Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə6/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1142(1)

Korporativ ruh - təşkilat üzvləri arasında harmoniya böyük qüvvədir.

İnsani münasibətlər məktəbi. Iki alim - Meri Parker Follet və Elton Meyo bu məktəbin əsas nümayəndələridir. Əməyin motivasiyası, “insan amili” problemlərinə menecment nəzəriyyəçiləri XX əsrin 30 - cu illərində müraciət etdilər. Onların bəzilərinə əsasən sənaye istehsalının rasionallaşdırılması təşkilatın sosial cəhətdən təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə maddi amillər deyil və bundan başqa etik normalar və işçinin psixologiyası ilə sıx əlaqədardır. Bu zaman iqtisadiyyatın kütləvi istehsal və bölgü ehtiyyaclarına uyğun olaraq inzibati strukdurların dəyişilməsinə zərurət yarandı.
Sənayedə yeni idarəetmə formalarının və metodlarının tətbiqinin lideri daha sonra “ insani münasibətlər məktəbinin ” əsasını qoyan amerikan sosioloqu və psixoloqu Elton Meyo olmuşdur. Onun fikrincə əvvəlki idarəetmə metodları əməkdaşlığın deyil, maddi səmərəliliyin əldə olunmasına istiqamətlənmişdir. Bu məktəb menecmentdə yeni yanaşmanın, təşkilata “ sosial sistem ” kimi yanaşmanın tərafdarı idi. E.Meyonun əsas səyləri həm öz aralarında, həm də administrasiya ilə əməkdaşlığın təşkili vasitələrinin axtarışına yönəldilmişdi.
M.P.Follet kiçik qruplarda sosial münasibətləri öyrənmişdir. “Menecment bir elm kimi ” məqaləsində o menecmentə tələbin artmasının aşağıdakı amillərini fərqləndirmişdi:
- səmərəli menecment özündə təbiət resurslarını və sayılmış günləri əks etdirir;
- menecment: kəskin rəqabət; əmək resurslarının çatışmaması; insan münasibətlərinin daha geniş etik konsepsiyası; onun səmərəli yerinə yetirilməsinə məsuliyyət hissi ilə biznesin ictimai xidməti kimi, dərk olunması ilə şərtlənir.
Davranış qaydaları haqqında elmi məktəb - bu məktəb şəxslərarası münasibətlərin yaradılması metodlarında diqqəti cəmləşdirməklə, insan münasibətləri məktəbindən çox uzaqlaşmışdır. Yeni yanaşma daha çox təşkilatın qurulması və idarəedilməsinə davranış elmləri konsepsiyasının tədbiqinə, əsasən də işçiyə öz xüsusi imkakanlarının dərk edilməsində kömək etməyə can atırdı. Bu məktəbin əsas məqsədi insan ehtiyyatlarının səmərəliliyinin artırılması hesabına təşkilatın səmərəliliyinin artırılmasıdır.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə