Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə9/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1142(1)

3. Menecmentin metodları
Müasir dövrün başlıca vəzifəsi ölkənin sosial – iqtisadi inkişafını sürətləndirməkdən, istehsalın hər tərəfli intensivliyini təmin etməklə cəmiyyətin iqtisadi potensialını möhkəmləndirməkdən ibarətdir. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakterindən, məzmunundan aslıdır.
Menecmentdə vəzifələrin həllinin müxtəlif formaları mövcuddur: idarəetmənin vəzifələrinin yerinə yetirilməsinin konkret metodları, idarəetmə proseslərinin modelləşdirilməsi, qərarların qəbulunda informasiya və texniki təminatın olması və s.
Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakterindən, məzmunundan aslıdır.
“ Metod ” yunan sözü olub, “ tədqiqat üsulu ” deməkdir. Metod istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir. Anlayış etibarıilə metod-fənd, üsul, və ya hər hansı idarəetmə, insan fəaliyyətinin fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı, hər hansı vəzifənin, tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi vasitəsidir.
İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur. Bu metodun başlıca rolu və məqsədi idarəetmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün, müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. Bütün idarəetmə metodlarının əsas vəzifəsi istehsalın səmərəliliyini yüksəltməkdə, idarəetmə komandalarının dürüst və vaxtında yerinə yetirilməsində maraq yaratmaq və onu inkişaf etdirməkdir.
İdarəetmədə bir çox metodlardan istifadə edilir. Onlar öz təbiətinə və tərkibinə, məzmununa, fəaliyyət dairəsinə, təsir mexanizminə, ayrı – ayrı idarəetmə münasibətlərinə, obyektinə birbaşa və dolayı təsirinə görə fərqlənirlər. Təsir mexanizminə və xarakterinə görə bilavasitə təsir göstərən və idarə etməyə dolayı təsir göstərən metodlara ayrılır. Bilavasitə təsir metodları aşağıdakı kimi təsnifləşdirilir:

  1. Mənəvi təsir metodları: a)siyasi təsir; b)sosial psixologiya.

  2. Maddi təsir metodları: a)iqtisadi; b)sosial təminat

  3. Hüquqi təsir metodları.

  4. Qismən təsir metodları.

  5. İnzibati təsir metodları: a)təşkilati; b) sərəncam.

Dolayı təsir metodlarına isə aşağıdakılar aiddir:



  1. Elmi, texniki, sosial və perspektiv inkişafın proqramlaşdırılması, onların xüsusi metodları.

  2. Tədqiqat və məlumat proseslərinin modernləşdirilməsi üçün kibernetik metodlar.

  3. İqtisadi həyatın təkrarlanan halları haqqında məlumatı yığmaq üçün statistik metodlar.

  4. Optimal idarəetmə qərarlarını sistem və qaydanın təhlili üçün riyazi metodlar.

  5. Optimal planlaşdırma,texniki – iqtisadi hesablama üçün riyazi metodlar.

  6. İqtisadi və təşkilati təhlil.

  7. Sosial məlumatların toplanması üçün konkret sosialoji tədqiqatlar metodları.

  8. Modernləşdirmənin qrafik, hesablama, nəzarət, uçot və proseslərin təhlili metodları.

İqtisadi metodların vəzifəsi, maraqların maddi həvəsləndirmə mexanizmi vasitəsilə mümkün qədər tam və dolğun uyğunlaşdırılmasındır. Bütün bu vəzifələri yerinə yetirmək üçün aşağıdakı həvəsləndirmə sistemindən geniş istifadə olunur.

  1. Planlaşdırma;

  2. Təsərrüfat hesabı;

  3. Əmək haqqı və mükafatlandırma;

  4. Mənfəət və rentabellik;

  5. Qiymət və kredit.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə