Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə12/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1142(1)

Müəssisənin hədəfləri:

  • Aid olduqları sənaye sahəsində daim müştəri məmnuniyyətinin ən yüksək həddinə nail olmaq;

  • Bazarda rəqibləri arasında ən güclü mövqedə olmaq;

  • Təchizatçılarla əməkdaşlıq edərək prosesin həm Şirkətləri, həm də müştəriləri üçün məqsədəuyğunluğunu təmin etmək;

  • Bir nömrəli işəgötürən şirkət kimi ad qazanmaq;

  • Daimi inkişafın tərəfdarı olduqlarını nümayiş etdirmək;

  • Məxsus olduqları mühitdə qiymətləndirilən və etibar olunan tərəfdaş kimi tanınmaq.


Nəticə
Menecment bazar iqtisdiyyatının ən əsas konsepsiyalarından biridir. Onu iqtisadçılar, sahibkarlar, maliyyəçilər, bankirlər və biznes fəlaiyyəti ilə bağlı olan hər bir kəs öyrənir.Idarəetmə səmərəlidir əgər o strateji xarakter daşıyır və konkret nəticələrə çatmaqda, lazımi səviyyədə çevik, sadə və iqtisadidirsə.İdarəetmə metodları təsərrüfatçılığın düzgün həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır.Müəssisə xarici bazarlarda da biznes funksiyasını yerinə yetirdikdə isə, idarəetmənin funksiyasında əlavə çətinlik dərəcəsi olur.Idarəetmənin səmərəliliyi təşkilatdakı və xaricdəki başçılar arasında vaxtaşırı görüşlər olanda yaxşılaşa bilər. Xüsusilə xarici menecerlərin onlardan aslı olmayan problemlərin həllində onları cavabdeh etməmək vacibdir.
Idarəetmə sistemi işə ehtiyyacı olan əhalini işlə təmin edə bilər və onların işdirakı bəyənilə bilər. Davranışlar üzərində idarəetmədə tez - tez inciklik olur və o hədə, təhlükə kimi qəbul edilir. Buna görə də menecer idarəetmə sistemini əməkdaşlığa cəlb etməlidi. Idarəetmə sisteminin səmərəli funksiyaları aşağıdakılara təsir edir:

  • Ştatın stimullaşdırılması;

  • qrup və qeyri- formal təşkilatların əməlyatları;

  • təşkilatın strukduru;

  • idarəetmə sisteminin və liderliyin tipi.

Idarə etmək - əldə olan resurslardan maksimum səviyyədə istifadə etməklə müəssisəni oz məqsədlərinə doğru aparmaq deməkdir. Müasir dövrün ixtisasçılarına menecment haqqında dərin biliklərə malik olmaq vacibdir, bunun üçün isə menecmentin mahiyyətini və məfhumunu dəqiq ifadə etmək lazımdır.
Bazar şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi sosial - iqtisadi sistemin dəyişkən şəraitə uyğunlaşdırılması məqsədi ilə dövlətin səlahiyyətli orqanları vasitasi ilə həyata keçirilməsi qanunverici, icraedici və nəzarətedici tədbirlərin məcmusu kimi başa düşülməlidir.
İqtisadiyyatın tənzimlənməsi sistemi ayrı - ayrı fiziki və hüquqi şəxslərin və onların təşkil etdiyi qrup və təşkilatların maraqlarının və mənafelərinin ifadəçisi rolunu oynayır. Iqtisadi mənafe daşıyıcıların muzdlu işçilər və mülkiyyətçilər, fermer və təsərrüfat üzvləri, firma və banklar, səhmdarlar, menecerlər və başqa təsərrüfat subyektləri daxildir.
Bazar iqtisadiyyatının idarəetmə sisteminin nəzərəçarpacaq şəkildə müsbət nəticələr verməsi bir tərəfdən iqtisadiyyatın idarə edilməsinin təşkilati strukdurunun çevik olması, onun baş verən dəyişikliklərə tez reaksiya verməsi, digər tərəfdən isə iqtisadiyyatın dövlət tənzimlənməsində müxtəlif şəxsi və təşkilati maraqların nəzərə alınması ilə əhatə olunur.Bazar münasibətlərinin Azərbaycanda səmərəli yaradılması və formalaşması müasir idarəetmə münasibətləri ilə, iqtisadiyyatda idarəetmənin yüksəldilməsindən çox aslıdır. Məhz menecment, təşkilata iqtisadi proseslərin inteqrasiyasının və əlaqələndirilməsinin idarə edilməsini təmin edir.Azərbaycanda menecment hələ formalaşmaqdadır, bu da ölkəmizdə gedən özəlləşdirmə prosesinin, sahibkarlığın yaradılmasının, özəl müəssisələrin formalaşması və genişlənməsinin və ümumiyyətlə iqtisadiyyatın yenidən qurulması proseslərinin nəticəsində baş verir. Lakin bu proseslərin özlərinin hələ tam başa çatmamasına görə menecment özü də tam mahiyyət etibarıilə fəaliyyət göstərmir və bu sahədə kadrların azlığı da menecmentin formalaşmasında və inkişafında ləngimələrə səbəb olur.
Azər­bay­can döv­lə­ti ba­zar mü­na­si­bət­lə­ri əsa­sın­da iq­ti­sa­diy­ya­tı in­kişaf etdirirmək və azad sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na şə­ra­it ya­ra­dıl­ma­sı­na tə'mi­nat ve­rir.
İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” H.Əliyev


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə