İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
  1   2   3   4   5   6   7   8   9   ...   23


 



İsmayıl Qarayev 



 

 

 

 

 

 

ÇİNAR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Çaqqal neçə axşam idi ki, kəndə gedir, bircə hinə də yaxın düşə 



bilmirdi. İyini alan itlər qoparağını götürürdülər. O, bəzən özünü kola-

kosa vurur, canına dolan tikanların sızıltısından çimir də eləmirdi, bəzən 

də qayalardan, sıldırımlardan atılır, çınqıllarla dığırlanır, xəncər kimi iti 

daş kəsəklər baş-gözünü çapır, yaralayırdı. Çaqqal bunların hamısına 

dözürdü, amma ac qalırdı, aclıq onu gündüz də meşəyə, dağ-dərəyə 

qovurdu, onda da ovçuya rast gəlirdi, güllələr, saçmalar, qulağının 

dibindən vıyıldayıb keçirdi, ayaqlarının altından toz qaldırırdı.  

Belə günlərin birində göydə qartal gördü. Əvvəl alçaqda süzürdü, 

sonra dövrə vura-vura havalandı, göy səmanın sonsuzluğunda nöqtə 

kimi qaraldı. Axırda yenə fırlana-fırlana aşağı endi, dağın başına qondu. 

Dağın zirvəsində çiyni qara yapıncılı çobana oxşadı, sanki hər ətəkdə

hər axar-baxarda bir sürü qoyun-quzu örüşə yayılmışdı, onlara baxır, 

onlara göz qoyurdu.  

Qartal zirvədə çox ləngimədi, aşağı şığıdı. Çaqqalın başının 

üstündə dolana-dolana göylərə milləndi.  

Çaqqal fikirləşdi ki, ona qanad verən zirvədir, gülləçatmaz 

ucalıqdan hər yanı aydın görür, ovunu gözü alır, sonra da şığıyıb 

götürür. O da toyuq-cücə oğrusudur. İndicə elə bildi mən də havayı bir 

yeməm, azıb yiyəsizliyə çıxmışam. Gördü yox, çox yekələmə qanadım 

olsa, mən üç-dörd o boyda görünərəm, vaz keçdi. Mənim toyuq – 

cücələrimi qorxuzub hinlərə dolduran odur! İtləri duyuq salan odur! İndi 

hin vaxtıdırmı?! Bu istidə toyuq-cücələr hində bişirlərmi?! Belə 

bugünkü gecələrdə boşu atan, başından basıb keçsən də dünyadan xəbəri 

olmayan itlərin görmürsən qulaqları necə dikdir?! Qanadım olsa, göyün 

yeddi qatında süzərəm toyuq-cücələr bağlara, meşələrə dağılaşanda 

birini qapıb yenə havaya qalxaram. Sabah da başqa kəndə. Hər gün bir 

özgə kəndə. Belə eləməsəm; pusquda yatıb məni gözləyən toyuq-cücə 

sahibləri yorulub bezikməzlər, tüfənglərini dabandan salmazlar. Lap hər 

kəndin üstündə ildə bircə dəfə görünərəm. Qanadlarım məni haralara 

aparmaz ki! O boyda göyün üzü mənim olmazmı?!  

Çaqqal başını qaldırıb qartala bir də baxdı: "Əgər göydə ondan 

başqa bir kimsə varmı?! Ona qanadı həmin qəlbi verib. Gündüz ordan-

burdan çalıb-çatıb gəzir, gecə də yemək-içməyində kefində olur. Ora 

kimin əli çatar, ünü yetər ki!.. Toyuq --cücə yiyələri gərək ayıq ola. 

Yuxarı dırmansınlar, iməkləsinlər. Allahın bir toyuğundan, cücəsindən 

ötrü o əziyyəti, əzabı kim çəkmək istəyir?! Mən də həmişə dərə 

xəlvətliyi, tülkü bəyliyi axtarmışam. Gecələr qobu-qolpunlarda 



 

sürünmüş, gündüzlər yarğanlarda uçurumlarda gizlənmişəm. Aşağılarda 



can çürütdüyümə görə də qanadım yoxdur. Allah aşağıdakına haçan 

qanad verib ki!.."  

Çaqqal xeyli yuxarı dırmaşdı. Dayanıb boylandı. Baxdı ki, 

yaxındakı kəndlər də meşənin ətəklərindəki sürülər də, qapı-bacada 

dənlənən toyuq-cücələr də, çayda çimişən uşaqlar da hər şey, hər şey 

çox aydın, çox açıq görünür, yəqin, indi onlar da onu görəcəklər. 

Uşaqların hərəsi bir daş, bir ağac qapıb dalınca salınacaqlar, böyüklər də 

tüfəngi götürüb nişan alacaqlar, onu toza-torpağa qatacaqlar. Bir kolun 

dalında gizlənəcəklər :  

"Qoy qaranlıq düşsün". Şər qarışanda zirvəyə sarı yönəldi. 

Qabağına bir çınqıllıq çıxdı. Elə bildi düzlərdə– düzəngahlarda gördüyü, 

keçdiyi daşlıqlardandır. Ayağını basan kimi çınqıllıq şəlalə kimi axmağa 

başladı. Çaqqal dərənin dibində bənd aldı.  

Dağın o üzünə keçdi. Yenə sıldırımlara, uçurumlara rast gəldi, 

hamısının da içi sürüşkən, çınqıllıq, biri tərpənsə daş-qaya seli onu yenə 

öz ağzına alacaqdı. Dağın günbatan tərəfinə hərləndi. Bura daha 

təhlükəli idi. Sıldırımların, yarğanların dibi də görünmürdü. Dağın ən 

çox gündəyən səmtinə keçdi. Bir qılıcı tutub axıracan getdi. Bir qayanın 

üstə çıxıb şöngüdü. Qılıcın iti daşları dırnaqlarını aparmışdı, ayaqlarını 

çapıq-çapıq etmişdi. Sızıltısı beyninə işləyirdi. Aşağılara boylandı. 

Kəndlərin kom-kom işıqları görünürdü. Göydə də ulduzlar sayrışırdı. 

Zirvədəki qara yapıncılı "çoban" tərpənmirdi. "Mənim başım yollara 

qarışanda oğurluğu yeyib, doyub, indi də şirin-şirin yatır. Böyründən 

qəfil çıxacam.." Çaqqalın acından heyi kəsilsə də ləzzətlə gülümsədi. 

Yola düzəldi. Qılıcın ən iti yerində büdrədi. Yaralı əli ilə xəncər 

daşlardan yapışdı, göydən asılı qaldı. Ayaqlarını qılıcın döşünə dirəyib 

güc verəndə əlinin birini çatdırdığı daş qopdu, bir qolunun ümidinə 

qaldı. Bağırdı. Qılıca necə sarmaşdığını, ölümdən necə xilas olduğunu 

özü də bilmədi. Bircə onu gördü ki, yenə qılıcın belindədir, ancaq 

canının hərəsi bir dil demiyən yeri yoxdur. Dan yerinin ağarmasını 

gözlədi. Hava işıqlaşar-işıqlaşmaz özünü zirvəyə çatdırdı.  

Qartal havalandı.  

Çaqqal zirvənin ətəklərinə baxdı. Heç bir toyuq-cücə tükü, sür-

sümüyü görmədi: "Bəs bu oğrunun oğurluğundan niyə heç bir nişanə 

qalmayıb?  

– Güldü.  




 

– Gicdir, iz azdırmır". Gün çıxanda ilk dəfə zirvə, zirvədəki çaqqal 



qızardı. Aşağılardan hay-küy qopdu. Hər kənddən bir dəstə uşaq zirvəyə 

sarı axışdı. İtlər hürüşə-hürüşə dağın ətəklərinə tərəf götürüldülər. Dağın 

zirvənin elə bir səmti qalmayıb ki, çığırtı-bağırtı, toz-duman bürüməsin. 

Çaqqal əvəl elə bildi ki, itlər, uşaqlar ona çatana kimi zirvəyə qanad-

quyruğu düzüləcək. O da onların başının üstündən gülə-gülə ötəcək, 

qapı-bacanı yiyəsiz qoyub gələnlərin neçə toyuq – cücəsini çalıb 

qaldıracaq, göydəcə parçalayacaq, birini də götürüb ən uzaq zirvələrin 

birinə qonacaq. Lakin özündə əvvəlki ağırlığı bir də duydu, çiyinlərini 

tərpətdi, heç bir yüngüllük hiss etmədi. İnanmadı, sandı ki, hoppansa, 

qanadlar qeybdən nazil olub onu göylərdən göylərə aparacaq. Hoppandı 

da…  

Axşamüstü günəş zirvəyə sarı saç atanda qartal yenə də havada 



süzür, çaqqal isə göylərə, qartala baxa-baxa zarıyırdı.  

 

 



 

ÇİNAR  


 

 Dümdüz bir çöl vardı. Baxanda adamın gözləri axırdı, adamın 

gözləri itirdi. Elə bil bu düz kar idi, adam öz səsini güclə eşidirdi. Bu 

düzün göyü çox alçaq idi, əl uzansa çatardı. Bu düzün yeri çox yastı idi, 

yeriyənin yerişi artmırdı, qaçanın qaçışı bilinmirdi, sanki yüyürür, kəslər 

yüz addım atandan sonra bircə addım qabağa düşürdü. Ona görə də bu 

düzə həm kar, həm kor, həm də hərami düz deyirdilər. Bu düzdə 

küləklər də, gündüz də yorulurdu, bu düzdən gecələr də bezikirdi.  

Bir gün payız küləyi öz qanadında bir çinar toxumu gətirdi, bu 

düzə saldı. Bulud göydən yağış ələdi, bu tumu suvardı. Günəş bu düzün 

üstündə çox dayandı, bu tumu cücərtdi. Bu düdə bir çinar şivi baş 

qaldırdı. Çox zərif idi, çox incə idi, mehdən də uçunurdu, əyilirdi. 

Fəsillərin küləyi illərlə bu şivdən aralı keçdi, qorxdular ki, qatlayarlar, 

sındırarlar, illərin tufanları bu şivə yaxın gəlmədilər, bu şivi 

dondurmaqdan qorxdular. Ayların quraqlığı bu şivin bir köçlüyündən 

ötdü, qorxdular ki, bu şivi qurudarlar. Bu şivin başının üstündən günəş 

əskik olmadı, bulud əskik olmadı, su istəyəndə su verdilər, gün 

istəyəndə gün. Bu şiv barmaq-barmaq böyüdü, çilik-çilik ucaldı, buğum-

buğum qalxdı. Qol-budaq atdı. Gövdəsi yoğunlaşdı, maralbuynuz 

budaqlar qalxdıqca qalxdı. Bu şiv dibində, kölgəsində min qoyun-quzu 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə