Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

121 
 
Nə varsa sarı – dünyada; 
Sarı bəxt, sarı çalar, sarı gül, 
Hamısına könül vermişəm. 
Bu dünyada sarı məni, 
mən “sarı”nı sevmişəm. 
 
28.10.2010. 
 


122 
 
Gəlmədin 
 
Fağır dədəmin yetim qızı deyə-deyə özümü ovutmağa 
çalıĢıram sənsiz. Bu yaz sənsiz necə qəribsədimsə, baĢ 
alıb iydə ağaclarına pənah gətirdim. 
Ġlahi, iydə ağacının kölgəsi necə də zəif olurmuĢ! 
Tozlu-torpaqlı Ģəhərdə bazburudlu palıdlara 
güvənməyib, iyinə aldanıb, sənin ətirini ala biləcəyəm, 
deyə, kölgəsində əyləĢdiyim iydə ağacı məni qoynuna 
almadı,  sənin kimi. 
Hardasan? Yaz gəldi, lalələr çiçəklədi, iydələr 
düyməciklədi, gəlmədin. 
 
Lalələr çiçəklədi, 
...gəlmədin. 
Çiçəklər xal saldı, böcəklədi, 
...gəlmədin. 
 
İydələr gül açdı, ətir saçdı, 
...gəlmədin. 
İydələr darıxıb çiçək açdı, 
gəlmədin... 
 
Ürəyimə damıb ki, qayıtmayacaqsan! Bu qolsuz-
budaqsız iydə ağacının iyinə aldana-aldana  sığınıb 
ətəyində qalmışam səni gözləyə- gözləyə. 


123 
 
Sevgi nəğməsi 
 
Bu nəğmə daima qulaqlarımda  səslənir. Elə hey 
çalınır…çalınır… Ġlahi, bu mahnı bitməzmi? 
 
Bir mahnı çalındı 
sözlərində sevgi-büsat. 
Oxundu istəklə, 
məhəbbətlə. 
Toxundu notlarında 
sevgi çələngi. 
 
Xoşbəxtlikdən oyna...oyna... 
Nə gözəlmiş bu dünya. 
Elə bil sevdalı quşam, 
Oxuduq səhər-axşam. 
 
Oxundu təkrar...təkrar... 
 
Bu sevgi mahnısında 
Daha sonra yaz gəldi. 
payız gəldi, 
İlahi, qış da gəldi. 
 
Çalındı notlarında qışın sazağı, 
Əlimdə tutduğum payız yarpağı, 
Özünü qışa təslim etdi, 
Qopdu tufan, qopdu yel. 
 


124 
 
Nəğməmbitmək üzrədir 
Budur, səslənir son kərəm. 
Bu nəğmənin sədaları altında 
Sevdamın ağuşuna gömülürəm. 
 
15 noyabr 2014. 


125 
 
Salam 
 
Bu salam, əslində Əl-vidadır. Əlvida! 
 
Ey açan səhər, ey doğan Günəş
Gülümsə üzümə, şəfəqlərinlə. 
Dan yerini izləyim, əzizləyim, 
Dodaqlarım sızıltıyla söyləsin: 
Salam. 
 
Ey dünya, ey kainat, Yer, 
Ey addımladığım küçə, 
Mən sizlərdən keçə-keçə
Gözlərimlə 
  daşını, torpağını əzizlədim. 
Mən sizdən salam gözlədim, 
Mən sizə verdiyim kimi; 
Salam. 
 
Eşqimi bu kürədə tapdım, 
Elə buradaca itirdim, 
            lakin əlvida demədim. 
Məni incidən bəxtimə, dedim; 
Xoş gəldin ömrümə, kədərim, 
Salam. 
 


126 
 
Ölən sevdam görüşümə gəldi
Tabutu buket kimi. 
Vücudum elə titrədi... 
Sazaq döymüş çiçək kimi. 
Məni öpdü kədərim, 
           boğazdakı qəhərim, 
Yanıqlı notla dedi;- 
Salam. 
 
15. 11.2014. 
 


127 
 
Görüş 
 
Səni nifrətimə çevirə bilsəydim, əzablardan 
qurtulardım 
 
Qəlbində fırtına- qurbanı mənəm, 
Dönəcəkmi daşan selə? 
Budağı qırılmış zəif bir güləm, 
Gələ bilmirəm görüşə. 
 
Məni yaddaşının bucağına at, 
Məni nifrətinin ocağına at, 
Məni Əzrayilin qucağına at, 
Salma məni dilə-dişə. 
 
Zənn et yollarına düşən daş kimi, 
Sənin üzüyündən qopan qaş kimi, 
Sevgili demirəm, bir yoldaş kimi, 
Bircə dəfə gəl görüşə. 
 
Axı gözlərində odum var hələ, 
Axı ürəyimdə adın var hələ, 
qədər nifrətim gəlməyib hələ 
Qayıt görüşə. 
 
15 noyabr 2014 
 


128 
 
Qoymur 
 
KüsmüĢəm səndən, səndən xəbərsiz. Bilsəydin 
könlümü alardınmı heç?!Könlümü almağa, qəm 
ovutmağa, görəsən yanımda qalardınmı heç? 
 
Ağ vərəq mizin üstündə, 
nəfəsimin havasından oynayır. 
Soyadını-adını ağ vərəqə 
Yazmaq istəyirəm... 
ürəyim qoymur. 
 
Elə narın-narın, elə astaca, 
Ləpirini gəzirəm elə yoldaca, 
İçimə salaraq səsim boyunca, 
Bağırmaq istəyirəm
dodaqlarım qoymur. 
 
Ağlım ürəyimə yolu göstərir, 
Yağan taleyimdən dolu göstərir, 
İstədim ömürlük əlvida deyəm, 
məhəbbətim qoymur. 
 
Bu istəyim alışdıqca alışdı, 
Qismətimlə, taleyimlə barışdı. 
Sevgimə çiləyən yaz yağışıdı, 
yanan ürək soyumur. 
 


129 
 
Mən qərib, mən kimsəsiz, 
Düşüncələrim səssiz-səmirsiz. 
Əzizim, özümdən icazəsiz, 
Vücudum sənə dartılır, 
ayaqlarım qoymur. 
 
10 noyabr.  Saat 15:33 
 


130 
 
Düşüncələr 
 
Bağçama təĢrif gətirən payız ağaclarımın, çiçəklərimin 
saçlarını- ləçəklərini bir-bir yolur, mənim acığıma. 
Mən buna darılıram. Çiçəklərim isə  baxıĢları ilə məni 
ovudur, təsəlli verir. Döz, növbəti yazda yenə sənin 
əllərini öpməyə gələcəyik, deyirlər. 
 
Bağçamda naringilər, 
Yarpağı xəzələ dönən nar
Dərdimdən saralmış heyva, 
Bağçama soxulan gilavar, 
Sizi incidənmi var? 
 
Titrəyən payız havası, 
Qırmızı payız alması, 
Oyadır düşüncəmi. 
 
Qapısı açıq zirzəmi. 
Gizlədir qəmimi 
 
Becərtdiyim 
müxtəlif növ güllər, 
mənə həmfikirdilər. 
Qərənfillər küsüb 
Əllərini məndən üzdülər. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə