Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə7/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   2   3   4   5   6   7   8   9   10   ...   13
referat 1142(1)

Kəmiyyət metodları məktəbi - bu metodlu məktəblərin əsas xarakteristikası - sözşəkilli düşüncələr, təsviri təhlillər, simvolların kəmiyyət mənalarıdır. Güman ki, menecmentdə kəmiyyət metodlarının tədbiqinə ən böyük təkan kompüterlərin inkişafı vermişdir.
XX əsrin 60 - cı illərində çox az sayda rəhbər var idi ki, onlar təhsili mürəkkəb kəmiyyət metodlarının tətbiqi və başa düşməsinə kifayət edirdi. Hazırda isə daha çox ali məktəb müəssisələri öz tədris proqramlarına menecmentdə təşkilatın təsərrüfat fəaliyyətində uçot və təhlilində kəmiyyət metodları kursu və kompüterlərin tətbiqindən geniş istifadə edilir.


2. Menecmentin təşkilinin formaları və quruluşları

Menecmentin təşkilinin müxtəlif formaları var, məsələn fərdi müəssisələr, istehsal kooperativi, dövlət müəsisəsi, Məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, kiçik müəsisələr və s.


Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə müxtəlif mülkiyyət formalı təsərrüfat subyektləri fəaliyyət göstərir. Belə təsərrüfat subyektlərinin bütün dünya ölkələrində olduğu kimi ən geniş yayılmış formlaraından biri fərdi (ailə) müəssisələridir.
Fərdi müəsisələr hər hansı bir şəxsin öz vəsaiti hesabına yaratdığı müəssisələrdir. Bu müəssisələri onu yaradan fərd şəxsən idarə edir və müstəqil şəkildə qərarlar qəbul edir. Belə müəssisələr yaradanın mükafatı sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlirdir. Eyni zamanda o, müəssisə müflisləşib iflasa uğradıqda bütün itgiləri öz üzərinə götürmək risqini də etməlidir.
Bu müəssisələrin mənfi cəhətləri də var: Məsələn, maliyyə dayaqları az olur, idarəetmədə bütün işləri gərək özü etsin və s.
İstehsal kooperativi (arteli) kimi birgə istehsal və ya digər təsərrüfat fəaliyyəti (sənaye, emal, sənaye satışı, kənd təsərrüfatı və digər məhsullar, içlərin yerinə yetirilməsi, ticarət, digər xidmətlər göstərilməsi və s.) üçün üzvülük əsasında vətandaşların könüllü birləşməsi qəbul olunur. Bu birləşmə onların əməkdə şəxsi və digər formada işdirakına əsaslanır və onun üzvlərinin (işdirakçılarının) əmlak payları ödəmələrinə əsaslanır.
İstehsal kooperativinin təsis sənədi onun üzvlərinin ümumi yığıncağında təsdiq olunmuş nizamnaməsidir. Üzvlərin sayı beş nəfərdən az olmamalıdır. Onun mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə uyğun olaraq onun üzvlərinin payına bölünür. Kooperativin mənfəəti əgər onun nizamnaməsində və digər qanunlarda nəzərdə tutulan qaydası yoxdursa onun üzvlərinin əməkdə işdirakına görə bölüşdürülür. Kooperativ ləğv edildikdən sonra əmlak və onun kreditorlarının tələblərinin ödənməsi də eyni formada həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə əmlak paylarının bölünmək hüququ olmayan mülkiyyətçilərin yaratdıqları təşkilatlar dövlət müəssisəsi hesab olunur.
Dövlət müəssisəsinin nizamnaməsində adi məlumatlardan başqa müəssisənin fəaliyyət predmeti və məqsədi haqqında, həmçinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası və mənbələri haqqında məlumatlar da olmalıdır.
Dövlət müəssisəsi öz öhdəliklərinə görə ona məxsus olan bütün əmlakı ilə məsuliyyət daşıyır. Dövlət müəssisəsinin əsasnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Müəssisələr haqqında Qanunu ilə müəyyən edilir.
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət adlanır (MMC). MMC - nin kapitalı təsis sənədləri ilə müəyyən edilmiş ölçüdə paylara bölünür. MMC işdirakçıları onun öhdəliklərinə cavabdeh deyillər və yalnız qoyduqları əmlakın dəyəri həcmində itkilərə görə risqə məruz qalırlar və ancaq qoyduqları kapitalla məsuliyyət daşıyırlar.
MMC - nin təsis sənədi onun işçilərinin imzaladığı təsis müqaviləsidir və onların təsdiq etdiyi nizamnamədir. Əgər cəmiyyət bir şəxs tərəfindən təsis edilirsə, onun təsis sənədi nizamnamədir. MMC - nin ali orqanı isə işdirakçılarının ümumi yığıncağıdır. MMC işdirakçılarının yekdil qərarı ilə könüllü olaraq ləğv edilə bilər və ya yenidən qurularaq ixtisaslaşdırılmış cəmiyyətə çevrilə bilər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə