Dos. N. Z.Çələbiyev II mövzu: Fəaliyyət və ünsiyyətin psixoloji səciyyəsi. Plan: 1



Yüklə 134,11 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü134,11 Kb.
#2905


 



  dos .N.Z.Çələbiyev 



II MÖVZU:    Fəaliyyət və ünsiyyətin  psixoloji səciyyəsi. 

Plan: 

1.

 

Psixologiyada  fəaliyyət  haqqında  anlayış.  Fəaliyyət  insanın  dərk  olunmuş  məqsədi  ilə  tənzim 

olunan fəallığı kimi. 

2.

 

Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəyi kimi. 

3.

 

Fəaliyyətin strukturu. İş və hərəkətlər. Vərdişlər, bacarıqlar və adətlər. Fəaliyyətin əsas növləri: 

oyun, təlim, əmək. 

4.

 

Ünsiyyət haqqında anlayış.Ünsiyyətin məzmunu, məqsədi, vasitələri və növləri. 

5.

 

Ünsiyyətin funksiyaları. 

6.

 

Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu 

Ədəbiyyat: 

1.

 



Ümumi psixologiya ( V.A.Petrovskinin red. Ilə). B., “Maarif”, 1982 

2.

 



Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B. “Çinar-çap”, 2002 

3.

 



A.N.Leontyev. Деятельность, Сознание, Личность. М., 1975 

4.

 



В.А.Крутецкий. Психология. М., Просвещение; 1981 

5.

 



А.Н.Леонтьев. Проблемы развития психики. М., 1981. 

6.

 



R.İ.Əliyev. Psixologiya. B., “Nərgiz”, 2008 

 

Canlı  orqanizmlər  öz  həyatını  təmin  etmək  üçün  müxtəlif  fəallıq  formalarına  malik  olurlar.  Biososial 



varlıq  olmaq  etibarilə  insan  da  istisna  təşkil  etmir.  İstər  təbii  və  mədəni,  istər  maddi  və  mənəvi,  şəxsi  və  ya 

ictimai  münasibətlər sistemində və istehsalatda bir orqanizm,  fərd və şəxsiyyət  kimi  təşəkkülünü,  yaşamasını 

təmin edən müxtəlif fəallıq formalarını doğurur. Qeyd etmək lazımdır ki, insanların tələbatlara münasibəti lap 

əvvəldən  heyvanlarınkından  fərqlənir.  Heyvanların  davranışı  həmişə  bu  və  ya  dicər  tələbatın  ödənilməsinə 

yönəlir. İnsan da isə bu tamamilə başqa cür təşkil olunmuşdur. Artıq stulda oturub qaşıqla yemək yeyən uşağın 

hərəkətlərini bütövlükdə heyvanların təbii tələbatları ilə bir sıraya qoymaq olmaz. Burada qaşıq və stul təlabatı 

ödəmək üçün kafi deyil, lakin zəruridir. Uşağın  bu  yolla mənimsədiyi  mədəni  davranış  formaları cəmiyyətdə 

insanların  istifadə  etdiyi  fəaliyyət  üsullarıdır.  Valideyinlər  və  tərbiyəçilər  yaxşı  bilirlər  ki,  uşaqlarda  belə 

mədəni  davranış  formalarını  yaratmaq  heç  də  asan  olmur.  Uşaq  hələlik  əşyalarla  mədəni  davranmağı,  onlarla 

insana məxsustərzdə rəftar etməyi bacarmır.  

 

Heyvanların  davranışı  bütövlükdə  ətraf  mühitlə,  insanalrın  davranışı  isə  lap  kiçik  yaşlarından  bütün 



bəşəriyyətin təcrübəsi və cəmiyyətin tələbləri ilə şərtlənir.  

 

İnsanlarda davranışın bu tipi o qədər özünəməxsus cəhətlərə malikdir ki, psixologiyada onu ifadə etmək 



üçün xüsusi bir termindən- fəaliyyət anlayışından istifadə olunur.  

Psixologiyada fəaliyyətə belə bir tərif verilir:  

“İnsanın  dərk  olunmuş  məqsədi  ilə  tənzim  olunan  xarici  (fiziki)  və  daxili  (  psixi)  fəallığı  fəaliyyət  adlanır. 

Fəaliyyətin bir sıra fərqləndirici əlamətləri vardır.  




 

1.



 

Fəaliyyətin  məzmunu  bütövlükdə  onu  doğuran  tələbatlarla  müəyyən  edilir.  Bu  zaman  motiv  rolunu 

oynayan tələbat fəaliyyətə təkan verir, ona stimul yaradır.  

2.

 



Fəaliyyətin məzmunu bütövlükdə tələbatlarla deyil, məqsəd və istəklə müəyyən edilir.  

Deməli  tələbatlar  fəallığın,  əsas  mənbəyidir.  İnsanların  hərəkətlərini,  fəallıq  formalarını  ixtiyari  və 

qeyri-ixtiyari olmaqla iki əsas qrupa ayırmaq olar.  

İxtiyari  hərəkətlər  kifayət  qədər  dərk  olunmuş,  düşüncəli  və  məqsədəyönəlmiş  hərəkətlərdir.  Qeyri-

ixtiyari  hərəkətlər  isə  kifayət  qədər  dərk  olunmamış  nəticəsi  əvvəlcədən  təsəvvür  edilməyən  impulsiv 

hərəkətlərdir.  Fəaliyyətin  dərkolunma  səviyyəsindən  asılı  olaraq  məqsədin  dərk  olunması  əsas  məsələdir. 

Həmin əlamət mövcud olmadıqda, insana məxsus fəaliyyətdə mövcud ola bilməz.  

Fəaliyyətdən  fərqli  olaraq  impulsiv  hərəkətlər  bilavasitə  təlabatlar  və  emosiyalarla  idarə  olunur.  Belə 

davranış  çox  vaxt  fərdin  affektlərini  və  həvəslərini  ifadə  edir,  ona  görə  də  çox  vaxt  cəmiyyətə  zidd  eqoistik 

xarakter  daşıyır.  Məsələn  gözlərini  qəzəb  tutmuş  adamın  impulsiv  hərəkətlərini  buna  misal  göstərmək  olar. 

Qeyd  etmək  lazımdır  ki,  impulsiv  davranış  heç  də  şuursuz  davranış  deyildir.  Sadəcə  olaraq  burada  davranış 

ictimai motivlə deyil, şəxsi motivlə tənzim edilir.  

Fəaliyyət gercəkliyə, ətraf xarici aləmə elə fəal yanaşma formasıdır ki, onun vasitəsilə insanda onu əhatə 

edən aləm  arasında  real  əlaqə  yaranır.  Fəaliyyət  vasitəsilə  insan təbiətə, şeylərə  başqa adamlara təsir göstərir. 

Fəaliyyətin mürəkkəb daxili strukturu vardır. Onun strukturunda iş və hərəkətlər, əməliyyatlar mühüm yer tutur. 

İstənilən  fəaliyyət  növü  hərəkətlərlə  bağlıdır.  Hərəkət  canlı  orqanizmlərin  fizioloji  funksiyalarından  biridir. 

Hərəki  və  ya    motor  funksiya    insanda  çox  erkən  meydana  gəlir.  İlk  hərəkətlər  rüşeymin  bənddaxili  inkişaf 

mərhələsində müşahidə olunur. Çağa dünyaya gələn andan qışqırırəlləri və ya ayaqları ilə xaotik hərəkətlər edir

ilk şərtsiz reflekslər özünü göstərir.  

Fəaliyyət  əsasən  hərəkətlər  sistemi,  əşyavi  əməliyyatlar  və  işdən  ibarətdir.  Onlar  vahid  kompleksdə 

birləşərək insanın əmək fəaliyyətinin əsasını və zəruri şərtini təşkil edirlər. Fəaliyyət yalnız psixologiyada deyil, 

fəlsəfədə  siyasi  iqtisadda,  sosiologiya,  tarix,  texnologiya  və  s.  kimi  elm  sahələri  tərəfindən  də  öyrənilir. 

Psixologiyada  fəaliyyət  kateqoriyası  geniş  və  fundamental  məzmun  kəsb  edir:  insanın  həyat  yolu  bilavasitə 

fəaliyyətlə sıx bağlıdır və o, psixikanın şüurun formalaşmasında müstəsna rola və təsirə malikdir.  

İş fəaliyyətin nisbətən bitkin və tamamlanmış xarakter kəsb edən mühüm ünsürüdür.  

Fəaliyyətin  cari  bir  məsələnin  həllinə  yönəldilmiş  nisbətən  bitkin  elementi  iş  adlanır.  Daşın  ağırlığını 

onu  qaldırmaqla,  paraşütünetibarlığını  onunla  tullanmaqla  deməli,  iş  görməklə  müəyyənləşdirmək  olar. 

Fəaliyyət zamanı həmişə real praktik iş ön planda dayanır. Bu zaman insan təcrübəyə sahib olur və təcrübə ona 

nəyi etmək lazım gəldiyini nəyi bitdiyini və bitmədiyini müəyyənləşdirmək imkan verir. Hər cür maddi; əməli 

iş müəyyən hərəkətlərdən yaranır. İnsanın əşyavi hərəkətlərinin təhlili göstərir ki, zahirən müxtəlif olmalarına 

baxmayaraq, bir qayda olaraq həmin hərəkətlərin hamıs üç sadə elementdən – cövdənin, başın, aşağı və yuxarı 

ətrafların  əsas  və  ya  yardımçı  hərəkətlərindən  ibarətdir.  Müxtəlif  hətrəkət  növlərində  bu  elementlərin 

trayektoriyaları fərqlidir. Onların özlərinin müddətinə, gücünə, surətinə, tempinə ( təkrarlanma tezliyinə) görə 

bir-birindən  fərqlənir.  Fəaliyyət  prosesi  yalnız  maddi,  əşyavi  deyil,  həm  də  kommunikativ  məzmunlu 

hərəkətlərlə də bağlıdır. Burada jestlər, mimika, pantomimika, nitq hərəkətləri də iştirak edir. Maddi və əşyavi 



 

işlər  hərəkətlərin  müəyyən  sistem  üzrə,  yerinə  yetirilməsindən  ibarətdir.  Məsələn  gələni  tutmaq  üçün  tələb 



olunan hərəkətlərlə bir-birindən fərqlənir. Məsələn tavana mıx vurmaq üçün tələb olunan hərəkətlər, döşəməyə 

mıx vurmaq üçün tələb olunan hərəkətlərdən fərqlənir. 

Fəaliyyət  prosesində  hərəkətlərin  icrası  daim  və  fasiləsiz  olaraq  nəzarət  altında  saxlanılır,  yol  verilən 

səhvlər  təshih  edilir,  aradan  qaldırılır.  Bu  cür  nəzarət  bacarığı  olmayan  xəstə  adamlar  iş  zamanı  xətaya  yol 

verir,  qəza  törədirlər.  Onlar  stulda  oturmaq  istərkən  yıxılır,  çörək  doğrayarkən  əllərini  kəsir,  sətir  boyu  xətt 

çəkməyi bacarmırlar. Belə adamlarda sensor ( hiss üzvlərinin) nəzarət funksiyası pozulmuş olur. 

Əşyavi  hərəkətlərin  yerinə  yetirilməsi  yalnəz  müəyyən  hərəkətlər  sisteminin  yerinə  yetirilməsi  ilə 

məhdudlaşır.  Hərəkətlər  üzərində  cari  nəzarətin  ilkin  forması  məhz  sensor  nəzarətdir.  Dəmirçi  çəkicin  zərbə 

gücünü közərdilmiş dəmirin rəngini nəzərə almaqla müəyyən edilir. Qaldırıcı kran maşinisti görmənin nəzarəti 

altında əllərin və ayaqların hərəkətlərini müvafiq olaraq uzlaşdırmaqla icra edir.  

Deməli işlərin icrası, bütövlükdə işlə bağlı hərəkətlər birbaşa olaraq onların məqsədilə idarə və tənzim 

olunur.  Məqsəd  fəaliyyətin  gələcək  nəticəsinin  beyində  dinamik  modelidir.  Su  içmək  zamanı  icra  olunan 

hərəkətlər arzu olunan nəticənin ( susuzluğu yatırmaq) modeli ilə idarə olunur. Qarşıda duran işin ( hərəkətlər 

proqramının) və onun irəlicədən beyin verdiyi nəticələrin ( məqsədlər proqramı) həmin modelini fizioloqlar “ iş 

aspektoru” və “ qabaqlayıcı inikası” (P.K.Anoxin) adlandırmışlar.  

Ətraf aləmdəki müxtəlif hadisələr bir-biri ilə daimi əlaqələrlə bağlıdır. Elə əşyalar var ki, onlar daimi 

xassələrə malikdir. Od həmişə yandırır; buz həmişə soyuqdur, gecədən sonra gündüz gəlir; toplananların yerini 

dəyişdikdə  cəm  dəyişmir.  Fəaliyyət  prosesində  insan  işin  məqsədi  və  xarakterindən  asılı  olaraq  xarici  (real) 

işdən daxili (psixi) isə keçirməli, əvəzləməli olur. 

Xarici  (real)  işdən  daxili  (  psixi)  işə  belə  keçid  interiorizasiya,  əksinə  proses  isə  eksteriorizasiya 

adlanır.  İnsanın  fəaliyyətinin xarici  və  daxili  tərəfləri  əslində  bir  biri  ilə  şərti  ayrıla  bilər,  onlar  vəhdət  təşkil 

edirlər.  

Hər  bir  işin  daxili  məzmununda  meter  (hərəki)  sensor  (hissi)  və  mərkəzi  tənzimedici  komponentlər 

vardır.  Fəaliyyətin  gedişi  prosesin  də  insanın  işləri  icra,  nəzarət  və  tənzim  etmək  üçün  istifadə  etdiyi  yollar 



həminfəaliyyətin priyomları adlanır.  

Sözləri tələffüz edərkən qırtlağın hərəkət sistemi insan tərəfindən dərk olunur. Lakin insan ifadə etmək istədiyi 

ibarələrin qrammatik forma və məzmunu daim qabaqcadan şüurlu olaraq düşünülür. Fəaliyyət zamanı işin son 

məqsədi  və  onun  ümumi  xarakteri  daim  dərk  olunur.  Məsələn,  insan  velosiped  sürmək  vərdişinə  nə  qədər 

yüksək səviyyədə  yiyələnsə də, hər halda o, tamamilə şüursuz halda velosipeddə gedə bilməz. Elə hərəkətlər 

vardır  ki,  onların  icrasında  şüur  amilinin  rolu    bir  qədər  zəifdir.  Çünki  onun  icra  etdiyi  hərəkətlər  artıq 

avtomatlaşmışdır.  İnsanda  məqsədəuyğun  hərəkətlərin  icra  və  tənzim  olunmasının  məhz  bu  cür  qismən 

avtomatlaşması vərdiş adlanır.  

Avtomatlaşmanın səviyyəsindən asılı olaraq vərdişlərin strukturunda aşağıdakı dəyişikliklər baş 

verir.  



 

1.



 

Hərəkətlərin  icra  üsulları  dəyişir.  (ayrı-ayrılıqda  icra  olunan  hərəkətlər  vahid  bir  akt  şəklində 

birləşir.) Məsələn. Şacirdin və təcrübəli sürücünün sürəti dəyişməsi;  I sinfə  gedən uşağın  yazı 

təliminə alışması və s. Artıq hərəkətlər ixtisar olunur.  

2.

 

İş  üzərində  sensor  nəzarət  üsulları  dəyişir.  (Görmə  nəzarəti  əzələ  nəzarəti  ilə  əvəz  olunur 



(təcrübəli maçinaçı, sürücünün hərəkətləri) 

3.

 



İşin  mərkəzi  tənzimetmə  üsulları  dəyişir.  (məsələn,  sürücü  avtomobildəki  yükün  ağırlığını 

mühərrikin səsindən qavrayır və sürəti dəyişir). Müəyyən iş və fəaliyyət növünü mənimsəmək 

məqsədilə onları anlamaya istinad edən, şüurlu nəzarət altında dəfələrlə icra olunan hərəkətlər 

mümarizə adlanır.  

  

Əgər  mümarizələrin  sayından  asılı  olaraq,  işin  hər  hansı  bir  əlamətinin  necə  dəyişdiyini  ölçsək,  onda 



həmin işin mənimsənilməsi prosesini kəmiyyətcə təsvir edə bilərik. Sınaqların miqdarı üfiqi xətt (absis), işin 

yoxlanılan əlaməti isə şaquli xətt (ordinant) üzrə qeyd olunur. Qrafikdə öyrənmə əyrisi adlanır. O, təşəkkül 

tapmış vərdişlərin inkişaf yolunu xarakterizə edir.  

Mümarisə əyriləri iki tipə ayrılır: 

a)

 

mənfi sürətli əyrilər; (əvvəl sürəltə, daha sonra yavaş) 



b)

 

müsbət sürətli əyrilər (əvvəl yavaş, daha sonra sürətli) 



Birinci  tip  əyrilər  öyrənmənin  səhv  və  sınaq  yolu  ilə  getməsi  üstünlük  təşkil  edən  proseslər  üçün 

xarakterikdir. (məsələn, insanin naməlum labirintdən keçməsi). 

 

İkinci  tip  ayrılar  işin  düzgün  yerinə  yetirilməsində  anlamanın  üstünlüyü  tələb  olunan  məsələlər  üçün 



xarakterikdir.  

 

Yeni  şəraitdə  yeni  obyektlərə  münasibətdə  hər  bir  davarnış  əməliyyatların  keçirilməsinə  əsaslanır. 



Obyektlər nə qədər çox mürəkkəb dəyişikliyə malikdirsə, keçirilməsinin müvəffəqiyyətlə baş verməsini təmin 

edən  aralıq  intellektual  fəaliyyət    də  bir  o  qədər  geniş  olur.  Bütün  hallarda  fəaliyyətin  bu  cür  keçirilməsinə 

bacarıq  kimi  daha  doğrusu,  qarşıya  qoyulmuş  məqsədə  müvafiq  olaraq  iş  priyomlarının  seçilməsi  və  həyata 

keçirilməsi  üçün  mövcud  bilik  və  vərdişlərdən  istifadə  olunması  kimi  baxmaq  olar.  Bacarıq  eksteriorizasiay, 

yəni biliyin praktik işlərəd canlandırılmasını tələb edir. Müəllim şagirdlərin əldə edilmiş bilikləri tətbiq etmək 

yolu isə onlarda bacarıqların formalaşdırılması prosesini idarə edir.  

 

Şəxsiyyət  fəal  varlıqdır,  onun  fəaliyyəti  isə  şüurlu  xarakter  daşıyır.  Fəaliyyər  öz  növbəsində  şüurun 



təşəkkülü  və  inkişafı üçün mühüm rola  və  təsirə  malikdir.  İnsanın şəxsiyyəti  fəaliyyətdə  ifadə  olunur və  eyni 

zamanda fəaliyyət onun şəxsiyyətini formalaşdırır. 

 

İnsanda  müxtəlif  fəaliyyət  növlərinin  meydana  gəlməsi  və  inkişafı  mürəkkəb  və  uzun  sürən  bir 



prosesdir.  Uşağın  fəallığı  inkişaf  prosesində  tərbiyənin  və  təlimin  təsiri  altında  yalnıztədricən  şüurlu  və 

məqsədəyönəlmiş  fəaliyyət  forması  alır.  Həyatın  erkən  dövrlərində  körpənin  tədqiqatçılıq  –  manipulyativ 

fəaliyyəti  erkən  yaşlarda  (1-3  yaş)  praktik  əşyavi  fəaliyyətlə  əvəz  olunmağa  başlayır.  Bunun  köməyi  ilə  uşaq 

əşyaların həqiqi xassələrini dərk edir, əşyaların ictimai praktikadakı əhəmiyyətini dərk edir. (çarpayıda yatmaq, 

stulda oturmaq, topla oynamaq, qələmlə şəkil çəkmək və s.)  



 

 



Fəallığın bu formaları ilə birlikdə uşağın öz tələbatlarını, istək və arzularını ödəməsi, ictimai tələbləri və 

məlumatları  mənimsəməsi  üçün  əsas  olan  kommunikativ  davranışın    inkişafına  yol  açır.  Bu  əvvəlcə 

nitqəqədərki  formalarda  (qışqırıq,  çığırtı,  mimika,  əl-qolhərəkətləri),  7-8  aylıqdan  başlayaraq  əvvəlcə  passiv, 

daha sonra aktiv nitq- verbal ünsiyyət vasitəsilə həyata keçirilir. Nitq davranışı uşağın məlumat mübadiləsinin 

əsas vasitələrinə çevrilir.  

 

Psixoloji  tədqiqatlar  göstərir  ki,  inkişafın  hər  bir  mərhələsində  bu  və  ya  dicər  fəaliyyət  növü  üstün 



əhəmiyyət  kəsb  edir.  Konkret  inkişaf  mərhələsində  üstünlük  təşkil  edən  fəaliyyət  növü  aparıcı  fəaliyyət 

adlanır. Bu anlayışı psixologiya elminə rus psixoloqu A.N.Leontyev 1994 cü- ildə gətirmişdir. 

 

Körpəlik dövründə vasitəsiz emosional ünsiyyət, erkən uşaqlıq dövründə əşyavi oyunlar, məktəbəqədər 



yaşda rollu- sujetli oyunlar, kiçik məktəb yaşında təlim, yeniyetmə yaşı dövründə təlim və şəxsi intim ünsiyyəti 

erkən gənclik dövründə tədris- peşə fəaliyyəti aparıcı fəaliyyət rolunda çıxış edir. 

 

Şəxsiyyətin  formalaşmasında  istər  aparıcı,  istərsədə  köməkçi  fəaliyyət  növlərinin  özünəməxsus 



üstünlükləri və əhəmiyyəti vardır. 

 

Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır və inkişaf edir. Bu baxımdan ünsiyyət fəaliyyətin 



tərkib hissəsi kimi də nəzərdə keçirilə bilər. Ünsiyyət insan psixikasının mühüm xarakteristikalarından biridir. 

Ünsiyyət  prosesində  şəxsiyyət  emosional  və  intelektual  baxımdan  inkişaf  edir,  hissələrə,  mədəni  və  mənəvi 

dəyərlərə sahib olur, ictimai-tarixi təcrübəni mənimsəyir.  

 

İnsanda fəaliyyətin oyuntəlim, və əmək olmaqla üç əsas növü fərqləndirilir.  



 

Həyatın  ilkin  mərhələsindən  başlayaraq  uşaqda  fəaliyyətin  sadə  forması  olan  oyun  fəaliyyəti  təşəkkül 

tapmağa başlayır.  

 

Məlumdur  ki,  oyun  xarakterli  davranış  forması  heyvan  balalarında  da  müşahidə  olunur.  Hər  cür 



vurnuxmaq, dalaşmağı  yamsılamaq, atılıb-düşmək, oynaqlamaq körpə heyvanlarda diqqəti cəlb edir. Məsələn 

pişik balası yumaqla oynayır, kiçik əski parçasını döşəmədə sürüyür, onu didişdirir.  

 

Bütün  bunlara  onların  orqanizminin  fəallıq  tələbatına  ödənilməsi,  toplanmış  enerjinin  sərf  olunması 



kimi baxmaq olar.  

 

Uşaqlarda  oyun  fəaliyyəti  fəallığın  təmin  edilməsi  formasıdır.  O,  funksional  həzz  olmanın  əsas 



vasitəsidir.  Sonralar  oyun  uşaqların  fəaliyyətində  praktik  əməli  davranış  kimi  özünü  göstərir.Bu  dövrdə 

oyuncaqlar  həqiqi  əşyaların  obrazı  kimi  özünü  göstərir.  Uşaqlarda  əvvəlcə  əşyavi  daha  sonra  rolla-  sujetli 

oyunlar  onların  psixi  inkişafının  zəruri  amili  rolunda  çıxış  edir.  Böyük  məktəbəqədər  və  kiçik  məktəbyaşı 

dövründə qaydalı oyunlar ictimai məzmun kəsb etməyə başlayır və əmək elementləri ilə birləşmiş olur.  

 

Uşağın davranış və fəaliyyətində öyrənmə məzmunu kəsb edən fəaliyyət növü kimi təlimin xüsusi rolu 



və əhəmiyyəti vardır.  

 

Təlim  sosial  təcrübənin  mənimsənilməsinin  ən  mühüm  vasitələrindən  biridir.  Təlim  vasitəsilə  subyekt 



aşağıdakıları mənimsəyir. 

1.

 



Ətraf aləmin zəruri və mühüm xüsusiyyətləri barədə məlumatların (biliklərin) mənimsənilməsi. 

2.

 



Qarşıda duran məqsədə düzgün nail olmaq üçün  müvafiq yol və vasitələrin seçilməsi və onlardan 

istifadə qaydalarının (bacarıqlar) mənimsənilməsi. 




 

3.



 

fəaliyyət (növlərini) təşkil edən yolların və əməliyyatların mənimsənilməsi. 

Təlim  bir  fəaliyyət  növü  kimi  müəyyən  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək  üçün  insanın  fəaliyyətinin 

şüurlu məqsədlərlə idarə olunduğu yerdə mümkündür.  

 

Təlim  fəaliyyəti  insanı  yalnız  müxtəlif  ictimai-faydalı  fəallıq  növləri  ilə  silahlandırmır,  eyni  zamanda 



özünün  psixi  proses    idarə  etmək,  həll  ediləcək  məsələ  ilə  əlaqədar  özünün  işlərini  və  əməliyyatlarını, 

vərdişlərini  və  təcrübəsini  seçmək,  təşkil  etmək  və  istiqamətləndirmək  bacarığını  inkişaf  etdirir.  Bununla  da 

təlim insanı əməyə hazırlayır.  

 

İnsana məxsus fəaliyyət növləri içərisində əmək xüsusi yer tutur. O, müəyyən ictimai faydalı, maddi və 



ya ideal məhsullar istehsalına yönəlmiş fəaliyyətidir.  

 

Əmək fəaliyyətinin məqsədi insanlar tərəfindən istehlak edilən şeylərinin istehsal vasitələrinin məlumat 



mənbələrinin hazırlanmasından ibarətdir.  

 

İnsana məxsus fəaliyyət növləri içərisində pedaqoji fəaliyyət xüssusi yer tutur. Pedaqoji peşə fəaliyyəti 



“insan-insan”  münasibətləri  sistemində  həyata  keçirilən  mürəkkəb  fəaliyyət  sahəsidir.  Pedaqoji  fəaliyyət  bir-

biri ilə sıx qarşılıqlı əlaqədə olan bir sıra struktur komponentdən ibarətdir. 

1.

 

konstruktiv; kommunikativ; təşkilatçılıq. 



1.

 

Konstruktiv komponent müəllimin peşə fəaliyyətində dərsin təşkili, dərs üçün materialların seçilməsi, 

sinifdənxaric tədbirlərin təşkili, metodik vəsaitlərlə işi əhatə edir. Konstruktiv fəaliyyət öz əksini müəllimin 

geniş, dərs planında tapır. Buraya məzmun, məqsəd, sistem, ardıcıllıq nəticə daxildir. 

2.

 

Kommunikativ  komponent  müəllimin  şagirdlər,  valideynlər,  məktəb  rəhbəri  və  müəllimlərlə  qarşılıqlı 



münasibətləri əhatə edir. 

3.

 



Təşkilatçılıq  komponenti  dərsdə,  təlim  və  tərbiyə  prosesində  təşkilatçılıq  məsələlərini  əks  etdirir.  1) 

Şərh və izahın təşkili, 2) Dərsdə davranışın təşkili, 3) dərsdə şagirdlərin aktiv fəaliyyətinin təşkili. 

Pedaqoji fəaliyyətdə müəllimdən bir sıra bacarıq və vərdişlər tələb olunur: 

1)

 



Təşkiledici; 2) məlumatverici; 3) səfərbəredici; 4) qiymətləndirici. 

Müəllim peşəsinə bir sıra psixoloji tələblər verilir ki, bunlara da pedaqoji qabiliyyətlər deyilir. 

    1. Nitq qabiliyyəti. 2. Avtoritar qabiliyyətlər. 3. Akademik qabiliyyətlər. 4. Kommunikativ qabiliyyətlər.  5. 

Subyektiv qabiliyyətlər.  6.Perseptiv  qabiliyyətlər. 7. Pedaqoji təxəyyül. 

Məlumdur  ki,  heyvanlar  həyat  şəraitinə  instinklər  və  fərdi  qazanılmış  təcrübə,  yəni  davranış  formaları 

əsasında uyğunlaşır və müəyyən şərti reflekslər əsasında öz mövcud- luqlarını qoruyub saxlamağa çalışırlar. Bu 

cəhətdən qeyd etmək olar ki, heyvanlar öz  əvvəlki nəsillərinin həyat təcrübəsini mənimsəməyə qadir deyillər. 

İnsanlar isə əksinə dünyaya göz   açdıqdan sonra olduqca qısa müddət ərzində təbiət qüvvələrini dərk etmək, 

onlara sahib çıxmaq yolu ilə  nəinki şəxsi təcrübə əldə edir, həm də əvvəlki nəsillərin yaratdığı ictimai - tarixi 

təcrübəni mənimsəyir. Onun şəxsi təcrübəsi və fəaliyyəti ümumbəşəri təcrübə ilə şərtlənir. Bu prosesdə danışıq 

işarələri sisteminə əsaslanan və ünsiyyətin əsasını təşkil edən dil mühüm rol oynayır. Dil, yəni danışıq işarələri 

olan sözlər bizim düşüncəmizin sərhədlərini aşaraq onun gerçəkləşməsini təmin edir. Məsələn, “stul”  deməklə 

biz başqalarına müəyyən faydalı məlumat veririk. Bu halda “stul” sözü şəxsi mənadan kənara çıxaraq ictimai 

əhəmiyyətli başqaları üçün  əhəmiyyətli  sözə çevrilir. 




 

 



Hər bir insanın fəaliyyət və davranışında ünsiyyət prosesinin müstəsna rolu və təsiri vardır. İnsanı nitqə 

və ünsiyyət bacarıqlarına yiyələnməsi o qədər də asan olmayan mürəkkəb bir prosesdir. Dünyaya yenicə gəlmiş 

körpə  uşaq  gerçəkliyi  ətraf  xarici  aləmi  müstəqil  dərk  etmək  iqtidarında  deyildir.  2-3  yaşlarından  başlayaraq 

uşaq  valideyn-  lərinə  suallar  verir  və  belə  sualların  sayı  4-5  yaşlarında  ən  yüksək  həddə  çatmış  olur.  Rus 

psixoloqu V.A.Krutetskinin fikrincə, 5 yaşlı uşaq   gün ərzində ətrafdakılara təxmi- nən 400-dən artıq sual verir. 

Ətrafdakılardan  aldığı  cavablarla  uşaq  özünün  gələcək  fəaliyyətində  istifadə  edəcəyi  ümumi  biliklərin 

zərrəciklərini  əldə  edir.  Bu      zərrəciklər  isə  dil  vasitəsilə,  danışıq  sisteminin  köməyi  ilə  əldə  edilir.  Eyni  hal 

uşağın  məktəb  təhsili  illərində  daha  geniş  formada  baş  verir.  Burada  dilin  mühüm  funksiyalarından  biri  olan  

ictimai – tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi olması özünü göstərir. 

 

Dilin    ikinci    mühüm  funksiyası  kommunikasiya  (ünsiyyət)  vasitəsidir.  Məsələn,  mən  yeməkxanaya 



tərəf yönəlirəm. Qarşıdan gələn yoldaşım: “Yeməkxana təmir üçün bağlıdır”- deyir.Bu məlumat heç bir məktəb 

dərsliyində, heç bir ali məktəb dərsliyində öyrədilmir. 

Dilin  digər,  üçüncü  funksiyası  onun  şəxsi  təcrübəyə  əsaslanan  xüsusiyyətində  özü-    nü  göstərir.  Bu 

müəyyən  mənada  heyvanların  fərdi  qazanılmış  davranış  formasını  xatırladır  (məsələn,  əlini  şamın  alovunda 

yandıran uşaq bir daha əlini həmin alova uzatmır). Bununla belə, qeyd etmək lazımdır ki, insan üçün bütün tipik 

situasiyaların  özləri  belə  problemli  situasiyadır.  Bu  elə  bir  situasiyadır  ki,  təkcə  şəxsi  təcrübədən  istifadə 

etməklə  onu  həll  etmək  mümkün  deyil.  Bu  zaman  həm  də  başqa  adamların,  bütövlükdə  cəmiyyətin 

təcrübəsindən  istifadə  etmək  lazım  gəlir.  Problemin  bu  cür  qoyuluşu  və  həlli  prosesi  intellektual  akt  adlanır. 

İntellektual akt üç əsas fazadan ibarət- dir: 1) fəaliyyətin planlaşdırılması  2) onun həyata keçirilməsi  3) əldə 

edilmiş nəticənin qarşıya qoyulmuş məqsədlə müqayisəsi . Burada dilin intellektual fəaliyyət funksiyası özünü 

biruzə verir. İntellektual fəaliyyətdə psixi idrak prosesləri vasitəsilə həyata keçirilir.  

Bəs ünsiyyət nədir?   

Uzun illər boyu alimlər bu anlayışa dəqiq elmi tərif verməkdə çətinliklərlə qarşılaşmışlar. 1969-cu ilədək 

çap olunmuş ingilis dilli psixoloji ədəbiyyatlarda bu anlayışın 96 tərifi vardır. 

  

Hal – hazırda ünsiyyətə verilimiş aşağıdakı tərif əsas qəbul edilmişdir.  



  İki  və  daha  çox  adamın  öz  münasibətlərini  aydınlaşdırmaq  və  ümumi  nəticə  əldə  et-  mək  məqsədilə 

səylərini əlaqələndirməyə yönəldilmiş qarşılıqlı təsir prosesi ünsiyyət adlanır.  

  İnsanlar nəyin naminə bir – biri ilə ünsiyyətə girirlər? Ünsiyyətin motivləri nədən ibarətdir? 

  Məlumdur ki, hər bir fəaliyyətin motivi onun predmetinə uyğun gəlir. Ünsiyyətin motivləri də belədir: 

onun motivləri də başqa adamla əlaqədardır. Lakin ünsiyyətin motivləri xeyli mürəkkəb və çox cəhətlidir. 

Hələ 1760- cı ildə ispan yepiskoplarından biri öz gündəliyində yazmışdı ki, yetim evində uşaqlar kədərli olur və 

onların bir çoxu kədər çəkdiyi üçün ölür. Çünki onların ünsiyyətə olan təlabatı təmin olunmur.  

XIX əsrin sonu XX əsrin əvvələrində dünyanın  bir çox ölkələrində xüsusi və dövlət tipli yetim evlərinin 

şəbəkəsi  surətlə  genişlənir  və  bu  fakt  öz  təsdiqini  qəti  şəkildə  tapmış  olur.  Kiçikyaşlı  yetim  uşaqlar 

arasındaölüm  halları  daha  çox  idi.  Sağ  qalan  uşaqlar  isə  özlərinin  fiziki  və  psixi  inkişafı  baxımından  öz 

həmyaşıdlarından  geri  qalır,  3  yaşında  onlar  demək  olar  ki,  danışmır,  tərbiyəçilərin  sözünə  baxmır,  özlərini 

hədsiz dərəcədə passiv və ya aqressiv aparırdılar.  




 

Sonralar  pediatrlar  və  uşaq  psixiatrları  belə  halı  elmi  cəhətdən  izah  edərək  ona  “qospitalizm”  adını 



vermişdilər. Qospitalizm dedikdə, eytim  uşaqların, eləcədə  vali- deynlərindən ayrılıqda xəstəxanada müalicə 

edilən  uşaqların  fiziki  və  psixi  inkişafında  özünü    göstərən  xüsusiyyətlər  nəzərdə  tutulur.  Alimlər   

qospitalizmin  kökünü  ünsiyyət  defisitində  -  yəni  ünsiyyət  çatışmazlığında  görürlər.  Müəyyən  edilmişdir  ki, 

ünsiyyət çatışmazlığı şəraitində uşaqların ünsiyyət çatışmazlığı və azlığı dramatik olaraq ağır nəticələrə səbəb 

olur.  

İnsanlar  arasında  ünsiyyət  fəaliyyətinin  reallaşmasının  ən  mühüm  vasitəsi  dildir.  Dil  vasitəsilə  həyata 



keçirilən  ünsiyyət sözlü (verbal) ünsiyyət adlanır. Dil insanlar ara- sında ən mühüm ünsiyyət vasitəsi olsa da, 

yeganə ünsiyyət vasitəsi deyildir. Nitq vasitə- silə əsaslanan ünsiyyət mülahizə, sual, cavab, replika və s. kimi  

vasitələrlə həyata keçi- rilir. Bununla belə, ünsiyyətin qeyri – verbal vasitələri də mövcuddur. Bunların içərisin- 

də   təbəssüm, mimika,  əl  və  bədənin   ifadəli hərəkətləri, vokal  mimikası  və  s.  mühüm  yer tutur.  Bu vasitələr 

həm  ayrılıqda,  həm  də  verbal  ünsiyyətlə  birgə  ünsiyyət  prosesin-  də  iştirak  edir.  Ünsiyyətin    belə  vasitələri 

ekspressiv  –  mimik  vasitələr  adlanır.  Ünsiyyət  prosesində  əşyavi  –  hərəki  vasitələrində    özünəməxsus  yeri 

vardır. Onların sırasına aşağıdakılar daxildir: 

a) lokomotor və əşyavi hərəkətlər, poza 

b) başqasına yaxınlaşma, uzaqlaşma, cəlbetmə və ya özündən kənaretmə, itələmə     c)  etiraz 

Hər bir baxış və  ya təbəssüm öz – özlüyündə  deyil, ancaq kommunikativ funksiya daşıdıqda ünsiyyət 

vasitəsinə çevrilir. Aşıq Ələsgərin “Düşdü” rədifli qoşmasında  ünsiyyətin ekspressiv – mimik  vasitələrinə aid 

gözəl nümunələr vardır. 

Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki əsas tipini fərqləndirmək    mümküdür  1) birgə fəaliyyətdə 

ünsiyyət ; 2) şəxsi ünsiyyət . 

Ünsiyyət fəaliyyətlə ayrılmaz vəhdət təşkil edir və onun tərkib hissəsidir. Həm oyunda, həm təlimdə, həm 

də əmək prosesində ünsiyyət  fəaliyyətin qeyd olunan növlərinin  ayrılmaz hissəsi  kimi  özünü göstərir. Adətən 

fəaliyyəti S – O (subyekt - obyekt) , ünsiyyəti isə S – S (subyekt - subyekt)  formulu ilə ifadə edilir.  

Əslində isə ünsiyyətlə fəaliyyətin qarşılıqlı əlaqəsini              düsturu  ilə ifadə etmək doğru olardı.  

Ünsiyyət prosesində tutaq ki, A adlı şəxs nə isə barəsində B adlı şəxsə nə isə barəsində məlumat verir. Bu 

halda məlumat verən şəxs A - kommunikator, B-resipient adlanır.Müasir psixologiyada ünsiyyətin üç əsas tipi, 

daha doğrusu cəhəti fərqləndirirlər:   

1)  kommunikativ  2)  interaktiv  3)  persektiv.  Bu  baxımdan  ünsiyyət  informasiya  mübadiləsi  vasitəsi  rolunda 

çıxış  edir.  Ünsiyyət  qarşılıqlı  təsir  prosesi  kimi  özünü  göstərir,  ünsiyyət  insanların  bir  –  birini  qavraması 

vasitəsi rolunda çıxış edir. 

  Hər  bir  fəaliyyət  subyekt  və  obyektinə  və  özünün  məzmununa  görə  bir  –  birindən  fərqlənir.  Məhsuldar 

əmək  fəaliyyəti  prosesində    obyekt  bizi  əhatə  edən  maddi  predmetlər,  əşyalardır.  Əmək  fəaliyyəti  məqsədə 

yönəlmiş  bir  fəaliyyətdir:  biz  gili  yandırır,  ondan  kərpic  alırıq,  bu  kərpiclərdən  ev  tikirik,  metalı  dəzgahda 

yonaraq onları detallara çeviririk. 




 

  Ünsiyyət fəaliyyətində obyekt başqa adamlardır: onların şüuru, motivlər sistemi, emosional aləmi, onların 



yönəlişliyi  (ustanovkaları)    və  sərvətləridir.  Bu  cəhətdən  öz  psixoloji  məzmununa  görə  ünsiyyətin  müxtəlif 

növlərini fərqləndirmək mümkündür: 

1)

 

Şəxsiyyətlərarası ünsiyyət 



2)

 

 Qrup ünsiyyəti 



3)

 

Maddi ünsiyyət 



4)

 

İşarə ünsiyyəti 



Ünsiyyət hər hansı adama və ya başqa adamlara bu və ya digər münasibəti ifadə etmək tərzidir. 

 Artıq  qeyd  olunduğu  kimi,  nitq  prosesi  ünsiyyət  fəaliyyətində  mühüm  yer  tutur.  Nitq  insanın  ünsiyyət  üçün 

dildən istifadə etməsi prosesidir. Lakin dildən istifadəyə əsaslanan hər cür proses nitq hesab edilə bilməz. Belə 

ki, dilin köməyi ilə yadda- saxlamanı təşkil etmək və ya mürəkkəb fikri məsələni həll etmək mümkündür. Belə 

hallarda fikri, mimik və s.  fəaliyyətlərə daxil olan əməliyyat kimi nitq haqqında danışmaq doğru olardı. Dilin 

nitq fəaliyyətindəki funksiyalarını daha dərin şəkildə linqivistika elmi öyrənir. 

 Nitq fəaliyyətinin aşağıdakı fazaları vardır:  

İlkin bələdləşmə; 

        1) Planlaşdırma; 

 2) İcra; 

3)  Nəzarət; 

Artıq xeyli vaxtır ki, nitq fəaliyyətinin həyata keçirilməsi mexanizmini öyrənməyə yönəlmiş qovuşuq fənn 

– psixolinqivistika elmi inkişaf etməkdədir.  

 

  1861-ci  ildə  P.Broka  müəyyən  etmişdir  ki,  beyinin  müəyyən  sahəsinin  (sol  yarımkürənin  alın 



qırışlarının arxa  üçdə biri) zədələnməsi zamanı insanlarda nitqin (tələffüzün) pozulması halı baş verir. Broka 

müəyyən etmişdir ki, beyinin həmin sahəsi “sözlərin motor surətləri mərkəzidir”. Həmin surətlər məhs burada 

lokallaşır.  Bir  qədər    Vernike  sol  yarımkürələrin  yuxarı  gicgah  qırışlarının  arxa  hissəsinin  üçdə  birinin 

zədələnməsi zamanı insanda nitq anlamının pozulması halları baş verir. Onun fikrincə, burada “sözlərin sensor 

surətləri”lokallaşır.  Sonralar  alimlər  nitq  mexanizmlərinin  daha  mürəkkəb  və  çox  səviyyəli  struktura  malik 

olması  fikrinə  gəldilər.  N.İ.Jinkinin  tədqiqatları  sübut  etdi  ki,  ifadə  qurmaq  üçün  biz  ilk  növbədə  xüsusi 

kodların  (əşyavi-  təsviri  kodların,  təsəvvür  və  sxemlərin)  köməyi  ilə  onun  skeletini  qururuq.  Bundan  sonra 

planlaşdırma,  nəhayət  nitq  səslərini  seçmək  və  motor  proqramdan  onun  səslərlə  doldurmağa  keçmək 

mexanizmi işə başlayır.  

 

  



Nitqin  qavranılması  bir  növ  qavranılan  nitqin  mərhələ  -    mərhələ  məna  koduna  keçirilməsidir.  Nitqin 

anlaşılması bu cür keçirmə prosesinin yekun mərhələsidir. 

 

 Müasir psixoloji tədqiqatlarda insan beyninin lokal mərkəzlərinin zədələnməsi afaziyaya səbəb olduğu 



sübut  olnmuşdur.  Afaziyalar  yaralanma,  şiş  və  digər  üzvü  pozulmalar  nəticəsində  yaranır.  Bu  sahədəki 

tədiqatlarda rus psixoloqu A.R.Luriyanın xidmətləri olduqca böyük olmuşdur. 

 

 Afaziyanın bir neçə növü vardır: 



 

 Dinamik afaziya-  cümlələrlə  danışmaq  bacarıqlarının  pozulması. Onun  iki  




 

10 


forması özünü göstərir:  

1)

 



fikrin proqlaşdırılmasının pozulması; 

2)

 



nitqin qrammatik – sintaktik təşkili mexanizmlərinin pozulması; 

Efferent  motor  afaziya  –    ayrı  –  ayrı  sözlər  tələffüz  edilsədə,  ifadənin  qrammatik  quruluşunun 

pozulmasıdır.  Onda nitqin yaranma ardıcıllığının pozulması baş verir.   

Afferent  motor  afaziya  -    nitq  artikulyasiyasının  aydınlıq  dərəcəsinin  pozulmasıdır.  Bu  zaman xəstə  söz 

yaratmaq üçün lazım olan səsləri seçməkdə çətinlik çəkir, lazımi səsi “tapa” bilmir.  

Semantik    afaziya  –  zamanı  xəstə  sözlər  arasında  semantik  (məna)  əlaqələrini  tapmaqda  çətinlik  çəkir. 

Məsələn, xəstə “ata” və “qardaş” sözlərini anlasada, “aatmın qardaşı” ifadəsinin mənasını anlaya bilmir. 

Sensor afaziya – nitqin qavranılması üçün zəruri olan fonematik eşitmənin pozulmasında, daha doğrusu, sözün 

səs tərkibinin pozulmasında özünü göstərir.  

   


Nitq  fəaliyyətinin  daha  ağır  pozğunluqları  şizofreniya  xəstəliyi  zamanı  özünü  göstərir.  Nitqin  bir  sıra 

əlamətlərə əsasən qruplaşdırılan çoxsaylı növləri vardır:    1) Mürəkkəblik dərəcəsinə görə: 

Xor nitqi, ekoloji nitq ( sadə təkrarlama), adlandırma nitqi, kommunikativ nitq. 

Kommunikativ nitqin aktiv və reaktiv olmaqla iki əsas növü fərqləndirilir. Kommunikativ aktiv nitqin ən tipik 

forması monoloji (şifahi və yazılı) nitqdir. Kommunikativ reaktiv nitq forması isə dioloji nitq adlanır. 

2)Planlaşdırmanın roluna görə: aktiv və reaktiv nitq. 

3)

 

Sərbəstlik dərəcəsinə görə: monloji, dioloji. 



4)

 

Eksteriorizasiya və interiorizasiyaya görə daxili və xarici nitq. 



Yeni  doğulan  körpə  nitqə  malik  deyil.  Onun  nitqi  mənimsəməsi  ən  azı  1-1,5  il  davam  edir,    3  yaşında 

əsasən başa çatır.  

Rus psixoloqu A.N.Leontyev uşaqların nitqə yiyələnməsini üç əsas mərhələyə ayırmışdır. 

1)

 



Nitqə qədərki mərhələ - 2 aylıqdan – 11 aylığa qədər olan dövr; 

2)

 



Dilin ilkin mənimsənilməsi dövrü (11 aylıqdan 1 il 7 ayadək olan dövr) 

3)

 



Dilin qrammatik quruluşunun mənimsənilməsi dövrü (1yaş 7 aylıqdan 3 yaşadək olan dövr) 

3  yaşdan  sonra  uşağın  nitqi  əsaslı  dəyişikliklərə  uğramır,  lüğət  fondunun  və  qrammatik 

konstruksiyaların mürəkkəbləşməsi baş verir. 

Nitq inkişafında birinci mərhələ olan nitqəqədərki dövr şərti olaraq iki mərhələyə ayrılır: 

1)

 

Qığıldama (təxminən 5 ayadək olan dövr) 



2)

 

 Ayrı – ayrı hecaları işlətmə (kəkələmə) 



Altıncı aya yaxın uşaqların nitqində yalançı söz meydana gəlir. Belə sözlər sosial mahiyyət daşımır. 

Jarqon  xarakteri  kəsb  edir.  Uşaqlar  əşyaları  müxtəlif  sözlərlə    adlandırır:    maşın  –  “məhmi”,  “dığın  -  dığın”, 

kəpənək – “üjjə”, it – “ən”, konfet – “qaqa”, çörək – “apşı”  və s.  

Bir  yaşdan  sonra  tədricən  uşaqların  nitqində  aktiv  lüğət  fəal  surətdə  genişlənir.  Bu  dövr  həm  də 

“sintakmatik  fonetika”  adlandırılan  hadisə  ilə  müşayət  olunur.  Belə  ki,  sözün  səs  quruluşu  tələffüz  edilsədə, 

eyni  mövqedə  dayanan  səslər  bir  –  birinə  qarşı  qoyulmur.  Məsələn,  uşaq  “batareya”  sözü  əvəzinə  “deeya” 

sözünü işlədir. “Banan”  “bamam” sözü kimi, “kitab” sözünü  “tifat” kimi tələffüz edir.  



 

11 


İki yaş tamam olanadək uşaq cümlədəki sözləri əlaqələndirmək üçün heç bir qrammatik vasitələrdən 

istifadə  etmir,  ona  lazım  olan  sözləri  sadəcə  olaraq  bir  –  birinin  ardına  düzür.  Məsələn,  uşaq  “ata  otur”,  “ata 

oturdu” deyir. Bu dövr “sintakmatik qrammatika” adlanır.    

Böyük  məktəbəqədər  və  kiçik  məktəb  yaşı  dövründə  uşağın  nitqi  nisbətən  mürəkkəb  qrammatik 

konstruksiyaların  meydana  gəlməsi,  cümlələrin  mürəkkəbləşməsi  və  genişlənməsi,  sinonim  artımı,  üslub 

“hissinin” inkişafı ilə səciyyələnir.  

Uşaq  yaşı  dövründə  nitq  funksiyalarının  inkişafı  mühüm  problemlərdən  biridir.  O,  əsaslı  dəyişməyə 

məruz qalıb. Uşaq nitqi əvvəlcə həddən artıq sitnativ (yaşlı uşağın nitqini o halda başa düşür ki, onun danışdığı 

situasiyanın,  eləcədə uşağın  jestlərini, hərəkətlərini  və mimikasını, intonasiyasını və s. nəzərə alsın) və sonra 

mahiyyət  etibarı  ilə  nitqdən  kənar  davranışdan  ayrılmadan,  yəni  kontekstli  olur,  yəni  konteksti  bildikdə 

aydınlaşır.  

Uşaq nitqinin xüsusiyyətləri sırasında eqosentrik nitq (İ.Piaje) ,yəni uşağın özü üçün nitqin mövcudluğu 

da sübut edilmişdir. Uşaq hər hansı işi təklikdə görərkən belə öz – özünə danışır. Bu nitq sonralar sosiallaşma 

yoluna qədəm qoyaraq başqaları üçün nitqə çevrilir.  

Qeyd olunduğu kimi dilin və nitqin insan həyatında çox mühüm rolu və əhəmiyyəti vardır. Dil əslində 

gerçəkləşmiş  şüurdur.  Dilin  həmin  rolu    onun  və  ya  nitqin  insanın  ali  psixi  finksiyalarının  fəaliyyətində 

müstəsna əhəmiyyətə malikdir.  

Dil təfəkkürlə sıx bağlıdır, lakin onlar arasında paralellik əlaqələri axtarmaq doğru olmazdı. Təfəkkür 

öz təbiəti etibarı ilə dillə bağlıdır. Dil isə təfəkkür alətidir. 

Dillə  hafizə,  qavrayış,    təxəyyül  və  s.  kimi  psixi  proseslər  arasında  da  daxili  məna  əlaqələri  və 

asılılıqları  mövcuddur.  İnsanların  qarşılıqlı  şəxsiyyətlərarası  münasibətləri  də  ünsiyyət  üzərində  qurulur  və 

onun  vasitəsi  ilə  reallaşır.  Ünsiyyət  situasiyasında  ən  azı  iki  nəfərin  iştirak  etməsi  faktının  özü  də  insanlar 

arasındakı  qarşılıqlı  münasibətlərin  olmasını  təsvir  edir.  Şəxsiyyətlərarası  qarşılıqlı  münasibətlər  ünsiyyət 

vasitəsi  ilə  həyata  keçdiyi  kimi,  həm  də  onun  vasitəsi  ilə  formalaşır.  İnsanlar  arasında    qarşılıqlı  münasibət 

müxtəlifdir. Funksional baxımdan onların aşağıdakı tipləri fərqləndirilir: 

a)

 



formal, (və ya rəsmi); 

b)

 



qeyri – formal (və ya qeyri – rəsmi); 

Formal  qarşılıqlı  münasibətlər  hər  bir  fərdin  müfaviq  konkret  qrupda  onun  rəsmi  statusu  (mövqeyi)  ilə 

şərtlənən  münasibətlərin  məcmuyudur.  Belə  münasibətlər  müəyyən  qaydada  tənzim  edilən  işgüzar 

münasibətlərdə ifadə  olunur. Rəsmi münasibətlər səviyyəsində kollektiv üzvləri arasında fəaliyyətin məzmunu 

və təşkilat vasitələrinə uyğun olaraq funksional – struktur asılılıq, məsul asılılıq münasibətləri sistemi bərqərar 

olur.  


Məktəbdə  “direktor  –  müəllim”,  “müəllim  –  müəllim”,  tipli  münasibətlər  formal  qarşılıqlı  

münasibətlərə  misal  ola  bilər.  Onlar  arasındakı  qarşılıqlı        münasibətlər    rəsmi  xarakter  daşıyır  və  müvafiq 

inzibati – hüquqi qaydalarla tənzim olunur.  

Bununla belə, sosial qruplarda insanlar arasında formal qarşılıqlı münasibətlərlə yanaşı, qeyri – formal 

münasibətlər də əmələ gəlir.  



 

12 


Məsələn, tutaq ki, hər hansı bir məktəbdə 80 nəfər müəllim işləyir. Onlar arasındakı bütün münasibətləri 

heç də formal (rəsmi) münasibətlər kimi nəzərdən keçirmək olmaz. Onların hər biri kiçik qruplar (3-5 nəfərlik) 

şəklində  bir  –  birləri  ilə  yaxınlıq  edir,  ad  günündə,  asudə  vaxtlarını  birgə  keçirərkən  bir  yerdə  olurlar,  xəstə 

olarkən bir – birlərinə  baş çəkir, yaxın ailəvi dostluq edirlər. 

Formal qarşılıqlı münasibətlərlə yanaşı sosial qruplarda qeyri – formal qarşılıqlı münasibətlərdə mövcud 

olur.  Belə  münasibətlər  ictimai  funksiyanı  deyil,  şəxsi  münasibətləri  əks  etdirir.  Qeyri  –  formal  qarşılıqlı 

münasibətlər  heç  kim  tərəfindən  müəyyən  edilmir,  psixoloji  cəhətdən  əlverişli  şərait  olduqda  öz  –  özünə 

yaranır.  Belə  münasibətlər  qrup  və  kollektivdə  psixoloji  iqlimi  yaradır.  Belə  münasibətlər  şəxsiyyətlərarası 

simpatik  və  asimpatik  münasibətlərin  yaranması  ilə  müşayət  olunur.  Belə    münasibətlərə  bütövlükdə  dostluq, 

yoldaşlıq,  sevgi,  məhəbbət  və  ya  əksinə,  nifrət,  düşmənçilik,  rəqabət,  paxıllıq  və  s.  aid  edilir.  Ünsiyyət 

mədəniyyəti    şəxsiyyətlərarası  münasibətlərin  qurulmasında  mühüm  şərtdir.  Nəzakətlilik,  təmkinlilik, 

səmimiyyət, mehribançılıq, başqalarının fikirlərinə hörmətlə  yanaşmaq, başqasının sevinc və kədərini anlamaq, 

dərdinə şərik olmaq və s. ünsiyyət mədəniyyətinin əsasıdır. 

İnsanlar  arasında  qarşılıqlı  münasibətlər  zəminində  formalaşan  ünsiyyət  prosesində  bir  sıra  çətinliklər 

müşahidə olunur. Bunlara kommunikativ çətinliklər deyilir.  

Müxtəlif  sosial  qruplara  mənsub  olan  adamlar  arasında  sosial,  dini,  peşə  və  s.  fərqləri  kəskin  şəkildə 

özünü  göstərdikdə,  onlar  situasiyanın  eyni  dərəcədə  dərk  edib  qiymətləndirə  bilmir,  anlayışları  müxtəlif 

mənalarda  işlədir,  hadisələrə  fərqli  mövqedən  yanaşır.  Şübhəsiz  ki,  belə  əncəllərin  olması  heç  də 

kommunikasiya prosesinin dayanması demək deyildir. Hətta hərbi düşmənlər arasında belə, danışıqlar mümkün 

olur.  


Kommunikativ  manelərin  yaranmasının    səbəbləri  içərisində    utancaqlıq,  qaraqabaqlıq,  qapalılıq  və  s. 

ibarətdir. 

Sosial psixologiyada kommunikativ manelərin  yaranması ünsiyyət çətinliklərinin əsas səbəbidir. Onların 

aradan qaldırılması üçün bir sıra materiallardan istifadə olunur. Bunlardan biri sosial – psixoloji treninqlərdən 

ibarətdir. Treninq – ingiliscə “öyrənmək”, “hazırlamaq”, “məşq etmək” deməkdir. Bu cür treninq “T  qruplar” 

adlanır. Bu metod  ilk dəfə amerikan psixoloqu və psixiatrı  K.Rocers tərəfindən 1947-ci ildə tətbiq edilib.  

Treninq  qruplar  vasitəsilə  müxtəlif    peşə  sahiblərində  -    rəhbər  işçilərdə,  pedaqoqlarda,  tibb  işçilərində, 

idman məşqçilərində və s. xüsusi kommunikativ vərdişlər aşılanır. 

Sosail – psixoloji treninqlərdən daha çox    humanistik psixologiyadageniş tətbiq edilir. 

Müasir psixologiyada ər –arvad konfliktlərinin övlad–valideyn  münasibətlərində yaranan  konfliktlərinin 

aradan  qaldırılmasında,  “çətin”  yeniyetmələr  arasındakı  münasibətlərin  yaxşılaşdırılmasında  “T”qrup  

materiallarından geniş istifadə olunur.  

İnsanların  bir-birinə  qavramaları  və  qiymətləndirmələrində  kauzal  atribusiya  vacib  rol  oynayır.  Kauzal 

atribusiya  şəxsiyyətlərarası  qavrayış,  davranışın  motivləri  və  səbəblərini  müəyyənləşdirir.  Kauzal  atribusiya 

prosesində insanların bir-birini anlamalarına təsir göstərən aşağıdakı qanunauyğunluqlar mövcuddur: 

1.

 



Tez-tez təkrar olunan hadisələrin adətən əvvəlcədən mümkün səbəb kimi nəzərə alınması. 


 

13 


2.

 

Əgər  qeyri-adi  hadisə  baş  verir  və  insan  əvvəllərdə  ona  bənzər  hadisələrlə  üzıəşibsə,  real 



vəziyyətdə keçmiş təcrübəni nəzərə alır. 

3.

 



Müxtəlif,  fərli  variantların  seçilməsi  mümükn  olduqda  və  ya  ehtimal  edildikdə,  hər  kəs  özünə 

sərf edən varianta üstünlük verir.  

Psixoloji  ədəbiyyatda  intim  sözü  dərin  şəxsi,  məhrəm,  ruhi  yaxınlıq  mənasında  işlədilir.  Buna 

görə də hər hansı insani münasibətlər, o cümlədən gizli mənfi münasibətlər də intim münasibətlər hesab 

edilir.  Məsələn,  düşmənçilik,  dərin  məna  kəsb  edən    tənhalığın  özü  də  intim  münasibətlərə  daxildir. 

Çünki  insan bu “sirləri”  başqalarına etibar etmir, güzli saxlayır. Müasir dövrdə insan həyatı  elədir ki, 

müsbət qarşılıqlı münasibətlərlə yanaşı, elə o qədər də mənfi qarşılıqlı münasibətlərlə yanaşı, elə o qədər 

də mənfi münasibətlər mövcuddur.  



 

 

 



Yüklə 134,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə