ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

 



ƏKBƏR N.NƏCƏF 

 

 

 

 

 

 

 

 

 

 

 

SƏLCUQLU 

DÖVLƏTLƏRİ VƏ 

ATABƏYLƏRİ TARİXİ 

 

(Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUN-2010 

 

 



 


 

 



 

 

Elmi redaktor: 

tarix elmləri doktoru, prof., İsmayıl Məmmədov 



 

 

 

 

 

 

 

 

Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya 

çıxmasından - XIV əsrə qədər). Bakı: Qanun, 2010.  

 

 

 

 

 

 

 

 

 

 

 

Q 0700070110 



   AB 022051 

 

 

 

 

Az2 


©QANUN, 2010 

 

 


 

AZƏRBAYCAN ATABƏYLƏRİ ELDƏNİZLƏR 



 

Köhnə  sovet  tarix  nəzəriyyəsi,  müasir  Avropa  və  İran  tarixçiliyi 

Səlcuqluların, ümumiyyətlə, oğuz türklərinin Azərbaycanı işğal etdiyini və bunun 

nəticəsində  bu  coğrafiyada  yaşayan  "irani"  xalqları  asimilə  etdiyini  qeyd  edirlər. 

Bu  tarix  görüşü,  ideoloji  bir  görüş  olub,  Yaxın  və  Orta  Şərq  tarixində  türk 

gerçəyinin  inkarına  yönəlik  bir  düşüncəyə  xidmət  edir.  Mövcud  qaynaqlarımız 

yuxarıda da geniş bəhs etdiyimiz kimi, oğuz fəthlərindən əvvəl Cənubi Qafqazda, 

Şərqi  Anadoluda,  indiki  İranın  bütün  şimali  və  mərkəzi  torpaqlarında  qələbəlik 

türk ünsürünün yaşadığını ortaya qoymaqdadır.

1

 



Böyük  Səlcuqlu  dövlətinin  quruluşu  ərəfəsində  və  sırasında  Azərbaycan 

daha  sonra  İraq  türkmənləri  adını  alacaq  oğuzların  vətəni  olmuşdur.  XI  əsrin 

ortalarında  isə  Azərbaycan  və Aran oğuz  kütləsinin ən çox olduğu coğrafiyaların 

başında  gəlməkdə  idi.  F.Sümərin  də  qeyd  etdiyi  kimi  "Anadolunu  fəth  edən  və 

oradakı  türklüyü  uzun  bir  zaman  bəsləyənlər  Azərbaycandakı  qələbəlik  oğuz 

kütlələri olmuşdur".

2

 

Azərbaycan və Aran oğuzları qısa müddət sonra bu coğrafiyaya uyğun adlar 



almış və bunlar ümumi oğuz-türkmən boylarının tarixində böyük rol oynamışdılar. 

Navekiyyə türkmənləri, Gəncə türkmənləri, Aran türkmənləri sadəcə, Azərbaycanın 

deyil, Anadolu və Suriyanın fəthində əvəz edilməz fəaliyyətlər həyata keçirmişdir. 

Yəni  oğuzların  Azərbaycana  gəlişi  bu  ölkənin  türkləşməsinə  səbəb  olmamış, 

sadəcə,  buradakı  türk  ünsürü  çoxalmış  və  hakim  mövqeyinə  çıxartmışdır. 

Səlcuqlulardan  əvvəl  də  Azərbaycan  türk  boylarından  hunların,  peçeneqlerin, 

sabirlərin, oqur/oğuzların, xəzərlərin, qanqlıların və d. kompakt (birlikdə) yaşadığı 

ölkə olmuşdur. 

Azərbaycan  və  Aran  coğrafiyası  Səlcuqlular  tarixində  mərkəz  rolunu 

oynamışdır.  Böyük  Səlcuqlu  sultanları  Alparslan  və  xüsusilə  də  Məlikşahdan 

etibarən Azərbaycan və Aran Səlcuqluların vəliəhd ölkəsi və ya "şahzadə sancağı" 

elan  edilmişdir.  Xorasan  ilə  Azərbaycan  oğuz  türkləri  üçün  vazkeçilməz  iki 

ölkədən biri idi. Məlikşah dövründə Azərbaycanda Səlcuqlu əmirliyi təsis edilmiş 

və  Gəncə  paytaxt  elan  edilmişdir.  Gəncədə  oturan  Məlikşahın  oğlu  Məhəmməd 

Tapar Azərbaycan türklərinin dəstəyi ilə böyük sultanlıq taxtı uğrunda mübarizəyə 

başlamış  və  Bərkiyaruqun  ölümü  ilə  hakimiyyəti  əlinə  keçirmişdir.  Azərbaycan 

əmirləri  və  atabəylərinin  İraq  Səlcuqlu  sultanları  zamanında  da  mərkəzi 

hakimiyyəti ələ keçirmək mübarizəsi davam etmişdir. Paytaxtın Reydən Həmədana 

köçürülməsi və Həmədan şəhərinin Azərbaycanın cənub sərhədi içində yer alması 

bu  coğrafiyanı  imperiyanın  mərkəzinə  çevirmişdir.  1161-ci  ildə  Azərbaycan 

                                                           

1

  Bu barədə  geniş  məlumat üçün  bax.  Hatä'i  Külliyatı,  Haz:  Necef  E.N.  -  Cavanşir  B.,  İstanbul  2006, 



Giriş kısmı. 

2

 Sümər, Oğuzlar, Bakı nşr, s. 141. 



 


 

Atabəyləri Eldənizlər İraq Səlcuqlu taxtını əllərinə keçirmiş və otuz ildən çox İraq 



Səlcuqlu  sultanlarının  atabəyi  sifətiylə  Səlcuqluların  qərb  torpaqlarının  tamamını 

idarə etmişdir. Bunun birinci səbəbi oğuz əsgəri güclərinin Azərbaycanda özlərinə 

böyük  yurdlar  əldə  etmələri  idi.  Nəsəvi,  o  dövrdə  Azərbaycanı  "türklərin  dəniz 

qumunun dənələri qədər çox olduğu ölkə" olaraq təsvir etməkdədir. 

Qaynaqlarda  "türk",  "türkmən",  hətta  "oğuz"  adları  köçəri  türklərə  şamil 

edildiyindən yerləşmiş türklər məskun olduğu şəhər və əyalətləri adıyla (təbrizlilər, 



həmədanlılar,  şirvanlılar  kimi)  qeyd  edilirdilər.  Buna  görə  də  məskunlaşmış  və 

əkinçilik, ziraatla məşğul olan türklər, müasir Qərb və Sovet tarixçiləri tərəfindən 

türk  olmayan  xalqlar  olaraq  göstərilmişdir.  O  isə,  Səlcuqlulardan  əvvəl  və 

Səlcuqlular dövründə köçəri türklər xaricində Azərbaycan və indiki İranın özündə 

də çoxlu miqdarda yerli türk qrupları yaşamaqda idi. 

 

Azərbaycanda Səlcuqlu hakimiyyəti 

 

Səlcuqlular  dövründə  Azərbaycana  qələbəlik  sayda  oğuz-türkmən  kütləsi 



gəlib yerləşdi. 1040-cı ildə meydana gələn Dandanakan savaşı nəticəsində Qəznəli 

ordularının ağır məğlubiyyəti Yaxın və Orta Şərq qapılarını oğuzların üzünə açdı. 

Beləcə,  Səlcuqlu  sultanı  Toğrul  Bəyin  hakimiyyəti  dövründə  (1040-1063)  oğuz-

türkmən boylarının Azərbaycan köçləri başladı.

3

 

Reydə  qazandıqları  müvəffəqiyyətlərdən  sonra  oğuz  birlikləri  buradan 



Azərbaycan  istiqamətində  hərəkətə  keçdilər.  Bu  vaxt  İraqda  və  Azərbaycanda 

siyasi vəziyyət heç də yaxşı deyildir. Bölgə çoxlu sayda sülalə dövlətləri tərəfindən 

paylaşılmışdır.  Bu  sülalələr  ərəb,  türk  və  iran  mənşəlidirlər.  Deyləmilər 

Deyləmanda  Kakaveyhilər  sülaləsini  qurmuşdular.  Azərbaycanda  Rəvvadilər  və 

Şirvanşahlar  sülaləsi  mövcudkən,  Azərbaycan  ilə  Şərqi  Anadolunun  bir  hissəsi 

Şəddadilərin  əlində  idi.  Oğuz  birlikləri  Reyi  tərk  edincə,  Deyləman 

Kakaveyhilərdən İsfahan və Hamədan hakimi Əlaüd-dövlə buraya hücum etmişdir. 

Ancaq müvəffəq ola bilməmiş, xüsusilə də Əbu Səhl-i Həmdavi qarşısında məğlub 

olunca oğuzlardan kömək istəmişdir. Azərbaycan tərəflərinə hərəkət edən oğuz boy 

bəylərindən  Qızıl  bu  dəvət  üzərinə  geri  döndü.  Qızılın  əmrində  cəmi  1500  qədər 

əsgər  var  idi.  Ancaq  onun  Əläüd-dövlə  ilə  dostluqları  uzun  davam  etmədi.  Qısa 

vaxt sonra münasibətləri pozuldu və Qızıl talanlara davam etməyə başladı. Qızılla 

birlikdə  Azərbaycana  gələn  Boğa,  Göy  Daş,  Mənsur  və  Dana  Anadoluya  qədər 

uzanan  səfərlərinə  davam  etdilər.

4

  Oğuzların  Azərbaycana  gəlişi  Rəvvadi 



Vəhsudanın  dəvəti  ilə  olmuşdur.  Vəhsudan,  ərazidəki  digər  dövlətləri  öz  təsiri 

altına  almaq  üçün  oğuzlarla  ittifaq  qurmuşdur.  Necə  ki,  Rəvvadi  Vəhsudan 

gələnləri dostca qarşılamış və hətta bu dostluğu qız qohumluğuyla gücləndirmişdir. 

                                                           

3

 Ağacanov, Oğuzlar, s. 300-320; Sumer, Oğuzlar, s. 80-86. 



4

 Sumer, Oğuzlar, s. 80. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə