Sosial təMİnatin ümumi anlayişI



Yüklə 39,6 Kb.
tarix08.06.2023
ölçüsü39,6 Kb.
#116134
DOC-20211118-WA0044.


SOSİAL TƏMİNATIN ÜMUMİ ANLAYIŞI.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı bazar münasibətlərinə əsaslanan təsərrüfat və sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi ilə qarçılıqlıılaqədə vahid sistem kimi fəaliyyət göstərir. İqtisadi əsas olaraq bazar münasibətləri, azad rəqabət və sahibkarlıq təşəbbüsləri yaradılan və kəkmilləşən hüquqi baza və mexanizmlər vasitəsilə reallaçır. Sosial təminat problemləri bir sıra hüquqi təminat və uyğun mexanizmlər vasitəsilə dövlət və dövlətçilik ayributlarının tərkib hissəsi olmaqla insanın cəmiyyətdə rolu və sonrakı dövrlərdə insan üçün maddi təminat vəzifələri kimi kompleks vasitələr və siyasətlə reallaşan mexanizmlərlə həyata keçirilir. Buna görə də Azərbaycan Konustitusiyasında insan və vətəndaş hüquqları sırasında sosial təminat hüququna xüsusi önəm verilmişdir. Bekəki , onun 38 –ci maddəsi ilə hər kəsin sosial təminat hüququ bəyan edilmişdir.
Hüququ ədəbiyyatında qeyd edildiyi kimi, sosial təminat hüququnun (yaş, xəstəlik, əlillik, ailə başçısını itirmə,uşaqların tərbiyəsi və qanunla müəyyən edilmiş digər hallarda) mahiyyəti ondan ibarətdir ki, dövlət obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək, həmçinin uşaqların doğulması və tərbiyəsi ilə əlaqədar ailəyə kömək etmək qabiliyyəti və imkanından məhrum olmuş (tam və ya qismən) vətəndaşlara kifayət qədər vəsait ayırmağa təminat verir. Bu hüquqlar kompleksi “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin” 22 və 25 – ci maddələri, “ İqtisadi, sosial və mədəni, hüquqlar haqqında Paktın” 9-12 –ci maddələri və “Uşaq Hüquqları Konvensiyasının ” 26- cı maddəsində təsbit olunmuşdur.
“ Azərbaycan respublikasının Konustitusiyası və hüququn əsasları” adlı dərslikdə haqlı olaraq göstərilir ki, ümumi huquq nəzəriyyəsindən məlum olduğu kimi , huququn sahələrə və instututlar bölünməsi , hüquqi tənzimetmənin predmeti və metodları nəzərə alınmaqla həyata keçirilir. BU predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.
Müxtəlif hüquqşünas alimlər tərəfindən sosial təminata verilmiş anlayışlarda bir cəhət, onun təşkilində dövlətin rolu bu və ya digəristiqamətlərdə öz əksini tapmışdır. Bu baxəmdan sosial təminat anlayışı M. N. Əliyev tərəfindən daha dəqiq xarakterizə edilmişdir. Belə ki, M.N. Əliyev göstərir ki sosial təminat dedikdə məqsədli maliyyə mənbələri hesabına dövlət tərəfindən dəqiq müəyyən edilmiş şərtlər əsasında və həcmdə vətəndaşlara sosial sığorta hadisəsi baş verdiyi hallarda onların sosial statusunun saxlanılması üçün səxsi gəlirlərinin bərabərləşdirilməsi məqsədilə ümumi daxili məhsulun bölüşdürülməsi üsullarından biri kimi başa düşülür.
H.B. Məmmədov göstərir ki hər bir ölkədə hüququn aliliyi ilə yanaşı insan hüququları dövlətin demokratikliyinin əlaməti və beynəlxalq əməkdaşlığın demokratik əsasını təşkil edir. Demokratiya və insan hüquqlarının birbaşa və əks əlaqəsi olduqca sadədir : insan hüquqlarına hörmət olmadan demokratiya ola bilməz və əksinə , əsl demokratiyanın bərqərar olması insan hüquqlarının təmin edilməsi üçün şərait yaradır.
Sosial təminat həm də qədim təminat növüdür. Belə ki, Afinada fiziki zəiflik və qocalıqla əlaqədar özlərinə vəsait əldə edə bilməyən şəxslərə böyük olmayan həcmdə gündəlik müavinət verilməsini təmin edən pensiya sistemi fəaliyyət göstərmişdir. Bu zaman qanun müavinət almaq hüququnu əmlak vəziyyətinin az olması ilə əlaqədar ciddi şəkildə məhdudlaşdırırdı.
Qeyd etmək lazımdır ki , hazırda soaial təminat hüququnun əsas növü olan pensiya təminatının maliyyə mənbəyini təşkil edən məcburi dövlət sosial sığorta haqları Almaniyada 18,7 , Polşada 19,52 FAİZ , bizim ölkəmizdə isə işəgötürənlər tərəfindən əməkhaqqı fondunun 22 faizi həcmində ödənilir.
R. S. Əşrəfov ölkəmizdə sosial təminatın inkişaf tarixini dörd mərhələyə ayırır.
- Çar Rusiyasının tərkibindı olduğu 1813-1918 0 ci illər
- Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-1920 – ci illər
- SSRİ- nin tərkibində olduğu 1920 -1991- ci illər
- 1991- ci ildən başlayan müstəqillik dönəmi.
Sosial təminat hüququna aşağıdakı ümumiləşdirilmiş anlayışı vermək olar :
Sosial təminat hüququ əmək qabiliyyəti olmayanlara pensiyaların və sosial müavinətlərin təyin olunması və ödənilməsi, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi, aztəminatlı ailələrin uşaqlarına sosial müavinətlərin təyin olunması və ödənilməsi , ehtiyacı olan insanlara soaial xidmətin göstərilməsi və bəzi digər münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarətdir.

SOSİAL TƏMİNATIN MALİYYƏ ƏSASLARININ ÜMUMİ ƏSASLARI.


Qeyd etmək lazımdır ki, sosial təminat hüququ münasibətlərinin subyektlərindən biri dövlər orqanı olsa da inzibati hüquq münasibətlərindən fərqli olaraq burada subyektlər bərabər hüquqlara malikdirlər.
Azərbaycan Respulikasının Konustitusiyasının 38 –ci maddəsinə əsasən sosial təminat hüququ aşağıdakı bölmələri özündə əks etdirir:

  1. Hər kəsin sosial təminat hüququ vardır.

  2. Hallarda Yardıma möhtac olanlara kömək ilk növbədə onların ailə üzvlərinin borcudur.

  3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə,ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir:

  4. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir:

  5. Dövlət xeyriyyəçilik f, əaliyyətini, könüllü sosial sığortanı və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Azərbauycan Respublikasının Konstitusiyasının 38 – ci maddsinə istinad etməklə sosial təminat hüququnun əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar.

  • əmək pensiyası təminatı ;

  • əhalinin əlil qruplarının həyat səviyyəsini təmin etmək üçün sosial müavinət təminatı ;

  • qanunvericiliklə müəyyən edilmiş qaydada ayri- ayrı katiqoriya şəxslərin təqaüd təminatı;

  • ünvanlı sosial yardımlar və sosial medafiə tədbirləri;

  • əhalinin aztəminatlı qruplarının həyat səviyyəsinin yüksəldilməsi;

Əhalinin sosial təminatı dövlət və hüquqi şəxslərin uyğun vəzifələrini, onun maddi əsaslarını, resurs təminatını bu sahəni tənzimləyən normaların dəyişməsi dinamikasını formalaşdırır. Sosial təminat hüququnun başlıca vəzifəsi hər bir ölkədə dövlət funksiyası olmaqla normativ hüquqi aktlarla tənzimlənir. Sosial təminat hüququnun qanunvericilik bazasını Azərbaycan Respublikasının Konustitusiyası, olkəmizin qoşulduğu beynəlxalq aktlar, qanunlar sistemi və digər normativ – hüquqi aktlar təşkil edir. Sosial təminatın obyektlərini əhalinin rifahı, həyat səviyyəsinin qorunması, əhalinin rifahının aşağı düşməsinin qarşısını alan kompensasiya sistemi təşkil edir. Ona görə də sosila təminatın subyektləri olan əhali və onun həyat səviyyəsi, tələbatın ödənilmə dərəcəsi və onun tənzimlənməsi yolları və mexanizmləri daima təkmilləşir. Anlayış kimi sosial təminatın arxasında maliyyə, maddi və hüquqi potensiallar, sosial təminat sistemində vətəndaşlar və dövlət müəyyən prioritetlər mövcuddur. Bu prioritetlər zamanı və vacibliyi üzrə ayrı –ayrı şəraitlərdə və müəyyən çərçivədə tətbiq olunur. Ona görə də sosial təminat qanunları çərçivə qanunları olmaqla sosial təminatların ümumi konturunu onun ayrı a-ayrı şərtlər və şəraitlər daxilində vacibliyini müəyyənləşdirir.
Sosial təminat hüququnun reallaşma spektri və hədləri spesifik qanunlar və dövlətin iqtisadi, bölgü və təminat siyasəti ilə müəyyənləşir. Bu əlaqələrin hüquqi və kompromis variantı beynəlxalq hüquq və respublikanın mövcud iqtisadi və sosial imkanları nəzərə alınmaqla reallaşdırılır. Azərbaycanın müstəqil dövlət kimi inkişafı və onun beynəlxalq inteqrasiya sistemində yeri və rolu beynəlxalq standartlara uyğun aparılır. Olkədə həyata keçirilən islahatların hüquqi əsaslarını insan azadlıqlarının və hüquqlarının təmin edilməsi təşkil edir.
Sosial təminatın maliyyə əsasları spsial sığorta sistemi ilə dövlət büdcəsi gəlirləri hesabına ödəmələrlə formalaşır, sosial yönümlüyü isə dövlət tərəfindən müəyyən olunan qaydalarla reallaşdırılır. Əməkhaqqı, əmək pensiyası, sosial müavinət, təqaüd və ünvanlı sosisl yardımın maliyyə mənbələri, onların dərəcə və məbləğləri dövlət tərəfindən müəyyənləşdirilir. Sosial təminat hüququnun potensial həcmini insan tələbatı, onun inkişaf dinamikası təşkil etsə də, mövcud real iqtisadi və maliyyə vəziyyəti bu reallığı formalaşdırır.
Sosial təminat sistemi dövlət, bələdiyyə və əhali resurslarının həcmi və onların istifadə istiqamətləri ilə müəyyənləşir və praqnozlaşdırılır.

Kompensasiya ödənişlərinin ümumi xarakteristikası onların sistemi.


Vətəndaşların hüququ və azadlığının məhkəmə müdafiəsi ilə yanaşı şikayətlərə baxılmasının inzibati məhkəmədən kənar qaydası , hər üeydən əvvəl onların konustitusion hüquqlarının müdafiəsi, habelə dövlətin sosial siyasət sferasında ölkə qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarının müdafiəsi ilə bağlıdır. Bu cür şikayətvermə və həmin şikatətlərə baxılması qaydaları haqqında 1997 – ci il 10 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Bu qanunun preambulasında vətəndaşların dövlət orqanlarına təkliflər ərizə və çikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsinin və qorunmasında mühüm vasitə kimi göstərilmişdir. Qanuna müvafiq orqanların vəzifələri şəxslərin qeyri – qanuni hərəkətlərindən insan və vətəndaş hüquqlarının müdafiəsinin inzibati hüquqi formalarını müəyyənləşdirir. Qanuna əsasən təklif – dövlət hakimiyyəti orqanı , idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texnika hüquq yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət ərizə vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutam müraciət, şikayət isə dövlət orqanına idarəsinə təşkilatına və müəssisənin pozulmuş hüququnun bərpası tələbi barədə müraciət hesab olunur. Vətəndaşların inkişaf səviyyəsi onun hüquqlarının qorunması üçün əsas basis rolunu oynayır. Ona görə də hər bir vətəndaşın sosial hüquqları sosila inkişaf haqqında sivil cəmiyyətlərdə baş verən pozitiv dəyişmələri bilmək bunun sosial nəticələrin qiymətləndirmək yolu ilə baş verir. Əhalinin maddi vəziyyəti onların bərabərliyində obyektivlik və ədalətli bölgü sisteminin mövcudluğu haqqında düzgün təsəvvür olmazsa insan psixoloji amil olaraq şikayət etmək potensialı güclənər. Amma hər bir fərdin peşə baxımından şikayət etmək üçün tutarlı hüquqi sübutları olmur. Ona görə də bəzi şikayətlərin fərdi və kütləvi olması vəzifəli şəxslərin öz işinə məsuliyyətli yanaşmasına təsir göstərir. Vəzifəli şəxslərin fəaliyyətinə nəzarət ictimai nəzarəti və dövlət nəzarəti yolu ilə baş verir. Vətəndaş öz hüquqi və mənafeləri baxımından dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların əsaslılığını , səmərəliliyini və qanuniliyini təhlil etmək və qiymətləndirmək hüququna malikdir. Bununla əlaqədar dövlət bir tərəfdən , qanunsua hərəkətlərə yol vermiş vəzifəli şəxslərin hüquqi məsuliyyətinin , digər tərəfdən isə vətəndaşların hüquq və azadlığının , qanuni mənafeinin təmin olunması məqsədi ilə lazimi təçkilati – hüquqi mexanizmləti müəyyən etməlidir. Vətəbdaşların hüquqi azadlıqlarının bərpasına yönəlmiş hüquqi mexanizmlərdən hüquqi forma və üsullardan biraşa asılıdır. Məhz, konustitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi şəffaflığı, sadəliyi vətəndaşların inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından süründürməçiliyindən qoruya bilər. Şikayət , vətəndaş tərəfindən vəzifəli şəxsin və ya orqanların hərəkət və qərarlarının hüquqiliyinin mübahisə doğurması haqqında irəli sürmüş məsələlərin həll edilməsi səlahiyyətlərinə aid olan icra orqanlarına verilir. Hərəkətlərdən şikayət edilən vəzifəli şəxslərə barələrində şikatətin yoxlanıb həll etmək üçün verilməsi qadağandır . Qanunun 7 – ci maddəəsinə əsasən dövlət hakimiyyəti orqanları idarələri, təşkilatlar, müəssisələr , onların rəhbərləri, və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda bunları 5 gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verilir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir. Vətəndaə tələb etmək hüququna malikdir. Buna uyğun olaraq səlahiyyətli orqan şikayətə onun daxil olduğu gündən etibarən bir ay müddətində baxılmalıdir. Əgər şikayət əlavə yoxlama tələb etmirsə o halda təxirə salınmadan, lakin 15 gündən gec olmayaraq həll edilməlidir. Şikayətdə əks olunan məlumatların əlavə yoxlanılması zərurəti yaranarsa ona baxılması müddəti istisna hala kimi iki ayadək uzadıla bilər.

Pensiya anlayışı və növləri , pensiya təminatı sisteminin vəziyyəti.


“Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm günədək ailə başçısının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sığorta stajı olduqda təyin olunur. Bu baxımdan əlilliyə görə əmək pensiyalarının təyin edilməsi ilə əlaqədar yuxarıda söylənilən fikir və mülahizələr ailə başçısını itirməyə görə əmək pensiyası təyinatına da şamil edilir.
Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18 – ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının bir ailə üzvü ( övladı istisna olmaqla ) olduqda 01 yanvar 2008 – ci ilə qədər ailə başçısını itirməyə görə pensiyanın baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanırdı. Qanuna edilən dəyişiklik nəticəsində həmin tarixdən etibarən ailə başçısının bir ailə üzvü qaldıqda bu növ pensiyanın baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi həcmində müəyyən edilir ki, bu da həmin insanların sosial müdafiəsi baxımından müsbət dəyərləndirilir.
Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 18 – ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində pensiya hesablanır. Bu o deməkdir ki, ailə başçısını itirməyə görə pensiyanın baza hissəsi bir ailə üzvü qaldıqda 85 manat, iki ailə üzvü qaldıqda 85 manat, üç ailə üzvü qaldıqda isə 127,5 manat olmalıdır. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 25 – ci maddəsi ilə müəyyən edilən hüquq bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 17 – ci maddəsi ilə müəyyən edilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Göründüyü kimi, ailə başçısı vəfat etdikdə onun uşaqlarının sosial müdafiəsini təmin etmək dövlətin əsas vəzifələrindən biridir. Bu baxımdan vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin sayından asılı olmayaraq ailə başçısını itirməyə görə pensiyanın verilmısində, onun baza hissəsinin məbləğinə qanunvericilik qaydasında baxılması məqsədəmüvafiq hesab edilir.
Pensiya təminatının başlıca maliyyə mənbəyini məcburi dövlət sosial sığortaı təşkil edir. Onun qanunvericilik əsasları 18 fevral 1997 – ci ildə qəbul edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin qanunla sosial sığortanın iki növü : məcburi dövlət sığortası və könüllü dövlət sığorta növləri fərqləndirilir. 21 oktyabr 2006 – cı ildə qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində 01 yanvar 2007 – ci ildən etibarə hərbi qulluqçular da məcburi dövlət sosial sığortası işəgötürənlərin tərəfindən bütün fərdi əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. S.O.Nağıyev haqlı olaraq göstərir ki, dövlətin sosial siyasətinin əsas istiqamətləri məcburi dövlət sosial sığortasının spesifikliyi nəzərə alınmaqla hazırlanır.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən hüquqi münasibətlərin subtekləri qismində bir tərəfdən sığortaçı təşkilat, digər tərəfdən isə sığorta edənlərlə sığorta olunanlar iştirak edirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslər sığortaçı adlanır.Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürənlər, habelə başqasını sosial sığorta edən digər şəxslər sığortaedən, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər isə sığorta olunan kimi tanınır.

SOSİAL TƏMİNAT HÜQUQUNUN ÜMUMİ ANLAYIŞI VƏ PREDMETİ.


Sosial təminat sahəsində yaranan münasibətlər bilavasitə bu sahəyə aid olan hüquq normaları ilə tənzimlənir. Bu sahədə mövcud olan hüquq normaları yeni konsepsiya və prinsiplər əsasında inkişaf etdirilir, əvvəllərhüquqi tənzimetmə çərçivəsindən kənarda qalan münasibətlərin nizama salınması üçün yeni hüquq normalrı qəbul olunur və ya əvvəlki hüquq normaları yenidən işlənilir.
Sosial təminat problemləri bir sıra hüquqi təminat və uyğun real mexanizmlər vasitəsi ilə dövlət və dövlətçilik atributlarının tərkib hissəsi olmaqla insanın cəmiyyətdə rolu və sonrakı dövrlərdə insan üçün maddi təminat vəzifələri kimi kompleks işləyir və siyasətlə reallaşan mexanizmlərlə həyata keçirilir. Buna görə də Azərbaycan Respublikasının Konustitusiyasında insan və vətəndaş hüquqları sırasında sosial təminat hüququna xüsusi önəm verilmişdir. Belə ki, onun 38- ci maddəsi ilə hər kəsin sosial təminat hüququ bəyan edilmişdir. Hüquq ədəbiyyatında sosial təminata verilən anlayışların nəzərdən keçirilməsi xüsusi maraq doğurur. V.S. Andreyev anaların və uüaqların himayə edilməsi, vətəndaşlar qocaldıqda və əmək qabiliyyətini itirdikdə , onların yaşayışının təmin edilməsi , tibbi xidmət göstərilməsi və müalicəsi üzrə dövlətin həyata keçirdiyi və ya himayə müəyyən sosial- iqtisadi tədbirlərin məcmusunu sosial təminat adlandırır.
R. İ. İvanova sosial təminat hüquq normaları ilə müəyyən edilmiş qaydalar əsasında yaradılmış xüsusi fondların bütün cəmiyyət üzvlərinin işçi qüvvəsinin sağlamlığını və normal təkrar istehsalını təmin etmək məqsədi ilə bölüşdürülməsi forması kimi xarakterizə edir.
E. E. Maçulskayasosial təminatı dolanəşıq üçün yaşayış mənbəyinin itirilməsi, ailədə yaranmış əlavə xərclərin ödənilməsi , yaxud sosial əhəmiyyətli obyektiv səbəblərdən zəruri yaşayış minimumunun olmaması hallarında vətəndaşların təlabatlarının ödənilməsi məqsədilə sosial təyinatlıbüdcədənkənar fondların bölüşdürülməsi ilə əlaqədar əmələ gələn ictimai münasibətlərin məcmusu kimi xarakterizə edilir.
İqtisadi katiqoriya kimi sosial təminatı cəmiyyətin və dövlətin ən kəskin problemlərindən birinin əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin qeyri – bərabərliyinin nəticəsi ilə bağlı olmayan insanların sosial problemlərinin həlli üçün istifadə etdikləri müəyyən alət kimi qiymətləndirirlər. H. M. Rəcəbli sosial təminatı sosial müdafiənin bilavasitə dövlət tərəfindən həyata keşirilən xüsusi təşkilati – hüquqi forması adlandırır. İ.M. Cəfərov sosial təminatı əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərəfindən müvafiq müavinətlərin ödənilməsi, təşkilati, hüquqi və digər tədbirlərin həyata keçirilməsi kimi dətərləndirir.
İ. İ. İsmayılov və R. İ. Mürşüdov sosial təminata vətəndaşlara və onların ailə üzvlərinə yaşayış vasitələri mənbəyini itirdiyi və ya zəruri yaşayış minimumu olmadığı hallarda sosial əhəmiyyətli əlavə xərclər çəkilməsi, eləcə də tibbi yardım göstərilməsi, ailəyə uüaqların saxlanılması və tərbiyələrinə köməklik edilməsi , digər sosial xidmətlər göstərməklə və güzəştlər müəyyən etməklə onların təlabatını ödəmək üçün sosial təyinatlı vasitələrin bölüşdürülməsi üzrə ictimai münasibətlərin məcmusu kimi baxırlar.
Ş. B. Bayramovun fikrincə sosial təminat məqsədli maliyyə mənbələri hesabına dövlət tərəfindən dəqiq müəyyən edilmiş şərtlər əsasında və məbləğdə vətəndaşlara sosial sığorta hadisəsi baş verdiyi hallarda onların sosial statusunun saxlanması üçün şəxsi gəlirlərinin bərabərləşdirilməsi məqsədilə ümumi daxili məhsulun bölüşdürülməsi üsullarından biridir.
İnsanların sosial təminat hüquqlarına beynəlxalq təşkilatların qəbul etdikləri aktlarda da geniş yer verilmişdir. Belə ki, Beynəlxalq Əmək Təşkilatının Filadelfiya bəyannaməsində bütün bütün insanların maddi rifah hüququ, 1948 – ci ilin dekabr ayının 10 –da elan edilmiş “ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ” cəmiyyətin üzvü kimi hər bir insan layiqli həyat səviyyəsinə nail olmaq hüququ, “ İqtusadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda ” bu pakrın üzv dövlətlərlərinin hər birinin, sosial sığorta da daxil olmaqla, bütün insanların sosial təminat hüquqlarının tanınması öz əksini tapmışdır.

SOSİAL TƏMİNAT HÜQUQUNUN METODU VƏ SİSTEMİ.


Sosial təminatın inkişafına dair R. S. Əşrəfovanın bildirdiyi fikirlər onun keçdiyi mərhələləri tam əks etdirmir. Belə ki , Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunana qədər də ölkəmizdə sosial təminat sistemi mövcud olmuşdur. Sosial təminat məsələləri Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin daimi diqqət mərkəzində olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mövcud olduğu 23 ay ərzində 1000 - ə qədər qərar qəbul etmişdir. Həmin qərarların böyük əksəriyyəti erməni daşnaklarının təcavüzünə məruz qalan insanların sosial təminatının təşkilinə həsr olunmuşdur.
Ölkəmizdə sosial təminat hüququnun inkişafında 1995- ci il noyabrın 12 –də Azərbaycan Respblikası Konustitusiyasının qəbul edilməsi ilə əlaqədar yeni bir mərhələnin əsası qoyuldu. Əhalinin sosial təminatı dövlət və hüquqi şəxslərin uyğun vəzifələrini , onun maddi əsaslarını, resurs təminatı, bu sahəni tənzimləyən normaların dəyişməsi dinamikası formalaşdırılır. Sosial təminat hüququnun başlıça vəzifəsi hər bir ölkədə dövlət funksyası olmaqla normativ hüquqi aktlarla tənzimlənir. Sosial təminat hüququnun qanunvericilik bazasını Azərbaycan Respublikasının Konustitusiyası, ölkəmizin qoşulduğu beynəlxalq aktlar, qanunlar sistemi və digər normativ hüquqi aktlar təşkil edir. Anlayış kimi sosial təminatın arxasında maliyyə, maddi və hüquqi potensiallar, sosial təminat sistemində vətəndaşlar və dövlət tərəfindən müəyyən prioritetlər mövcuddur.
Sosial təminatın konstitusion hüquqi tənzimlənməsi məsələlərini təhlil edərkən ilk növbədə konustitusiya anlayışının araşdırılmasına ehtiyac duyulur.
Sosial təminat insanın layiqli həyat şəraitinə təminat verəcək səviyyədə müəyyən edilməsi prinsipi istər beynəlxalq təşkilatların sosilal təminata dair aktlarında , istərsədə Azərbaycan Respublikasının 16 – cı maddəsində nəzərdə tutlmuşdur. Onun mahiyyəti ilk növbədə hər bir qanunla müəyyən edilən yaşayış minimumu həddinin müvafiq səviyyəsindən aşağı olmayan məbləğlə təmin edilməsində özünü biruzə verir. M. N. Əliyevin qeyd etdiyi kimi bu prinsip sosial təminat hüquq normalarının gələcək inkişaf perspektivləri ilə bağlı olan prinsipdir.
Sosial təminat məsələlərinə dair qərarların qəbul edilməsində vətəndaşların hüquqlarını müdafiə edən təşklatların iştirakının təmin edilməsi prinsipi vətəndaşların öz maraqlarını müdafiə etmək üçün birləşmək, dövlət işlərinin idarə olunmasında bolavasitə və ya nümayəmdələri iştirak etmək, həmçinin dövlət orqanlarına şəxsən müraciət etmək , bu orqanlara fərdi və kollektiv müraciətlər göndərmək kimi kontitusion hüquqların konkretləşdirilməsində ifadə olunur.
Sosial təminat hüququnun sahədaxili prinsipləri sırasında əhatə dairəsinə görə daha geniş xarakter daşıyan pensiya təminatının prinsipləri önəmli yer tutur. Sosial təminat hüquqlarının reallaşması ümumi prinsiplərə əsaslnaraq , cəmiyyətdin sosial siyasətini, sosial qurumların cəmiyyətdə yaşamasını və fəallığını təmin edən maddi, maliyyə imkanları və onların bölgüsü qaydaları ilə formalaşır, ifadə olunur. Sosial münasibətlərin xarakteri və onun hüquqi amilləri hüquqi faktları formalaşdırır. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi , hüquqi münasibətlərin əmələ gəlməsi , dəyişməsi və xitam olunmasının əsasınl təşkil edən hadisə və ya hərəhət hüquqi fakt adlanır. Sosial təminat hüququna daha çox xarakterik cəhət sosial qrupların və yaxud fərdin əmək, sağlamlıq, məşğulluq və həmçinin təşəbbüskarlığını artırmaq üçün istifadə olunan səmərəli yollar və üsullar ilə ifadə olunur. Belə ki, iqtisadi islahatlar nəticəsində elə sosial təminat sistemi yaradılır ki , bu sistem vasitəsilə cəmiyyətdə ədalətlilik göstəricoləri təmin edilmiş olsun. Sosial təminat hüquqlarının reallaşması formalarının təşkili iqtisadi struktur olmaqla təkmilləşən və dəyişən bir prosesdir. Bu reallaşma sistemi ölkənin iqtisado və sosial islahatlar proqramının tərkib hissəsi olaraq inkişaf edir və dəyişir.

HÜQUQİ PRİNSİPLƏRİN ÜMUMİ ANLAYIŞI.


Hüquqi faktların məcmusu hüquqi tərkib kimi xarakterizə olunur. Hüquqi tərkibə daxil olan zəruri faktlardan hər hansı biri olmadıqda hüquq münasibətinin yaraması və ya xitam olunması baş vermir. Hüquqi tərkibin bütövlüyü prinsipləri hüquqi normalarrın əlaqəsini , onun reallaşmasında alınan nəticələrin adekvatlığını təmin edir. Ona görə də hüquqi münasibətlər vahid məqsədə və məqsədlərə uyğun hüquqi məlumatların qarşılıqlı əlaqəsini formalaşdırır. Hüquqi tərkib tam olmadığı halda onun nəticələri də formalaşmır. Beləliklə hüquq şəraitinin yaranması və bu şəraitin qiymətləndirilməsi hüquq tərkibin son nəticədə formalaşması prosesini sürətləndirir. Hüquq tərkibinə daxil ilan amillərin hər birinin hüquq münasibətlərinin formalaşmasında rolu müxtəlif olduğu üçün bu tərkibin aparıcı həlqəsi nüvə rolunu oynayır ki, buna da hüquqi seçilən nəticələr də deyilir. Beləki, iş şəraiti ailə tərkibi daha çox təminat almaq prspektiv pensiya münasibətlərini formalaşdırmaq üçün aparıcı həlqədir. Sosial təminat hüququnun bütün tərkib elementini iki əsas mərhəyə bölmək olar – hüquqi qiymətlənmiş vəziyyət perpektiv mühazirələr. Perspektiv mühazirələrdə formalaşmış vəziyyət və şəraitlə bağlıdır. Beləki, yaşagörə pensiya almaq, sığorta yaş həddi və həmçinin əmək haqqının deferensiyasiyası kimi formalaşmış vəziyyətə üzvü surətdə bağlıdır. Sosial təminat prosesi müəyyən ststistik və normativ fəaliyyətlərlə müəyyənləşir. .Beləliklə onların hər birinin artıq qərarlaşmış nətiçələrinə uygun hüqüqi nərmaların aparıcı rolu baş verir . Sosial təminat hüqüqlarını realaşmasını müafiq qanunlar onların məqsəd və vəzifələrinə uygun mexanizimləri və həmiçinin maliyyə maddi potenisalı ilə reallaçmış . Məhz bu reallaşıma müəyyən məhdudiyyətlər və şərtlər daxilində əmək və sosial təminat qanunlarına əsasən cari zəruri və perspektiv dovürlərə üçün proqnozlaçdırılmış norma və normativlərə uygun olaraq tənizimlənir . Belə ki hər bir vətəndaçın maddi rifahatını yüksəltmək maraqları onların inkişafı üçün yaradılan ümümi şəraitlə yanaşı fərdi fəallıq və faydalılıq meayarları ilə qiymətlənidilirlir onların təkirar istesal üçün mükafatlanıdırma yaxud konpenesasiya rejimi ilə odəmə yolları reallaçdırlır . Sosial təminat hüquna daha çox xarakterikdir cəhət sosial qurupların və yaxud fəridinin əmək saglamlıgıq məşqulluq və həmiçinin təşəbbüskarlıgının arıtırmaq üçün isdifadə olunan səmərəli yollara və üsullar ilə ifadə olununr . Belə ki iqtisadi islahatlar nəticəsində elə sosial təminat sistemin yaradılır ki bu sistem ilə cəmiyyətə ədalətlik gostəriciləri təmin edilmiş olur . Sosial təminat hüquqlarını reallaşmasını formalarının təşkilin iqtdisadi suturkturu olmaqla təmikinləşmə vədəyişən bir prosesdir . Bu reallaşmasistemi olkənin iqtdisadi və sosial istesalatlar proqramının tərikibi hissəsi olaraq inkişaf edir və dəyişir . Sosial təminat hüqüqları hüqüq münasibətlərin formalaşmasə və xüsüsiyyətlərinin əhatə etməkdə konkiretləşmə və reallaşma müstəvisində movcud resoslarla mexanizmlərə və tənizimləmə yollarını kəsib edir . Ona gorə də müəyyən obiyektiv təlabatları və bu təlabatların təmin edən dovlət hüqüqi münasbətlərin pirizmasından sosial təminat hüqüqının şəxsi və insanların arasında münasbətlər formasını nəzərdə tutur . V . S . Andireyevin gosterdiyi kimi sosial təminat hüquqın piridmentinı daxili olan sosial təminat hüquqi münasibətlərin hüquqi normaları ilə tənizmləməkdə hüquqi münasibətlərin . Beləliklə sosial təminat hüquqi münasibətlerin müxdəlif məqsəd və subyektlərinə gorə ayrılır . Onun təsiniftləşməsi bu münasbətlərin formalaşmasına,hüquq probleminin qoyulmasına və həlli yollarına gətirib çıxarır . Hüquq müstəvisində münasibətlər sistemindən baxılıdıqda təminat sistemi üç əsas münsibət formasında təzahür edir . Ayrı –Ayrı təminatları üzrə münasibətlər prosedur münasbətləri olaraq faktlar və dəlillərini qarışlaşmasını üzrə hüquqi əhəmiyyətli münasbətlər : Münasibətlərin tərəfdarları arasında mübahisəli məsələləri həll edən prossesual münasibətlər . Göründüyü kimi sosial təminat hüququ üç növü fərqləndirilir. Maddi , presedur və pressesual hüquqi münasibətlər. Maddi hüquqi münasibətlərin təminatın konkret növünün ödənilməsinə yönləndirilir. Onu sosial təminatın növlərinə uyğun olaraq təsnifləşdirmək olar: Əmək pensiyası üzrə , sosial xidmətlər üzrə və s.

SOSİAL TƏMİNAT HÜQUQUNUN MƏNBƏLƏRİNİN ANLAYIŞI.


Konustitusiyaya görə hər kəsin sosial təminat hüququna malik olması onun sosial təminat orqanlarına müvafiq obyektiv səbəblərə görə müraciət etmək və özünün təminat hüququna uyğun olaraq təminat fomasını və yaxud onun həcminin kafiliyi haqqında fikir söyləmək və şikayət eymək azadlıqlar mövcuddur. Beləliklə, prosedur hüquqi münasibətlər , hüquqi faktların təsdiqi üçün maraqlı şəxsin və yaonun dövlət orqanına müraciəti ilə yaranır. Bu münasibətlər səlahiyyətli dövlət orqanının hüququi əhəmiyyəti kəsb edən olub olmaması haqqında qərar çıxatması ilə xitam olunur. Prossesual hüquqi münasibətlərin şəxsin pozulmuş hüquqularının müdafiəsi məqsədi ilə etdiyi şikayət əsasında yaranır. Və həmin şikayətlərə məhkəmələt tərəfindən baxıldıqda mülki prossesual normalar tətbiq olunur.
Sosial təminat hüququna dair normanın pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinə uyğun olaraq müəuyyən edilir. Həmin hüquqların pozulmasına gorə Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinə müvafiq olaraq səlahiyyətli dövlət orqanının nümayəndəsinə cərimə tətbiq edilir. Lakin qüvvədə olan qanunvericilikdə sosial təminatın konkret növünün təqdim edilməsi ilə bağlı şəxsin müvafiq səlahiyyətinə yuxarı orqanlarına şikayət edilməsinin və həmin orqanlar tərəfindən çikayətlərin baxılması qaydasını tənzimləyən normaların olmaması sosial təminat hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklərə səbəb olur. Sosial təminat hüququnun subyektləri sosial təminatı ödəyən və yaxud ona səlahiyyəti olan hüquqi şəxslər, dövlət, həmçinin xarici investorları ola bilər. Ona görə sosial təminat prosesi, hüquqi statusa malik olan hüquqi və fiziki şəxslər, əhali və dövlət, həmçinin bələdiyyələr arasında münasibətlər formasıdır. Sosial təminatın ikinci mərkəzləşdirilmiş forması kimi büdcə vəsaiti hesabına dövlət sosial təminatı çıxış edir. Onun mərkəzləşdirilmiş xarakteri sosial təminatının növləri və onların təqdim etdiyi şəxslərin dairəsini qabubvericiliklə dəqiq şəkildə müəyyən olunmaqla onlar dövlət tərəfindən təminat verilməsində ifadə olunur. Eyni zamanda sosial xərclərin müəyyənləşdirilməsi mənbəyi də qanunvericilik qaydasında müəyyən edilir. Büdcə vəsaiti hesabına sosial müavinətlər ayri –ayrı kateqoriya şəxslərə prezident təqaüd ünvanlı dövlət sosial yardımı , ahıllarına sosial xidmət tədbirləri , əlillərə reabilitasiya tədbirləri və s. maliyyələşdirilir.
Sosial təminatın qarışıq forması isə sosial tədbirlərin həm dövlət büdcəsi vəsaiti, həm də məcburi dövlət sosial sığorta vəsaitləri hesabına müəyyənləşdirilməsini əks etdirir. Məsələn, əmək pensiyalarının baza hissəsi həm dövlət büdcəsinin , həm də məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir. Uşağın doğulması ilə əlaqədar müavinətlər valideynlərdən hər hansı bir sığortalanan olduqda məcburi dövlət sosial sığorta vasitələri hesabına , valideynləri məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakısı olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir və s. M. N. Əliyevin göstərdiyi kimi sosial təminatın lokal formaları dedikdə bələdiyyə orqanlarının kollektiv müqavilə və kollektiv sazişlərin istifadə etdikləri insanların sosial müdafiəsinə dair əlavə tədbirlərin həyata keşirilməsinin təşkilat –hüquqi üsulları anlaşılır. Məhz, həmin orqanlara və subyektlərə maliyyə vəsaitlərinin cəmləşdirilməsi üsullarının əlavə sosial yardım tədbirlərinin nəzərdə tutduğu şəxslərin dairəsini , belə yardımın növlərinin və onun göstərolməsi qaydalarını müəyyən edirlər. Müasir dövrdə lokal formalar xüsusi əhəmiyyət kəsb edir. Çünki burada vəsaitlərin hələ məhdud olmasına baxmayaraq lokal xatakterli bütün sosial risklərə vaxtında əməli köməklik göstərə bilərlər. Sosial müavinətin növlərindən birini də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına ödənilən müavinət təşkil edir. Bu müavinət qanunvericiliyə edilmiş dəyiçikliyə əsasən 2007 – ci il oktyabrın 15 – dən etibarən qəyyum və himayəçinin ünvanlı dövlət sosial yardımına hüququ olmadıqda təyin edilir.

SOSİAL TƏMİNAT SAHƏSİNDƏKİ HÜQUQİ MÜNASİBƏTLƏRİN ANLAYIŞI, TƏSNİFİ VƏ NÖVLƏRİ.


“Sosial müavinətlər haqqında ” Azərbaycan Respublikası Qanununun 8 –ci maddəsində müavinətlərin məbləğinin Azərbatcan Respublikasının prezidenti tərəfindən müəyyən edilməsivə ildə bir dəfədən az olmayaraq indeksləşdirilməsi nəzərdə tutulur. Müavinətlərin məbləği “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007 – ci il 22 yanvar tarixli Fərmanına , “Sosial müavinətlərin artırılması haqqında ” Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2008 – ci il 820 saylı Fərmanına , “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləribarədə ” Azərbaycan Respublikası Prezidentinin 08 2010- cu il tarixli 324 nömrəli Fərmanına əsasən artırılmışdır.
“Aztəminatlı əhalinin soaial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə ” Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2010 – cu il tarixli 324 nömrəli fərmanına əsasən 01 sentyabr 2010 – cu ildən etibarən yaşa görə müavinət – 50 manat , “ümumi xəstəlik” , “hərbi xidmət dövründə xəstələnmə” , “əmək zədəsi və peşə xəstəliyi” , “hərbi əməliyyatlar keşirilən zonada olmaqla əlaqədar” , “Çernobıl AES – də qəzanın ləğvi ilə əlaqədar ” səbəbindən əlillik baş verdikdə əlilliyə görə müavinət – 55 manat (ı qrup əlillərə) , 40 manat (ıı qpup əlillərə) , və 35 manat (ııı qrup əlillərə) , sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 55 manat , ailə başçısını itirməyə görə müavinət - 45 manat və s. məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konustitusiyası hər kəsin layiqli həyat səviyyəsinə təminat vermişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respunlikası Qanununun 5.1- ci maddəsinə əsasən yaşayış minimumu əməkhaqqının, pensiyaların minimum məbləğinin , müavinətlərin , təqaüdlərin, ünvanlı dövlər sosial yardımının və digər ödənişlərin müəyyən edilməsinin əsasını təşkil edir. Bu baxımdan sosial müavinətlərin də məbləğini mərhələrlə yaxşı minimum səviyyəsinə çatdırılmasına dair xüsisi normanın qəbul edilməsi məqsədəmüvafiq olardı. Yuxarıda qeyd edildiyi kimi , sosial müavinətlərin növlərindən biri də kommunal, nəqliyyat və digər xidmətlər ərzində müəyyən olunan aylıq müavinətlərdən ibarətdir. Belə ki, ölkənin sosial yardım sisteminin yenidən qurulması məqsədilə kommunal, nəqliyyat və digər xidmətlər sahəsində mövcud olan güzəştlərin aylıq müavinətlərlə əvəz edilməsi qərara alınmış , bununla əlaqədar 2001 – ci il noyabrın 15 – də “Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Qanunla əlaqədar olaraq “Kommuna, nəqliyyat və digər xidmətlər üzrə güzəştliərin müavinətlərlə əvəz olunması təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001 – ci il tarixli Fərmanı ilə bir sıra katiqoriya vətəndaşlar üçün onların istifadə etdikləri güzəçtlərin əvəzində aylıq müavinətlər müəyyən olumuş, kommunal xidmətlərin sonrakı qiymət artımında isə onun məbləğinə yenidən baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən həmin müavinəti olmaq hüququ olan şəsx əmək pensiyası olduqda göstərilən müavinətə pensiyanın sığorta hissəsindı nəzərə alınır. Müavinət hüququ olan şəxs əmək pensiyasına hüquq qazanmaqda isə sosial müavinət dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Əmək və ƏHALİNİN Sosial Müdafiəsi Nazirliyi yerli orqanları tərəfindən təyin olunararaq ödənilir və ildə bir dəfədən az olmayaraq indeksləşdirilir. Bu isə eynu hadisəyə ikili yanaşma hesab oluna bolər Bina görə də göstərilən müavinətin vahid qaydada bir orqan tərəfindən təyin olunub ödənilməsi məqsədəmüvafiq olardı. Sosial müavinətin növlərindən biri də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına ödənilən müavinət təşkil edir. Vətəndaşlar əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətin verilməsi əsaslarını Azərbaycan Respublikasının Konustitusiyasının 38 – ci maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993- cü il 8 yanvar tarixli “Xəstəlik vərəqlərinin verilməsi və müalicə - sağlamlıq məqsədlərinə ödənişlərin təsdiqi haqqında ” əsasnamə ilə müəyyən olunur.

Pensiya müavinət və kompensasiyaların, sosial təminat üzrə prosedur və prossesual verilməsi ilə bağlı hüquqi münasibətlər.


Ölkəmizdə pensiya sistemi daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008 –ci il tarixli sərəncamı ilə “2009- 2015- ci illərdə Azərbaycan Respublikasında sığorta- pensiya sisteminin inkişafına dair dövlət proqramı ” təsdiq olunmuşdur. Həmin proqramda gostərildiyi kimi vətəndaçların pensiya təminatının beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial – iqtisado siyasətin strateji istiqamətlərindəndir. 2001- 2005 ci illəri əhatə edən konsepsiyanın reallaşdırılması ilə sığorta pensiya sisteminin müasir standartlarla uğğunlaşdırılması istiqamətlərində zəruri addımlar atılmış vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlərlə həyata keçirilmişdir. Sığorta pensiya və sosial yardım sistemlərinin bir- birində ayrılması və ödənilən sosial sığorta haqqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıc aistiqamətini təşkil edir. Azərbaycan Respublikasının Konustitusiyasını 38 – ci maddəsi ilə pensiyanın minimum məbləğinə dövlət təminatı verilmişdir. Pensiyanın sığorta hissəsi ödənilən məcburi dövlət sosial sığortasının məbləğindən aasılıdır. Buna görə də pensiya təminatının inkişafı ilk növbədə maliyyə təminatının yaxşılaşdırılmasından ibarətdir. Dövlət proqramında qeyd edildiyi kimi əhalinin pensiya təminatını yaxşılaşdırmaq üçün onun maliyyə mənbəyini təşkil edən məcburi dövlə sosial sığorta sisteminə və təkmilləşdirilməsinə xüsusi önəm verilmişdir. Müasir bazar iqtisadiyyatı təşəkkül tapdıqca və cəmiyyətdə ictimai münasibətləri təkmilləşdikcə sosial sığorta sisteminin təkmilləşməsi və dövlət büdcəsinin sosial normativlərə uyğun xərclənməsi sosial təminat sistemində yeni əsaslar yaradır. İnsanların ən vacib sosial hüququnun tərkib hissəsi olan hüququ ilə sosial sığorta sistemi arasında beynəlxalq təcrübəyə uyğun islahatların həyata keçirilməsi zərurəti yaranır. Ona görə də məcburi dövlət sosial sığorta sisteminin qanunvericilik bazasını təşkil etmək məqsədilə 1997 –ci ilin fevralın 18 – də “Sosial sığorta haqqınada” Azərbaycan Respublikasında Qanun qəbul edildi. Həmin qanunda ölkəmizdə sosial sığorta sahəsində münasibətlər tənzimlənməklə sosial sığortanın hüquqi – iqtisadi və təşkilati əsasları müəyyən olunmuşdur. Bu qanunla sosial sığortanın müntəzəmliyinə dövlət təminatı verilir.
Yaşa görə əmək pensiyasının digər bir əlaməti onun vəzifəsi ödəmə xarakterinə malikdir. Olub olmaması hüquq ədabiyyatıda mübahisə doğurur. M.N. Əliyev göstərir ki cəmiyyətin iqtisadi və sosial həyatında baş verən dəyişikliklərlə yaşa görə pensiyaların mahiyyətini əsaslı şəkildə dəyişdirilmişdir. Belə ki, onun elementar yəni, əvəzsiz maddi yardım xarakteri daşıması öz əhəmiyyətini itirmiş və artıq pensiyanın bu növünə olan hüquq vətəndaşın sığorta haqqı ödənməsi , yəni sığorta stajı əsasında yaranır. E. E. Maçulskaya isə göstərir ki , əmək stajı səğorta stajı ilə əvəz olunsa da pensiya ödənişi cari daxil olunmalar hesabına ödənilir . Buna görə də pensiya əvəzsiz ödəmə xarakteri daşıyır. Eyni zamanda işə götürmənin məcburi dövlət sosial sığorta haqqını ödəməməsi işçini yaşa görə pensiya hüququndan məhrum etmir. Qeyd etmək lazımdır ki , yaşa görə əmək pensiyalarının təyin olunması sığorta stajı ilə yanaşı bir sıra hallarda sağlamlıq imkanları məhdud olan 18 yaşa qədər uşaqlar ı qrrup əlillə, 70 yaşına çatmış şəxslərə qulluq göstərməyə ictimai faydalı fəaliyyət müddətinə görə də təyin edilə bilər. .Yeni bizim olkəmizdə penisiya təyinatı bütovülüklə sigorta staji əsasında aparılmır . Buna gorə də yaşa gorə əmək penisiyyaları alimenitar xarakter daşımaqda davam edir . A. Ə . Əliyev və .A . S . Quluyevin yaşa gorə əmək penisiyaları anlayışını aşagdakə kimi gostərimişlır . Yaşa gorə əmək penisiyası qanunla müəyyən edilmiş yaş həddinə olan şəxisillərə Azerbayıcan Respubilikası Dovlət sosial müdafiyyə Fonudun vəsaiti hesabına təyin edilən omürlük aylıq odənicdir . Belə ki qanun 7 –ci maddəsində əsasən edilmiş əlavə və dəyişliklik nəticəsində yaşa gorə əmək penisiyaların təyin olunma şəraitinə yenidən baxımışdır . Bu əlavə və dəşikliklərə uygun olaraq 2010 –cu ildən başlayaraq penisiya təyin olunması üçün yaş həddi kiçiklərdə 2012 –ci il yanvarın 1 – dək qadınlarda isə 2016 – ci ilin yanvarın 1 – dək hər il 6 ay artırlır .

HÜQUQİ MƏSULİYYƏTİN ÜMUMİ ANLAYIŞLARI.


Hüquqşşunas alimlər sosial təminat hüquqlarını xarakterik xüsusiyyətlərinin aşagdaki kimi gostermişlər.

  • Insan həyatının müəyyən sosial iqtisadi sahəsinə şamil edilməsi;

  • əsas müddəalarda məsləhət verici “qeyri – ciddi” təriflərin verilməsi;

  • sosial iqtisadi hüquqların həyata kecirilməsinin iqtisadi vəziyyətindən asılı olması.

Sosial iqtisadi və mədəni hüquqlar haqqında beynəlxalq pakt xüsusilə onu qeyd edir ki, bu hüquqlar tədricən və “müvcud ehtiyacların maksimal həddində” həyata keçirilməlidir.
N.Quliyeva, P.A.Hüseynov haqlı olaraq göstərirlər ki, ölkəmizdə bu istiqamətdə atılan mühüm addımlardan biri respublikamızın sosial müdafiə sistemi üçün tamamilə yeni olan ünvanlı sosial yardım mexanizmini tətbiq edir. Bu mexanizmin tətbiqi ölkəmizdə az təminatlı əhali təbəqəsinin maddi çətinliyinin aradan qaldırılması vətəndaşların real ehtiyaclarının nəzərə alınması ilə bu ehtiyac səviyyəsinə uyğun olaraq onlara ünvanlı şəkildə sosial yardımların təyin olunması xüsusilə daha çox ehtiyacı olan ailələrin sosial müdafiəsini gücləndirilməsi yoxsulluq səviyəsinin azaldılması yoxsulluğun miqyasının məhdudlaşdırılması ümumiyyətlə yoxsulluqla mübarizə istiqamətində həyata keçirilən strategiyanın səmərəliliyinin artırılması zərurətindən irəli gəlmişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 19 – cu maddəsinə əsasən bir sıra şəxslərin o cümlədən şəhid ailəsi üzvlərinin pensiyalarının baza hissəsinə əlavələr hesablanır. Şəhid anlayışı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununda verilmişdir. Həmin qanunun 1 – ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ölkəmizin pensiya qanunvericiliyində “Şəhid” termini ilk dəfə “Əmək oensiyaları haqqında” Azərbaycan Respublikası qanununda işlədilmişdir.
Bununla yanaşı, 1990 – cı ilin 20 yanvar hadisələri nəticəsində əlil olmuş və sonradan həmin hadisələr nəticəsində aldığı yaralanma , zədələnmə , kontuziya nəticəsində vəfat etmiş şəxslərə də “20 yanvar şəhidi” fəxri adı verilir və onların ailə üzvləri 20 yanvar şəhidlərini ailə üzvü kimi prezident təqaüdü ilə təmin olunurlar. Lakin Azərbaycan respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda əlil olmuş və sonradan həmin hadisələr nəticəsndə aldığı xəsarət, kontuziya nəticəsində vəfat etmiş şəxslər şəhid hesab edilmədiyi üçün onların ailə üzvlərinə respublika prezidentinin 2006 – cı il 19 dekabr tarixli fərmanı ilə müəyyən edilən prezident təqaüdü təyin edilmir. Bu uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının azadlğı, suverenliyi və ərazi bütövlüyü uğrunda əlil olmuş və sonradan vəfat etmiş şəxslərində şəhid hesab edilməsi məqsədəuyğun olardı.
Dövlət proqramında qeyd edildiyi kimi əmək pensiyalarının qanunvericilikdə nəzərdə tutulmuş 3 – cü elmentinin yəni yığım hissəsinin fəallaşdırılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi gündəlikdə durur. Lakin dövlət proqramında yalnız 2010 – 2012 illərdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin yığım hesablarına yönəldilməsi mexanizmlərinin maliyyələşdirilməsi göstərilmişdir.
Azərbaycan Respublikası konstitusiyasının 25 – ci maddəsi ilə müəyyən edilən hüquq bərabərliyi prinsipindən çıxış edərək 01 yanvar 2010 cu ildən tətbiq olunan qaydanın əvvəllər təyin olunmuş pensiyalara da tətbiq edilməsi məqsədə müvafiq olardı.
Əhalinin pensiya təminatında pensiya ödənişi məsələləri də mühüm əhəmiyyətə malikdir. “Əmək pensiyalara haqqında” Azərbacan Respublikası qanununun 37.3.1 Cİ maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan gündəlik qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir.

Əmək stajının anlayışı və təsnifi. Əmək pensiyalarının təyinatı.


“Əmək pensiyaları haqqında azərbaycan respublikası qanununun 20 – ci maddəsi ilə qulluq stajına görə əmək pensiyalarına əlavələr hesablanmasına müəyyən olunur. Qanunun 4 cü maddəsinə əsasən pensiyalar baza sığorta və yığım hissələrindən ibarət təşkil olunur. Qulluq stajına görə əlavənin isə pensiyanın hansı hissəsini üzərinə hesablanması qanunvericilikdə göstərilməmişdir. Belə bir hal nəticəsində qanunun 20 ci maddəsi ilə 4 cü maddəsi arasında ziddiyyət yaranır və həmin ziddiyyətin qanunvericilik qaydasında aradan qaldırılması məqsədəuyğun olardı.
Pensiyanın sığorta hissəsini arzu olunan səviyyədə artırılması üçün ilk növbədə mərhələrlə pensiya hesablanması üçün respublika üzrə təsdiq edilən orta aylıq əmək haqqının ölkə üzrə faktiki orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması təklif olunur. Bu baxımdan dövlət proqramında əmək pensiyası təminatının təkmilləşdirilməsi ilə əlaqədar 2009 – 2015 ci illərdə görüləcək tədbirlər xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramında göstərilir ki, yeni pensiya sisteminin fəaliyyətə başlamazdan əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının təkmilləşdirlməsi pensiya təyinatının avtomatlaşdırlması xarixi ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən azərbaycan respublikası vətəndaşlarını gələcək pensiya təminatı üzrə müvafiq sazişlərin hazırlanması və digər istiqamətlərdə tədbirlərin görülməsi təmin olunmalıdır.
Pensiyanın sığorta hissəsi azərbacan respublikası dövlət statistika komitəsinin müəyyəb etdiyi istehlak qiymətləri indeksini illik səviyyəsinə uyğun olaraq artırılır. “yaşayış minimumu haqqında” azərbaycan respublikası qanununa görə yaşayış minimumu minimum istehlak səbətinin dəyərindən və icbari ödənişlərin cəmindən ibarətdir. Icbari ğdəniş dedikdə ilk növbədə kommunal nəqliyyat və digər xidmətlər üzrə həyata keçirilən ödənişlər başa düşülür. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər isə pul konpensasiyası ilə əvəz edilmişdir. əmək pensiyaçılarına ödənilən kommunal, nəqliyyat və digər xidmətlərə görə pul konpensasiyası isə pensiyanın sığorta hissəsində nəzərə alınır.
Əhalinin pensiya təminatında pensiya ödənişi məsələləri də mühüm əhəmiyyətə malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 37.3.1 ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir.
Lakin qanunun mətinindən də görünür ki, əlililliyə görə pensiya ödənişində pensiyaçının işləməsi ilə əlaqədar məhdudiyyət tətbiq olunur. Eyni zamanda 2006 cı il yanvarın 1 - ə qədər əlilliyə görə əmək pensiyası təyin olunmuş şəxs işləməkdə davam etdikdə ona əlilliyə görə əmək oensiyasının baza və sığorta hissələri heç bir məhdudiyyət tətbiq edilmədən ödənilir. Bu isə əlililik müəyyən olunmuş şəxslərin hüquqi statusunda bərabərlik prinsipini əməl edilməməsi ilə nəticələnir.
“Əmək pensiyaları haqqında” azərbaycan respublikası qanununa 2007 ci il noyabrın 6 – da edilmiş dəyişiklik və əlavələr nəticəsində əmək oensiyaçılarının vəfatı ilə əlaqdar ödənilən dəfn xərcini məbləği 2008 – ci il yanvarın 1 – dən etibarən yaşa görə əmək pensiyasının baza hissəsini 3 misli məbləğində müəyyən olunmuşdur. Buna qədər isə dəfn xərci vəfat etmiş pensiyaçının əmək pensiyasının baza və sığorta hissələrini 3 misli həcmində ödənilirdi. Yuxarıda qeyd edildiyi kimi , “ölüm” onun başa verməsi ilə əlaqədar sığorta olunanı azərbaycan respublikası dövlət sosial müdafiə fondunda sığorta ödəməsi almaq hüquqlarında biri kimi göstərilmişdir. Buna görə də sığorta olunan şəxslərə münasibətdə dəfn xərci məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqının hesablanması zamanı əmək haqqının hər hansı məhdudiyyət tətbiq olunmur. Bu baxımdan pensiyaçının ölümü ilə əlaqdar ödənilən dəfn xərcinin də pensiyanın ümumi məbləğini 3 misli həcmində müəyyən edilməsi məqsədə uyğun olardı.

SOSİAL MÜAVİNƏTLƏRİN ÜMUMİ ANLAYIŞI VƏ ONLARIN SİSTEMİ.


Qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxslər işləməkdə davam etməklə yanaşı pensiyanın baza və sığorta hissəsini də tam məbləğdə almaq hüququna malikdilər. Bu isə o deməkdir ki, pensiya heç də bütün hallarda şəxsin itirdiyi gəlirlərin kompensasiyası xarakteri daşımır. Buna görə də “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun pensiya anlayışını müəyyən edən normasına yenidən baxılması məqsədəuyğun olardı.
V. S. Andreyev isə pensiya təminatını digər ödəmələrdən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirməklə onu pensiyaçıların əsas gəlir mənbəyi kimi qiymətləndirir:
- qocalığa və əmək qabiliyyətini itirməyə görə pensiya alan şəxs işdən azad olunur və yaxud işləməkdə davam etməklə də onu ala bilər:
- pensiya ödənişi dövlət büdcəsinin və ya dövlətin bilavasitə köməkliyi ilə yaradılmış fondların vasitəsi hesabına həyata keçirilir.
- pensiya ödənişi keçmiş xidmətə və ya digər fəaliyyətə görə aparılır.
Pensiya təminatının xarakterik xüsusiyyətləri müəyyən edilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən işləməyən vətəndaşlara sosial pensiyaların (qüvvədə olan qanunvericiliyə görə sosial müavinətlərin) təyin edilməsi nəzərdə tutulmamışdır. Pensiya əmək qabiliyyətli yaşdan yuxarı əhalinin , əlillərin və ailə başçısını itirənlərin və s. yaşaması üçün onlara verilən (dövlət və qeyri – dövlət tərəfindən) ödəmələrdir və bu ödəmələr pensiyaçıların həyat səviyyəsini yaxşılaşdırmağa xidmət edir. Pensiya vətəndaşlara qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda Pensiya vətəndaşlara qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda , əlil olduqda , ailə başçısını itirdikdə, hən də uzunmüddətli peşə fəaliyyətilə bağlı olaraq büdcədənkənar fondlar və dövlət büdcəsindən verilən aylıq pul ödənişi kimi xarakterizə olunur. Pensiya aylıq ödəniş növüdür. Pensiya həm də Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı ölkəmizdə daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də malik ola bilməsi nəzərə alınmışdır. Bunun üçün onların qanunla müəyyən edilən sığorta stajına malik olması tələb edilir. Eyni zamanda həmin anlayışlarda pensiyanın hansı orqan tərəfindən təyin edilməsi də göstərilməmişdir. Bu baxımdan pensiya aşağıdakı kimi anlayış verilməsini məqsədəuyğun hesab edirik : Pensiya – qanunla müəyyən edilmiş şərtlər daxilində sığorta olunan şəxslərə müəyyən yaş həddinə çatdıqda , əlil olduqda, ailə başçısını itirdikdə, həm də uzun müddət peşə fəaliyyətinə görə onların yaşaması üçün dövlət büdcəsi və məcbyri dövlət sığorta vəsaiti hesabına Azərbaycan Respublikasınıb Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən təyin edilib verilən aylıq pul ödənişidir.
Pensiyalar dövlət pensiyalarə adlandırılmaqla onun - əmək (sosial sığorta) pensiyaları və sosial pensiyalar qismində iki növü mövcud olmuşdur. Əmək (sosil sığorta) pensiyaları yaşa , əlilliyə, ailə başçısını itirməyə və xidmət illərinə görə, sosial pensiyalar isə yaşa, əlilliyə, və ailə başçısını itirməyə görə növlərə ayrılmışdır. Müavinətlərin ciddi məqsədli təyinat xarakterinə malik olduğunu , onu pensiya təminatında fərqləndirən xüsusiyyətləri nəzərə alaraq Rusiya Federasiyasında dövlət pensiya təminatı haqqında Qanunda olduğu kimi ölkəmizin qanunvericiliyində sosial pensiya istitutunun saxlanması məqsədə uyğun olardı. Olkəmizin qanunvericiliyində sosial pensiya saxlanılmasına dair fikri əsaslə hesab etmək olar. Azərbaycan Respublikasının Konustitusiyasının 38 – ci maddəsi ilə sosial təminata , o cümlədən pensiyala dövlət təminatı verilmişdir.

Əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətlərin ümumi anlayışı.


Vətəndaşlarin pensiya teminati haqqinda Azərbaycan Respublikasi Qanunu ile pensiyalar dövlət pensiyalar adlandırılmışdır Qeyd etmek lazımdır ki, əmək pensiyalarının bazar hissəsinin 47 faizi(bütövlükdə pensiyanın ümumi məbləğinin 30,1 faizi) dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.Əmək pensiyalarının baza hissəsinin 40 faizinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi isə pensiyalara Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə müəyyən olunan dövlət təminatını ifadə edir.Həmin xüsusiyyətin pensiyaların adında da əks olunmasını məqsədə uyğun hesab edirik.Yaşa görə əmək pensiyasının digər bir əlaməti onun əvəzsiz ödəmə xarakterinə malik olub-olmamsı hüquqi ədəbiyyatında mübahisə doğurur.M.N.Əliyev göstərir ki,cəmiyyətin iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər yaşa görə pensiyaların mahiyyətini əsaslı şəkildə dəyişdirmişdir. Belə ki, onun aliment, yəni əvəzsiz maddi yardın xarakteri daşıması öz əhəmiyyətini itirmiş və artıq pensiyanın bu növünə olan hüquq vətəndaşın sığorta haqqı ödəməsi, yəni sığorta stajı əsasında yaranır. E.E.Maçulskaya isə göstərir ki, əmək stajı sığorta stajı ilə əvəz olunsa da pensiya ödənişi cari daxil olunmalar hesabına ödənilir. Buna görə də pensiya əvəzsiz ödəmə xarakteri daşıyır. Eyni zamanda işə götürənin məcburi dövlət sosial sığorta haqqındı ödəməməsi işçini yaşa görə pensiya hüququndan məhrum etmir. Fikrimizcə tamamilə yığım sisteminə əsaslanan ölkələrdə pensiyanın alimnetar, əvəzsiz ödəmə xarakterini itirilməsini, nəsillərin həmrəyliy prinsipini tətbiq edildiyi ölkələrdə, o cümlədən bizim ölkəmizdə pensiyanın göstərilən xarakterə malik olmasına dair səbəb kimi göstərilə bilər. Əməyin xüsusi şəraiti dövründə qazanılan sığorta stajı yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan və s. işlərdəki əmək fəaliyyəti, müəyyən peşə və ixtisas üzrə (ədliyəyə və prokurorluq işçisi, hakimlər, dövlət qulluqçuları, Azərbaycan Respulikası Milli Məclisinin deputatı və s. fəaliyyət göstərmə) əmək fəaliyyəti nəticəsində qazanılır. Beləliklə, xüsusi əmək stajı dedikdə əmək şəraiti ilə əlaqədar yaşa görə güzəştli pensiya almaq hüququnun yaranması üçün şəxsin qanunvericiliklə müəyyənləşdirilmiş əmək fəaliyyətinin ümumiləşdirilmiş müddəti anlaşılır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 23 yanvar tarixli 12 saylı qərarı ilə tədiq edilmiş siyahisi üzrə) çalışan sığorta olunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 ilə sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərdə staja görə əmək pensiyası almaq hüququ qazanır. Həmin maddə ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il siğorta stajı olduqda, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinə, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinə və s. onların yaşından asılı olmayaraq yaşa görə əmək pensiyası təyin oluna bilər. Qanunun 8.1-ci maddəsinə əsasən 01 yanvar 2010-cu ildən etibarən 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş və azı 10 il siğorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ müəyyən edilmişdir. Beləliklə, 01 yanvar 2010-cu ildən etibarən 3 və 4 uşağ doğub 8 yaşımadək tərbiyə etmiş qadınlar çoxuşağlı ana hesab edilmir. Yeni 3 və 4 uşağ doğub 8 yaşınadək tərbiyə etmiş etmiş qadınların isə pensiyası təyinatı üçün tələb edilən yaş həddi mərhələlər üzrə 3 ilədək artırılmışdır və 01 yanvar 2015-ci ildən etibarən 5 uşağ doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara pensiya 55 yaşına çatdıqda təyin oluna bilər (6 uşağ doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara 54; 7 uşağ doğub 8 yaşınadək qadınlara 53 yaşına və s.)

İşsizliyə görə verilən müavinətlər anlayışı, miqdarı və müddəti.


Azərbaycan Respublikasinin Konustitusiyasının 35 – ci maddəsi dövlətin işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməsini və işsizlərin dövlətdən sosial müavinət almaq hüququnu bəyan edir. Azərbaycan Respublika Konustitusiyasının 35 – ci maddəsinə əsasən əmək hüququ dövlət tərəfindən hər bir şəxsə verilmiş işsizlik müdafiə hüququ kimi xarakterizə oluna bilərş Beynəlxalq əmək təşkilatının məşğulluq sahəsində siyasət haqqında 122 saylı Konvensiyanın 1 – ci maddəsində qeyd olunur ki, işsizlik və natamam məşğulluğun ləvğ edilməsi məqsədilə hər bir təşkilat üzvü əsas məqsəd kimi, tam səmərəli və sərbəst seşilmiş məşğulluğa yardım etməyə istiqamətləndirilmişdir. Fəal siyasət elan edir və həyata keçirir. V. V. Çirkin göstərir ki, bu hüquqi bütün arzu edənlərin dövlət tərəfindən işə düzəldilməsi demək deyildir, lakin dövlət müvafiq tədbirlər görməyə borcludur. O, əmək azadlığı , yəni öz arzusuna görə qanunla qadağan olunmayn istənilən əməklə məşğul olmaq haqqında müddəa ilə tamamlanır. Ölkəmizdə insanların əmək hüquqlarının həyata keçirilməsini təmin edilməsi və məşğulluq problemlərinin həlli 2001 – ci il 2 iyul tarixli Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir . Lakin Azərbaycan Respublikasının Konustitusiyası və hüqunun əsasları dərsliyində göstərildiyi kimi , məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericilik yalnız bir qanunda deyil, həmçinin Respublika Konustitusiyasından , Əmək məcəlləsindən , digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Məşğulluq , əhalinin işlə təminatı olduqca vacib məsələdir.Azərbaycanda bazar iqtisadiyyatının keçid şəraitində məşğulluqla bağlı dövlət siyasətinin həyata keçirilməsi bu sahədə meydana çıxan problemlərin tədricən həll edilməsi üçün imkanlar yaratmışdır. Ölkənin qüvvədə olan qanunvericiliyinə əsasən aşağıdakı şəxslər məşğul hesab edilir;
-muzdla işləyən , o cümlədən əmək müqaviləsi ( kontraktı ) ilə tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən , habelə haqqı ödənilən başqa işi ( xidməti ) olanlar ;
-Sahibkarlar , fərdi əmək fəaliyyəti ilə məşğul olanlar , mülkiyyətində torpaq payı olanlar ;
-haqqı ödənilən vəzifəyə seçilən , təyin və ya təsdiq edilənlər ;
- Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər ;
-əmək qabiliyyətinin müvəqqəti itirilməsi , məzuniyyət , ixtisasartırma , tətil , istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar ;
-Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ;
-Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları . Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 3 – cü maddəsinə əsasənişsiz vətəndaş dedikdə , işi və qazancı olmayan , işə başlamağa hazır olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş məşğulluq idarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan , əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər anlaşılır . Yalnız işsız statusu almış vətəndaşların işsizlik müavinəti almaq hüququ vardır .
Yüklə 39,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə