Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   ...   23

27 
 
Ağlama,  anam 
 
Ağlama anam, ağlama, sən ağlasan GünəĢ batar. 
Ağlama, anam, ağlama, göz yaĢların bizi tutar. 
 
Batabatda bəxtim yatdı, 
Anam yazığı ağlatdı, 
Qaraçuxam gecə yatdı, 
Ağlama, anam, ağlama. 
 
Sünbülmüsən, süsənmisən, 
Bu necə dərddi düşmüsən? 
Qəmi mənlə bölüşmüsən, 
Ağlama, anam, ağlama. 
 
Lalə bağrı qan dedilər, 
Titrəşdikcə can dedilər, 
Mənə pərişan dedilər, 
Ağlama, anam, ağlama. 
 
Ləçək üstə arı imiş, 
Sevgi yolum yarı imiş, 
Bəxtim necə sarı imiş, 
Ağlama, anam, ağlama. 
 
Qəlbin başı söküldü, 
Qəm-qüssədən büküldü. 
Kipriklərin töküldü, 
Ağlama, anam, ağlama. 


28 
 
Ürək başı qəlpələnmiş, 
Ətrafına səpələnmiş, 
Göz yaşların ləpələnmiş 
Ağlama anam, ağlama. 
 
Çiçəklərin gözü nəmli
Ağlama, anam, ağlama. 
Pıçıldayıb belə qəmli, 
Ağlama, anam, ağlama. 
 


29 
 
Həyan 
 
Atamın başdaşı ucunda 
bir körpə uyuyur. 
Hər il əkdiyim qızılgül 
göyərmir quruyur. 
Hasara alınmış qəbir... 
İlahi, səbir, səbir! 
 
Bu uşaq bəlkə atama həyan? 
Bura ölüm qoxuyur hər an! 
Köhnə qəbirlər dözmür ovulur, 
İlahi, bu yekəlikdə qəbir, 
bu körpə qəbirlə ovunur. 
 
27.10.2010. 
Saat 21: 05. 
 
 


30 
 
Salam 
 
Ruhu bədənində çırpınanlara, 
Allahın yanında ucalanlara, 
Hörmətlə-izzətlə qocalanlara 
Salam! 
 
Sarsar rüzgarına yalvaranlara, 
Övladdan nəsibi olmayanlara, 
İzləri heç yerdə qalmayanlara 
Salam! 
 
Tövrata, İncilə, Zəbur, Qurana, 
Əzəmətli, qüdrətli Mövlana
13-cü imam Əz-Zamana 
Salam! 
 


31 
 
Tamilla 
 
Dodaqlar büzüm-büzüm, 
Kipriklər düzüm-düzüm, 
Sənə qurban olum özüm, 
Mənim Tamilla balam! 
 
Bu qız baldan şirinmiş, 
Ağzımdakı dilimmiş, 
Bağçamdakı gülümmüş, 
Mənim Tamilla balam! 
 
Qızıldan qolbaqları, 
Ləçəkdən dodaqları, 
Qərənfil yanaqları, 
Mənim Tamilla balam! 
 
Göydəki mələk imiş, 
Evimizə gərək imiş. 
Duz imiş, çörək imiş
Mənim Tamilla balam! 
 
Yuxu deyil, gerçəkmiş, 
Tellər ləçək-ləçəkmiş, 
Hamıdan göyçək imiş 
Mənim Tamilla balam! 
 


32 
 
Saçlarına gül düzən, 
Ya nərgizdi, ya süsən
Tez barışan, tez küsən, 
Mənim Tamilla balam! 
 
Görməyə gəl sən bizə, 
Möcüzədi, möcüzə! 
Şəfəq saçır evimizə, 
Mənim Tamilla balam! 
 
03.10.2010. 


33 
 
Balaca Əfsun 
 
– Qız, sənin adın nədi? 
– Mən balaca Əfsunam. 
– Deməli, sən sehrsən? 
– Hə, balaca ovsunam. 
 
– Əlindəki çiçəkdi, 
Teli ləçək-ləçəkdi. 
– Amma dədəm deyir ki, 
Əfsun ondan göyçəkdi! 
 
– Ən çox kimi sevirsən? 
– Sən atamı deyirsən. 
– Sonra kimi sevirsən? 
– Əgər düzünü desəm, 
Mənə noğul verərsən? 
 
– Ən çox noğulu sevdin? 
– Yox, atamı sevirəm. 
Şəkərim, deyir mənə, 
Mən noğulu neynirəm. 


34 
 
Çiçəyim 
 
Nar gülüm, nar çiçəyim, 
Nar dənəmsən, nar dənəm! 
Ay hamıdan göyçəyim, 
Bir dənəmsən, bir dənəm. 
 
Gülüşləri səpələnir, 
Gen, işıqlı otağında. 
Qığıltılar ləpələnir, 
Şəkər kimi dodağında. 
 
*** 
Gündüz Günəş, 
gecə “Ay”mış, 
Yatıb yuxuya dalmış, 
Allah, nə gözəl paymış! 
Mənim Tamilla qızım. 
 
Qışda bahara bənzər, 
Ağappaq qara bənzər
Bağçada nara bənzər 
Mənim Tamilla qızım. 
 
Nar gülüm, nar çiçəyim, 
Nar dənəmsən, nar dənəm! 
Ay hamıdan göyçəyim, 
Bir dənəmsən, bir dənəm. 
 
03.10.2010. 


35 
 
Göyə “fişəng”i atma 
 
Nəfəsi tər qoxulu, 
Cibdə nabat-noğulu. 
Bağçaya gedir hər gün
Əfsun tezdən yuxulu. 
 
Göyə “fişəng”i atma, 
Dəyər mənim “Ay”ıma. 
Nə çox baxdın, ay baba, 
Mənim ulduz payıma?! 
 
Bağçadan gələn kimi, 
“Bağçaya qaytar”- deyir. 
Ay ana, bəzənmişəm, 
Gəzməyə apar, -deyir. 
 
Deyir; – Vətən şeirini 
Gör necə deyirəm, mən. 
Vətəni, ata-anamı... 
Hamısını sevirəm, mən. 
 


36 
 
Ay adam 
 
Ey dünyaya gələn körpə, ayaqlarını yerə bərk bas. 
 
Ayaq açan körpənin 
əsən dizlərində təpərmi var? 
Bacarırsa durub gəzsin, 
qarşıda çəpərmi var? 
Ayaqların əsə-əsə, 
addımını qısa, kəsə 
vur yerə, gəz. 
Ay adam,... 
 
Hələ qönçə, 
hələ çiçək, 
nar dənəsi, 
Babasının, nənəsinin bir dənəsi
Ay dünyanın gül nəfəsi, gül körpəsi... 
Ay adam... 
 
Bu dünyaya baxışın 
başdan-başa naxışdı, 
Bu dünya yoxuşunda 
hələ yazdı, yağışdı, 
Kimlər gəlib bu dünyaya yığışdı?! 
Öncə Adəm, 
sonra Həvva, 
daha sonra biz gəldik, 
bu gün sən. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə