Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri


Menecmentin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri



Yüklə 1,56 Mb.
səhifə2/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1142(1)

1. Menecmentin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri

Menecment (ingilis sözüdür, “management” sözündən götürülüb idarəçilik; nəzarət; bacarıq; qabiliyyət; müəssəyə rəhbərlik mənalarında işlədilir) ­­­­­­­­­­­­­­­- bu istehsalın və ya ticarətin idarəedilməsi; gəlirlərin artırılması və istehsalın səviyyəsinin yüksəldilməsi məqsədi ilə işlənib hazırlanmış və inkişaf etdirilmiş idarəetmənin formalarının, prinsiplərinin, üsullarının, metodlarının məcmusudur.


Menecment termini hərdən idarəetmə ilə eyni mənada işlədilsə də bunlar bir - birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir və demək olar ki, bütün sahələrdə işlədilə bilər, lakin menecment isə idarəetmənin bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir.
Bazar iqtisadiyyatı planlı təsərrüfata nisbətən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəsislərə qarşı daha yüksək olur. Çünki bazarın təlabatına cavab verən, istehlakçıları özünə geniş cəlb edən, yeni texniki - iqtisadi xüsusiyyətlərə malik orijinal əmtəələrin istehsalı səmərəli strategiyanın işlədilməsi və tətbiqini tələb edir ki, bu da firmanın ali rəhbərliyinin funksiyasına daxildir. Bu keyfiyyətlər də yalnız o idarəedicilərdə olur ki, onlar idarəetmənin metod və funksiyaları, onun iqtisadi mexanizmini, yeniçilik barədə zəruri biliklərə malik olsunlar, birgə əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər.
İdarəetmənin təşkilati - sərəncam, iqtisadi, sosial - psixoloji metodlarını, qiymət siyasətini və onun məqsədlərini, idarəetmənin marketinq, nəzarət, planlaşdırma, təşkil, tənzimləmə kimi funksiyalari geniş təhlil olunur.
Menecmentin mahiyyəti müəsisənin (firmanın) malik olduğu resurslardan səmərəli istifadə etməklə daha yüksək gəlir əldə etməkdir. Qədim filosoflar belə hesab edirdilər ki, cəmiyyətin yoxsul vəziyyətdə yaşamasının əsas səbəbi ədalətli idarəetmənin olmamasıdır. Səmərəli və ədalətli idarəetmənin xarakterik xüsusiyyətləri və prinsipləri bir çox dahi şəxsləri düşündürmüşdü. İdarəetməyə proses kimi yanaşılması və insanların birgə həyat fəaliyyətində ümumi məqsədlərə nail olma ehtiyyacı isə hələ antik dövrdə yaranmışdı. Məsələn, Platon idarəetməyə insanların ümumi qidalanması elmi kimi baxır və sübut edirdi ki, idarəetmə üzrə fəaliyyyət cəmiyyətin həyat təminatı sisteminin əsas elementidir. O, göstərirdi ki, müdrik idarəetmə, düşünülmüş qanunlar əsasında olmalıdır.
Aristotel ev təsərrüfatının öyrənilməsinin əsaslarını qoymuşdur. Onun fikrincə bu “ ağalıq elmi ” çərçivəsində işlənib hazırlanaraq quldarlara qullarla rəftar etmək sənətini öyrədirdi. Onun fikrincə bu iş həddən artıq əziyyətlidir. Kimsə bu əziyyətdən uzaqlaşmaq istəyirsə o, özü qulları idarə etməklə bağlı siyasət və fəlsəfə ilə məşğul olmalıdır. Quldarlıq dövründə təhrik etmə metodları və əməyə sövq etmənin başlıca vasitəsi kimi cəzalandırma qorxusu xarakterik idi. Zaman keçdikcə ictimai istehsalın inkişafı ilə əlaqədar olaraq məcburi əmək özünün qeyri - effektivliyini qabarıq şəkildə göstərməyə başladı.
Sənayenin miqyasının genişləndirilməsi, əmək məhsuldalığının artırılmasının ilkin tarixi şərti, həmçinin kapitalizm cəmiyyətində istehsalın sənayeləşməsinin daha da güclənməsi, idarəetmənin spesifik formalarına və iri müəssisələrdə işçilər üzərində nəzarətə ehtiyyac duyulurdu. Bu şəraitdə idarəetmə məhsuldar fəaliyyətin xüsusiyyətlərini əldə etdi ki, ondan kənarda ictimai istehsal fəaliyyətinin müəyyən dərəcədə ləğv edilməsi praktiki olaraq qeyri - mümkündür.
İdarəetmənin sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin inkişafının, onun əsasını təşkil edən elmi - texniki inqilabın təsiri böyük olmuşdur. Elmi - texniki inqlab istehsalda, onun idarə edilməsində yeni əmək intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb edirdi, bununla da sahibkarlar öz səlahiyyətlərinin bir hissəsini iadrəetmə heyyətinin yüksək səviyyəli, ixtisaslaşmış muzdlu işçilərinə - menecerlərə verməyə başladılar. Sosial - iqtisadi proseslərin təşkil edilməsi və idarə edilməsi sferasının peşəkarları kimi menecerlər müəsisədə sahibkarın istəyinin bələdçisi və icraçısı kimi çıxış edirdilər.
Bazar iqtisadiyyatının meydana gəlməsi və təkmilləşdirilməsi müəssisələri daha uğurla idarə etmək üçün daha yaxşı məlumatlandırılmış yaradıcı idarəedicilərin fəaliyyətində bir zəruriyyətə çevrildi. Müasir rəqabət və dəyişkən xarici mühitdə menecerlər resurslardan daha yaxşı istifadə edilməsi sahəsində bilik sisteminin daşıyıcılarıdır.
Rəqabətlə dəyişkən xarici mühitdə insanlar öz şəxsi mənafeləri haqqında düşünməyə və istənilən rasional inzibati sistemə uyğunlaşmağa başladılar.
Beləliklə, istehsalın sənayecə təşkili ilə yanaşı bazar münasibətlərinin inkişafını nəzərdə tutan formalaşmış, yetkin bazar menecmentinin yaranmasının ilkin mühüm şərtidir.
Artıq XІX əsrin birinci yarısında iqtisadçılar kapitalist istehsalında və onun səmərəli təşkilində idarəedici rolunun əhəmiyyətini başa düşməyə başladılar. 1935 - ci ildə İngilis iqtisadçısı S.Nyumen qeyd edirdi ki: “ Hal - hazırda bir insanın çox az malik olduğu keyfiyyətlərin kombinasiyasına malik yaxşı sahibkarlar lazımdır. O, qabaqgörən və hesab qabiliyyətlərinə malik olmalıdır ki, onun nəzərdə tutduğu ideyaları planlaşdıra bilsin. O,eyni zamanda planlarının reallaşdırılması üçün qətiyyət və inadkarlığa malik olmalıdır.Çox hallarda o insanların səylərininin idarəedilməsi və koordinasiyası üçün tələb olunur və bu tapşırığın icrası xarakterin qətiyyəti və tarazlıq üçün lazımdır.Bundan başqa istehsalın müxtəlif sahələrini uğurla idarə etmək üçün bütövlükdə dünya haqqında müxtəlif əmək və məşğuliyyətlər haqqında dəqiq biliklər lazımdır”.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə