Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə1/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
  1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1142(1)


Plan:


  1. Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri

  2. Menecmentin təşkilinin formaları və quruluşları

  3. Menecmentin metodları

  4. Menecmentin növləri. Maliyyə, İstehsal, İnnovasiya və kreativ menecmentləri

  5. Azərbaycanda Keçid İqtisadiyyatı şəraitində menecmentin formalaşmasının xüsusiyyətləri və istiqamətləri


Menecmentin mahiyyəti və prinsipləri

Giriş

Qloballaşan dövrdə dünyada gözlənilməyən dəyişikliklər baş verir və ildırım sürəti ilə çoxlu sayda ölkələrə yayılır. Bütün ölkələrə xas olan həm bu vəziyyət, həm də Azərbaycanın bir iqtisadi sistemdən digərinə keçməklə bağlı işgüzar təşkilatın daxili və xarici mühitini daha da qeyri - stabil vəziyyətə salmışdır.


Hal - hazırda istehsalın və xidmətin keyfiyyətinin, effektivliyinin əhəmiyyətli dərəcədə aslı olduğu çoxşaxəli fəaliyyət sahəsi olan menecment kimi ikinci bir sahəni göstərmək çətindir.
Qərb ölkələrində insanların sənaye, ticarət, kənd təsərrüfatı və s. sahələrinin idarə edilməsində bilavasitə fəaliyyətinin nəticəsi olaraq idarəetmə sahəsində əhəmiyyətli dərəcədə təcrübə toplanmışdır. Bu idarəetmə elminin əsasının öyrənilməsi, iqtisadi və sosial proseslərin təşkilinin dünyadakı nəaliyyəti ilə zənginləşmişdir.
Dəyişən şəraitdən, istehsalın miqyasından, yeni texnika və texnalogiyanın tədbiqindən aslı olaraq idarəetmə sistemi daimi olaraq təkmilləşir. Bu yalnız idarəetmənin təşkilati quruculuğunun təkmilləşməsi deyil, yeni idarəetmə üsullarının yaradılmasını, idarəetmənin prinsiplərinin, funksiyalarının, metodlarının qarşılıqlı əlaqəli şəkildə istehsalın idarə edilməsinə düzgün tədbiqini nəzərdə tutur.
Menecmenti ( idarəetməni ) - qədim incəsənət və ən yeni elm adlandırırlar. Menecment elminin yaranmasında və inkişaf etdirilməsində “elmi menecment”, “insani münasibətlər”, “empirik”, “sosial sistemləri” və idarəetmənin “yeni” məktəbinin nümayəndələrinin hər birinin inkaredilməz rolu olmuşdur.
Beləliklə biz gündəlik həyatda tez - tez rast gəldiyimiz menecmentin nə olduğunu aydınlaşdırmağa çalışacağıq.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə