Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə8/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1142(1)

Əlavə məsuliyyətli cəmiyyət öz mahiyyətinə görə MMC - nin bütün ümumi qaydalarını özündə əks etdirən növlərindən biridir. Bu cəmiyyətin yeganə mühüm fərqləndirici xüsusiyyəti əlavə məsuliyyətli cəmiyyətin əmlakının çatışmaması üzündən kreditorların iddialarını ödəmək üçün cəmiyyətin işdirakçılarını birgə əmlak məsuliyyətinə cəlb etməlidirlər. Bu məsuliyyət bütün işdirakçılar üçün qoyduqları əmanətin bir neçə dəfə artırılması həcmində olur.
Səhmdar cəmiyyət Mülki məcəlləyə uyğun olaraq nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünən cəmiyyət səhmdar cəmiyyət adlanır. Səhmdar cəmiyyətin işdirakçıları onun öhdəliklərinə görə cavabdehlik daşımırlar və yalnız onlara məxsus olan səhmlərin dəyəri həcmindəki itkilərə görə risqə məruz qalırlar.
Səhmdar cəmiyyət açıq və qapalı tipli ola biliər. Açıq tipli səhmdar cəmiyyətlərdə digər səhmdarların razılığı olmadan işdirakçılar öz səhmlərini sata və ya başqasına verə bilərlər. Bu tip səhmdar cəmiyyətlərin səhm buraxmaq, ona açıq abunə yazılışı elan etmək hüququ var.
Qapalı tipli səhmdar cəmiyyətlərdə isə səhmlər yalnız onun təsisçiləri və ya əvvəlcədən müəyyən şəxslər arasında bölüşdürülür. Belə səhmdar cəmiyyətin səhmlərə açıq abunə yazılışı elan etmək və ya digər formada bu səhmləri qeyri -məhdud sayda adamlara təklif etmək hüququ yoxdur. Burdakı işdirakçıların sayı səhmdar cəmiyyətlər haqqında qanunla müəyyən edilmiş saydan çox ola bilməz. Əks halda o bir il ərzində açıq tipli səhmdar cəmiyyətə çevrilməlidir. Bu tələb yerinə yetirilməzsə, o ləğv edilə bilər.
Kiçik müəssisələr bir və ya bir neçə fəaliyyət növünü yerinə yetirərək xalq təsərrüfatının bütün sahələrində və sferalarında öz fəaliyyətlərini həyata keçirirlər. Lakin ayrı - ayrı fəaliyyət növləri yalnız dövlət müəssisələrində yerinə yetirilir və bir sıra əmtəələrin istehsalı yalnız xüsusi icazə (lisenziya) əsasında həyata keçirilir. Kiçik müəssisələr öz təsərrüfat fəaliyyətlərini həyata keçirməkdə, buraxılan məhsula sərancam verməkdə, vergilər və digər məcburi ödəmələri ödədikdən sonra yerdə qalan mənfəət məbləğinə sərəncam verməkdə müstəqildirlər.
Müasir dövrdə işgüzar təşkilatlarda idarəetmə funksiyasını yerinə yetirmək üçün idarəedici sistem - idarəetmə aparatı yaradılır. İstehsalın idarə edilməsi aparatının quruluşu dedikdə idarəetmə həlqələri və pillələrinin miqdarı, tərkibi, onların tabeçiliyi və qarşılıqlı əlaqəsi başa düşülür.
İdarəetmə aparatı quruluşundada əmək bölgüsü iadrəetmə sisteminin fəaliyyət göstərməsi və gələcək inkişafı prosesinə fəal surətdə təsir göstərir. İdarəetmə aparatının quruluşu nə qədər mükəmməl olarsa idarəetmənin istehsal prosesinə təsiri bir o qədər effektli, idarəetmə sisteminin fəaliyyət göstərməsi prosesi isə səmərəli olar.
İdarəetmə aparatının quruluşuna olan digər tələb onun operativ olmasıdır. Yəni idarəetmə aparatının quruluşu o dərəcədə sadə və çevik olmalıdır ki, bu və ya digər qərar qəbul edilməsindən onun reallaşdırılmasına qədər keçən dövrdə idarə olunan sistemdə müəyyən dəyişikliklər baş verərsə yeni qərarlar qəbul edilməsinə ehtiyyac qalmasın.
İstənilən ölkənin və idarəetmə aparatının başlıca vəzifəsi təsərrüfat mexanizmini vaxtında yenidən qurmaqdan, məhsuldar qüvvələrin inkişafında kəskin durğunluğa və iqtisadi tənəzzülə yol verməməkdən ibarətdir.
Menecerin əsas vəzifələrindən biri istehsal - təşkilati quruluşu yaratmaqdan ibarətdir. Müasir şəraitdə bu quruluşun formalaşması təşkilatın səmərəli fəaliyyət göstərməsini təmin edən müəyyən prinsiplər var ki, bunlar aşağıdakılardır:

  1. İstehsal - təşkilat quruluşlarının əsas və başlıca şərti təşkilatlara maksimum dərəcədə iqtisadi müstəqillik verilməsidir.

  2. Bu quruluşun formalaşmasının digər prinsiplərindən biri isə idarəetmə xərclərinin minimuma endirilməsidir.

  3. Sistemin yeniliklər qavraması (dərk etməsi) prinsipi.

  4. İstehsal - təşkilatı quruluşlara uyğunlaşmaq üçün ehtiyyatlar nəzərdə tutulmalıdır. Mühüm ehtiyyatlardan biri maliyyə ehtiyyatlarıdır.

  5. Sənaye bazarının konyukturası olduqca dinamikdir və o müəssisələrdən yüksək dərəcədə sürətlə hərəkət etməyi tələb edir.

  6. Bu quruluşun formalaşma prinsiplərindən biri də tədarüklərin minimuma endirilməsinə və qapalı istehsal sistemi yaratmağa çalışmaqdır.

  7. Digər mühüm bir prinsip isə bölmələrin iqtisadi fəaliyyətinə maksimum muxtariyyət verilməsidir.

İdarəetmə aparatının qurulmasının ən sadə və daha çox yayılmış növü xətti sistemdir. Xətti sistemdə hər bir kollektivin başında rəhbər durur və öz fəaliyyətində o yuxarı idarəetmə pilləsi rəhbərinə tabedir və onun sərəncamlarını yerinə yetirməyə borcludur.
Bir sıra müəssisələrdə isə idarəetmə aparatının qurulmasının funksional sistemi tədbiq edilir. İdarəetmə sistemində funksional həlqələrin yaradılması rəhbərləri bir çox xüsusi məsələlərin həll edilməsindən azad edir. Funksional bölmələr təcrübədə təlabata daha fəal reaksiya verir. Lakin funksional bölmə sərəncamçılıqda vahidliyi pozaraq qərarların qəbul edilməsində məsuliyyəti azaldır. Nəticədə xətti - funksional sistem meydana çıxır. Bu sistem qabaqkı hər iki sistemin müsbət cəhətlərini özündə birləşdirir. Bu sistem yuxarı orqanların sərəncam və göstərişlərinin tez həyata keçirilməsini təmin edir, həmçinin funksional bölmələr arasında aparılan əmək bölgüsü əsasında funksional bölmələrin formalaşmasını təmin edir.
Funksional vəzifələrin düzgün bölüşdürülməsi istənilən müəssisənin idarəetmə texnalogiyasının vacib elementidir. O idarəetmədəki həqiqiliyi təmin edir, idarəetmə aparatındakı nizam - intizamı gözləyir və işdəki məsulyyətsizliyi aradan qaldırır. Bölgü iki: funksiyaların xidmət bölmələri arasında və xidmət daxilindəki əməkdaşlar arasında bölüşdürülməsi istiqamətində həyata keçirilir.
Funksiyaların bölüşdürülməsini iki daha münasib üsulla yerinə yetirmək olar. Birinci üsulla yerinə yetirmə zamanı əvvəlcə xidmətlər müəyyən edilir və onlar üzrə funksiyalar bölüşdürülür, sonra isə funksiyalar xidmətlər daxilində bölüşdürülür. Yəni əvvəlcə idarəetmə aparatının strukduru müəyyənləşdirilir sonra isə funksiyalar bu strukturun bölmələri üzrə bölüşdürülür. İkinci üsulla funksiyalar vəzifələrin düzümü üzrə və sonra isə artıq mövcud olan vəzifələrdən xidmətlər yaradılması ilə formalaşdırılır.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə