Hər elin çıxarına görə yazar yazısı var



Yüklə 59,49 Kb.
tarix25.06.2018
ölçüsü59,49 Kb.
#51707


qıssa sözlər

QISSA SÖZLƏR

TOPLAYAN
HƏSƏN BƏY HADI

TƏBRİZ

1384

2005

Ac olub kef keçiməyin dadı, qat qat tox olub keflənməkdən yaxcıdı.

Acının dadın bilməyən, şirinlikdə dad bilməz.

Aclığın əlin toxluğa sığın, ac qalmasan.

Açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.

Adamın gözü bir dənizdiki su içməkdən doymaz. Sudandanda doysa suya dolmaz.

Ağa deyib sağallar, yava deyib yapallar.

Ağıllıdan, səfeh olmağın qədir qiymətin öyrən.

Ağıllının ağlı səfehdə olsaydı, dünya behişdə olaydı.

Axmax bir söz deyər ağıllar inanar.

Arvadın nə olduğun subaydan sor. Arvadın necə olduğun evlidən.

Arvadın sözün inanan qıssa yolu uzun gedər.

Yaşamda gərəksiz bir şey yoxdu olabilməzdə, yaşamın özündədə gərək yoxdu. Ölməkdən olmaqdan danışmaq ola bilər, amma gərək deyir, bəs bu gərək hardan doğdu.

Bağdan dağ olmaz, dağdan bağ olmaz.

Bağışlanmaq, kişiyə zülmün nə olduğun qandırır.

Başında çatışmayan şeyləri bilmək üçün , bilənlərin biliklərin öyrən.

Behişdin ləzzətin cəhənnəmdəkindən sor.

Bir əlin gücü çöxdu, qalıb kim vura, hara vura, harda vura, necə vura.

Böyük arzular kiçik şeylərə insanı həsrət qoyar.

Böyük başlar var ki qıssa ömründə uzun izlər buraxır.

Bu dünya başsız bir dünyadı, buna baş qoymaq isdəsən, ayaqların yerdən üzülər.

Çalış istəyivi amacıvı görüb biləsən. Oykuvu duyğuvu fikrivi ona tuşla, cala. Görünməyib ki kişi özün görünmədiyi şeyə çatdıra, yada kişi tanımadığı şeyi isdiyə.

Dadadlı dadlı deməklə ağız şirində olar dadlıda olar.

Dağın hündürlüyün görən dərənin dərinliyindən söz açar(xəbər verər).

Dağın hündürlüyün yox, dərənin dərinliyin gör.

Dağın uca olduğun görməyən, öz ucalığın əldə edər.

Demə yol üsdə gor qazanlar var, de: yol üsdə qazıqlar var.

Devlətin qorumayan elinin gününə qalar.

Devlətlər dik gəlib hammısı, yan gedib hammısıda.

Devlətlər hamısı dik gəlib, yan gediblər.

Deyillər bəlanın min qapısı var, xeyrin(uğurun) bir. Sən min bir qapını açıq qoy, uğur öz qapısında gələr.

Deyiplər ''düz'' gedən ''duzağa''da düşər ''duzlağa''da.

Dənizin dərinlyin sudan yox, dağdan soruş, təpənin nə olduğun dərədən yox dağdan.

Dili qorumaq təkərləməkdir tikrarlamaqdır

Dirilərin ölümün nə olduğundan danışmaqlarına inanmıyın.

Doğru yolun əyrisin bilməyən düzə çatmaz.

Doqquz don geyən doqquzuda qırmızı, bir donun ağdır sənin, biridə qara.

Durmağın kefini yıxılmaq öyrədir.

Dünyanın ucun(sonun) görməyən barsız gələr, varlansada, barsız gedər.

Dünyaya ''yalançı'' dünya deyənlər yalançıların ən oğrəşidir.

Düzə dedilər nədən düz oldun. Dedi: əyriydidim qala bilmədim, əğriyə dedilər: nədən düz olmadın. Dedi: doğruydum, əyriliklərə dözə bilmədim.

Edə bilmisən qala bilmisən. Qalısan edə bilmisən. ''Edməginən'' ''qalmağın'' ortağı istəkdir istək oğul.

Elinə ağlayan qalmır, elindən yazan qalır.

Eşşəyin qədrin atdan düşəndən sor.

Ələ salmaqdansa öz əlivi özün üçün işə tut.

Ən böyük yalançı olduki, diri ikən ölümnən danışır.

''Gərək'' dediyimiz aldanmağın bir başqa biçimidi(formasıdı).

Göz ki var qaranlığı seçmək üçündür.

Günün batmağın görən kimsə, çıxdığına inanar.

Günün çıxmağına gecəni tanıq(şahid) çək.

Güvənc, sevinc, inananc. Bu üçü zor tanımaz

Hakimin gücü məhkumnandı, zalimin ki məzlumnan, isdəyin gücü nədən: olmasın inanılmaz şeydən. O nədi? Məndə bilmirəm!!

Hər başın yazısı başına görədir.

Hər elin çıxarına görə yazar yazısı var.

Hər elin yazısı başına görədir.

Hər gələnin sözünə inan, çünki sən bilmədiyin şeyləri sənə öyrədə bilər.

Xarab olsun o topprağki məni özündə batırıb, itirir.

Xarabalıqdan qaçan abad ev tikməmiş.

Xəbərçidən ''xəbər'' al, üsdünə qoy de

Xəbəri çatmayan yerdə, hər şey xəbərsiz olar.

Xəsdə olub xoşluğu güdməkdənsə, xoş olub xəsdələnmək yeydi.

Xoş günün görən, pis günün izləyib qaçar.

Xoşluğu çox olan qudurqan olur, xəsdəliyə düşən küsəgən.

Illıq işlə, aylıq xəşlə.

Inanc insanı özündən alıb özgə bir şeyə çevirər.

Inancınan bağlı bir adam yüyənsiz atdı.

Isdəyib yox olduqdansa, qalıb istəmək yeğdir(yaxcıdır).

Isdəyin güclü olmasa oğul, gücün istəkli olsun.

Işlərin başlayıb buraxana yaki başlamayana amma özgələrin işinə deyinib burun soxana imalə deyərlər.

Itgiyi qəbul edən yaxcı seçə bilər.

Kor eşşəyə saman vermax ahaddı.

Qananınan qanmazın qarşıtlı sözü(bir birinin qabağında sözü) birdir : yox. Qanan qanmazı qanmır, qanmaz qananı qanmır.

Qanmazın sözündə düşün, qananın sözündən üşün.

Qara günü gözləyən qara günə qalar.

Qara, rənglərin üstünüdür, ağı görməyincə.

Qaranlığın qədrin bimiyən, ışıqda kor qalar.

Qarqanın səsindən xoş səs yoxdu, bülbülü duymuyan yerdə.

Qazıqlar isdər isdəməz səndən ötürdür.

Qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.

Qərib ölkədə kefə dolan, doğma yurdunda qussədən ölər.

Qiyməti ''var''(bar) kəsməz, ''varlı'' kəsər.

Qonşu payıynan doyan, öz çörəyin irgənə irgənə yeyər.

Qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.

Qoruma sən 'qorxam' deyəndən. Qoru sən ''qoxmam'' deyəndən.

Qorumaqdal var, quyuda, bir tutuncan başlır, biri düşüncən

Qoyun vardıki qurddan qorxur, qoyun yoxdu ki qurddan qorxmur.

Quranın yazısı bir, sözü birdi, yoran minbirdi.

Qurdun kim olduğun qoyundan soruş.

Qussəni yeməkdən yaxcı şey yoxdu, çün ki yeməsən başa düşər.

Quyu var dərinligi on quyu alar.

Quyunun dibin görməyincə ölçə bilməzsən.

Lap zirək adam oduki köpöyoğluluq eləmiyə

Lap zirək adam oduki zirəklik eləmiyə

Malı qiymətindən baha alana, mal gərəkdi.

Malını qiymətindən baha satana da pul gərəkdi

Malını qiymətindən ucuz satana pul gərəkdi,

Malla sözü qurandan alıb elə deməli, öz sözün eldən alıb elə deməli.

Məçidin kökün qoyan bənnadı, saxlayan malla.

Məçidin yolu düzdü dalanı bürkük(əyri).

Minarənin başı göyə çatsada, dibi yerdədir.

Nə keflinin ''ağıldan'' danışmağına güvən, nədə ağıllının ''səfehlikdən'' danışmağına inan.

O ki deyir: qorxmuram, yalançıdı. O ki deyir qorxuram: inanmazdı. O ki deyir inanmıram: qorxaxdı.

Olsun ki bizim baş yazımız düzdü haqlıdı, amma ki başımız dəyişik düşüb.

Ondaki adam söz danışmaqdan yorulur, yaşamaq vaxtıdı.

Osdurub ayılandan baş axdarma.

Öz işini başlayıb qurtarana, işləyən deyərlər. Işlərin başlayıb buraxana yaki başlamayana təmbəl deyərlər.

Öz qusduğun yiyən yaxcıdı ondan ki özgənin poxun yiyər.

Öz ossurağına şıllaq atan, özgəsinin poxuna batar.

Öz pişiyin aslan görən , özgənin aslanın pişik görər.

Özgüyə quyu dərin qaz, ta düşdün çıxmağın çətin olsun.

Özün qoruyan qoruğa düğər

Pəxmələr olmasaydı zirəklər acından ölərdi.

Pis iş görən şeytanın şagirdidi, doğrunu bülüb danan şeytan özüdü

Pisə dedilər yaxcısa, sışdı poxu qoydu pox üsdünə, yazcıya dedilər yaxcısan, yağı qoydu yağ üsdünə.

Pisi goracan götür, yaxcını, yaxcı olanacan.

Pislik görməyən yaxcılıqdan nə bilir.

Sağlıq yolunun xəstəsi olunca, sağ yolunan xəstələn.

Salxımın işi mövdən sallanmaxdı, tapın adala salxımın ilişgisin??!!

Sevən adam kordu, sevilən korsaq(özün korluğa vuran).

Sevgi olmasaydı kini tanıyan olmazdı.

Sevgiynən məhəbbət yalançılar bazarında alnar satılar.

Səfehlik düşünüb eləmax dəyir, düşünüb eləməmaxdi.

Səfehliyi sibut edmək çətindir, ağıllının

Səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.

Səhər durdun, günü görməsəndə, olduğuna inan.

Səhərin uğurlu deyənlər elə səni günlərin bir günü basdırıb rəhmət olsun deyər.

Sözün düzün yalançıdan öyrən.

Sözün yaxcısın dimmiyəndən öyrən, sırrın gözəlin demiyəndən.

Susmaq dinməmək deyir. Çabalamaq ilərləmək deyil. Oturmaq ölmək deyil.

Susmaqdan yaxcı şey yoxdu, yalandı. Yalan ötmədən(deməkdən), yaxcı şey yoxdu, yalandı. Doğrunun tərsin demək, yalandı. Yalanı doğru demək yalandı. Doğrunu yalan demək yalandı. Yamanı yarın(yaxcı) demək yalandı. Yaxcını yaman demək yalandı.........bu sayımanı biz olmasın qədər saya bilərik. Deməkki yalandan yalın yaxın şey yoxdu bizə.

Suyun dənizdən içən bulağ tanımaz.

Süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.

Şarabın içməyi yaxcıdı, içip keflənməyi ondan yaxcı

Toprağın ululuğu(qiyməti) olanındadı, köçənində yox

Uca dağların suyu çaya axar.

Uzaqlıq bir həsrət öldürür, başqa bir sevgi doğurur.

Uzunluq ucalıq şan san şöhrət gətirmir, inanmısansa adamın qulağına bax.

Verdin alammadın, aldın verəmmədin. Aldın satammadın, satdın alammadın. Qovdun çatammadın, çatdın tutammadın. Atdın vurammadın, vurdun tutammadın. Qaşdın yetəmmədin, tutdun yatanmadın. Oğul. Bundan sən nə qanırsan? heç nə !!. – eşit məndən o ki eşitməlisən, yoxsa at o k atmalısan: dünya verdiyin alar. sən itirdigin tapar. sən tutduğun buraxar.

Ya sən vaxdıvı itirmisən, ya ki başıvı, əşi başsız vaxt olarmı?.

Yaxcı sözlərin yaxcısından yaxcılıq gözləyən, yamaşdan yavaş gedər.

Yaxcıdan yaxcını seçmək önər deyir, yaxcıynan pisi seçmək görəvdeyir, yaxcıynan pisi seçmək kişilikdir.

Yaxcını gözlüsən gəlsin qapıva! Qapıvı bağlı qoy.

Yaxcının nə olduğun pisdən soruşma, pis bilməz yaxcılıq nədir.

Yaxşılığı itirəndən, duz çörək umma.

Yalaçılığı bilməyən, doğrunu itirər.

Yalana inanmayan doğru yol tapmaz.

Yalançının sözünə inan, ayağın qoru, başın yerin tapar.

Yalanı inandırmaq çox çətindir, amma bir dəfə inandırdın unutdurmağı ondanda çətin.

Yalanın anışı tanığı şahidi çoxdu, çalış ''doğruya'' ''yalandan'' tanıq(şahid) tap.

Yaşamda axmaq oduki öz inandığın qoyub, özgələrin dediklərinə inanır.

Yaşamda bilmək yox, öyrənmək var. Yaşamda öyrənmək yoxdu, eləmək var.

Yaşamda böyük itgilər qorxmayın, olsun ki bu böyük itgi elə bir balaca qazanc sizə verəki, o böyük itgidən böyükdür.

Yaşamda seçənlər zirəklərdən irəli gedir.

Yaşamın çətin dövründə adamlara dörd imkandandan biri hər vax hazırdi
- ölkəsin dəyişmək(gedmək, göt isdir)
- ölkəsin dəyişmək(qalıb olduğu yeri(şəraiti . Can isdir) dəyişmək)
- özün dəyişmək(olduğu yerdə)
- özün dəyişmək (gedilən yerdə).


Yaşamın öz anlamı düz anlamı kefliliyinən ayıqlığın arsındadır.

Yaz bir gülünən başlır miniylə bitir.

Yeli oda ver, suyu şora ver,

Yoxsulluğun nə olduğun bilməyən varada çatar varsızada.

Yoxsulluqda olmaq istəmisənsə xəşlə.

Yolun sevinci istiyib gedmaxda yox, gedə gedə istəməkdədir.

Yurdun yekəliyin sən bilməsəndə, qar bilər.

Zafranın sarılığın görəndən(xəsdədən) sor, dadını qoxlayandan.
Yüklə 59,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə