Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri


Menecmentin növləri. Maliyyə, İstehsal, İnnovasiya və Kreativ menecmentləri



Yüklə 1,56 Mb.
səhifə10/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1142(1)

4. Menecmentin növləri. Maliyyə, İstehsal, İnnovasiya və Kreativ menecmentləri

Menecment demək olar ki, bütövlükdə təşkilata daxil olaraq, onun bütün fəaliyyət sferalarına praktiki olaraq toxunur. Buna baxmayaraq menecmentin məzmunundan ibarət olan, həmçinin onu ayrıca formalara bölən, çoxsahəli qarşılıqlı təsirini və təşkilinin fəaliyyətinin sərhədlərini dəqiq təyin etmək olar.


Maliyyə menecmenti - bu maliyyənin idarə edilməsində səmərəli, davamlı və etibarlı kompleks bir sistemdir. O özünə maliyyə göstəricilərinin elmi yanaşma qaydası ilə planlaşmasını və formalaşmasını, menecmentin prinsiplərini, məxaricin və mədaxilin balansını, resursların istifadə edilməsinin səmərəliliyinin göstəricilərini, işin və əmtəənin rentabelliyini daxil edir.
Maliyyə menecmenti həm biznes sferasında qarşısına gəlir gətirməyi, məqsəd qoyan həm də belə bir məqsəd olmayan fəaliyyət növləri üzrə maliyyə və ümum iqtisadi xarakterli müxtəlif maliyyə əməlyatlarının idarə edilməsini özündə birləşdirir. Demək olar ki, maliyyə menecmenti həmişə müəsisənin məqsədi ilə onun reallaşdırılmasının maliyyə imkanları arasında meydana çıxan ziddiyyətləri həll edir.
Maliyyə menecmenti və xərc menecmentləri terminləri çox vaxt eyni mənalı sözlər kimi istifadə edilir. Ancaq bunu öyrənməyin məqsədi, maliyyə menecmentinin çox dar formada təyin edilib, əsasən büdcə tsiklinin aşağı istiqamətə doğru olan dövrü ərzində problemllərin cəlb edilməsi və xərc menecmentinin daha çox istifadə edilməsidir.
Xərc menecmentinin geniş məqsədləri fisqal qanunun yerinə yetirilməsidir, ehtiyyaclara görə resursları bölüşdürmək dövlət siyasətinin prioritetlərini əks etdirir və ictimai xidməti səmərəli və effektiv həyata keçirir.
İctimai xərc menecmentinə dövlətin büdcə proseslərinin bütün kompanentləri– hər iki “ axına qarşı ”( hazırlıq və proqramlaşdırma) və “ axınla üzü aşağı ” (icra etmə, mühasibat uçotu, idarəetmə, hesabat, monitorinq və qiymətləndirmə) daxil edilir. Bunlara aşağıdakı leqal və təşkilati quruluş və konstruksiyalar daxildir:

  • Xərclərin və gəlirlərin proqnozu.

  • Təşkilati xərclərin orta – müddətdə qısaca ifadə edilməsi.

  • Büdcənin hazırlanması.

  • Xərclərə nəzarət və nağd pulun idarə edilməsi.

  • Auditlərin və daxili idarə etmənin yerinə yetirilməsi.

  • Mühasibat uçotu və hesabat.

  • Ictimai əmtəənin, xidmətlər və əmlakın idarə edilməsinin təmin edilməsi.

  • Cərimənin və verginin məbləğinin təyin edlməsi.

  • Xarici auditin aparılması.

  • Qanunverici və başqa orqanlar tərəfindən diqqətsizliyin təmin edilməsi.

İstehsal menecmenti - bu rəqabətli bazarda istehsal olunmuş məhsulun rəqabətə davamlılığını təmin edən kompleks bir sistemdir. O özünə istehsal və təşkilati strukdurların yaradılmasını, təşkilatın seçimilməsi - istehsalın idarə edilməsinin hüquqi formasını, əvvəlki həyat tsikli mərhələsinə uyğun olaraq əmtəənin satışı və davamlı xidməti.
İnnovasiya menecmenti - bu investisiyaların idarə edilməsi, bütün növ innovasiyanın inkişafı üçün mülkiyyətçilər tərəfindən qoyulmuş kompleks bir sistemdir. O özünə təşkilatı strukdurların qurulması, innovasiyanın istiqamətinin seçilməsi, investisiyaların optimallaşdırılması, kadrlarla idarəetmənin müxtəlif aspektlərini daxil edir.
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və “ öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar ”.
Kreativ menecmenti - bu günün və gələcəyin menecmentidir. Hər şeydən əvvəl müntəzəm yeniliklər və yaradıcılıq fəaliyyətinə əsaslanmış idarəetmədir. Bütövlükdə menecmentin və onun ayrı - ayrı sahələrindəki yaradıcılığın kreativ fəaliyyətin idarə olunması mühüm yer tutur. Kreativ fəaliyyət təkcə texniki və texnoloji yeniliklərin alınması ilə əlaqədar fəaliyyət deyil, həm də firmanın fəaliyyətini səmərələşdirmək məqsədilə aparılan yaradıcılıq işləridə də daxildir. Kreativ menecmentin birinci funksiyası kompleks sistemli təhlilə əsasən firmanın mövcud şəraitdə inkişafı ilə əlaqədar olan problemləri müəyyən etməkdən ibarətdir.
İşçilər üçün yaradıcılıq şəraiti olan firmalarda menecmentin diqqət mərkəzində yeni ideya və təkliflərin qiymətləndirilməsi və mükafatlandırılması durur.
Menecmentin xüsusi formalarından başqa hal - hazırda digər formaları da işlənib - hazırlanır. Məsələn:

  • Sosial sferada menecment;

  • Bank menecmenti;

  • Vergi menecmenti;

  • Təşkilati menecment;

  • Beynəlxalq menecment və s.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə