Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
  1   2   3   4   5   6   7   8   9   ...   13


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 46-61 (2015)

 

46 



Naxçıvan  Muxtar  Respubliкası  Florasında  Acantholimon  Boiss. 

(Plumbaginaceae) Cinsinin  Növlərinin Tədqiqinə  Dair İcmal 

 

T.H. Talıbov*, Ə.M. İbrahimov 

 

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, Babək küç., 10.  Naxçıvan AZ 7000, Azərbaycan

*E-mail: t_talibov@mail.ru    

 

Naxçıvan Muxtar Respublikası  ərazisində aparılan çoxillik tədqiqatlar və  ədəbiyyat məlumatlarına 

əsaslanaraq,  Acantholimon  Boiss. cinsinin növ tərkibi araşdırılmış  və yayılma zonaları  dəqiq-

ləşdirilmişdir. Müəyyən olunmuşdur ki, ərazidə  Acantholimon  Boiss. cinsinin 19 (A. bracteatum 

(Girard) Boiss., Acantholimon acerosum (Willd.) Boiss., A. araxanum Bunge, A. trautvetteri Kusn., A. 

caryophyllaceum Boiss., A. festucaceum (Jaub. & Spach) Boiss., A. glumaceum (Jaub. & Spach) Boiss., 

A. sahendicum Boiss. & Buhse, A. puberulum Boiss. et Bal., A. takhtajanii Ogan. (A. armenum auct.  

non Boiss. & A.Huet), A.lepturoides (Jaub. et Spach) Boiss., A. calvertii Boiss., A. vedicum Mirzoeva, A. 

hohenackeri  (Jaub. & Spach) Boiss., A. quinquelobum Bunge,  A. karelinii (Stschegl.) Bunge, A. 

manakyanii  Ogan.,  A. fedorovii Tamamsch. et Mirzoeva, A. tragacanthinum (Jaub. & Spach) Boiss.) 

növü  yayılmışdır. Bunlardan Acantholimon acerosum (Willd.) Boiss., A. trautvetteri Kusn., A. 

festucaceum  (Jaub. & Spach) Boiss., A.puberulum Boiss. et Bal., A. takhtajanii Ogan. (A. armenum 

auct. non Boiss. & A.Huet), A.calvertii Boiss., A. vedicum Mirzoeva, A. manakyanii Ogan.,  A. 

tragacanthinum (Jaub. & Spach) Boiss. Azərbaycan, A.lepturoides (Jaub. et Spach) Boiss. isə Naxçıvan 

MR florası üçün yenidir.  

 

Açar sözlər: Naxçıvan MR, Acantholimon Boiss., sistematika, yeni yayılma zonaları. 

 

 

Tıs-tıslarla  əlaqədar ilk əhəmiyyətli işlər 



H.F.Jabber və E.Space tərəfindən aparılmışdır. 

Müəlliflər “Illustrationes Plantarum Orientalium“ 

və “Conspectus subgeneris Armeriastrum“ (Jaubert, 

Spach, 1842-1843; 1843) əsərlərində müəyyən 

olunmuş 18 növ tıs-tısın təsvirlərini verməklə, on-

ları  Statice  L. cinsinin Armeriastrum Nob. Yarım-

cinsində birləşdirmişlər. Sonralar E. Boisser “Diag-

noses Plantarum Orientalium Novarum“ (Boissier, 

1846) əsərində Acantholimon cinsinin ilk sisitematk 

təsvirini vermiş və 1879- cu ildə nəşr olunan “Flora 

Orientalis“ (Boissier, 1879) fundamental əsərində 

74 növ tıs- tısı bu cins altında birləşdirmişdir. 

A.Bunqe özündən əvvəlki ədəbiyyat məlumat-

larına  əsaslanaraq  Acantholimon  cinsinə daxil olan 

növləri geniş təhlil edərək, onların sistematik tərki-

bini dəqiqləşdirdiyi üçün bu cinsin ilk tədqiqatçısı 

sayılır. Müəllif “Die Gattung Acantholimon Boiss.“ 

monoqrafiyasında  Acantholimon cinsinə (cinsin 

sxematik xəritəsi və növlərin arealları ilə birlikdə) 

daxil olan 83 növün ətraflı  təsvirlərini verməklə 

onları 7 seksiyada birləşdirmişdir (Bunge, 1872). 

S.Mobayan (Mobayen, 1964) dünyada yayılan 



Acantholimon cinsinə aid olan növləri qismən təd-

qiq etsə də, Qafqazda yayılan  növlər haqqında heç 

bir məlumat verməmişdir. Sonralar Qafqaz, Türki-

yə,  İran və Orta Asiyada yayılan  Acantholimon 

Boiss. cinsinə aid məlumatlara (Кузнецов, 1902; 

Гроссгейм, 1932, 1949; Линчевский, 1952; Ман-

денова, 1952; Мирзоева, 1955, 1956, 1981; При-

липко, 1957; Гроссгейм, 1967; Bokhari, 1972; 

Rechinger & Schiman-Czeika, 1974; Bokhari & 

Edmondson, 1982; Assadi, 2005, 2006; Doğan & 

Akaydin, 2007; Оганесян, 2007) əsərlərində rast 

gəlinir. 

M.H. Buxarinin (Bokhari, 1970) məlumatına 

görə Acantholimon Boiss. cinsinə dünyada 200 növ 

daxildir ki, bunların da əsas növmüxtəlifliyi  İran- 

Turan coğrafi vilayətində yayılmışdır. 

Məqalədə Naxçıvan Muxtar Respublikası  əra-

zisində yayılan  Acantholimon cinsinə aid əvvəllər 

qeyd edilmiş növlərin yayılma yerləri dəqiqləşdiril-

miş, bəzi növlərin isə yeni yayılma zonaları haq-

qında məlumat verilmişdir. A.A.Qrossheymin 

“Флора  Кавказа“ (Гроссгейм, 1932) əsərində 

Naxçıvan MR ərazisində Acantholimon Boiss. Cin-

sinə daxil olan 5 növ: beşdilim tıs-tıs (A. Quinque-



lobum Bge), Karelin tıs-tısı (A. karelinii Bge), Ho-

henaker tıs-tısı (A. hohenackeri Boiss.), zarlı tıs-tıs 

(A. glumaceum (Jaub. & Spach) Boiss.), Trautvetter 

tıs-tısı  (A. trautvetteri Kusn.), L.İ. Prilipkonun 

“Растительное  отношения  в  Нахичеванской 

АССР“ (Прилипко, 1939) kitabında 2 növ: Karelin 

tıs-tısı  (A. karelinii Bge) və Balans tıs-tısı  (A. 

balansae  Boiss.), A.A.Qrossheymin “Определи-

тель  растений  Кавказа“ (Гроссгейм, 1949) əsə-

rində 9 tıs-tıs növü: dağınıq tıs-tıs (A. scorpius 

Boiss.), beşdilim tıs-tıs (A. quinquelobum Bge), 

Karelin tıs-tısı (A. karelinii Bge), Hohenaker tıs-tısı 

(A. hohenackeri Boiss.), zarlı tıs-tıs (A. glumaceum 




Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə