Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri


Azərbaycanda Keçid İqtisadiyyatı şəraitində menecmentin formalaşmasının xüsusiyyətləri və istiqamətləri



Yüklə 1,56 Mb.
səhifə11/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1142(1)

5. Azərbaycanda Keçid İqtisadiyyatı şəraitində menecmentin formalaşmasının xüsusiyyətləri və istiqamətləri
Müasir nəzəri iqtisad elminin ən mürəkkəb problemlərindən biri cəmiyyətin iqtisadi cəhətdən yenidən qurulmasında keçid prosesinin obyektiv qanunauyğunluqları dərk olunaraq üzə çıxarılması və dərketmə prosesində düzgün yanaşma və metodlarının tədbiq edilməsidir. Iqtisadiyyatın bazar iqtisadiyyatı modelinin prinsiplərinə uyğun formalaşdırılması dövlətdən sistemli şəkildə çoxistiqamətli, köklü dəyişikliklərin həyata keçirilməsini tələb edir.
Hazırda Azərbaycan dövləti köhnə iqtisadi sistemin dağıdılması prosesinin az itki ilə başa çatmasını nəza­rəti altına alır və digər tərəfdən isə milli mənafe­lərimizə cavab verən yeni iqtisadi sistemin formalaş­ması prosesində fəal iştirak edir. Bazar iqtisadiyya­tında tətbiq olunan iqtisadi qanunlar artıq respubli­kada formalaşmaqdadır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun qarşısında duran başlıca vəzifə dünya dövlətlərinin inkişafında mütərəqqi meyllərə uyğun gələn, müxtəlif, bərabərhüquqlu mülkiyyət və təsərrüfatçılıq formaları və bazar münasibətlərinə əsaslanan əsl demokratik hüquqi dövlət qurmaqdan ibarətdi idi.
Azərbaycan vətəndaşlarının ümummilli lideri Cənab Heydər Əliyevin həyata keçirtdiyi məqsədyönlü daxili və xarici siyasət naticəsində ölkəmizin iqtisadiyyatı gündən - günə sürətlə inkişaf etmişdir. Bu, direktiv planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçən ölkədə liberal bazar qanunlarının ardıcıl tətbiqi sayəsində mümkün olmuşdur.
Belə qanunlardan biri də 1994 – cü il tarixli Azərbaycan Respublikasının prezidendi H. Əliyevin fərmanına əsasən yaradılmış “ Müəssisələr haqqında ” Azərbaycan respublikasının qanunudur ( Mülki Məcəllə ).Bu qanuna əsasən Müəssisənin idarə edilməsi, müəssisələrin ayrı - ayrı təşkilati - hüquqi formalarına dair Azərbaycan Respublikasının digər qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun həyata keçirilir.
Müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir.
Mülkiyyətçi müəssisənin idarəetməsini bilavasitə və ya müvəkkil etdiyi orqanlar vasitəsi ilə həyata keçirir.
Fərdi (ailə) və dövlət müəssisəsi istisna olmaqla, digər müəssisələrin idarə edilməsi payçıların ümumi yığıncağı (konfransı), idarə heyəti, səhmdar cəmiyyətində həm də nizamnamədə nəzərdə tutulduğu halda müşahidə şurası tərəfindən həyata keçirilir.
Fərdi (ailə) və dövlət müəssisəsinin idarə edilməsi bu Qanuna uyğun olaraq təsisçi tərəfindən müstəqil müəyyən olunur.

Artıq ölkədə bazar iqtisadi sisteminə aid olan kampanentlər yaranmışdır. Bazar iqtisadiyyatı şəraitində ölkənin həm istehsal, həm də qeyri - istehsal sahələrinin inkişafı və səmərəli fəaliyyət göstərməsi başqa bərabər şərtlər daxilində idarəetmədən də çox aslıdır.


Belə bir şəraitdə menecmentin iqtisadi mexanizmi, hüquqi tənzimlənməsi, metodları, funksiyaları, prinsipləri texnalogiyası barədə zəruri bilik, bacarıq və vərdişə malik təsərrüfat rəhbərlərinin hazırlanması birinci dərəcəli əhəmiyyət kəsb edən məsələyə çevrilir.
Bazar münasibətlərinin Azərbaycanda səmərəli yaradılması və formalaşması müasir idarəetmə münasibətləri ilə, iqtisadiyyatda idarəetmənin yüksəldilməsindən çox aslıdır. Məhz menecment, təşkilata iqtisadi proseslərin inteqrasiyasının və əlaqələndirilməsinin idarə edilməsini təmin edir.
Azərbaycanda menecment hələ formalaşmaqdadır, bu da ölkəmizdə gedən özəlləşdirmə prosesinin, sahibkarlığın yaradılmasının, özəl müəssisələrin formalaşması və genişlənməsinin və ümumiyyətlə iqtisadiyyatın yenidən qurulması proseslərinin nəticəsində baş verir. Lakin bu proseslərin özlərinin hələ tam başa çatmamasına görə menecment özü də tam mahiyyət etibarıilə fəaliyyət göstərmir və bu sahədə kadrların azlığı da menecmentin formalaşmasında və inkişafında ləngimələrə səbəb olur.
Azərbaycanda dövlət mülkiyyətinə əsaslanan müəsisələrin iki növü var:

  • əmlakı təmamilə dövlətə məxsus olan müəssisələr;

  • səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələr.

Ikinci müəssisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır və idarə edilir. Onun bütün əmlakı dövlətin mülkiyyəti hesab edilir. Bu, mülkiyyətçi tərəfindən ona təhkim edilmiş əmlak üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada və hüquqlar daxilində sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini icra edir.


Bu müəssisələr əmtəə istehsalçısıdır, məhsul istehsal edir və satır, müqavilələrə uyğun olaraq işlərini yerinə yetirir və tələb edilən xidmətləri göstərir. Bundan başqa, (sənayedə, kənd təsərrüfatında, tikintidə, rabitədə, elmdə və elmi xidmətdə, ticarətdə, maddi – texniki təchizatda, xidmət sahələrində və başqa sahələrdə) dövlət müəssisələri mal və xidmətlər istehsalı sahələrində fəaliyyət göstərməklə, bəzən bir neçə növ fəaliyyəti (aqrar – sənaye, sənaye - tikinti, ticarət – sənaye, elm istehsal və s.) həyata keçirə bilər.
Bazar iqtisadiyyatı şəraitində istehlakçının tələbləri istehsalçı müəssisə üçün sifariş növüdür. Bu tələblərin müəyyən edilmiş çeşidə uyğun olaraq, təmamilə və nəzərdə tutulmuş vaxtda tam ödənilməsi hər bir əmək kollektivinin fəaliyyətinin ali mənası və norması olub, onların işlərinin qiymətləndirilməsi meyarıdır.
Inkişaf etmiş ölkələrdə iqtisadi əsaslarada sahibkarlığın baxılmış formaları dövlət sektorudur, dövlət mülkiyyətinin tam və bir hissəsi olan istehsal, bazar xidmətləri və sosial infrastrukdur müxtəlif əsas müəssisə sahələrində birləşib. Başqa sözlə, dövlət sahibkarlığının miqyası müxtəlif ölkələrdə seçilən, öz xüsusi çəkisi ilə fərqlənən dövlət sektorunun həcmindən aslıdır.
Dövlət sahibkarlığının həyata keçirilməsində əsas rolu müəssisənin verilmiş sektoru oynayır. Məlumdur ki, sahibkarlığın əsas iqtisadi motivi gəlir əldə etməkdir. Bununla əlaqədar dövlət sahibkarlığında cəmiyyətin maraqlarını məmnun etmək üçün, cəmiyyət qarşısında dayanan sosial – iqtisadi məsələlərini həll edir və bunlardan irəli gələn öz fəaliyyətində kommersiya prinsipləri və gəlir əldə etmək məqsədi ilə həmin müəssisələr vasitəsi ilə reallaşdırılır. Son nəticədə bu müəssisələr üçün müəyyən edilmiş səviyyədə iqtisadi risq və cavabdehlik xarakterikdir və onlar müstəqil bazar subyektləri kimi fəaliyyət göstərirlər. Qeyd edilənlər onu göstərir ki, işgüzar aktivliyin digər subyektlərindən fərqli olaraq, dövlət sahibkarlıq fəaliyyətini yerinə yetirərək ikiqat rol oynayır. Birincisi, sahibkarlığın subyekti kimi o rəqabət və bazar qanunlarına uyğun olaraq fəliyyət göstərir . İkincisi, o tənzimləyici, idarəedici, istiqamətləndirici orqan kimi cəmiyyətin məqsədlərinə çatmaq üçün bu və ya digər formada iqtisadi prosesləri həyata keçirir. Bununla yanaşı, belə ikililik əkslik yaratmır, əksinə dialektik birlik yaradır, yəni bir tərəfdən müəssisəyə uyğun olaraq gəliri təmin edir, digər tərəfdən isə dövlət onların vasitəsi ilə öz sosial – iqtisadi siyasətini reallaşdırır.
Bu sahibkarlığın fərqli cəhətlərindən biri də onun fəaliyyəti ilə əlaqədardır. Dövlət sahibkarlığı iqtisadiyyatın elə sahələrində fəaliyyət göstərir ki, orda xüsusi sahibkarlığın fəaliyyət göstərməyə marağı yoxdur.
Dövlət sahibkarlığının inkişafı həmçinin əhəmiyyətli dərəcədə hissə - hissə respublikada xüsusi ilə 90 – cı illərdə xarakterik olan ağır iqtisadi böhran və hiperinfilyasiya ilə əlaqədar olan dövlət sahibkarlığının sərf edilmiş potensialının bərpa edilməsinə şərait yaratdı.
Dövlət müəssisələri üçün normal sahibkarlıq vasitələrinin yaradılmasında qanunvericilik bazasının səmərəli və çevik formalaşdırılması əsas rol oynadı. Bunun üçün Azərbaycanda təkcə lazım olan sənədləri qəbul etmək yox, həm də mövcud mülkiyyət haqqında qanunvericilikdə, sahibkarlıq fəaliyyətində, müəssisələrdə, səhmdar cəmiyyətlərdə və s. də müəyyən əlavələr və dəyişikliklər edilməlidir.
Bir çox qarışıq müəssisələrdə özəlləşdikdən sonra əvvəlki kimi səmərəli funksiyalaşmır. Belə vəziyyət hər şeydən əvvəl dövlət müəssisənin səmərəliliyinin yüksəldilməsi problemini qarşıya qoyur. Səmərəlilik dedikdə burada verilmiş müəssisədə maliyyə - iqtisadi nəticələrin və onların bazar şəraitinə adaptasiyasını nəzərdə tutulur.
Belə vəziyyət onu göstərir ki, respublikanın iqtisadiyyatında və gələcəkdə dövlət sahibkarlığının ölkənin biznes sistemində öz yerini tutması üçün lazımi şərait saxlanmalıdı. Bununla əlaqədar olaraq artıq bu gün biznes fəaliyyətinin metod və istiqamətlərinin, səmərəli formaları təyin edilməlidi, onun yenidən qurulması və rasional formada idarə ediməsində konkret, real tədbirlər görülməlidi.
Ye­ni iq­ti­sa­di mü­na­si­bət­lə­rə ke­çid qa­nu­na­uy­ğun ola­raq ço­xuk­lad­lı iqtisadiyya­tın ya­ra­dıl­ma­sı və mül­kiy­yə­tin çox­növ­lü­lü­yü əsa­sın­da iq­ti­sa­diy­ya­tın in­kişaf et­mə­si­ni, bu isə ilk növ­bə­də mül­kiy­yət mü­na­si­bət­lə­ri­nin ye­ni­dən qurulma­sı­nı tə­ləb edir.
Müəssisənin amalı:

  • Aid olduqları sənaye sahəsində ən çox hörmət olunan və cəlbedici şirkət olmaq, səhmdarlara, əməkdaşlara, partnyorlara, istehlakçılara və bütün cəmiyyətə mənfəət vermək;

  • Holsim şirkətinin Qafqaz ölkələri və Xəzər regionuna aid strategiyasının aparıcı elementi olmaq.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə