Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   ...   23

19 
 
Ağdərə, Ağdam,  Xocalı, Xocavənd, 
Füzuli, Ey Vətən, könlümə həmdərd. 
Öz elim, öz obam, özümə sərhəd, 
Tikanlı sərhədi yıxmalıyam mən. 
 
İz salıb yadların ləpiri bala, 
Aslanlar yuvası qalıb çaqqala?! 
İgidlər vətəni o  Cəbrayıla, 
Zəfər bayrağını taxmalıyam mən! 
 


20 
 
Həmrəylik 
 
Qurban olum yurd daşına, 
Əsrlərin yaddaşına. 
Xəbər verin yurddaşıma- 
Bu gün həmrəylik günüdür! 
 
Birləşib yumruq olmuşuq, 
Mətinliklə yoğrulmuşuq! 
Vətən, sənə vurulmuşuq- 
Bu gün həmrəylik günüdür! 
 
Ulu Heydərin yoludur
Addımlarıq  İlham ilə. 
Sevinc-səadət doludur- 
Bu gün həmrəylik günüdür! 
 
Bir yumruqda birləşdik, 
Elə bil ki, Günəş idik. 
Fəxarətlə deyirik- 
Bu gün həmrəylik günüdür! 
 
Xalqımdır əzmkar, mətin, 
Ucalıqda ləyaqətin. 
Milyon-milyon məhəbbətin, 
Xoş günüdü bu millətin, 
Bu gün həmrəylik günüdür! 
 


21 
 
Qucaq-qucaq çiçəklər də
Dalğalanır gül əllərdə. 
Vətən boyda məhəbbət də 
Bu sevginin səs-ünüdür, 
Bu gün həmrəylik günüdür! 
 
Qurban olum yurd daşına, 
Əsrlərin yaddaşına. 
Xəbər verin yurddaşıma- 
Bu gün həmrəylik günüdür! 
 


22 
 
Salam, doğma diyarım! 
 
Şamaxı-Şirvanın paytaxtı! Şərq ölkələrinin qapısı. 
Əsrlərdən səsi gələn diyar. Salam olsun bu 
torpaqda iz qoyub, ün salıb, ad çıxaran Fəriburz 
ibn Salar, Şeyx İbrahim Xəlilullah, Əmr Əsəddin 
Şirvani, Fərrux Yasar, Zəhirəddinə. 
Salam olsun mayası sözdən tutulan, söz-sədəf aşiqi  
Xaqani, İzzəddin, Fələki, Hadi, Şirvani, Nəsimi, 
Bədr Şirvani, Sabir, Səhhət ruhlarına. Şeiriyyət 
məmləkətinə, neçə-neçə sərkərdələrin ruhları 
pərvaz edən torpağa salam! 
Salam, Şirvan elinin ağsaqqallarına, 
ağbirçəklərinə! Salam olsun neçə-neçə dahilərin 
iz-ləpir salan, ayaqları dəyən  qayasına, daşına, 
Şamaxı! 
Saysız-hesabsız müqəddəs məkanların, imam, 
seyid, şeyxlərin, pirlərin məskəni Şamaxı! Şeyx 
Eyyub, Dədəgünəş, Mirmərdək, Diribaba  Pirsaat 
kimi müqəddəs pirlərin nuruna salam olsun! 
 
Qum olum, daş olum, Sarıtorpağa, 
Öləndə qibləyə, qoyun torpağa. 
Mən sənə qurbanam Pirsaat baba, 
Səcdəndə susmuşam, lalam, Şamaxı, 
Salam Şamaxı! 
Şamaxı torpağı çox şəxsiyyətlər, tanınmış simalar 
yetişdirmişdir. Adlarını çəkə bilmədiklərimin 
ruhları məni bağışlasınlar. 


23 
 
Salam, Şamaxı 
 
Üz tutub gedirəm Şirvana sarı, 
Dağların üstüylə dumana sarı, 
Şirvan əzəməti, dağlar vüqarı, 
Ucalıq zirvəsi – anam Şamaxı, 
Salam, Şamaxı! 
 
Yenə kövrəkləşib doldu gözlərim, 
Ağlama, de sənə noldu, gözlərim, 
Deyirsən, silinib yoldan izlərim? 
Səninçün cığıram, yolam, Şamaxı, 
Salam, Şamaxı! 
 
Nəsimi, Şirvani, Abbas Səhhəti, 
Xaqani, İzzəddin, Hadi, Fələki, 
Sabiri, Bədiri, saysan hələ ki… 
Neçə dahiləri olan  Şamaxı, 
Salam, Şamaxı! 
 
Şirvanın külü də közündən betər, 
İynəsi qılınctək, “biz”indən betər. 
Şirvanım, mən mənəm, özümdən betər, 
Balam da nökərin, qulun Şamaxı, 
Salam, Şamaxı! 
 


24 
 
Odum, ocağım, Sarıtorpağım, 
Səfalı oylağım, cənnətim, bağım. 
Ulular torpağım, səcdəgahım, 
Qarşında susaram, lalam, Şamaxı, 
Salam, Şamaxı! 
 
Mən salam aparan, salam gətirən, 
Bu dağlar qızıyam, yovşan, ətirəm. 
Nə həddim haqqı- sayın itirəm?! 
Mən qız əsgərinəm, balan, Şamaxı, 
Salam, Şamaxı! 


25 
 
Ana 
 
ġirvangöl üzündə küsməsin sonam. Həm sonam, həm 
anam, intizarımda. Darıxma. Gəlirəm, ay anam, 
gəlirəm. 
 
Başına dolanım, ay ana, sənin, 
Bəxti şaxta vurdu; cadar-cadardı. 
Sənə qəmlərimin hansından deyim? 
Baş alıb uzanır,  qatar-qatardı. 
 
Nisgilli gözünün baxışı şimşək, 
Həsrəti köksümü  dağlayır, Allah. 
O elə kədərli,  o elə kövrək
Hər gecə mənimçün ağlayır, Allah. 
 
Yollara baxışın düzübdü  anam, 
Qalıbmı, ay anam, yollarda izim? 
Alıb əllərimə başımı, Allah, 
Çatdırım haraya özümü-özüm? 
 
Mən uşaq olaram, sən də ki, kövrək, 
Sinənə sarılım, qoynuna dolum. 
Dara tellərimi, lay-lay deyərək, 
Ovundur yenə də, qurbanın olum. 
 
Başına dolanım, ay ana, sənin, 
Məndən uzaq düşüb saf məhəbbətin. 
Taledən inciyib, küsən Məryəmin, 
Ya da ki, könlünü al Mətanətin. 


26 
 
Ата 
 
Yuxuda nigaran idin, bilmədim nədən... 
 
Dan yerimi ağaran? 
Gördüm səni nigaran. 
Gördüm əsir düşmüsən, 
Bu doğrumu, ya yalan? 
 
Ata, bağrım yanıqdı, 
Yandı imanım, dinim. 
O qədər ağladım ki… 
Didim-didimdir dilim. 
 
Bu su, qüsl, bu surə, 
Əzan çəkim, yuyum. 
Səni öpmək istədim, 
Gördüm, çatmayır boyum. 
 
Rəsmin durur divarda, 
İyin çəkilib gedir. 
O çəkdiyin hasar da 
Gəl bax, tökülüb-gedir. 
 
Dan yerimi ağaran? 
Nigaran var, nigaran… 
Sənin  yatan bəxtini 
Bacarmadım oyadam. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə