50
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası 2011
GEOLOGİYA
UOT 553.3/4.078
QARABAĞ FİLİZ RAYONUNUN POLİMETAL VƏ MİS-QIZIL
KOLÇEDAN YATAQLARININ FORMALAŞMASININ
GEOLOJİ-PETROLOJİ XÜSUSİYYƏTLƏRİ
V.M. BABAZADƏ, M.N. MƏMMƏDOV, B.H.QƏLƏNDƏROV,
D.M.ƏHMƏDOV, N.Ə.İMAMVERDİYEV, A.A.XƏLƏFLİ,
M.İ.MANSUROV, Z.A.VƏLİYEV. T.Ə.MƏMMƏDOVA,
A.İ.HÜSEYNOV, K.A.DADAŞOVA
Bakı Dövlət Universiteti
inasim59@hotmail.com
Məqalədə Qarabağ filiz rayonunun Lok-Qarabağ struktur formasiya zonasında yerləş-
mə xüsusiyyətləri, filiz rayonunun geoloji xüsusiyyətləri, rayonun filiz yataqlarının mineraloji,
struktur və tekstur əlamətləri göstərilməklə maqmatik süxurların tərkibləri verilir. Mehmana
qrupu yataqlarının intruziv maqmatizmilə və Qızılbulaq mis-qızıl-kolçedan yatağının bayos
vulkanizmilə əlaqəsi göstərilir.
Açar sözlər: Qarabağ filiz rayonu, maqmatizm, filiz yerləşdirici strukturlar, filizləşmə,
proqnoz.
Qarabağ filiz rayonu geoloji baxımdan Ağdam və Qarabağ antiklinorilə-
rinin Xocavənd sinklinorisi ilə qovuşduğu sahədə yerləşərək, qərbdən eninə
Tərtər qırılması ilə təcrid olunmuşdur və cənubi-qərbdən Göyçə-Həkəri zonası
ilə təmasda yerləşir. Filiz rayonu ərazisində orta yura, üst yura və alt təbaşir
çöküntüləri yayılmışdır. Həmin çöküntülər Mehmana qranitoid intruzivi ilə
kəsilmişdir. Filiz zonaları Mehmana-Dəlidağ lineamentinin həlqəvi vulkan
künbəzlərinin endokontakt zonalarında yerləşmişdir [ 3, 13, 14, 15].
Kiçik Qafqazın geoloji-struktur baxımında tərkibinə daxil olan Lok-
Qarabağ struktur formasiyon zonası eninə Tərtər qırılması ilə qərb və şərq
bloklarına bölünürlər. Şərq blokunun tərkibinə Ağdam, Qarabağ antiklinoriləri
və Ağdərə, Xocavənd və Azıx sinklinoriləri daxildir.
Təsvir olunan qırışıqlıq strukturların geoloji qurluşlarında orta-üst yura
və təbaşir yaşlı maqmatik və vulkanogen-çökmə və normal çökmə süxur
51
kompleksləri iştirak edir. Qeyd olunan strukturların tərkiblərində Mehmana
sink-qurğuşun, Qızılbulaq mis-qızıl-kolçedanı, Canyataq və Gülyataq mis-kol-
çedanı yataqları, həmçinin bir sıra islandiya şpatı, üzlük daş və s. kimi faydalı
qazıntı yataq və təzahürləri mövcuddur.
Mehmana polimetal yatağı eyniadlı intruzivin ərazisində yerləşmişdir.
Yataq geoloji-struktur baxımdan Qarabağ antiklinorisi ilə Xocavənd sinklino-
risinin qovuşduqları sahədə yerləşir. Yatağın təmas süxurları qismində orta yu-
ra yaşlı vulkanogen-çökmə və vulkanogen fasiyalı süxur kompleksləri iştirak
edirlər. Bu vulkanitlər öz növbəsində Mehmana antiklinalının tərkibinə daxil
olurlar. Qeyd etməliyik ki, burada orta yura yarusunun çöküntüləri transqresiv
olaraq üst təbaşir yaşlı süxur komplekslərini qeyri-uyğun örtürlər.
Belə bir şəraitdə lokkolit morfologiyalı Mehmana qranitoid intruzivi for-
malaşmışdır. İntruzivin formalaşması iki mərhələdə baş vermişdir. Birinci mər-
hələdə Mehmana qranitoid intruzivi Ağdam antiklinorisinin mərkəzi hissəsində
yerləşməklə bir neçə çıxışlarla təmsil olunmuşdur. Həmin intruziv komprleksin
çıxışları bat yaşlı vulkanitlərin arasında yerləşərək, eyni zamanda üst senon yaşlı
karbonat süxurları ilə transqresiv örtülmüşdür (şəkil 1).
Şək. 1. Mehmana filiz rayonunun geoloji xəritəsi (Babazadə, Ramazanov və b. , 1990).
1-müasir allüvial, dellüvial çöküntülər; 2-maastrixt. Monolit pelitomorf əhəngdaşları; 3-alb.
Tufqumdaşları, tufbrekçiyalar, mergellər; 4-titon. Qırıntılı əhəngdaşları; 5- kimmeric. Tufkonqlomerat-
lar, tufbrekçiyalar, tufqumdaşları, tufqravellitlər; 6- oksford. Qırıntılı-qumdaşlı əhəngdaşları; 7-
kellovoy. Tufqumdaşları, tufqravellitlər; 8-bat. Tufkonqlomeratlar, tufqumdaşları, tufbrekçiyalar, porfi-
ritlər, kvarslı porfiritlər; 9-qranodioritlər, qranodiorit-porfiritlər. Tektonik parçalanmalar: 10-izlənilən
qırılmalar; 11- güman edilən; 12-kompleks distansiyon məlumatlar (geofiziki, aerokosmiki) üzrə ayrılmış
parçalanmalar. Anomal sahələr: 13-ÇP üzrə; 14- orta tərkibli gizli intruziv kütlələrə uyğun gələn maqnit
sahəsinin müsbət anomaliyaları üzrə; 15-törəmə areollar üzrə geokimyəvi anomaliyalar: Cu x
Mo+Ag+Pb+Zn+Co. Yataq və təzahürlər: 16-mis-porfir (1-Dəmirli, 2-Xaçınçay, 3-Qazanca, 6-Ağdərə);
17-kompleks filizlər: (4-Gülyataq, 5- Qızılbulaq, 7-Mehmana); 18-mis-kolçedan: (8-Həzindağ).
52
Mehmana intruzivinin təmas zonasından mərkəzinə doğru tam kristallik
kvarslı diorit, tonolit, qranodiorit və diorit süxurları bir-birlərini əvəz etməklə
tədrici keçidlər əmələ gətirirlər. İntruzivin endokontakt zonasında xırda dənəli
kvarsli diorit və qranodiorit zolaqları yerləşmişdir.
Kvarslı dioritlərdə və tonolitlərdə əsas süxur əmələ gətirən minerallar
andezein tərkibli plagioklazdan, hornblendlərdən, biotitdən, kvarsdan, olduqca
az miqdarda isə pireksonlərdən, qələvi çöl şpatından və s. ibarətdir.
Plagioklaz dənələri əksər hallarda zonal xüsusiyyətə malikdirlər. Onun
mərkəzi hissəsi tərkibcə labrodora (An
52-60
), keçid zolaq andezinə (An
40-45
),
haşiyə isə olikoklaza (An
26-31
) uyğun gəlir. Mərkəzi hissə qismən törəmə
prosesinə məruz qalmışdır ( cədvəl 1).
Qələvi çöl şpatı plagioklaz dənələrinin aralarını doldurmaqla zəif
albitləşməyə məruz qalmışdır və ortoklaz tərkiblidir. Amfibol dənələri uzun-
sov prizmatik forma ilə təmsil olunub, zəif yaşılımtıl rəngə boyanmışdır. Tər-
kibcə horinblendə yaxındır.
Biotit pulcuqları xarakterik pleoxrozimlə titan oksidilə zəngindir. Nadir
piroksen dənələri hipersten və avqit tərkiblidir. Aksessor minerallar isə maq-
netitdən, apatitdən və sirkondan ibarətdir. Kvars dalğavari sönməklə, şəfaf
olub, plagioklaz dənələrinin aralarını doldururlar.
Sadalanan süxurlarda təşkil olunan mineralların kimyəvi tərkibləri 1
saylı cədvəldə verilmişdir. Həmin cədvəldən göründüyü kimi plagioklazın
tərkiblərində anortit molekulu 26-31% arasında dəyişir.
Cədvəl 1
Mehmana intruzivi süxurlarının mineraloji tərkibi
(plagioklaz (1,2,3,4) hornblend (5,6), biotit (7))
SiO
2
58,26 58,30 58,44 58,48 45,44
46,24
35,36
TiO
2
0,05 0,05 0,05 0,05 1,67
1,50
3,35
AlO
3
24,91 24,67 25,18 25,18 8,90 7,79 13,24
FeO
0,85 1,07 0,88 0,65 14,26
14,80
18,20
MnO
0,01 0,01 0,01 0,01 0,36
0,47
0,27
MgO
0,10 0,48 0,32 0,10 13,10
13,82
13,71
CaO
5,84 5,28 6,41 6,41 12,25
10,90
1,35
Na
2
O
7,00 7,10 7,10 7,10 0,85
0,95
0,12
K
2
O
1,55 1,55 0,63 0,83 0,30
0,90
9,92
P
2
O
5
0,13 0,11 0,08 0,08 0,18
0,06
0,08
F
2
0,01 0,01 0,02
-
0,06
0,06
0,28
H
2
O - - - -
2,41
2,10
3,34
Σ
98,71 98,57 99,12 98,89 99,91
99,50
99,12
53
Kristallokimyəvi formulalar
Si 2,67 2,65 2,65 2,64 6,73 6,92
2,75
Al 1,34 1,32 1,34 1,34 1,55 1,33
1,21
Ti
- - - - 0,18
0,17
0,20
Fe 0,03 0,03 0,02 0,04 1,68 1,67
1,22
Mn
- - - - - 0,05
0,02
Mg 0,01 0,01 2
0,01 0,08 0,27
1,59
Ca 0,29 0,26 0,31 0,31 1,91 1,66
0,10
Na 0,62 0,63 0,64 0,62 0,24 0,27
0,02
K 0,09 0,09 0,04 0,05 0,05 0,17
0,98
0H
- - - - 1,54
1,47
1,20
Fe
- - - - 0,01
-
0,03
0
2
- - - - 0,45
0,53
0,77
Cədvəl 2
Mehmana intruzivi süxurlarının kimyəvi tərkibi
Oksidlər diorit kvarslı
diorit
tonolit Qrano-
diorit
Nor-
mativ
tərkib
1 2 3 4
SiO
2
55,96 60,13 64,75
65,63
- - - -
TiO
2
0,42
0,50
0,43
-
ap
0,3 0,3 0,3 0,3
AlO
3
17.83 16,13 15,86 15,35 il
0,6 0,9 0,8 -
Fe
2
O
3
3,04
3,42
2,69 2,29 mt 4,4 4,9 3,9 3,2
FeO
4,30
2,99
1,69 1,98 or
0,4 0,7 0,7 1,4
MnO
0,10
0,07
0,05
0,09 ab
27,8 31,4 35,6 33,0
MgO
4,75
3,45
2,81
2,28 an
31,7 23,9 16,0 17,0
CaO 7,06
6,36
3,51 3,94 wo 1,0 2.8 1,6 0,7
Na
2
O 3,30 3,69 4,23 3,88 en 0,7 2,0 - 0,5
K
2
O 0,72 1,14 1,13 2,49 fs 0,3
0,5
- 0,1
P
2
O
5
0,15
0,08
0,11 0,11 en
11,1 6.6 7,0 5,2
Itgi
2,15
1,98
2,23 1,53 fs
4,6 1,6 0,9 2,1
Σ
99,85
100,0
99,44 99,90 Q
10,4 16,2 24,2 21,4
Cədvəl 3
Mehmana intruzivinin süxurlarında
bəzi filiz əmələgətirən elementlərin paylanması
1 2 3 4
Cu 110 129 100 51
Zn 133 88 114 32
PL 13 6 10 6
V 206
176
98 58
Mo 07 04 07 06
İntruziv süxurlarının kimyəvi tərkibinə nəzər salsaq onda asanlıqla görərik
ki, Kiçik Qafqazın şimal-şərq yamacının bütün üst yura-alt təbaşir yaşlı
intruzivləri kimi burada da bütün diferensiatlar titan aksidi ilə kasıbdırlar (cədvəl
2). İntruziv kamerada baş verən diferensiasiya prosesi qismən bərpa olunmuş
şəraitdə baş verdiyinə görə kalsium, maqnezium oksidlərinin dioritlərdən
54
qranodioritlərə doğru dəyişməsi kəskin şəkildə baş vermişdir. Bilavasitə buna
görə də ikivalentli və üçvalentli dəmir oksidlərinin diferensiyası prosesindəki
nisbətləri zəif dəyişir. Burada da bir qayda olaraq iri kationlu elementlər son
diferensiatlarda, yəni qranodioritlərdə toprlanır (K
2
0 =2,49). Bu özünü sadalanan
süxurların normativ mineraloji tərkibində biruzə verir (or =1,4%).
İntruzivin süxurlarının möhtəvivari strukturları, elecə də plagioklaz mi-
neralının zonallığı göstərir ki, Mehmana qranitoid intruzivi hipabissal şəraitdə
formalaşmışdır. Buna görə də süxurların tərkibində dəmir oksidlərinin nisbəti
bir-birlərinə uyğun dəyişir. İntruziv əhəngli qələvi bazalt maqmasının diferen-
siatıdır. Amma hipabissal yer qabığı şəraitində qismən assimlyasiya prosesinə
məruz qalmışdır. Buna görə də iri radiuslu litofil elementlərin konsentrasiyası
son diferensiatlarda üstünlük təşkil edirlər.
İntruzivin qalıq ərintisi də yüksək hərarətli olduğuna görə təmas süxur-
ları kifayət qədər dəyişdirərək, orada filizli hidrotermal zonaların yaranmasına
şərait yaratmışdır. Belə bir halda Mehmana intruzivinin endokontakt zona-
sında mis-sink-qurğuşun yatağı əmələ gəlmişdir. Onlar Dəmirli, Gülyataq,
Yeddixırman, Bəy Əhməd təzahür və yataqlarından ibarətdirlər [3,9,13].
Qeyd etdiyimiz kimi Mehmana intruzivi iki fazada formalaşmışdır.
Birinci faza 65 km
2
sahəni əhatə edən Canyataq-Gülyataq yaşayış məntəqələri
arasında yerləşir. İkinci faza isə dayka komplekslərindən ibarətdir. Məxsusi
Mehmana yatağı Ə.D.Kərimovun tədqiqatlarına əsasən eyniadlı intruzivin
birinci fazası ilə əlaqədar olub, onlar mis-kolçedan, mis-sink, qurğuşun-sink
filizləşmələrindən ibarətdir [3,14]. Mehmana mis-polimetal yatağı kifayət
qalınlığa malik olan hidrotermal dəyişilmiş zonadan ibarət olmaqla enlik
istiqamətində Mehmana-Dəlidağ lineamentində yerləşir. Bu zonanın geoloji
qurluşunda intensiv çatlılığa məruz qalmış orta yura yaşlı (bayos-bat) vulkanit-
ləri iştirak edirlər. Onlar intensiv kvarslaşmaya, epedotlaşmaya və dəmirşməyə
məruz qalmışdır. Filizləşməyə nəzarət edən bu regional enlik istiqamətli
qırılmalar bəzən köndələn çatlarla kəsilirlər. Bütün bu dəyişmələr Mehmana
antiklinalının tağ hissəsində yerləşmişdir.
Filizli hidrotermlər həmin catları dolduraraq müxtəlif morfologiyalı filiz
kütlələrinin formalaşmasında iştirak edirlər. Burada köndələn çatlarla Mehma-
na-Dəlidağ lineamenti istiqamətli çatların kəsişdikləri hissələr daha zəngin
filizləşmə ilə seçilirlər. Morfoloji cəhətdən Mehmana yatağının filiz kütlələri
damar tiplidir. Əksər hallarda müxtəlif istiqamətli həmin damarlar bir-birlərilə
kəsişərək şiokverk formalar əmələ gətirirlər.
Mehmana mis-polimetal filizi yatağının əsas mineralları H.X.Əfəndiye-
və [16] görə qalenitdən, sfaleritdən ibarət olub, piritlə və xalkopiritlə müşayiət
olunurlar. Bunlarla yanaşı nadir hallarda tennantit, bornit və xalkozinə də rast
gəlinir. Qeyri-filiz minerallarından damarlarda kalsit, kvars bəzən isə dolomit
və siderit iştirak edir. Yatağın oksidləşmə zonasında limonit, serrusit, anqlezit,
malaxit və azuritə rast gəlinir.
55
Mehmana mis-polimetal yatağının filizlərinin teksturu zolaqvari, brek-
çiyavari və möhtəvi formalıdır. Filizətrafı dəyişilmələr kvarslaşma, kalsitləş-
mə, serisitləşmə, kaolinləşmə ilə təmsil olunmuşdur.
Yatağın formalaşmasının erkən anında təmas süxurlarının buynuz daşla-
rına və kvarslaşmaya məruz qalması hesabına kvarsın birinci generasiyası
əmələ gəlmişdir. İkinci halda ikinci generasiya kvarsı ilə yanaşı qalenit, sfale-
rit və solğun filiz mineralları yaranmışdır. Yataq hidrotermal prosesin orta və
aşağı temperaturu şəraitində formalaşmışdır. Hematit maqnetit, limonit və azu-
rit qismən aşağı temperaturda kristallaşmışdır [ 6, 11,13 ].
Regionun digər filiz yatağı Qızılbulaq mis-qızıl-kolçedan yatağı hesab
olunur. Bu yataq Qarabağ, Ağdam antiklinorilərının Xocavənd sinklinorisi ilə
qovuşduqları sahədə yerləşmişdir. Qızılbulaq yatağı və filiz sahəsindəki bir
sıra təzahürlər Drambon və Qızılbulaq yarımhəlqəvi strukturaları ilə nəzarət
olunurlar. Bu strukturlar morfologiyasına görə oval və qovsvari formalıdırlar
(şəkil 2).
Şək. 2. Qızılbulaq mis-qızıl-kolçedan yatağının yerləşməsinin
struktur mövqeyi (Babazadə, Məmmədov, 2002).
Drambon yarımhəlqəvi strukturu eninə 2 km-ə yaxın diametrə malikdir.
O, qırılma zonasının qövsvari hissəsində təzahür etmiş diorit-porfirit və kvars-
diorit intruziv kütlələrinin ətrafında qövsvari forma əmələ gətirir. Sonuncu
Qızılbulaq çökmə kalderasının şimal-şimal-şərq qanadına uyğun gəlir. Həlqəvi
struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. Onun şi-
mal-qərb qurtaracağı Tərtər çay vadisinin dördüncü dövr çöküntülərilə örtül-
müşdür.
Məxsusi Qızılbulaq həlqəvi strukturu iki konsentik yerləşmiş həlqədən
ibarət olub, xarici görnüşcə ellipsoid formasını xatırladır və 2,5-4 km diametrə
malikdir. Struktur orta və üst yuranın vulkanogen və vulkanogen-çökmə süxur
komplekslərinin inkişaf etdiyi sahəyə uğunlaşmışdır. Qızılbulaq həlqəvi struk-
56
turunun şimal-qərb qurtarcağı, həmçinin Tərtər çayının sağ yamacının dör-
düncü dövr çöküntüləri ilə örtülmüşdür. Strukturun quruluşu müxtəlif maqma-
tik əmələgəlmələrin dəyişilməsi ilə şərtlənən dəqiq əks olumuş konsentirik zo-
nallığa malikdir. Süxurlar kənarlardan mərkəzə doğu ardıcıl olaraq bat və ba-
yoş əmələgəlmələrilə əvəz olunurlar. Strukturun mərkəzində və cənub-şərq
qurtaracağında, bütün üst bayos və bat süxur komplekslərini yaran, bayos və
bat yaşlı orta-əsasi və turş tərkibli izometrik formalı subvulakanik kütlələrin
yeddi böyük olmayan çıxışı ayrılmışdır [ 4,5,8].
Maqnit sahəsində hər iki həlqəvi strukturun vəziyyəti eynidir. Onların
daxilində səhtə uyğun gələn lokal müsbət anomaliya qeyd olunur. Qravitasiya
sahəsində hər iki həlqəvi struktur ağırlıq qüvvəsinin aşağı qiymətinə uyğun
gəlir, eyni zamanda hər iki struktura lokal sahələr uyğun gəlir.
Filiz sahəsinin mərkəzi hissəsində konsentrik həlqəvi struktur daxilində,
mis və küküd kolçedan filizləşməsini yerləşdirən və nəzarət edən submeridio-
nal və şimal-qərb istiqamətli filizli qırılmalrın kəsişməsi və ya haçalanması
müşahidə olunur.
Bu sruktur qovşaqların vəziyyətini radial pozulmaların istiqamətilə əla-
qələndirmək olar. Müəyyən edilmiş həlqəvi strukturların metallogeniek əhə-
miyyəti, onların qovşaqlarına endogen filiz konsentrasiyasının uyğunlaşması
ilə təyin olunur. Hər iki həlqəvi stuktur daxilində yataqdan, təzahürdən mine-
rallaşma mərhələsinə və səpinti oreollarına qədər bu və ya digər filiz təzahür-
ləri iştirak edir.
Müxtəlif tip endogen filiz konsentrasiyası effuziv, piroklastik və səthə-
yaxın intruziv maqmatirzmin inkişaf zonasında lokallaşmışdır və məkanca
həlqəvi vulkano-plufonik stuktur ilə assosiasiya təşkil edir. Qızılbulaq yatağı
Drombon və Qızılbulaq həlqəvi sukturun kəsişməsinə və Qızılbulaq submeri-
dional (315-15
0
) qırılmasının asılı zalbandına uyğunlaşmışdır. Qızılbulaq həl-
qəvi strukuturunun daxili həlqəsinin episentrində Qərbi-Qızılbulaq filiz təza-
hürü yerləşmişdir. Bütün bu faktlar endogen filizəmələgəlmənin həlqəvi struk-
tur ilə sıx əlaqədar olmasını birmənalı şəkildə təsdiq edir.
Filiz obyektləri arasında məkanca həlqəvi strukturlara uyğunlaşmış mis-və
küküd kolçedanı filiz yatağı (Qızılbulaq) və təzahürləri daha geniş təmsil olun-
muşdur. Həlqəvi struktur daxilində, həmçinin polimetal təzahürlərinə də geniş
təsadüf olunur. Beləliklə, Qızılbulaq filiz rayonun həlqəvi strukturu üçün filiz
minerallaşması ilə ümumi “yoluxma” fonunda nəcib metal və polimetal yataq-
larının aparıcı faydalı komponentlərinin konsentrasiyası üsünlük təşkil edir .
Yuxarıda qeyd olunmuşdur ki, filiz sahəsində əsas hesab olunan mis-qı-
zıl və polimetal filizləşmələri məkanca və genetik olaraq yura vulkanizmi ilə
bağlıdır, eyni zamanda əksər filiz təzahürləi vulkan-tekonik strukturunun mər-
kəzi və kənar hissələrinə meyillidir. Bu da yura vulkanitlərinin inkişafı daxi-
lində xətti və həlqəvi parçalanma-pozumalarını öyrənməyin və aşkar etməyin
vacibliyinə əsas verir.
57
Qızılbulaq yatağının formalaşmasında müxtəlif istiqamətlərlə maili
düşən və üst bayos əmələgəlmələrin örtük hissəsindən keçən parçalanmalarda
az rol oynamır. Bu parçalanmalar sərt düşən Qızılbulaq dərinlik qırılmasına
rast gələrək qapalı biklinal strukturun əmələgəlməsinə səbəb olmuşdur. İnten-
siv fektonik deformasiyaların dəfələrlə təkrarlanması hesabına, filiz kütlələri-
nin əmələgəlməsində ekran rolunu oynayan 0,5 m-dən 5-6 m-ə qədər qalınlı-
ğında milonitləşmə zonası baş vermişdir. Deformasiya planının gec inkişaf
mərhələsində bu sərt düşən struktur onun morfologiyasını mürəkkəbləşdirən
qırışıqlıq əmələgəlmə posesinə cəlb olunmuşdur. Qırılmanın səthi çökəkliklə
ayrılan oval qalxma, künbəzvari forma almışdır [5,8].
Qarabağ filiz rayonun tektonik baxımından formalaşması eninə və uzu-
nuna dərinlik qırılmalarının uzun müddət çərçivəsində formalaşması ayrı-ayrı
tektonik blokların əmələ gəlməsinə səbəb olmuşdur. Onlardan filiz əmələ gəti-
rən və yerləşdirən eninə Tərtər əyilməsini və Mehmana-Dəlidağ qalxmasını
göstərmək olar.
Kosmik şəkillərin deşifrələnməsi nəticəsində Mehmana intruzivi ilə
bağlı olmayan mezohəlqəvi strukturu müəyyən olunmuşdur. Filiz rayonu
məkanca həmin həlqəvari strukturun endokontakt zonalarında yerləşmişdir.
Qızılbulaq mis-qızıl-kolçedan yatağı sahəsində orta yura, yəni bayos
yaşlı bimodal bazalt-riolit formasiyasının effuzivləri və subvulkanitləri geniş
yayılmışdır. Bu kontrast formasiyanın ayrı-ayrı fasiyaları ilə, xüsusilə də sub-
vulkanik fasiyası ilə Qızılbulaq mis-qızıl-kolçedan yatağı əlaqədardır. Erkən
bayos yarusu vaxtı bazalt-andezi-bazalt kompleksi, üst bayosda isə dasit-riolit
süxurları əmələ gəlmişdir. Beləliklə, formasiyanın bimodallığı erkən bazalt
maqmasının təmas süxurlarla qarşılıqlı təması nəticəsində hidrotermal dəyişil-
miş zonalar əmələ gəlmişdir. Dasit-riolit kompleksinin subvulkanik fazasının
təsirindən həmin dəyişilmiş zonalar yenidən prosesə cəlb olunaraq orada mis-
qızıl-kolçedan filizləşməsi yerləşdirilmişdir [1,9] .
Yataq sahəsində bir-birlərindən aralı üç filiz cismi müəyyən olunmuş-
dur. Birinci filiz cismi mürəkkəb formalı künbəz formalı vulkan qurğusunun
ətrafında yerləşir. Burada əsasən bayos yaşlı vulkanitlərin jerla (boğaz)
fasiyası iştirak edir.
İkinci filiz cismi də yer səthinə çıxışı olmamaqla yatağın cənub-şərq
hissəsində yerləşir və künbəzvari strukturda yerləşir. Burada filizləşmə xeyli
zəngin olmaqla kütləvi ştokverk möhtəvi - damar morfologiyalıdır. Nəhayət,
üçüncü filiz cismi yatağın şimal-qərb cinahında yerləşir. Yer səthində linzavari
çıxışla müşahidə olunur. Təsvir olunan filiz cisimlərinin mineraloji tərkiblərin-
də pirit, xalkopirit, az miqdarda bornit, sfalerit və qalenit iştirak edir.
Nadir filiz əmələ gətirən minerallar sırasına arsenopirit, pirrotin, pentlan-
dit, nikel və rutil daxildir. Qeyri-filiz minerallarından isə kvars, kalsit, siderit,
dolomit, anketit və barit müəyyən olunmuşdur. Qızıl sərbəst şəkildə və izo-
morf formada təsadüf edilir. Hipogen qızılın əsas konsentrasiyası filizlərdə in-
58
cə dispres şəkildə paylanmışdır. Qızıl əsasən xalkopiritlə birlikdə, yaxud
paragenezisdə rast gəlinir. Buna görə də Qızılbulaq yatağında qızılın daşıyıcısı
və toplayıcısı xalkopirit hesab olunur. Gümüş qızılla müxtəlif dərəcədə qarı-
şıqlar əmələ gətirir.
Qızılbulaq yatağının filizlərinin teksturası kütləvidir, bəzən isə damar
tiplidir. Filizlərin strukturası isə hipidiomorf dənəli sülb madənin faza parça-
lanması və əvəzlənmədir.
Filizləmələgəlmə prosesi uzunmüddətli olub, aşağıdakı assosiasiyalarla
təmsil olunmuşlar: 1) kvars-pirit; 2) kvars-pirit-sfalerit-xalkopirit; 3) kvars-kal-
sit. Qızıl filizləşməsi ikinci və üçüncü assosiasiyalarla əlaqədardır.
Beləliklə, yuxarıdakı məlumatlara əsasən Qızılbulaq mis-qızıl-kolçedan
yatağında filizləşmənin struktur baxımdan künbəzvari strukturun təmas zona-
larında yerləşən həlqəvi qırılmalarla nəzarət olunmasını qeyd etmək olar. Eyni
zamanda filizləşmə prosesində bayos yaşlı bimodal dasit-riolit kompleksinin
subvulkanik fasiyası geniş iştirak etmişdir.
ƏDƏBİYYAT
1.
Абдуллаев Р.Н., Мустафаев Г.В., Мустафаев М.А. и др. Мезозойские магматические
формации Малого Кавказа и связанное с ними эндогенное оруденение. Баку: Элм,
1988, 160 с.
2.
Антипов В.С., Гальперов Г.В., Турченко С.И. Линеаментная сеть, контролирующая раз-
мещение суперкрупных месторождений России. Докл. РАН, 2002, т. 383, №1, с. 87-89.
3.
Баба-заде В.М., Рамазанов В.Г., Масимов А.А. Рудоконцентрирующие структуры и
условия их формирования. В сб.: «Геология и месторождений твердых полезных
ископаемых» Баку: АГУ, 1988, с.23-29.
4.
Баба-заде В.М., Мамедов З.И. Особенности структуры Гызылбулагского рудного поля
// Вестник Бакинского Университета, серия естественных наук, 1998, №4, с. 107-117.
5.
Баба-заде В.М., Мехтиев А.Ш., Пашаев А.М. и др. Тектоническое развитие, геоди-
намическия формирования и закономерности размещения месторождений полезных
ископаемых Кавказского сегмента Средиземноморского пояса (Азербайджан). Баку:
Озан, 2009, 146 с.
6.
Гаврилюк П.С., Магриби А.А., Русинов В.Л., Носик Л.П. Условия формирования
Кызылбулагского золотоносного медноколчеданного месторождения (Малый Кав-
каза) // Геология рудных месторождений, 1991, №1, с.56-58.
7.
Еремин Н.И., Дергачев А.Л., Сергеева Нат.Е., Позднякова Н.В. Типы колчеданных
месторождений вулканической ассоциации // Геология рудных месторождений.
2000, т.42, №2, с.177-190.
8.
Мамедов З.И. Геолого-структурные особенности формирования и закономерности
размещения медно-золотых руд Кызылбулагского месторождения. Автореф. дисс.
на соиск. ученой степени канд. геол-минер. наук. Баку, 2005, 22 с.
9.
Минерально-сырьевые ресурсы Азербайджана (условия формирования, закономер-
ности размещения, научные основы прогнозирования). Баку: Озан, 2005, 808 с.
10.
Митрофанов Г.А.Тектонические закономерности размещения и формирования бла-
городных металлов южного обрамления Сибирской платформы. Авт. дисс. доктора
г.-м. наук. Новосибирск, 2006, 44 с.
11.
Молошаг В.П., Грабежев А.И., Гуляева Т.Я. Условия образования теллуридов в ру-
дах колчеданных и медно-золото-порфировых месторождений Урала // Зап. ВМО,
2002, т.131, №5, с.40-54.
59
12.
Коваленкер В.А., Плотинская О.Ю., Прокофьев В.Ю. и др. Минералогия, геохимия и
генезис золото-сульфидно-селенидно-теллуридовых руд месторождения Кайрагач
(Республика Узбекистан). Геология рудных месторождений, 2003, т.45, №3, с.195-227.
13.
Каландаров Б.Г. Полиметаллические рудные формации Малого Кавказа. Авторефе-
рат док. диссер. Баку, 2010, 48с.
14.
Керимов А.Д. Петрология и рудоносность Мехманинского интрузива.АН
Азерб.ССР 1963, 115 с.
15.
Шихалибейли Э.Ш., Магеррамова Ф.С., Рустамов М.И. Зангезур-Далидаг-Самгори-
Казбек-Ставропольский транскавказский север-северо-западный доальпийский ли-
неамент и его роль в структуре Кавказа // Матер. юбил. сесс., посв. 50-летию Ин-та
геологии АН Азерб. ССР, Баку: Элм, 1989, с.57-64.
16.
Эфендиев Г.Х. Гидротермальный рудный комплекс СВ части Малого Кавказа. АН
Азерб.ССР.1957, 346 с.
ГЕОЛОГО-ПЕТРОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ФОРМИРОВАНИЯ ПО-
ЛИМЕТАЛЛИЧЕСКОГО И МЕДНО-ЗОЛОТО-КОЛЧЕДАННЫХ МЕСТОРОЖ-
ДЕНИЙ ГАРАБАХСКОГО РУДНОГО РАЙОНА
В.М.БАБА-ЗАДЕ, М.Н.МАМЕДОВ, Б.Г.КАЛАНДАРОВ, Д.М.АХМЕДОВ,
Н.А.ИМАМВЕРДИЕВ, А.А.ХАЛАФЛЫ, М.И.МАНСУРОВ, З.А.ВЕЛИЕВ,
Т.А.МАМЕДОВА, А.И.ГУСЕЙНОВ, К.А.ДАДАШЕВА
РЕЗЮМЕ
В статье рассмотрены особенности размещения Лок-Гарабахской структурно-
формационной зоны Гарабахского рудного района, а также даны составы магматичес-
ких пород с указанием минералогических, структурно-текстурных признаков месторож-
дений рудного района. Показана связь Мехманинской группы месторождений с интру-
зивным магматизмом и Гызылбулагского медно-золото-колчеданного месторождения -
с байосским вулканизмом.
Ключевые слова: Гарабахский рудный район, магматизм, рудовмещающие
структуры, оруденение, прогнозирование.
GEOLOGICAL AND PETROLOGICAL FEATURES OF THE FORMATION OF
POLYMETALLIC AND COPPER-GOLD-PYRITE
DEPOSITS OF KARABAKH ORE REGION
V.M.BABA-ZADEH, M.N.MAMMADOV, B.H.GALANDAROV, D.M.AHMADOV,
N.A.IMAMVERDIYEV, A.A KHALAFLY, M.I MANSUROV, Z.A.VALIYEV,
T.A.MAMMADOVA, A.I.HUSEYNOV, K.A.DADASHOVA
SUMMARY
The paper considers the features of placing Lok-Garabakh structural formational zone
of Garabakh ore district, as well as compositions of igneous rocks showing mineralogical,
structural-textural features of deposits of the ore district. The relationship with a group of
fields of Mehmana with intrusive magmatism and Gyzylbulags copper-gold-pyrite deposit
with bayos volcanism is shown.
Key words: Garabakh ore district, magmatism, stir in the ore structure, mineralization,
forecasting.
Redaksiyaya daxil oldu: 02.11.2011-ci il
Çapa imzalandı: 02.11.2011-ci il
Dostları ilə paylaş: |