Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   ...   5   6   7   8   9   10   11   12   13

Talıbov və İbrahimov  

54 


larda 800 (1200) - 1800 (2400) m hündürlüklərdə 

dağ bozqırlarında və friqanoid bitkiliyində yayıl-

mışdır.   

Azərbaycan Respublikası, o cümlədən də Nax-

çıvan Muxtar Respublikası florasına yenidən daxil 

edilir.  



Ümumi yayılması: Qafqaz, Şimal-şərqi  Ana-

dolu, Şimal-qərbi Asiya. 



A. takhtajanii Ogan. növü Qafqaz florası üçün 

ilk dəfə olaraq M.E. Oqanesyan (Oganesian, 2011) 

tərəfindən göstərilmişdir. Müəllif tərəfindən aparı-

lan tədqiqatlarda və Qafqaz florasında yayılan bit-

kilərin növ tərkibinin dəqiqləşdirilməsi ilə əlaqədar 

təqdim edilən  əsərdə  (Конспект  флоры  Кавказа, 

2012) bu növün hələlik Azərbaycanda, yalnız Nax-

çıvan Muxtar Respublikası  ərazisində yayılması 

qeyd olunmuşdur.  

11.  A.  lepturoides (Jaub. et Spach) Boiss. 

1846, Diagn. Pl. Or. ser. 1, 7: 77; Boiss., 1875, Fl. 

or., 4: 842; Кузнецов,  Мат.  Фл.  Кавк. 1902, 4, 

1:194;  Гроссгейм, 1932, Фл. Кавк. изд. 1, 3: 216; 

Гроссгейм, 1949, Опред. раст. 592;  Линчевский, 

1952,  Фл.  СССР, 18: 343; Прилипко, 1957, Фл. 

Азерб. 7: 45; Гроссг., 1967, Фл.  Кавк.  изд. 2, 7: 

186; Doğan, Akaydın, 2007, Journ. Linn. Soc. 

London (Bot.), 154, 3: 411. - Statice lepturoides 

Jaub. et Spach, 1843, Ann. Sei. Nat. (Paris), sér. 2, 

20:254. - Nazikquyruq tıs- tıs 

Alçaq kolcuqdur. Yastıqlar çox sıx kürəvari 

formalı olub, 10-15 (20) sm diametrindədir. Yay 

yarpaqları açıq göyümtül, hamar, üç hissəli,  neştər-

şəkilli-xətvari və ya xətvari-bizvari, cod, bünöv-

rəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, 

ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcük-

lüdür. Yaz yarpaqları  qısa və bir az enlidir. Çiçək 

saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10- 

20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya 

bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda 

seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların 

uzunluğundan çoxdur və ya uzunluğuna görə sün-

büllərə  bərabərdir. Sünbüllər 10-11 mm olub, bir 

çiçəklidir. Çiçəkaltlıqları  çılpaq olub, üst çiçəkalt-

lığının uzunluğu 7-8 mm və neştərvari, iti, daxildə 

olanlardan uzun və ya onlara bərabər, ensiz haşiyə-

lidir. Daxili çiçəkaltlıqları kasacığın borucuğuna 

bərabər və ya bir az ondan uzun, enli, haşiyələnmiş, 

ucu bizdir. Kasacığın uzunluğu 8-10 mm, borucuğu 

tükcüklü, uzunluğu təxminən 7 mm-dir. Ləçəkləri 

çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, avqust- 

sentyabrda toxumları yetişir. Kserofitdir. İran-Tu-

ran coğrafi elementinə daxildir. 

Gürcüstan ərazisindən təsvir olunmuşdur.  

Typus: «Described from the vicinity of  Tibi-

lisi» (holo. P). 

Yayılması: Muxtar respublikanın aşağı və orta 

dağlıq qurşaqlarında 900-1800 m hündürlüklərdə 

daşlı yamaclarda və kirəcli torpaqlarda rast gəlinir.  

Muxtar respublika ərazisində gedilən ekspedi-

siyalar zamanı bu növə daha çox Şərur və Sədərək 

rayonları ərazilərinin daşlı-çınqıllı yamaclarında və 

qayalıqlarda rast gəlinmişdir.  

Nadir növ kimi (NT) Azərbaycanın nadir ağac 

və kolları (Məmmədov,  İsgəndər, Talıbov, 2014) 

kitabına,  salınmışdır.  

Naxçıvan Muxtar Respublikası florası üçün ilk 

dəfə göstərilir. 



Ümumi yayılması: Qafqaz, Cənub-Qərbi Asi-

ya, Türkiyənin şimal-şərqi.  

Naxçıvan Muxtar Respublikası  ərazisində ya-

yılan A. lepturoides (Jaub. et Spach) Boiss. növü A. 

Bunqenin (1872) monoqrafiyasında verilmiş  təsvi-

rinə  nəzərən çiçək saplağının daha çox tükcüklü-

yünə, çiçək qrupu oxuna və xarici çiçəkaltlığının 

uzunluğuna  görə fərqlənirlər.    



12. A. calvertii Boiss. 1859, Diagn. Pl. Or. sér. 

2, 4: 65; Гроссгейм, 1967, Фл.  Кавк.  изд. 2, 7: 

185; Doğan, Akaydın, 2007, Journ. Linn. Soc. 

London (Bot.), 154, 3: 403.- A. glumaceum (Jaub. 

et Spach) Boiss. var. glabra Mobayen, 1964, Revis. 

Taxon. Acanthol. 313. -  Kalver tıs- tısı 

Yastıqları incə budaqlı olub, yaşıldır. Yarpaq-

ları çox ensiz uzun, xətti olub, yastılaşmış formada-

dır və  kənarları boyunca nahamardır. Çiçək qrupu 

bir qədər yarpaqlardan uzundur, çiçək qrupunun 

oxu tükcüklüdür. Sünbülcüklər 5-7-dir. Kasacığın 

borucuğu demək olar ki, çılpaq və ya zəif tükcüklü 

olub, büküyü qırmızımtıldır. Çiçəkyanlıqları çılpaq-

dır. Görünüşünə görə  A. glumaceum (Jaub. & 

Spach) Boiss. növünə oxşayır. Kserofitdir. Coğrafi 

tipi: Kiçik Asiya. 

Türkiyənin şimal şərqindən təsvir olunmuşdur. 

Typus: «Erzurum, monte Techdagh, №507, 

Calvert» (holo. G). 

Yayılması.  Sədərək rayonu ərazisində 850- 

1700 m hündürlüklərdə daşlı-çınqıllı yamaclarda və 

əhəngdaşlı torpaqlarda yayılmışdır.  

Nadir növ kimi (LR) Türkiyənin Qırmızı Kita-

bına daxil edilmişdir (Ekim, Koyuncu və s., 2000). 

Ümumi yayılması: Cənubi Qafqaz, Türkiyə. 

A. calvertii Boiss. növü Qafqaz florası üçün ilk 

dəfə olaraq N.V.Mirzoyeva (Мирзоева, 1955) tərə-

findən göstərilmişdir. Lakin, ədəbiyyat məlumat-

larında (Oganesian, 2011; Конспект  флоры  Кав-

каза, 2012) qeyd olunmuşdur ki, bu növün Dərə-

ləyəz üçün göstərilməsi tamamilə  səhvdir və çox 

güman ki,  toplanılmış nümunə çılpaq yarpaqları və 

çiçək yanlıqlarına malik olmasına görə A. calvertii 

Boiss. var.  glabrum Akaydın et Doğan (2007) nö-

vünə mənsubdur.  

Türkiyə ərazisində yayılan bitkilərin xəritələş-

dirilməsi ilə  əlaqədar verilən məlumatlarda (Tür-

kiye Bitkileri Veri Servisi) da A. calvertii Boiss. 

növünün Naxçıvan Muxtar Respublikası ərazisində 

yayıldığı qeyd edilmişdir. Azərbaycan Respublika-



Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə