Baki avrasiya universiteti Fakultə: Tərcümə Qrup: B06NEe18/03 Ad: Röya Soyad



Yüklə 189,27 Kb.
tarix27.12.2023
ölçüsü189,27 Kb.
#163999
Röya mekan ve zaman


BAKI AVRASİYA UNİVERSİTETİ



Fakultə: Tərcümə
Qrup: B06NEe18/03
Ad: Röya
Soyad: Qasımova
MƏKAN VƏ ZAMAN



Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını tətbiq etmək mümkündür. Cisimlərin malik olduğu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Obyekt və proseslərin sürəkliyi və onlar arasında «gec», «tez» qəbildən olan münasibətlər zaman kateqoriyasının mahiyyətini təşkil edir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır.
Məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna məlik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Məkan anlayışı filosoflar tərəfindən müxtəlif şəkildə başa düşülürdü:
  • mütləq (absolyut) ölçü (boy, uzunluq, en); bütün cisimləri özündə yerləşdirən və onlardan asılı olmayan boşluq (Demokrit, Epikur, Nyuton və b.);
  • materiyanın və efirin ölçüsü (Aristotel, İbn Sina, Dekart, Spinoza) və yaxud materiyanın varlıq forması (Holbax, Engels);
  • obyektlərin mövcudluq və qarşılıqlı düzülüş qaydası (Leybnis);
  • duyğuların və təcrübənin verdiyi məlumatlann kompleksi (Berkli, Max) və yaxud hissi müşahidənin aprior forması (Kant).


Zaman – cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan – zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluluğunun vəhdətindən, məcmusundan yaranır. Zaman qayıtmazdır. Zamanın bir ölçüsü vardır: - keçmışdən gələcəyə doğru istiqamət.
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər.
Bütün hadisələr bizə müəyyən sıra ilə göstərildiyi üçün zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, bir xizəkçi həmişə dağdan aşağı doğru sürüşür, yuxarı doğru sürüşmür və ya su damlası su yığınından yuxarı doğru qalxmır, həmişə aşağı doğru düşür. Bu vəziyyətdə xizəkçinin yuxarıdakı vəziyyəti keçmiş, aşağıya çatdığı vəziyyəti isə gələcəkdir. Halbuki əgər yaddaşımızdakı məlumatlar, bir filmin əvvələ yığılması kimi tərsinə doğru göstərilsə, bizim üçün gələcək, yəni aşağıdakı vəziyyəti keçmiş, yuxarıdakı vəziyyəti isə gələcək olar.
Beynimiz müəyyən sıralama üsuluna görə işlədiyi üçün dünyamız hal-hazırda yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizdə verilən qərardır və bu səbəbdən tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı da hazırkı nizamdan fərqli şəkildə yaşayarıq.
Gərçəkdə isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir.
Ümumi Nisbilik Nəzəriyyəsinə görə, "zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur." Yuxularımız, zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxumuzda günlərlə davam etdiyini düşündüyümüz hadisələr yaşadığımız halda, əslində yalnız bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən yuxu görürük. Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa hiss etmələri də bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insan üçün, bir saat bir neçə saat keçmiş kimi uzun gələ bilər. Ancaq eyni insan çox zövq aldığı bir iş görərkən, bir saatın necə keçdiyindən heç xəbəri olmaya bilər. Ümumi Nisbilik Nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.

(Albert Einstein‎ 1879-1955)
Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və Dünyada qalan oğlu üçün də düşünülə bilər. Eynşteynə görə "Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq.
Zamanın nisbi olması, saatın yavaşlaması və ya sürətlənməsi demək deyil, bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə fəaliyyət göstərməsi mənasına gəlir. Zamanın qısaldığı mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyinin fəaliyyəti daha ağır işləyir. Bu halda insan zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirir.
Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi və dərin riyazi xarakter daşıyan bu gerçəyin təbii ki, elmi deyil, hissi mənada Quranda izləri var. Oxşar, amma elmi səviyyədə fikirlər orta əsrlər islam filosoflarının əsərlərində inkişaf etdirilmişdir.
Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir. Dedi ki: "İl sayı olaraq yer üzündə nə qədər qaldınız?" Dedilər ki: "Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş." Dedi ki: "Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz." (Muminun Surəsi, 112-114)
Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə keçdiyi xəbər verilir. Məsələn Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu ifadə edilir. (Həcc Surəsi, 47) Bu mövzu ilə əlaqədar digər ayələr belədir:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə ona doğru yüksələr. (Səcdə Surəsi, 5).
Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər.
Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər. Obyektiv zamanın təsviri belə olan halda yaddaşa, təhlükəsizliyə və ardıcıllığa əsaslanan bir identifikasiyaya gətirilir. Bu baxış keçmişdə Kant və orta şərq alimlərinin tərəfindən uzun müddət öyrədilmişdir.
Məkanı maddi predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış subsansional konsepsiya adlanır. Bu konsepsiya sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona görə, məkan – zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir. Bu konsepsiyanın əksinə olaraq Liybenits məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Bu konsepsiya öz başlanğıcını Aristotelin məkan və zaman təlimindən götürür.
Məkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Məkan və zaman kateqoriyaları vasitəsi ilə dünya insan təfəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur. İnsanın gündəlik həyatında, ictimai ptaktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları vasıtəsi ilə təzahür etdirir. Məkan və zaman kateqoriyalarının varlğın zahiri xarakteristikaları olması o deməkdir ki, bu kateqoriyaların məzmunu materiyanın strükturluğuna və keyfiyyət fərqlərinə münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın dünyaya nüfuz etməsinin elə səviyyəsi əks olunur ki, həmin səviyyədə predmet və hadisələr arasındakı yalnız kəmiyyət fərqləri və münasibətləri təzahür edir, yəni varlıq özünü kəmiyyət baxımından diferensasiya edərək fərdiləşdirid. Məkan və zaman materiyanın müxtəlif strüktur təşkili səviyyələrinə münasibətdə neytral qalmalıdır. Nisbilik nəzəriyyəsinə görə predmetlərin hərəkət istiqamətindəki ölçüsü və hadisələrin baş vermə müddəti onların yerləşdiyi hesablama sisteminin nisbi hərəkət sürətindən asılıdır.
Beləliklə, hər bir indi mövcud olan meydana gələn kimi də keçmişdə yox olur və indiki olmur. Gələcək yaxınlaşaraq indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə çevrilməsidir. Keçmiş ölüb keçsə də indidə yaşayır.
Zamanın daxilən ziddiyyətli olması haqqında hələ Bibliyada yazılmışdır:
«Hər Şeyin Öz Vaxtı Var Və Hər Şeyin Vaxtı Da Göyün Altındadır: Doğulma Vaxtı, Ölmək Vaxtı; Əkmək Vaxtı, Əkiləni Yığmaq Vaxtı; Dağıtmaq Vaxtı, Qurmaq Vaxtı; Ağlamaq Vaxtı, Gülmək Vaxtı; Gileylənmək Vaxtı, Rəqs Etmək Vaxtı; Daş Atmaq Vaxtı, Daşı Yığmaq Vaxtı….»
Yüklə 189,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə