X. Əhmədova Dünyaya tək gələn insan



Yüklə 6,9 Kb.
tarix25.06.2018
ölçüsü6,9 Kb.
#51668

background image
X. Əhmədova 

Dünyaya tək gələn insan 

Xalqımızın ümummilli lideri Heydar Əliyevin xatirəsinə 

 

 

Ömrünü xalqına bəxş edən insan  

Yaddaşlarda həkk olur, bilin, hər zaman.  

Dünyamiqyaslı qələbənlə biz  

Fəxr edirik, sevinclə dolur qəlbimiz.  

Belə rəhbəri olan xalq bəxtiyardır,  

Xoşbəxtik, sizintək babamız vardır. 

Gecəni, gündüzə qatan babamız,  

Darda dadımıza çatan babamız,  

İlin adamı adın alan babamız,  

Bilin, sevmiş sizi bütün xalqımız,  

Qayğıkeş, humanist Heydər babamız. 

 

Vətənçün nə qədər kəşflər etdiniz,  



Özünüz yurduma bir kəşf oldunuz.  

Cəsarət, inamla öndə getdiniz,  

İrəli və dönməz seçdiyiniz yol. 

Xalqa bu yolda ömrü bəxş etdiniz,  

Daim xalq və sülh yoluyla getdinlz. 

Azadlıq, müstəqiliik bayrağı altında,  

Siz yeni bir həyat, dünya qurdunuz.  

İlləri arxada qoysa da illər,  

Haqq və sülh yoluyla gedən nəsillər,  

Omrünü xalqına bəxş edən insan 

Yaddaşlarda həkk olur, bilin hər zaman. 

 

Xalq üçün döyünən о sadiq ürək  



Yenə də xalq ilə birgə vuracaq.  

Nə qədər xalqımız yaşayır, sağdır,  

Bu varlıq, bu birlik birgə olacaq.  

Sizi unutmarıq, bilin heç zaman,  

Dünyaya tək gəlir Sizintək insan. 

 

Əhmədova X. Dünyaya tək gələn insan // Savalan. – 2011. – 9-12 yanvar. 



 

 


background image


 

Yüklə 6,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə