaha çevrilməsi bir qədər inandırıcı olmasa da, 

mütləqiyyətin mahiyyətini ifşa edən ilk tarixi faciə 

kimi ədəbiyyat və teatr tariximizdə özünə məxsus iz 

qoymuş bir əsər olaraq əhəmiyyətini bu gün də qoru-

yub saxlayır.

* * *

Öz baş  qəhrəmanını bir obraz kimi təbii inkişafda 



götürən H.Mirələmov onun uşaqlıq, yeniyetməlik çağ-

ları ilə bağlı çox maraqlı hadisələr təsvir edir. Həmin 

təsvirlərdən alınan ümumi təəssürat budur ki, ətrafına 



13

N A D İ R   Ş A H   Ə F Ş A R

tərəfdarlar toplamaq, onlarla dil tapmaq, başçı olmaq 

kimi meyillərin ilkin təzahürləri Nadirdə elə onun ye-

niyetməlik illərindən özünü göstərməyə başlamışdır.

Yəqin möhtərəm oxucular el arasında məlum 

olan bu deyimi dəfələrlə  eşidiblər. ...Uşaq var ki, mə-

rəkəyə gəlib tay-tuşlarının hansısa bir oyuna başlamaq 

istədiklərini, bu zaman iki dəstəyə bölündüklərini gö-

rəndə deyir: «məni kim öz dəstəsinə götürür?» Uşaq 

da var ki, həmin vəziyyətdə meydana çıxıb inamla 

qış qırır: «Mənnən olmaq istəyən yanıma gəlsin!» Ya-

zıçı, Nadirin məhz ikincilər qəbilindən olduğuna, öz 

gücü, çevikliyi, ağlı və «bağlı düyünləri açan» iradəsilə 

ətrafındakılara nümunə göstərdiyinə bizi inandırır. 

Məktəb görmədiyinə baxmayaraq Nadir kənddən Xo-

rasanda at satmağa gedən atasına müştərilərlə hesab-

laşmalarında kömək edir. Özbək çapqınçılarının Nadi-

ri, anasını, qardaşını, bəzi qonşularını əsir edib Mərvə, 

Xivəyə, Buxaraya apardıqları «Əsirlikdə» fəsli xüsusilə 

təsirli yazılıb və  qəhrəmanın ilk məhəbbəti də bura-

ya da xil olmaqla, maraqlı  təfərrüatlarla zəngindir. O, 

16 ya şı olanda anası öz ilxıçı  ərindən yadigar qalmış 

kəməri oğluna bağışlayıb ölür. Qul və əsirlik həyatından 

xilas olub qaçmaq işində  gələcək zövcəsi Zöhrə ona 

yaxşıca kömək edir, həyət qapısını gecə açıq qoyur. 

Buxaradan üç atlı  çıxır: Nadir, qardaşı  İbrahim və 

Əmirqulu. Bu detal da çox maraqlı olub obrazın tiz-

fəhmliyinə dəlalət edir. Nadir əsir kimi gətiriləndə gecə 

vaxtı ulduzlara diqqətlə baxıb yolunu necə manşırlamış-

dısa, əsirlikdən qaçanda da bu vasitədən istifadə edə-

rək azmır, doğma yurda düzgün istiqamət alır: «Məş -




14

S O N U N C U   FAT E H

riq dən Məğribə doğru, qalanı asandır!» deyir. Be ləliklə 

hər üçünün dörd illik əsirlik cəfalarına son qoyulur.

Nadir 22 yaşında ilk dəfə qılıncına sarılıb Xorasanı 

və ətrafını quldurlardan, yol kəsənlərdən təmizləmək 

üçün yerli nüfuz sahiblərindən Babəli bəyin dəstəsi-

nə qoşulur. Bacarığı, istedadı və cəsurluğu sayəsində 

tez liklə onun mühafizə dəstəsinə başçı təyin olu nur. 

Türk mənistan çöllərində müvəffəqiyyətlə apardığı 

dö  yüşlərdə çoxlu özbək əsiri ələ keçirir. Özəlliklə öz-

bəklərin zülmündən narazı olanların hesabına Nadir 

xan öz ordusunu xeyli qüvvətləndirərək regionda 

sayılıb-seçilən bir sərkərdə kimi geniş şöhrət tapır. İndi 

artıq «böyük birliyə» gedən yola rəvac verməyin vaxtı 

gəlib çatmışdı  və Nadir xan heç bir fasilə vermədən 

on illər boyu bu yolda ağlı, qeyrəti, qılıncı ilə əlləşib 

vuruşur, hərdən mühasirədən güclə yaxa qurta-

ra bilir, başına gələn böyük bəlalara, yaşadığı çoxlu 

mənəvi sarsıntılara baxmayaraq bir sərkərdə kimi ye-

tişir, nəhayət bu yolda bir əsgər, bir əqidə adamı kimi 

həlak olur. O, son nəfəsdə  də tam səmimiyyətlə bir 

daha etiraf edir: «Bunlar necə adamlardır, ilahi, hər 

kəs öz qalasının hakimi, öz evinin böyüyü olmaq is-

təyir. Böyük bir ölkənin əldən getməsi isə heç kimin 

vecinə deyil!» Bu, hökmdarın yüksək dövlətçilik miq-

yaslı düşüncələr axarının təbii yekunudur.

Bu gün Hüseynbala müəllimin romanının səhi fə-

lərindən alınan belə bir təəssürat çox xoşdur ki, Nadir 

hələ Səfəvi padşahı olmazdan əvvəl bütün azadlıq da-

valarında nümayiş etdirdiyi müdrikliyi, cəsarəti, bir 

sərkərdə və döyüşçu kimi şəxsi fədakarlıq nümunələri 




15

N A D İ R   Ş A H   Ə F Ş A R

ilə o zamanın (elə indinin özünün də) qüdrətli bir 

dövləti olan Rusiyanın gözünün odunu ala bilmişdi. 

Ədibin bu sözlərini həyəcansız oxumaq olmur: «Ru-

siya Birinci Pyotrun dövründə on minlərlə əsgərinin 

həyatı bahasına zəbt etdiyi Səfəvi dövlətinin  şimal 

torpaqlarını geri qaytarmağa məcbur olmuşdu». Hət-

ta Nadir özündə elə bir təpər duymuşdu ki, Rusiya 

impe ratriçəsi Anna İvanovnaya izdivac təklifıni o öl-

kənin Tiflisdəki səfirinə elan etmişdi!

Bütün bunların fonunda Nadir xan yetişib gürcü 

hökmdarı Teymuraza təslim olmaq əmri yolladıqda 

Teymurazın öz ali mənsəbli yaxınları ilə Nadiri pişva-

za çıxması, paytaxta girən fatehin atının ayaqları altına 

əlvan xalçalar atdırması yazıçının təqdimində çox təbii 

və təsirlidir. Tezliklə İrəvan qalasının da qapıları Nadi-

rin üzünə taybatay açılır. Bu təqdimatda Nadir müd-

rik insandır, tükü-tükdən seçən diplomatdır. 1736-cı 

ildə Səfəvi dövlətinin tarixindəki ən əlamətdar, ən ta-

leyüklü bir təntənəli tədbirin şah seçilməsi məqsədilə 

100 nəfərlik qurultayın keçirilməsi üçün məhz Muğa-

nın (Azərbaycanın!) seçilməsi də özü haqqında çox 

şey deyir. Əlbəttə, öz qələbələrinin, beynəlxalq nüfuz 

və  şöhrətinin zenitində olan 48 yaşlı Nadir heç bir 

qurultay və ya seçki keçirmədən də şahlıq taxtına çı-

xıb tacı başına qoya bilərdi və bu addımı atdığı üçün 

heç kəs cəsarət edib ona «gözün üstə qaşın var» deyə 

bilməzdi. Maraqlıdır ki, o, qurultayın davam etdiyi 

üç gün ərzində özünün şah seçilməsi barədə çoxsaylı 

təklifləri rədd edir. Yalnız dördüncü gün razılıq verir. 

Lakin qurultayın qarşısında çox vacib şərtlər qoyur.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə