Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   ...   5   6   7   8   9   10   11   12   13

Naxçıvan  Muxtar  Respubliкası  Florasında

 

57 



Липск.!  Холмы  бл.  сел.  Вайхири,  Нахичеванск. 

у. 21.V.1900. Фом.!  Равнина  Беюк-дюзы,  Нахи-

чеванск.  у.  Эриванской  губ.  Солончаки. 20. V. 

1900.  Фом.!,  В  каменистой  пустын  бл.  Орду-

бада. 9. VI. 1903. Гриневецк.!  Ордубад. 8-9.VI. 

1890. Радде!” 



Yayılması: Muxtar respublika ərazisində daşlı 

və  çınqıllı yamaclarda, bəzən  əhəngli torpaqlarda 

yayılmışdır. Ümumiyyətlə, növə  aşağı dağlıq qur-

şaqda dəniz səviyyəsindən 800-1400 m hündür-

lükdə friqanoid bitkiliyində rast gəlinir.  

Ümumi yayılması:  Cənubi Qafqaz, Cənub- 

qərbi Asiya, Anadolunun şimal-şərqi, İran. 

İran florasında da bu növün ilk dəfə Naxçıvan 

MR  ərazisindən toplanıldığı qeyd edilmişdir (As-

sadi, 2005).  

A. karelinii (Stschegl.) Bunge. növünün kasa-

cıqları  qıfşəkilli olub, daha dar (1.8-2.5 mm 

diametrində) əyriyə malikdir. Bu əlamətə görə Ka-

relin tıs-tısı Qafqazda yayılan digər növlərdən fərq-

lənir.  

A.karelinii ilə А. quinquelobum növləri arasın-

dakı  fərqlər A. Bunqe (Bunge, 1872) tərəfindən 

ətraflı  təsvir olunmuşdur. Cənubi Qafqazdan А. 

quinquelobum adı altında toplanılmış növün sonrakı 

təyinatı onun А. karelinii növünə aid olduğunu 

göstərir. Lakin hər iki növdə kasacığın xüsusi əla-

mətləri olduqca dəyişkəndir.  



17.  A. manakyanii Ogan. 2011, Takhtajania, 

1: 56.- A. karelinii auct. non (Stschegl.) Bunge: 

Гроссгейм, 1967,Фл.  Кавк.  изд. 2, 7: 190. – 

Manakyan tıs-tısı 

10 - 20 sm hündürlüyündə seyrək yastığı olan 

kolcuqdur. Yarpaqlar 3(2) - 5 (6) sm uzunluğunda-

dır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləş-

mişlər. Kasacıq 8-9 (10) mm uzunluğunda olub, bir 

qədər qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar 

ki, bir-birinə  bərabər olub, kasacığın (1/2) 2/3 his-

səsini təşkil etməklə, uzunsov və ya kürəşəkillidir, 

iti ucludur. Xarici çiçəkaltlıqları daxili çiçəkaltlıq-

larının 1/2-2/3 hissəsinə bərabər olub, oval formalı-

dır.  May- iyun ayında çiçəkləyir, iyulda toxumları 

yetişir. Kserofitdir. İran-Turan coğrafi elementinə 

daxildir. 

Növ M.E.Oqanesyan (Oganesian, 2011) tərə-

findən A.A.Qrossheymin 01.VI.1923-cü ildə Ordu-

bad rayonu ilə Mehri arasından topladığı  və ERE 

herbariumunda saxlanılan nümunəyə  əsasən Ma-

nakyan tıs-tısı kimi təsvir olunmuşdur.  

Typus: Nakhichevan, inter Migry et Ordubad, 

1.VI.1923, A.Grossheim, ERE 19305; Ордубадс-

кий  р-н,  окр.  сел.  Килит,  сухие  россыпные 

склоны, 6.06.1982, Э.  Габриэлян, ERE 177017, 

177018, LE. 

Yayılması: Ordubad rayonunun Kotam və Ki-

lid kəndlərinin  ətraf  ərazlərində quru daşlı  və  çın-

qıllı yamaclarda yayılmışdır. Ümumiyyətlə, növə 

aşağı dağlıq qurşaqda dəniz səviyyəsindən 700-

1000 m hündürlükdə friqanoid bitkiliyində rast gə-

linir. May-iyun ayında çiçəkləyir, iyun-iyulda to-

xumları yetişir. 

Azərbaycan Respublikası, o cümlədən də Nax-

çıvan Muxtar Respublikası florasına yenidən daxil 

edilir.  



Ümumi yayılması:  Cənubi Qafqaz, Cənub 

qərbi Asiya, İran.  



A. manakyanii Ogan. növü Qafqaz florası üçün 

ilk dəfə olaraq M.E. Oqanesyan (Oganesian, 2011) 

tərəfindən göstərilmişdir. Müəllif tərəfindən apa-

rılan tədqiqatlarda və Qafqaz florasında yayılan 

bitkilərin növ tərkibinin dəqiqləşdirilməsi ilə  əla-

qədar təqdim edilən əsərdə (Конспект флоры Кав-

каза, 2012) bu növün hələlik Azərbaycanda, yalnız 

Naxçıvan Muxtar Respublikası ərazisində yayılma-

sı qeyd olunmuşdur.  

A. karelinii  (Stschegl.) Bunge növünə çox 

yaxın olub, ondan süpürgəşəkilli çiçək qruplu, 8- 9 

mm uzunluğunda olan kasacıqla və uzunluğu 1,5- 

2,5 mm olan əyriliklə  fərqlənir. Yan yarpaqları 5- 

10 sm uzunluqdadır.  

18.  A. fedorovii Tamamsch. et Mirzoeva. 

1955,  Докл.  АН  АрмССР, 21,4: 184; Гроссгейм, 

1967,  Фл.  Кавк.  изд. 2, 7: 190.- A. scorpius auct. 

non (Jaub. et Spach) Boiss.: Гроссгейм, 1949, 

Опред.  раст.  Кавк.: 592; Линчевский, 1952, Фл. 

СССР, 18: 369, in adnot.; Прилипко, 1957, Фл. 

Азерб. 7: 53, in adnot. – Fyodrov tıs-tısı 

Kiçik kolcuqdur. Budaqları əsasa qədər köhnə 

yarpaqlarla örtülüdür. Yarpaqların hamısı demək 

olar ki, üfüqi oturaq olub, göyümtüldür, çılpaqdır, 

kənarları boyunca hamar və ya aşağı hissəsində az 

və ya çox dərəcədə  qısa, nadir hallarda kirpikcik-

lidir. Yarpaqların əsası tükcüklüdür. Çiçəkaltlıqları 

kasacığın borucuğundan qısadır, çılpaq və parlaq-

dırlar. Xarici çiçəkaltlığı 3 mm uzunluqda olub

yuxarıdan dəyirmi, küt və ya bir qədər itiləşmişdir. 

Daxili çiçəkaltlıqları 4 mm uzunluqda olub,  yuxarı 

hissədə  dəyirmi, küt, azacıq itiləşmişdir. Kasacıq 

qıfvaridir və 6-7 mm uzunluqdadır. Kasacığın bü-

küyü 2-2,5 mm enində olub, damarları daxildən 

(aşağı hissədə) tükcüklərlə örtülmüşdür. Çiçək sap-

laqları yarpaqlardan hündür olmayıb, aşağı hissədə 

az və ya çox dərəcədə sıx tükcüklüdür. Sünbülcük-

lər 6(7) mm uzunluğa malikdir. Çiçəklər sünbüllər-

də demək olar ki, bir-birini kirəmitvari örtürlər. 

Çiçək qrupunun oxu çılpaqdır. Ləçəklər solğun çəh-

rayıdır. Çiçəkləmədən sonra onlar kasacığın boru-

cuğundan yuxarı qalxmırlar. İyun ayında çiçəkləyir, 

iyul-avqustda toxumları yetişir. Kserofitdir. İran-

Turan coğrafi elementinə daxildir. 

Naxçıvan Muxtar Respublikasından toplanılan 

materiallara əsasən təsvir edilmişdir.  

Typus: «Между  Ордубадом  и  Мегри  в 

ущелье  р.  Араке, 25.VI.1929, А.Шелковников, 




Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə